Bütün noutbuklar 24 saat fasiləsiz işləmək üçün nəzərdə tutulub, lakin əsas şərt təlimata uyğun istifadədir.
Noutbuku düzgün söndürmək - əsas şərtlərdən biridir. Qeyri-düzgün, qəfil söndürmə noutbukun sərt diskini zədələyə bilər.
Noutbuku təcili söndürmək lazım gəlibsə belə, növbəti qoşma zamanı əməliyyat sistemini yoxlanışa vermək məqsədəuyğundur. Bu sistem səhvləri aradan qaldırmağa və həm əməliyyat sisteminin (Windows-un), həm də kompyuterin sabit işləməsinə kömək edəcək.
Noutbuk daşınmadığı və daha çox stasionar kompyuter kimi istifadə olunduğu təqdirdə batareyanı tam yükləmək və daha sonra onu noutbukdan çıxarmaq lazımdır. Onu ayda bir dəfə noutbuka taxıb təkrar yükləmək kifayətdir. Bu, noutbuk batareyasının ömrünü uzatmağa kömək edəcək.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, Noutbuku masanın və ya başqa sərt və hamar səthin üzərinə yerləşdirmək lazımdır. Bu havalandırma sisteminin normal işləməsini təmin edəcək və laptopun həddən artıq isinməsinin qarşısını alacaq. Ayrıca noutbuku səthin üzərində elə yerləşdirmək lazımdır ki, adapterin naqilinə və usb-portlara gələn digər naqillərə təsadüfi toxunma ehtimalı minimum olsun.
"Yuxu" rejimində olan noutbuku daşımaq məsləhət deyil. Bu, sərt diskin vaxtından tez sıradan çıxmasına gətirib çıxara bilər. Noutbuku bir yerdən başqa yerə daşımaq lazım gəldikdə ya onu "işi bitirmək", ya da "hibernasiya" rejimlərində söndürmək lazımdır.
Zərurət olmadan işlək vəziyyətdə olan noutbukun qapağını örtmək də məsləhət deyil. Bunu müntəzəm etdikdə noutbukun şleyfi və ya ilmələri zədələnə bilər.
Noutbuku soyuq otağa gətirərkən ilk öncə 30 dəq gözləmək, otağın havasını aldıqdan sonra işə qoşmaq lazımdır.
Noutbukun ekranını işlək vəziyyətdə ikən təmizləmək olmaz. Bunun üçün laptopu söndürmək və adapteri şəbəkədən ayırmaq lazımdır. Ekranı silmək üçün xovsuz nəm parçadan istifadə edilməlidir. Təmizləyici mayeni ekranın üzərinə çiləmək olmaz. Oncə parçanı maye (adi su ilə də olar) isladıb ekranı silmək lazımdır. Bu məqsəd üçün nəmləndirici salfetlərdən də istifadə etmək olar.
Milli.Az
XƏBƏR LENTİ
Azərbaycanda ünvanlı sosial yardım işdən üstündür?
Qandidən sağlam həyat üçün tövsiyələr
Tibbi spirt və maska çatışmazlığına aydınlıq gətirdi
Ürəyi dayandıran 10 xəta
Gözəl ayaqlara sahib olmaq üçün 3 tövsiyə
"70 yaşımda da seksual görünmək istəyirəm"
Soyuqdan qorunarkən dəbli görünün
Bezeli vafli tortu (foto resept)
Hava necə olacaq?
Uşaqları zəhmətə necə təşviq etməli?
Azərbaycan milli valyutası möhkəmlənir
Uçan telefon istehsal ediləcək
IBM yeni laboratoriya yaradır
ABŞ-ın koronavirus peyvəndinin qiyməti açıqlandı
Meyvəli və kolbasalı qızılgüllər (foto-resept)
Girovlarımız bu gün azad ola bilər
Erməni işğalçıları Kəlbəcəri tərk edirlər - VİDEO
Bürclərin romantiklik dərəcəsi (1)
Tarkandan "Atalar günü"nə özəl paylaşım-FOTO
Soçi: Ukraynanın idmançıları Yanukoviçə quldur deyərək yarışdan imtina etdilər
Azərbaycanda 20 məktəbə yeni direktor təyin edildi - SİYAHI
Çiçəkli bisküvit (foto resept)
Demet Akalın bu dəfə Berkayla mübahisə etdi-SƏBƏB
Azərbaycan üçün "Korona" qorxusu varmı?
"Qaynana" filminin Afətindən etiraf: "Xoş xatirələrdən danışa bilmərəm"
Mərkəzi Bankdan avtomobil kreditlərinə dair açıqlama
Azərbaycanlı heykəltəraş
Dənizdəki görüntü hər kəsi təlaşlandırdı – VİDEO
Yay ayaqqabıları
Viza rejimi ləğv edilir - 1 sentyabrdan etibarən...
Aktrisa geyiminə görə həbs oluna bilər-FOTO
Bu il Azərbaycanda qış sərt keçəcək
Xəzərdə "süd qasırğası" - Alimlər araşdırmaya başladı - YENİLƏNİB
"Xəzərdə növbəti zəlzələlər baş verə bilər"
Türkiyədən Azərbaycana uçan təyyarələrdən nə xəbər?
Ceyda Düvenciyə 130 minlik təzminat ödəndi-SƏBƏB
Parlament Prezident və xalqa müraciət edib - VİDEO
Tarkan Berlində dönərxanaya baş çəkdi - Foto
Azərbaycanda Bilik Günüdür
Əhaliyə HAVA XƏBƏRDARLIĞI: sabah Bakıya QAR YAĞACAQ
Zəlzələyə qarşı alınacaq tədbirlər nələrdir?
Bağçalarda vəziyyət
Tibbi sığortaya bu qədər pul ödəyəcəyik - MƏBLƏДћ
4 yaşlı şahzadə məktəbə getdi - Ona heç bir güzəşt edilməyəcək
“Cücələrim”in bəstəkarının ad günüdür
Bilirsinizmi?
İnanılmaz sevgi hekayəsi
Yaranma səbəbi bəlli olmayan bəla
Pərəstişkarı Muradla Aslının barışığını sübut etdi - FOTO
Nikolas Keyc aktyorluqla vidalaşır














