Britaniya kraliçası 2-ci Yelizvetanın nəvəsi, Şahzadə Uilyam belə deyib.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, onun oğlu, 4 yaşlı Corc bu gün məktəbə gedib.
Kiçik şahzadə Londonun cənub-qərbindəki Battersi səmtindəki "Thomas Day School" özəl məktəbində oxuyacaq.
Balaca şahzadənin anası, Kembric hersoginyası, 35 yaşlı Ketrin Middlton oğlu ilə məktəbə gedə bilməyib. Səbəb üçüncü övladına hamilə hersoginya Ketrinin nasaz olmasıdır. Həkimlərin dediklərinə görə, onda "Hyperemesis Gravidarum" xəstəliyi var. Bu xəstəlik hamiləliyin ilk 12 həftəsi zamanı qadınlarda toksikoz, bihallıq, ürəkbulanma və başağrıları ilə müşayiət olunur.
"Thomas's London Day Schools" şəbəkəsi "Thomas's Preparatory Schools" və ya sadəcə, "Thomas's" kimi tanınır. Şəbəkəyə Londonun Kensinqton, Battersi, Çelpem və Fulhem səmtlərində 4 özəl məktəb, habelə Battersidə "Kindergarten" özəl bağçası daxildir.
Britaniyanın ən məşhur və ən nüfuzlu orta məktəblərindən sayılan "Thomas"ı bitirənlərin total əksəriyyəti İton, Malboro, London, Ridli, Kral Kolleci və Vestminster Kolleci kimi təhsil müəssisələrində oxuyurlar.
"Thomas's"ın əsasını 1971-ci ildə məşhur britaniyalı aktrisa, üç övlad anası Coanna Tomas qoyub. 6 il sonra isə şəbəkəyə onun əri, sabiq zabit Devid Tomas rəhbərlik etməyə başlayıb.
Londonda nüfuzlu özəl təhsil ocaqlarından sayılan "Thomas's" məktəblərində illik təhsil haqqı 20 min funt-sterlinqdir.
Şahzadə Corcun təhsil alacağı məktəbin direktoru Saymon O-Mellinin dediyinə görə, tədris və təlim-tərbiyə prosesində Britaniya kraliçası 2-ci Yelizavetanın nəticəsinə heç bir güzəşt edilməyəcək.
"Bu gənc şahzadə taxt-tacın varisidir. Lakin valideynlərinin kimliyi, şahzadə Corcun hansı ailəyə mənsub olması bizim nəzərimizdə onu məktəbdəki digər uşaqlardan ən cüzi şəkildə ayırmaq, əlahiddə tutmaq, xüsusi davranış sərgiləmək üçün əsla əsas sayıla bilməz. Gənc hersoq, şahzadə Corc bizim üçün, sadəcə, şagirddir", - S.O-Melli söyləyib.
Kiçik şahzadənin oxuyacağı məktəbdə bir zamanlar Frens Uelç, Kara Delevinn, Maki Delevinn də təhsil alıblar.
Məktəbdə adi, "rutin" fənlərlə yanaşı incəsənət, balet, dram sənəti, informasiya texnologiyaları, fransız və latın dilləri, musiqi də tədris olunur.
Həmin fənlərin istisnasız olaraq hamısını elmlər doktoru titullu pedaqoqlar tədris edirlər.
540 şagirdi olan məktəbdə təhsil müddəti valideynlərin seçimindən asılı olaraq 9, 11 və 13 ildir. 13 illik təhsil kursu məktəbdə 4 yaşında hazırlıq kurslarında oxumağa başlayan şagirdlər üçündür.
Məktəbdəki təhsilin ilk 4 ilində uşaqlara ev tapşırıqları verilmir.
Britaniyanın gələcək kralı, 4 yaşlı Corc səhər saatlarında şən görünsə də, sonradan məktəbə yollandığını anlayanda dəcəllik edib, əhvalı pozulub.
Kiçik şahzadəni təhlükəsizliyini 6 polis zabiti təmin edəcəklər. Onların məktəbə daxil olmağa ixtiyarları yoxdur.
XƏBƏR LENTİ
Sabahın HAVAsı
Ailə insana nə üçün lazımdır?
Prezident xalqı təbrik etdi - Video
Prezidentdən Mehriban Əliyevaya mükafat
Neftin bahalaşması davam edir
“Dünya gözəli” yarışmasının qalibi 14 uğursuz hamiləlikdən sonra əkiz uşaq dünyaya gətirdi
Qadınların kişilərdən fərqi
Avropada ucuz ev məsələsi doğrudur?
Stres haqqında bilmədiklərimiz
Merve Boluğur müflis oldu
Pendirli toyuq qızartması (foto resept)
Merve Boluğur depressiyadan çıxdı-FOTO
Bengü canlı yayımda ağladı-VİDEO
Yol polisindən taksilərin fəaliyyəti ilə bağlı AÇIQLAMA
Britaniyalılar "Qızıl Top"un qalibini müəyyənləşdirdilər
Tutuquşu sahibəsini oğrudan xilas etdi
Ermənilərin Gəncəyə top atəşləri zamanı xəsarət alan olmayıb, mülki infrastruktura zərər dəyməyib - RƏSMİ
Günün qoroskopu: mühüm məsələlərin həlli üçün yaxşı fondur
Yol nişanlarına dəyişikliklər olundu
Saç sağlamlığı üçün saçları necə yumalı?
Bu gündən şagirdlərin elektron yerdəyişməsi başlayır
Problemlərimiz barədə kimdən məsləhət almalıyıq?
Surqut aeroportuna Fərman Salmanovun adı verildi
Sağlam böyüməyinə kömək edin
Dünya və Azərbaycanda yeni dərs ili necə olacaq? - VİDEOREPORTAJ
Nurgül Yeşilçay yeni şəkillərini paylaşdı
İndoneziyada güclü zəlzələ: sunami təhlükəsi elan edildi
ABŞ universitetlərində təhsil almaq istəyənlərə yeni xəbər
Prezident İlham Əliyev hərbi qulluqçulara "general-mayor" rütbəsi verib, medalla təltif etdi
İyulun 20-nə kimi bu sahələrin fəaliyyətinə icazə verilir
Azərbaycanda evlilik yaşı qocalır
Müge Boz Qəbələdən ev almağa hazırlaşır-FOTO
Məşhur aktrisa ana olacaq
Qubadlı rayonunun işğaldan azad olunan Padar kəndi - VİDEO
Tənbəl mantısı və nar-qovurma (foto resept)
Lordlar Palatasının üzvləri: "Xocalı faciəsini törədənlər mütləq ədalət məhkəməsi qarşısında cavab verməlidirlər"
Çimərlikdəki möcüzədən xəbəriniz varmı?
Serenay Sarıkayanın 7 illik sirri ortaya çıxdı - FOTO
Ya həmişə, ya heç vaxt psixologiyası
Kottiqli pəriləri (1-ci hissə)
Ölüm vaxtını hesablayan şəbəkə yaradıldı - YENİLİK
Bakıda 720 manata alça satılır
İşləmək, yoxsa işləməmək?
HAVA necə olacaq?
LG yeni smartfonu təqdim etdi
Üz formasına görə saçı hansı tərəfə ayırmalı?
Pişik üçün türbə ucaldıldı
Milyarder özünə toy etdi: gəlinə 10 milyonluq üzük verildi-FOTO
Fətvalar: Qar adamı düzəltmək, yoqa, tatu, Marsa uçmaq...
Abonentlərin nəzərinə: Ödəmə terminallarından istifadə etməyin














