
Britaniya Parlamenti Lordlar Palatasının üzvləri Lord Deyvid Evans, Baronessa Detta Okahoyn, Lord Riçard Rizbi, Lord Maykl German, Lord Entoni Sent Con, Vikont Trençard və Baronessa Zahida ManzurAzərbaycan Prezidenti İlham Əliyevə Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar başsağlığı məktubu ünvanlayıblar.
Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, başsağlığında deyilir: “Hörmətli Prezident İlham Əliyev, biz, Böyük Britaniya Parlamentinin Lordlar Palatasının aşağıda imza edən üzvləri, Xocalıda törədilmiş kütləvi qırğının 23-cü ildönümü ərəfəsində Sizə yazaraq, Azərbaycan xalqı ilə həmrəy olduğumuzu bildiririk. 26 fevral 1992-ci il tarixində Xocalıda 366-cı sovet alayının köməyi ilə işğalçı Ermənistan silahlı qüvvələri 613 günahsız silahsız vətəndaşı qətlə yetirmişlər.
Biz bu çox kədərli ildönümü ərəfəsində Azərbaycan xalqının kədərini paylaşır və Sizin, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılması əsasında münaqişənin həllinə yönəlmiş yorulmaz səylərinizi dəstəkləyirik.
Bizim bir çoxumuz Azərbaycanda olmuş və qaçqın düşərgələrində məskunlaşmış məcburi köçkünlərin məşəqqətli həyatının şahidi olmuşuq. Xocalıda baş verənlər heç şübhəsiz ki, humanitar faciədir və bu faciəni törədənlər mütləq ədalət məhkəməsi qarşısında cavab verməlidirlər".
Lordlar Palatasının üzvləri qeyd ediblər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin davam etməsi Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olması qarşısında əsas əngəldir: "Sizin ölkənizin mühüm strateji və iqtisadi tərəfdaşı kimi Böyük Britaniya münaqişənin sülh yolu ilə həllində və Cənubi Qafqazın sabitlik və rifah regionuna çevrilməsində maraqlıdır. Məhz buna görə də ATƏT-in Minsk qrupu tərəfindən münaqişənin həlli istiqamətində aparılan sülh danışıqlarının daha da intensivləşdirilməsi və hərtərəfli sülh planı üzərində işə başlanılması olduqca vacibdir.
Zati-aliləri, bir daha xahiş edirik, sizin xalqınız üçün çox kədərli olan bu gündə bizim başsağlığımızı qəbul edəsiniz”.
Mənbə: Milli.Az

XƏBƏR LENTİ
Sürpriz yumurtadan çıxan oyuncaq valideyni dəhşətə gətirdi - FOTO
Toyda qonaqlara it yeməyi verdilər
Hamiləlik dövründə psixologiya
Bakıda mənzillərin qiyməti ucuzlaşıb
Hay-küylü "Lavrov planı"nın nəticəsiz sonu
"Eurovision-2020" üçün mahnı qəbuluna başladı
Qadınlarda menopauza və müalicəsi
Cennifer Lopezin geyimi hər kəsi heyrətləndirdi-FOTO
Tbilisi küçələrində yırtıcı leşləri yığırlar
Diordan çanta kolleksiyası
İbrahim Kalın və Süleyman Soylu koronavirusa yoluxub
Neslihan Atagül hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Uşaqların sosial-psixoloji inkişafı-12
Yağdan imtina etmək sağlamlıq üçün təhlükəlidir
HAVA necə olacaq?-20 noyabr
Novruz adətləri
Bakıdan qorxan ermənilər
Xəstəxana dəhlizində ölən kişi 13 gün sonra... - FOTO
Hollivud ulduzu İçərişəhərdə
Vitaminli pomidor səbəti
Dünyanın nadir at cinslərindən olan Dilbaz atları Ağstafada
Sadə toyuq kotleti (foto resept)
Qabil Hüseynli: "Ərdoğan öz əkdiklərini biçməkdədir"
Valyuta ilə bağlı rəsmi açıqlama
Qara uzun ətək, qara çəkmə, qara çanta - Colinin budəfəki obrazı
Görüntülərdəki ruh hər kəsi qorxutdu-FOTO
Kalori yandırmaq üçün 10 günlük vərdiş
Bankdan borc götürməzdən əvvəl mütləq bunu oxuyun
Böyrəkləri təmizləyən içki
Xoşbəxt cütlüklərin sirri
Günün qoroskopu: Sevdiklərinizə dəyər verin!
Zövqlü qablar
Saç boyası seçərkən bunlara diqqət edin
Limonlu piroq (foto resept)
İngilis dili-XXV-Dərs
Dünyada hər şey asandır, amma bircə şey çətindir. O şey — evlənmək
Depressiyadan qorunmaq üçün idman
Boksçumuz ermənini məhv etdi
Bakıda qeyri-qanuni duracaqlar ləğv olundu
Türkiyə laboratoriyalarında koronavirus test nəticələri gizlədilib
UZİ-dən eşitdiyi səs qadını heyrətləndirdi-FOTO
Çoxuşaqlı ailələr bunu bilməlidir
Bitişik əkiz bacılar əməliyyatla ayrılıb
İlin ən yaxşı küçə rəsmləri
Müdirlə yaxşı münasibətlər maaşa əlavələrdən daha xoşdur
Uşaqlara hər gün süd içirək
Malidə qiyamçılar sərhədləri bağlayıb komendant saatı tətbiq etdilər
Bakıya böyük rus axını
''Buğa'' salatı (foto resept)
Şaxta baba xəstəxanada

- ŞƏRHLƏR