ANS PRESS-in məlumatına görə, tədbirdə iştirak edən prezident İlham Əliyev Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu və uğurla başa çatdırıldığını bildirib.
Dövlət başçısı Bakıda keçirilən möhtəşəm yarışda yüksək əməyi olan ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanım Mehriban Əliyevanın Azərbaycanın ən yüksək ordeni - "Heydər Əliyev” ordeni ilə təltif olunduğunu deyib.
Bundan əlavə, nazir Azad Rəhimov, eləcə də föqəladə hallar naziri Kəmaləddin Heydərov "Şöhrət” ordeni ilə mükafatlandırılıb.
Ümumiyyətlə, "Heydər Əliyev" ordeninin təsisi Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında müstəsna tarixi xidmətlərini nəzərə alaraq və onun xatirəsini əbədiləşdirmək məqsədilə Milli Məclis tərəfindən qərara alınıb və Azərbaycan Respublikasının "Heydər Əliyev" ordeninin təsis edilməsi haqqında" 22 aprel 2005-ci il tarixli Qanunu ilə təsis edilib.
İndiyədək 16 şəxs bu ali mükafata layiq görülüb. Siyahı belədir:
28.04.2005 — İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti (Onun statusuna görə).
29.04.2005 — İhsan Əli Paşa oğlu Doğramacı, Türkiyə Bilkənt və Höcəttəpə Universitetlərinin banisi, məşhur pediatr və mesenant (Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında elmi və mədəni əlaqələrin qurulmasında və inkişaf etdirilməsində xüsusi xidmətlərinə görə).
29.01.2007 — Jak Şirak, Fransa Respublikasının Prezidenti (Fransa ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə).
27.03.2007 — Mstislav Leopoldoviç Rostropoviç, Məşhur violençel ifaçısı və dirijor (Azərbaycanın beynəlxalq mədəni əlaqələri və musiqi sənətinin inkişafındakı böyük xidmətlərinə görə).
21.05.2008 — Viktor Andreyeviç Yuşşenko, Ukrayna Prezidenti (Ukrayna ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə).
27.11.2008 — Tahir Teymur oğlu Salahov, Məşhur Azərbaycan və SSRİ rəssamı (Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə).
4.06.2009 — Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah, Küveyt Dövlətinin Əmiri (Küveyt Dövləti ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə).
02.07.2009 — Lex Kaçinski, Polşa Respublikasının Prezidenti (Polşa Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə).
10.08.2009 — Valdis Zatlers, Latviya Respublikasının Prezidenti (Latviya Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə).
18.04.2011 — Trayan Besesku, Rumıniya Respublikasının Prezidenti (Rumıniya ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə).
14.11.2011 — Georgi Pırvanov, Bolqarıstan Respublikasının Prezidenti (Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə).
11.07.2012 — Emoməli Rəhmon, Tacikistan Respublikasının Prezidenti (Tacikistan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə).
13.09.2013 — Arif Məlikov, SSRİ xalq artisti (Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə).
11.11.2013 — Abdullah Gül, Türkiyə Respublikasının 11-ci prezidenti (Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə).
17.11.2013 — Viktor Yanukoviç, Ukraynanın 4-cü prezidenti (Ukrayna ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə).
02.09.2014 — Rəcəb Tayyib Ərdoğan, Türkiyənin 12-ci prezidenti (Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında dostluq, qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi və inkişafında xüsusi xidmətlərinə görə).
Mükafat alanlar arasında I Avropa Oyunlarında Azərbaycana qızıl medal qazandıran İlahə Qasımovanın da adı var. ANS PRESS-in məlumatına görə, o prezidentin təqdim etdiyi "Tərəqqi" medalının fotosunu İnstagram səhifəsində yerləşdirib və qayğıya görə dövlət başçısına təşəkkür edib.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Binə hava limanı bağlanır
Ədviyyatlı sarımsaq soslu badımcan(foto resept)
Yutub fenomeni rəzil oldu - FOTO
Sirr saxlamağı bacarırsanmı?
Nazirlik avtomobillər payladı
Azərbaycanın Yunanıstandakı səfiri Bakıya çağırıldı
Region televiziyalarında "Bizim Yeni il"
Koronavirus yeni yolla yoluxa bilər
Məftunedici və şık
Bakıda evlərin qiymətləri ucuzlaşır
Bakının bu əraziləri qazsız qalacaq
Keçmişin gözəl aktrisaları
Bakı avtobusunda bunu da gördük!
Təhsil Nazirliyindən müəllimlərin iş yerlərinin dəyişdirilməsi ilə bağlı AÇIQLAMA
Saçlarımızı özümüz düzəldək
92 yaşlı nənənin əl işləri
Avropa Parlamentinin nümayəndələri İrana səfər ediblər
Növbəti düşmən təxribatı ilə bağlı nazirlikdən XƏBƏRDARLIQ
Bazar, mağaza və yarmarkalar belə fəaliyyət göstərəcək - RƏSMİ
Həcc mərasimi ilə bağlı BƏYANAT
Azərbaycanda distant təhsil diplomları tanınacaq?
Şeyma Subaşının gizli FOTOsu diqqət çəkdi
BÜRCLƏR bizə nə vəd edir?-19 Aprel
Vanqadan şok öncəgörmə: Martın 31-də...
Günün ulduz falı - 01.03.2014
WhatsApp”dan daha bir möhtəşəm yenilik
"Azərreyl” uduzdu
Kiprikləri uzatmaq üçün maska
Qadin.Netlə birlikdə hamiləlik (XXV həftə)
Olimpiadanın talismanları göstərildi
İlham Əliyev xizək sürdü
Badımcan salatı (foto-resept)
Köhnə film ulduzların palto dəbi
Koronavirusa görə səhnəyə nəhəng balonda çıxdı - VİDEO
Ermənilərə qarşı protokol
Flora və Fauna
Bakı məktəblərində işləmək istəyənlər üçün imtahan vaxtları açıqlandı
Mənzil bazarı: 2015-də bizi nə gözləyir?
Talassemiya xəstəliyi
Evi yanan sakinlərə müjdə
Ramazan ayının 16-cü gününün duası
Düşmənin canlı qüvvəsi və zirehli texnikası məhv edildi - VİDEO
Millət vəkili oğluna 1500 nəfərlik toy etdi - FOTO/VİDEO
Məmməd Əmin Rəsulzadə kimdir?
Fahriye Evcenin pəhrizi
Sürətli saç uzadan üsul
Şahzadə körpənin adı bilindi
Hadise yenə "hadisə" yaratdı-FOTO
Qadin.Net - 6 YAŞ
"Qarabağ" "Neftçi"yə məğlub oldu















- ŞƏRHLƏR