Stres və onun törətdiyi fəsadlar haqqında bir çoxumuzun müəyyən qədər məlumatı var. Stresin potensial təhlükəsi ilə demək olar ki, hər gün üzləşirik. Məlumatımız da var ki, stres qan təzyiqinin qalxmasının yaxud da enməsinin, iştahanın artmasının və ya əksinə, qarınqululuğun, yorgunluğun, və ya bəzən yüksək aktivliyin, çox danışmanın, və ya əksinə, özünəqapanmanın səbəbi olur. Bilirik ki, stressin təsiri altında biz infeksiyalara, depressiyalara, bədbəxt hadisələrə məruz qalırıq. Streslə tez-tez rastlaşırıq. Lakin onun haqqında yaxşı biliklərimiz yoxdur. Stres nədir və stres yaradan vəziyyətlər hansılardır? Stres gücü xarici təsir nəticəsində orqanizmdə yaranan gərginlik halıdır.
Stresin ilk əlamətləri
Ürək döyüntülərinin artması/nəbzin sürətlənməsi - normada 70-80 olan ürək vurgula¬rının sayı stres zamanı 120-160-a çata bilər.
Qanda şəkərin miqdarının artması
Tənəffüsün tezləşməsi və səthi olması
Damarların daralması (spazmalar) / baş ağrıları - böyüklərdə təzyiqin artması
Dərinin rənginin dəyişməsi - sinir sisteminin fəaliyyət tipindən asılı olaraq qızarması və ya ağarması
Bağırsaqların motorikasının artması
Tərləmə və ya əksinə, ağızın quruması
Hərəkət aktivliyin artması, jestikulyasıyanın güclənməsi, mimikanın dəyişməsi və s. Bu əlamətlər qanda adrenalinin artmasının əlamətləridir.
Həyat fəaliyyətinin ekstremal şəraitinin təsiri nəticəsində yaranan uzunmüddətli stres halında insanlarda aşağıdaki hallar baş verir:
Pis yuxu
Qıcıqlanma, apatiya
Ailədən, dostlardan uzaqlaşma
Tez-tez baş verən soyuqdəymə və əzginlik
Baş ağrıları
Həzm problemləri
Dərslərdə diqqətsizlik
Boyun və baş nahiyəsində əzələ gərginliyi
Ağızda quruluq
Yapışqan əllər
Ağlamaq istəyi
Bir yerdə qərar tutmamaq
Iştahanın ya çox, ya da heç olmaması
Stres vəziyyətləri haqqında
1. Ailə stresi - ailədə münaqişələr - bəzən ailədə aşkar yox, uşaqdan gizli saxlanılan münaqışələr də olur. Maliyyə uğursuzluqları, valideynlərdən birinin xəstə olması, ayrılma perspektivi - bunların hamisi ailədə olan uşaqlarda stres halını yaradır.
2. Məktəb və ya ali məktəb stresi - bir çox tələbələr bununla tanışdır - tapşırıqların çox olması, müəllimlərlə anlaşılmazlıq, yataqxana şəraitinin pis olması, vaxtında qəbul edilməyən qida, rayon uşaqlarının öz evlərindən uzaq düşməsi və s.
3. Sevgi yönəmində keçirilən stres halları - qısqanclıq, etibarsızlıq, xəyanət, valideynlərin etirazı - bu xüsusi bir mövzudur.
4. Xarici görünüşlə əlaqədar olan stres - bu daha çox xarici görünüşündən razı olmayan gənc qızlarda olur.
Müasir zamanda stres vəziyyətin yalnız fiziki xüsusiyyətlərinə yox, daha çox şəxsiyyətlə ətrafdakılar arasında olan qarşılıqlı fəaliyyətin xüsusiyyətlərinə olan reaksiyadır. Stres daha çox bizim fikirlərimiz və vəziyyəti qiymətləndirməmizin məhsuludur.
Stres ilə mübarizə
1. Həyata başqa gözlə baxmağı öyrənmək. Streslə mübarizə özünə təsirdən başlayır - özünüzün fiziki və emosional əmin-amanlığınıza görə yalnız siz cavabdehsiniz.
2. Optimist olmalı. Pessimizm - stresin yüksək səviyyədə olmasına zəmanət verir.
3. Qorxu, həyəcan gətirən hər bir şeydən mümkün qədər uzaq olmaq - qorxulu kinolar, kriminala həsr olunmuş verilişlər, qorxulu kitablar və s.
4. Müntəzəm olaraq idmanla məşğul olmaq.
5. Hər bir işə nizam-intizamla yanaşmaq. Səliqəsizlik, intizamsızlıq bir tərəfdən bir növ "azadlıq" hissini yaratsa da əslində stres yaradır. Məqsədyönlü olmaq lazımdır, görüləcək işlərin siyahisi tutulmalıdır.
6. Həyata sevinməyi öyrənmək lazımdır. Diqqəti və hissləri işdən, istənilən fəaliyyətdən məmnun olmağa yönəltməyə çalışmaq lazımdır.
7. Maksimalist olmaq lazım deyil - bu zaman işlərin uğursuzluğu stres yarada bilər.
8. Yalnız özün haqqında fikirləşməmək.
9. Keçmiş hadisələr haqqında çox fikirləşməmək
10. Yaxşı, düzgün qidalanmaq
11. Zərərli maddələrdən uzaq olmaq
12. Yaxşı yatmaq
13. Arabir massaj etmək - bu gərginliyin azalmasına və ümumiyyətlə stresin azalmasına təsir edir.
14. Gündəlik həyatın eyniliyi ilə mübarizə aparmaq - teatra getmək, qonaq getmək, uzaq qohumlarla görüşmək, istirahat günlərində istirahat etmək lazımdır. Bunlar yaranmış stresdən orqanizmi bərpa etmək üçün lazım olan fasiləni təmin etmək üçündür.
Fikirlərin yönəminin dəyişməsi - müvəqqəti olaraq təmamilə başqa bir işlə məşğul olmaq - təhsil alanlar imtahandan əvvəl fikirlərini başqa bir fəaliyyətə yönəltsə - maraqlı kitab oxusa, kinoya baxsa, sevdiyi insanlarla görüşsə stresə daha az məruz qalar.
Stresdən uzaq olmaq üçün
1. Həyatın stres səviyyəsini aşağı salmağa çalışmaq lazımdır - fikirləri bir yerə istiqamətləndirmək, özünü bütün hadisələrin günahkarı kimi hiss etməmək.
2. Məşğuliyyət tapmaq - daima narahatlıq içində yaşayan insan bir iş və ya təhsil almağa başı qarışırsa, stres yaradan hallardan çox vaxt uzaq olur.
3. Özünə hörmət etməyi öyrənməli - belə insanlar özünə güvənli olur və stres hallarından asanlıqla çıxır.
4. Vaxtlı-vaxtında istirahat etmək lazımdır - bir qədər yuxulamaq, kitab oxumaq, musiqiyə qulaq asmaq və s.
5. Həmişə hadisələrin sənin xeyrinə, ümumiyyətlə yaxşı sonluqla qurtaracağına inanmaq.
6. Heç vaxt taledən gileylənməmək
7. Yadda saxlamaq lazımdır ki, özünügünahlandırma stresi artırır, özünüidarə isə əksinə, azaldır.
Beləliklə, insanın stres vəziyyətindən tez və ya gec çıxması çox vaxt onun öz əllərində olur.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
ÇOX GÖZƏL GƏLINLIKLƏR
Neon dırnaqlar
4 yaşlı uşağa ömürlük həbs cəzası verildi
Kür çayında problem: Bir sıra şəhər və rayonlarda su olmayacaq
"Sizdən soruşsalar, heç kəsin adını çəkməyin"
Rusiyalı sülhməramlılar Dağlıq Qarabağın minalardan təmizlənməsində iştirak edəcək
Koronavirusdan müstəqil şəkildə müalicə üçün inhalyator hazırlanıb - FOTO
Qulaq kiri: yaranma səbəbləri və təmizlənmə üsulları
Günün qoroskopu: bu günün hadisələri sizi sevindirəcək
Azərbaycan kubokunun dəyəri artdı
Bu ölkədə ilk dəfə prezident qadın oldu
Azərbaycana "donuz qripi" gələrsə...
Azərbaycanın qızıl ehtiyatları 2 dəfədən çox artıb
Obama Ərdoğana başsağlığı verdi
Hərbçilərimiz Laçının ən hündür nöqtəsinə şanlı bayrağımızı sancdılar - VİDEO
Kiçik şəhərdə universitet oxumağın 6 üstünlüyü
Hadise ərə gedir
Qalmaqallı məşhurlar "Yasak Elma" serialında-FOTO
Sadə bantın hazırlanması
Həbsdən çıxıb həyatın zindanına düşməmək üçün nə etməli?
Ləzzətli salat hazırlamaq üçün məsləhətlər
"Ulu öndər Heydər Əliyev Azərbaycanın inkişaf yoluna çıxması, iqtisadi cəhətdən güclənməsi və tanınması üçün çox böyük işlər gördü"
Yumurtanın sürətli çəki azaldan xüsusiyyəti
Qapılar
"Çin restoranı" sindromu
Zeyn Malikin 17 yaşlı bacısı ərə getdi-FOTO
Kişiləri nə xoşbəxt edir?
Dünyanın ən rəngli yerləri (2)
FİFA prezidenti İranı qadınlara stadiona getməyə icazə verməyə çağırıb
Günün qoroskopu:Heç kəsi qəlbinizə buraxmayın!
ABŞ-dan xəbərdarlıq: 1.5 milyon insan ölə bilər
Yadplanetlilərin gəmisi Rusiyada yerə endi - VİDEO
Ölkəsi üçün qaradərili Barbi hazırladı
Uzadılmış xüsusi karantin dövründə idman zalları işləyəcəkmi? - AÇIQLAMA
"Qarabağın məşhur müəllimləri" - Firidun bəy Köçərli
İncəsənət xadimləri mükafatlandırıldılar- SİYAHI.
Üzdəki çuxurları necə aradan qaldırmalı?
Petek Dinçöz ikinci dəfə ana olacaq
Uşaq otaqları
Şəki paytaxt elan edildi
Metroda oxuyan Kristina Aqilranı kimsə tanımadı-VİDEO
“Haber Global” Kəlbəcərdə
Ariananın yediyi konfet 50 min dollara satışa qoyuldu-FOTO
Bu gün Günəş tam tutulacaq
Qarabağın Azərbaycana məxsusluğu bir daha sübuta yetirildi
Məktəblər nə vaxt açılacaq? - Nazir deputatlarla müzakirələr aparır
Soyuq havadan saçınızı qoruyun
Müəllimlərin işə qəbulu üzrə imtahandan 4 nəfər çıxarıldı
Xüsusi hekayəsi olan tatular
Tibb tarixində bir ilk-FOTO
- ŞƏRHLƏR