Qadin.NET / Stres haqqında bilmədiklərimiz

Stres haqqında bilmədiklərimiz

Stres haqqında bilmədiklərimiz

Stres və onun törətdiyi fəsadlar haqqında bir çoxumuzun müəyyən qədər məlumatı var. Stresin potensial təhlükəsi ilə demək olar ki, hər gün üzləşirik. Məlumatımız da var ki, stres qan təzyiqinin qalxmasının yaxud da enməsinin, iştahanın artmasının və ya əksinə, qarınqululuğun, yorgunluğun, və ya bəzən yüksək aktivliyin, çox danışmanın, və ya əksinə, özünəqapanmanın səbəbi olur. Bilirik ki, stressin təsiri altında biz infeksiyalara, depressiyalara, bədbəxt hadisələrə məruz qalırıq. Streslə tez-tez rastlaşırıq. Lakin onun haqqında yaxşı biliklərimiz yoxdur. Stres nədir və stres yaradan vəziyyətlər hansılardır? Stres gücü xarici təsir nəticəsində orqanizmdə yaranan gərginlik halıdır. 

Stresin ilk əlamətləri

Ürək döyüntülərinin artması/nəbzin sürətlənməsi - normada 70-80 olan ürək vurgula¬rının sayı stres zamanı 120-160-a çata bilər.

Qanda şəkərin miqdarının artması

Tənəffüsün tezləşməsi və səthi olması

Damarların daralması (spazmalar) / baş ağrıları - böyüklərdə təzyiqin artması

Dərinin rənginin dəyişməsi - sinir sisteminin fəaliyyət tipindən asılı olaraq qızarması və ya ağarması

Bağırsaqların motorikasının artması

Tərləmə və ya əksinə, ağızın quruması

Hərəkət aktivliyin artması, jestikulyasıyanın güclənməsi, mimikanın dəyişməsi və s. Bu əlamətlər qanda adrenalinin artmasının əlamətləridir.

Həyat fəaliyyətinin ekstremal şəraitinin təsiri nəticəsində yaranan uzunmüddətli stres halında insanlarda aşağıdaki hallar baş verir:

Stres haqqında bilmədiklərimiz

Pis yuxu

Qıcıqlanma, apatiya

Ailədən, dostlardan uzaqlaşma

Tez-tez baş verən soyuqdəymə və əzginlik

Baş ağrıları

Həzm problemləri

Dərslərdə diqqətsizlik

Boyun və baş nahiyəsində əzələ gərginliyi

Ağızda quruluq

Yapışqan əllər

 Ağlamaq istəyi

Bir yerdə qərar tutmamaq

Iştahanın ya çox, ya da heç olmaması

Stres vəziyyətləri haqqında

1. Ailə stresi - ailədə münaqişələr - bəzən ailədə aşkar yox, uşaqdan gizli saxlanılan münaqışələr də olur. Maliyyə uğursuzluqları, valideynlərdən birinin xəstə olması, ayrılma perspektivi - bunların hamisi ailədə olan uşaqlarda stres halını yaradır.

2. Məktəb və ya ali məktəb stresi - bir çox tələbələr bununla tanışdır - tapşırıqların çox olması, müəllimlərlə anlaşılmazlıq, yataqxana şəraitinin pis olması, vaxtında qəbul edilməyən qida, rayon uşaqlarının öz evlərindən uzaq düşməsi və s.

3. Sevgi yönəmində keçirilən stres halları - qısqanclıq, etibarsızlıq, xəyanət, valideynlərin etirazı - bu xüsusi bir mövzudur.

4. Xarici görünüşlə əlaqədar olan stres - bu daha çox xarici görünüşündən razı olmayan gənc qızlarda olur.

Müasir zamanda stres vəziyyətin yalnız fiziki xüsusiyyətlərinə yox, daha çox şəxsiyyətlə ətrafdakılar arasında olan qarşılıqlı fəaliyyətin xüsusiyyətlərinə olan reaksiyadır. Stres daha çox bizim fikirlərimiz və vəziyyəti qiymətləndirməmizin məhsuludur. 

Stres haqqında bilmədiklərimiz

Stres ilə mübarizə

1. Həyata başqa gözlə baxmağı öyrənmək. Streslə mübarizə özünə təsirdən başlayır - özünüzün fiziki və emosional əmin-amanlığınıza görə yalnız siz cavabdehsiniz.

2. Optimist olmalı. Pessimizm - stresin yüksək səviyyədə olmasına zəmanət verir.

3. Qorxu, həyəcan gətirən hər bir şeydən mümkün qədər uzaq olmaq - qorxulu kinolar, kriminala həsr olunmuş verilişlər, qorxulu kitablar və s.

4. Müntəzəm olaraq idmanla məşğul olmaq.

5. Hər bir işə nizam-intizamla yanaşmaq. Səliqəsizlik, intizamsızlıq bir tərəfdən bir növ "azadlıq" hissini yaratsa da əslində stres yaradır. Məqsədyönlü olmaq lazımdır, görüləcək işlərin siyahisi tutulmalıdır.

6. Həyata sevinməyi öyrənmək lazımdır. Diqqəti və hissləri işdən, istənilən fəaliyyətdən məmnun olmağa yönəltməyə çalışmaq lazımdır.

7. Maksimalist olmaq lazım deyil - bu zaman işlərin uğursuzluğu stres yarada bilər.

8. Yalnız özün haqqında fikirləşməmək.

9. Keçmiş hadisələr haqqında çox fikirləşməmək

10. Yaxşı, düzgün qidalanmaq

11. Zərərli maddələrdən uzaq olmaq

12. Yaxşı yatmaq

13. Arabir massaj etmək - bu gərginliyin azalmasına və ümumiyyətlə stresin azalmasına təsir edir.

14. Gündəlik həyatın eyniliyi ilə mübarizə aparmaq - teatra getmək, qonaq getmək, uzaq qohumlarla görüşmək, istirahat günlərində istirahat etmək lazımdır. Bunlar yaranmış stresdən orqanizmi bərpa etmək üçün lazım olan fasiləni təmin etmək üçündür.

Fikirlərin yönəminin dəyişməsi - müvəqqəti olaraq təmamilə başqa bir işlə məşğul olmaq - təhsil alanlar imtahandan əvvəl fikirlərini başqa bir fəaliyyətə yönəltsə - maraqlı kitab oxusa, kinoya baxsa, sevdiyi insanlarla görüşsə stresə daha az məruz qalar. 

Stres haqqında bilmədiklərimiz

Stresdən uzaq olmaq üçün

1. Həyatın stres səviyyəsini aşağı salmağa çalışmaq lazımdır - fikirləri bir yerə istiqamətləndirmək, özünü bütün hadisələrin günahkarı kimi hiss etməmək.

2. Məşğuliyyət tapmaq - daima narahatlıq içində yaşayan insan bir iş və ya təhsil almağa başı qarışırsa, stres yaradan hallardan çox vaxt uzaq olur.

3. Özünə hörmət etməyi öyrənməli - belə insanlar özünə güvənli olur və stres hallarından asanlıqla çıxır.

4. Vaxtlı-vaxtında istirahat etmək lazımdır - bir qədər yuxulamaq, kitab oxumaq, musiqiyə qulaq asmaq və s.

5. Həmişə hadisələrin sənin xeyrinə, ümumiyyətlə yaxşı sonluqla qurtaracağına inanmaq.

6. Heç vaxt taledən gileylənməmək

7. Yadda saxlamaq lazımdır ki, özünügünahlandırma stresi artırır, özünüidarə isə əksinə, azaldır.

Beləliklə, insanın stres vəziyyətindən tez və ya gec çıxması çox vaxt onun öz əllərində olur.

29 avqust 2016
GO BACK