
Qanuna görə aylıq gəliri, hər bir ailə üzvü üçün ehtiyac meyarından, yəni 100 manatdan aşağı olan ailələrə ünvanlı sosial yardım verilir. Amma bir şərtlə ki, ailənin aylıq gəlirinin az olması ondan asılı olmayan səbəblərlə bağlı olsun. Məsələn, ailə başçısının itirilməsi, əmək qabiliyyətinin olmaması belə səbəblərdəndir.Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, ƏƏSMN-nin Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyevin sözlərinə görə, ünvanlı sosial yardımın verilməsi 1 il üçün nəzərdə tutulur. Bu 1 il ərzində ailənin əmək qabiliyətli üzvləri işlə təmin olunmaq üçün Məşğulluq Mərkəzində qeydiyyatda durmalıdırlar. 8 yaşdan yuxarı uşağı olan qadınlar da müvafiq işlə təmin olunması üçün mütləq bu mərkəzlərə müraciət etməlidir. Peşəsinə uyğun olaraq həmin şəxslərə 2 dəfə iş təklif olunursa və onlar bundan imtina edərlərsə, o zaman həmin ailələrə ünvanlı sosial yardım verilmir.Çingiz Əliyevin sözlərinə görə, bəzən əmək qabiliyyətli insanlar işləmək əvəzinə ünvanlı sosial yardım almağa üstünlük verirlər.
ƏƏSMN-nin Xidmət rəisi, Çingiz Əliyev: “Onlardan soruşduqda sizin neçə yaşınız var, məlum olur ki, onlar əmək qabiliyyətlidirlər. Əlilliyi, ailəsi ilə bağlı soruşulduqda məlum olur ki, bu işləmir, bəzən biz soruşuruq ki, siz Məşğulluq İdarəsinə müraciət etmisiniz? Məlum olur ki, yox! Soruşanda niyə? Məlum olur ki, onlar 200-250 manatlıq iş əvəzinə, 100 manat ünvanlı sosial yardım almağı üstün tuturlar”.
Müraciət edənlər 1 il əvvəl mənzil alqı-satqısı etdikdə, istər mülkiyyətində, istərsə də vəkalətində, avtomobil olduqda onlara ünvanlı sosial yardım ayrılmır. Hesab olunur ki, bu göstəricilər həmin ailənin aztəminatlı olmamasından xəbər verir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin araşdırması nəticəsində məlum olur ki, bir çox hallarda hətta fərdi sahibkarlıqla məşğul olan vətəndaşlar vergi qeydiyyatından yayınaraq ünvanlı sosial yardım almaq istəyirlər. Nazirlik yardım almaq üçün müxtəlif üsullara əl atanlara da səslənir.
Ötən il ölkədə 140 min 711 ailə ünvanlı sosial yardım alıb. Təkrar yardım alanlar, ümumilikdə sosial müavinət alanların 77 %-ni təşkil edir. 23 % ailə isə bu sistemə yeni qoşulanlardır.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Bu zalım dünyada doğulma...
Ulduzlardan Təqdiredici Addım-FOTO
Hollandiyada "Qarabağ"dan danışdılar
Südlü sıyıq (foto-resept)
Nikolas Keyc 4 günlük xanımından boşana bilmir-SƏBƏB
Mine Tuqayın arxiv FOTOsu yayıldı-TƏHQİR olundu
Oğlan, yoxsa qız?
Kotlet buğlaması(foto-resept)
Bakını toz bürüyəcək
Azərbaycanda xüsusi karantin rejimi yenidən uzadıldı - RƏSMİ
Bakı avtobusları: diqqətsizlik, yoxsa məsuliyyətsizlik?
Enerji içkiləri bu şəxslərə SATILMAYACAQ
Merlin Monronun FOTOsu satışa çıxarıldı
Günün ulduz falı
Yaz-yay üçün bu eynəklərdən alın
Heyrətamiz mikrodünya
Hadise geyimi barədə AÇIQLAMA verdi-FOTO
Kafkanın 12 qadını (1)
Ən bahalı toy
Günün ulduz falı
Ayrılıq ağrısından necə xilas olmalı?
Yayın dəbi
Böyrəyinizi itirmək istəmirsinizsə, oxuyun
Uest ABŞ prezidenti olmaq istəyir
Kişilər qadınlardan daha sürətli arıqlayır
95 yaşlı milyarder evləndi-FOTO
Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür
Darçınlı bulkalar (foto resept)
Zərdəçallı omlet (foto resept)
Bürc olaraq hansı pişik növünə aidsiniz?
Xərçəngin qırmızı dərmanı
Hülya Avşar yenidən keçmiş əri ilə evlənir?
Separatçı kürd lider barədə istintaq başladıldı
Ətli makaronlu yemək (foto resept)
Uçuş zamanı təyyarənin pəncərəsində görünən çat təşviş yaratdı - VİDEO
Zibildən pul qazana biləcəyik
"Bizim Tarla" - Soyulmuş pomidor
HAVA necə olacaq? 14 MAY
Ermənilərin arzusu ürəyində qaldı
İtlər üçün sosial şəbəkə yaradıldı
Gözlərimizi necə qoruyaq?
Boksçumuzdan nokaut
Qaydaları pozan koronavirus xəstələri tutulandan sonra harada saxlanılır? - RƏSMİ AÇIQLAMA
Xaçmazlı bacılardan nümunəvi addım - VİDEO
Kosmetik vəsaitlərin saxlanma müddəti nə qədərdir?
Əfsanəyə çevrilmiş eşq hekayələri
Yeni ildə dünya əhalisinin sayı 7,444 milyard nəfərə çatacaq
Neftin ucuzlaşması sürətlənib
Qadınların bəzənmək səbəbləri
Məşhur ulduz intihar etdi















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]