“Vətəndaşlarımız nə qədər ki reseptsiz antibiotik, ağrıkəsici qəbul edəcəklər, böyrək çatışmazlığının qarşısını almaqdan söhbət gedə bilməz”
Dünyada 500 milyondan çox insan xroniki böyrək çatışmazlığından əziyyət çəkir. Azərbaycanda böyrək çatışmazlığından əziyyət çəkənlərin sayı barədə statistik məlumata rast gəlməsək də, həkimlərin sözlərinə görə, ildən-ilə sözügedən sahədə vəziyyət ağırlaşır. Ən pisi isə böyrək çatışmazlığı xəstəliyinin cavanlaşmasıdır. Sözügedən xəstəliyin səbəbləri, çıxış yolları və s. barədə Mərkəzi Klinikanın nefroloqu, Türkiyədə təhsil alan Səbinə Qasımova ilə söhbətləşdik.
- Səbinə xanım, əvvəlcə oradan başlayaq ki, böyrək orqanizmdə hansı funksiyaları yerinə yetirir?
- Böyrəyin orqanizmdə ən əsas funksiyası qanı süzmək, sidiyin əmələ gəlməsini yaratmaq, vücuddan zərərli maddələri təmizləmək, böyrəklərdə yaranan sidiyin sidik yolları vasitəsilə sidik kisəsinə tökülməsini təmin etməkdir. Böyrəklər kiçik orqan olmasına baxmayaraq, orqanizmdə böyük funksiyalar yerinə yetirir.
- Həkimlər son illər Azərbaycanda böyrək çatışmazlığının geniş yayıldığını deyirlər…
- Elədir, xüsusilə xroniki böyrək çatışmazlığı hazırda Azərbaycanda geniş yayılmış və narahatlığa səbəb olan xəstəliklərdən biridir. Qeyd edim ki, böyrək çatışmazlığının iki forması var: kəskin və xroniki. Kəskin böyrək çatışmazlığının vaxtında düzgün qoyulmuş diaqnoz nəticəsində müalicəsi mümkündür. Amma bəzi hallarda düzgün aparılmayan müalicə fonunda kəskin böyrək çatışmazlığı xroniki böyrək çatışmazlığına keçə bilər.
- Böyrək çatışmazlığına səbəb olan faktorlar hansılardır?
- Kəskin böyrək çatışmazlığına səbəb olan faktorlar aşağıdakılardır: artıq miqdarda qan itkisi ilə nəticələnən böyük əməliyyatlar, doğuşlar, bədənin donması, ishal, qusmalar, zəhərlənmələr, yanlış qanköçürmələri, ağır gedişatı olan infeksion xəstəliklər. Kəskin böyrək çatışmazlığını düzgün müalicə etmədikdə xroniki formaya keçir. Xroniki böyrək çatışmazlığı hər hansı səbəbdən böyrəklərin funksiyasının tədricən zəifləməsi nəticəsində baş verən patoloji haldır. Böyrəklərin xroniki iltihabı, irsi, allergik-immunoloji, infeksion xəstəlikləri, eləcə də şəkərli diabet, hipertoniya, sistem xəstəlikləri, qida və dərman zəhərlənmələri və s. xroniki böyrək çatışmazlığının baş verməsinə səbəb ola bilər.
Sözügedən xəstəliyin irsi keçmə ehtimalı da var. Daha doğrusu, böyrək çatışmazlığına gətirib çıxaran irsi faktorlar var.
- Böyrək çatışmazlığının əlamətləri hansılardır?
- Xroniki böyrək çatışmazlığı zamanı bəzən xəstə bizə müraciət edib başında ağrılarından, yüksək təzyiqdən, tezdən duranda ürəkbulanmadan, bədənində qaşınmadan, qansızlıqdan və s. şikayətlənir. Müayinə etdikdə görürük ki, xroniki böyrək çatışmazlığının son mərhələlərindədir. Böyrək çatışmazlığı olan xəstələr bizə müraciət etdikdə sidik cövhərinin və kreativin qanda miqdarı kəskin şəkildə yüksəldiyindən xəstədə uremik əlamətlər qeydə alınır. İştahasızlıq, yuxusuzluq, bəzən yuxuya meyllilik, bədəndə qaşınma, çəkidə azalma, rəngin dəyişməsi, aşağı və yuxarı ətraflarda, üzdə şişkinlik, dərinin torpaq rəngində olması xroniki böyrək çatışmazlığının əlamətləridir. Kənardan xəstəyə baxanda artıq sözügedən xəstəlikdən əziyyət çəkdiyi bəlli olur. Bəzən xəstəliyin etiologiyasına nəzər saldıqda görürük ki, böyrəkdən qaynaqlanan proses nəticəsində yaranmayıb. Sadəcə, xəstə idarəolunmaz şəkərli diabetdən, yüksək təzyiqdən əziyyət çəkib. Şəkər və təzyiqsə böyrəyin çökməsinə gətirib çıxarıb. Ümumiyyətlə, böyrək çox həssas orqandır, heç bir reaksiya vermədən dözür, səssiz qalır, amma sonda orqanizmə ciddi zərər vurur.
Xroniki böyrək çatışmazlığından əziyyət çəkənlər həkimə vaxtında müraciət edərlərsə, hətta yanaşı müalicə metodlarına keçmədən, tam müalicə etməsək də, qarşısını alıb prosesi gecikdirə, müxtəlif seanslarla dializə gətirib çıxarmasını ləngidə bilərik.
- Xroniki böyrək çatışmazlığının sonu nəyə gətirib çıxarır?
- Xəstəliyin 5 mərhələsi var. Son mərhələsi terminal mərhələ adlanır. Bu, böyrəklərin tamamən və ya qismən sıradan çıxması və böyrək əvəzləyici müalicə zərurətinin yaranması deməkdir. Bu halda xəstəyə dializ – yəni qanın orqanizmdən kənarda təmizlənməsi üsulu tətbiq olunur. Dializdən sonrakı mərhələ isə böyrək transplantasiyasıdır. Yəni həmin böyrəkdən xilas olub, onu yenisi ilə əvəzləməkdir.
- Sözügedən xəstəlik daha çox kişilərdə, yoxsa qadınlarda rast gəlinir?
- Ümumilikdə şəkər və yüksək təzyiq ən çox qadınlarda rast gəlinir. Dünyada isə böyrək çatışmazlığından əziyyət çəkən kişilər daha çoxdur. Azərbaycanda təxminən bərabər səviyyədədir.
- Hansı yaş həddində böyrək çatışmazlığından əziyyət çəkənlər daha çoxdur?
- Ölkəmizdə böyrək çatışmazlığı cavanlaşıb. Əvvəllər böyrək çatışmazlığına yaşlı insanlarda rast gəlinirdisə, indi 18-25 yaşlarında, hətta körpə uşaqlarda belə rast gəlirik.
- Ümumiyyətlə, böyrək çatışmazlığından əziyyət çəkən xəstələr necə qidalanmalıdır?
- Xəstə tam olaraq pəhrizə oturmalıdır. Duzsuz, çox yağlı qidalardan, ət və ət məhsulların hədsiz qəbulundan, konservantlardan uzaq olmaq lazımdır. Bundan başqa, böyrək çatışmazlığından əziyyət çəkənlər digər xəstəliklərinə görə həkim məsləhəti olmadan dərman qəbul etməməlidirlər. Xüsusilə ağrıkəsicilərdən, antibiotiklərin istifadəsinə sərhəd qoyulmalıdır. Tez-tez rastlaşdığım bir məsələyə də toxunmaq istərdim. Vətəndaşlarımız nə qədər ki, reseptsiz antibiotik, ağrıkəsici qəbul edəcəksə, böyrək çatışmazlığının qarşısını almaqdan söhbət gedə bilməz. Çünki antibiotiklərin əksəriyyətinin nefrotoksik təsiri var. Ağrıkəsicilərin isə böyrək toxumalarına mənfi təsiri var. Hətta bir ağrıkəsici iynə, bir tabletlə insan böyrək çatışmazlığına düçar ola bilər. Buna görə də insanlar ciddi şəkildə qəbul etdiyi dərmana, qidaya fikir verməlidir.
- Kimsə özündə hansısa böyrək xəstəliyinin, yaxud böyrək çatışmazlığının olduğundan şübhələnir, amma həkimə getmək üçün imkanı yoxdursa, bunu sadə yolla necə dəqiqləşdirə bilər?
- Çox maliyyə tələb etməyən bir üsul deyim. Sidiyin ümumi analizi və qanda sidik cövhəri və kreativi yoxlatmaqla nefroloqa getmədən də böyrəyində problem olub-olmadığını öyrənmək mümkündür. Verilən laborator analizin üzərində xəstənin analizinin cavabı ilə yanaşı, normativlər də yazılır. Bu normativə uyğun olaraq hətta tibbdən anlayışı olmayan insan da özündə hansı pataloji prosesin getdiyini görüb həkimə müraciət edə bilər.
- Böyrəklə insanın gün ərzində qəbul etdiyi suyun əlaqəsi varmı?
- Böyrək xəstəliklərində su çox önəmlidir. Gün ərzində insan hər kiloqramına görə 30 ml su qəbul etməlidir. Məsələn, əgər insanın çəkisi 50 kilodursa, hər gün 1,5 litr su içməlidir. İçdiyimiz maye orqanizmimizi xəstəliklərdən qoruyur. Böyrək çatışmazlığı olan xəstələrdə də sidik çıxışı normaldırsa, ürəklə bağlı problem yoxdursa, normal su qəbul edə bilər. Amma problemi varsa, suyun qəbuluna sərhəd qoyulur.
- Gün ərzində suyu normadan az qəbul etmək böyrək xəstəliklərinə gətirib çıxara bilərmi?
- Bəli. Nə qədər çox su içəcəyiksə, böyrəyin təmizlənməsi o qədər yaxşı gedəcək. Suyu normasında içmədikdə böyrəkdə durğunluq əmələ gəlir, qəbul etdiyimiz duzlar yığılır və daş əmələ gəlir, müəyyən infeksion proseslərin yaranmasına rəvac verir.
- Azərbaycanda əsasən böyrək xəstələri sizə hansı mərhələdə müraciət edirlər?
- Təəssüflər olsun ki, çox gecikmiş mərhələdə bizə üz tuturlar. Hətta elə xəstələrimiz olur ki, müraciət etdikdə məlum olur ki, çarə ancaq böyrəyin dəyişdirilməsinə qalıb.
Kaspi.az
XƏBƏR LENTİ
Devid Rokfeller haqqında yayılmış şəhər əfsanəsi
Saçların elektriklənməsinin səbəbi və həlli yolu
Mikroelementlər-1
Nüsrət Ərzurumdan FOTO paylaşdı
Xanımlarımız üçün gündəlik sadə makiyajlar
Hadise yeni imicdə-FOTO
İnternetə qoşulanlar 33 milyarda çatacaq
Azərbaycanda zəlzələ oldu
Koronavirusla bağlı son STATİSTİKA
Radio və televiziya işçilərinin peşə bayramıdır
Müdafiə Nazirliyindən səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilmə ilə bağlı əhaliyə ÇAĞIRIŞ
CeyLo Türkiyədən 1 milyon qazanıb
Günün ulduz falı
Lənkəranlı bağbanın konfet ağacı növbəti dəfə bar verdi
Koronavirusun qalıcı ZİYANLARI
Ətli blinçik (foto resept)
Ermənistanın təlimlərə cəlb etdiyi muzdlu: “Kabuslar görməyə başladım”
Milyaderlər uşaqlarına nə hədiyyə edir?
Akın əsil adını açıqladı
Hava haqqında
Qışda güllərə necə qulluq etməli?
Aydın-Qərb, Qaranlıq-Şərq?
22 yaşlı xidmətçi "zadəgan" oldu, fırıldaqla milyonlar yığdı - FOTO
DƏCƏL DEYƏ - DEYƏ DƏCƏL OLMASIN!
Yerlərinə yapışdır
Subaylar üçün vacib xəbər
HAVA necə olacaq?- 16 APREL
Depressiya əleyhinə 7 faydalı qida
Kolleclərə və V qrupa ərizə təqdim etmiş abituriyentlərin nəzərinə
Arıqlamaq üçün edilən hərəkətlərin texnikası
Balıq satışı qaydaları sərtləşdirildi
Hellouindəki qeyri-adi kostyumlar
Hərəkətin möcüzəvi gücü (Son)
Məşhurların kompleksləri
Sərnişinlərə şad xəbər
Məşhur cütlüyün övladı olacaq-FOTO
Putin Azərbaycana hərbi donanma ilə gəlir
Cobs haqqında film bəyənilmədi
Pomidorlu düyü şorbası (foto resept)
Leyla Əliyeva atasını belə təbrik etdi - VİDEO
Əks cinsi 7 saniyəyə valeh edin
Məşhur bədən boyama festivalı
Qış aylarında körpə gəzintisi
Sezen Aksunun makiyajsız FOTOsu yayıldı
Jasmin çayının faydaları
Səhiyyə Nazirliyi vətəndaşlara çağırış etdi
Mila Kunis 9 kq ARIQLADI-FOTO
Bu günün hava proqnozu
Bakı sakini nazirliyə ceyran bağışladı
Yedikləriniz əhvalınıza təsir edir