Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı dövlət sosial yardımının təyinatında ünvanlılıq prinsipinin daha dolğun şəkildə təmin edilməsi və sosial yardım proqramının aztəminatlı ailələrə əlçatanlığının artırılması üçün qanunvericilikdə təkmilləşdirmə işləri davam etdirilir.
Qadin.Net bildirir ki, Nazirlikdən verilən xəbərə görə, bu məqsədlə “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunda və “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nda dəyişikliklər layihələri hazırlanıb.
Mövcud qanunvericiliyə görə, ailə tərkibində baş vermiş dəyişiklik və bu dəyişikliyə görə məlumat verilməməsi ailəyə sosial yardım təyinatından imtinaya və ya ailəyə yardımın dayandırılmasına səbəb olur.
Yeni qanunvericilik layihələri isə həmin dəyişikliyin və buna görə məlumat verilməməsinin yardım təyinatına və ya ödənişinə təsir etməməsini nəzərdə tutur. Həmçinin, ailənin gəlirlərində dəyişiklik baş verdiyi halda, bu barədə ailənin məlumat verməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddətin beş iş günündən 15 iş gününə və ya 21 günədək uzadılması yeni layihələrdə yer alıb.
Hazırda ailənin ünvanlı dövlət sosial yardım almaq hüququna baxılarkən onun orta aylıq gəlirinə götürdüyü borc (o cümlədən, kredit) da daxil edilir. Sosial yardımın təyinatından sonra da ailə üzvü kredit götürdüyü və bu barədə məlumat verilmədiyi halda ailəyə sosial yardım ödənişi dayandırılır, növbəti dəfə sosial yardım almaq üçün müraciət etmək hüququ bir il müddətinə məhdudlaşdırılır.
Yeni layihədə bu məhdudiyyət aradan qaldırılmaqla, ailənin götürdüyü kreditin onun gəliri kimi nəzərə alınmaması, ümumən götürülən kreditin ailənin sosial yardım hüququna maneə yaratmaması əksini tapır.
Ünvanlı yardım üçün müraciət zamanı qeyd edilməsi tələb olunan məlumatların sayı da azaldılacaq. Aidiyyəti qurumların elektron informasiya bazalarından əldə edilməsi mümkün olan məlumatların ərizə-bəyannamədə bəyan edilməsi tələb edilməyəcək.
Həmçinin, ailə üzvünün (üzvlərinin) bu və ya digər sosial təminat növü (pensiya, müavinət, təqaüd və s.) ilə təmin edilməsi ilə bağlı məlumatların da daxil edilməsi istənilməyəcək, həmin məlumatlar müvafiq informasiya bazalarından əldə olunacaq.
Ünvanlı sosial yardım təyin olunan ailənin özünüməşğulluğa cəlb edilməsi üçün mexanizmin yaradılması da yeni qanunvericilik layihələrində yer alıb. Bu, aztəminatlı ailələrə sosial yardım formasında dəstəklə paralel olaraq, kiçik biznesə çıxış və gəlirlərini artırmalarına aktiv formada dövlət dəstəyinin göstərilməsini nəzərdə tutur.
Qeyd edək ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanun layihəsi artıq hökumətə təqdim edilib.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Tartolet (foto-resept)
Sevincin "Xocalı fəryadı"-Video
Qarpız naxışlı peçenye (foto resept)
Saç aksessuarları
Bütün dünyanı metro birləşdirəcək?
Mədə-bağırsaq xəstəliyi və qurdları
Müdafiə naziri Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub
Dünyanın ən böyük ultra sutəmizləyici qurğusu Bakıda tikilib
USB yaddaş kartı alarkən bu detallara diqqət edin
Hava haqqında
Azərbaycanda yumurta niyə ucuzlaşmır?
Buyurun, söz sizindir - "Bizim Tarla" Kompot məhsulu
İlanların intiqamı ağır oldu
HAVA necə olacaq?-4 Sentyabr
Çimərlik geyimlərini sevənlər üçün
Alimlər Venerada okean izləri tapıblar
Günün qoroskopu:Problemlərdən uzaq olun!
Dünya şöhrətli ifaçı öldü
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva səs veriblər-FOTO
Britni Spirs sənətdən gedir
Həkimlərimiz kurs keçəcək
HAVA necə olacaq?-2 FEVRAL
Bakının yeni dostu
Yeni kolleksiya: Kurtka donlar
Məşhur reperin saç stili TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Fındıq qabığından xərçəng dərmanı hazırlanacaq
Samsung-dan smartfonlar üçün oyun pultu
Doğma kəndim - Baş Küngüt
Mehriban Əliyeva tanınmış aktrisanın müalicəsini üzərinə götürdü
"Bakı 2015" Avropa Oyunlarının məşəl proqramının təqdimatı keçirilib
Doqquzuncu siniflər üzrə buraxılış imtahanları yeni modellə keçiriləcək - RƏSMİ
Unikal test ağciyər xərçəngini ən ilkin mərhələdə aşkara çıxarır
Demi Mur təcavüzkarın kimliyini açıqladı-FOTO
Ronaldo kökəldi-FOTO
“Dünya gözəli” yarışmasının qalibi 14 uğursuz hamiləlikdən sonra əkiz uşaq dünyaya gətirdi
İkimərtəbəli evini "iPhone 6"-ya dəyişən var
Uşaqlarımızın otağını özümüz dizayn edək
Bill Qeyts yeni proqnozlar verdi
Hikmət Hacıyev: “Ermənistan Tərtər sakinlərinə qarşı fosforlu mərmilərdən istifadə etməyə davam edir”
Oxumaq, oxumaq, yenə də oxumaq...
Pavlova tortu (foto resept)
Amerikalı alimlərdən SEVİNDİRİCİ PROQNOZ
Dinozavrların ən böyük məskəni
Şəkərin yaratdığı xəstəliklər
Ev heyvanları haqqında doğru bilinən yanlışlar
Ərdoğan bizə başsağlığı verdi
Qanda "-" və "+" rezuslar
2017-ci ilə damğa vuran maqazin xəbərləri - FOTO
İrina Şeyk geyimi ilə diqqət çəkdi-FOTO














