Alimlər "Venera-Ekspress" zondundan göndərilən məlumatların son təhlili və Venera planetinin yeni kompüter modelləri əsasında belə qənaətə gəliblər ki, çox da uzaq olmayan keçmişdə burada böyük su ehtiyatları olub. Ola bilər ki, planetin erkən dövründə onun səthində okean və "Yer iqlimi" mövcud imiş.
Qadin.Net Milli.Az-a istinadən bildirir ki, bu hipotezi Rusiya Elmlər Akademiyasının təşkilatçılığı ilə Moskvada keçirilən Günəş sisteminin öyrənilməsi üzrə simpoziumda Avstriya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun alimi Mayke Bauer təqdim edib. Onun sözlərinə görə, zondun məlumatlarında hidrogen izotoplarının miqdarının ölçülməsi nəticəsində məlum olub ki, bu elementlərin hamısı Veneraya kometalar tərəfindən və ya vulkan püskürməsi ilə gətirilə bilməz. Ağır hidrogenin ən azı bir hissəsi planetin doğulması vaxtı meydana gəlib.
Alimlər qeyd ediblər ki, Venera bizim planetin yarandığı şəraitdə və nöqtədə formalaşıb. Lakin o, görkəminə və quruluşuna görə Yerdən fərqlənir. İndi onun səthində demək olar ki, su yoxdur, atmosferi isə karbon qazı və 462 dərəcə Selsiyədək temperaturu olan kükürd turşusundan ibarətdir. Planetin səthində çoxlu sayda aktiv vulkanlar da var. Veneranın sadə kompüter modelləri göstərib ki, bu planet keçmişdə Yerə daha çox bənzəyib və çoxlu su ehtiyatı və nisbətən yumşaq iqlimə malik olub. Bu səbəbdən alimlər hansı hadisənin Veneranı indiki kimi cəhənnəmə çevirməsini öyrənmək istəyirlər. Avropa və sovet zondlarının məlumatları göstərib ki, həmin hadisə minimum milyard il əvvəl baş verib.
Avropanın "Venera-Ekspress" zondunun 2000-ci ilin ikinci yarısında göndərdiyi məlumatı Yerin analoji göstəriciləri ilə müqayisə edən alimlər planetlərin atmosferinin təkamülü üzrə bir neçə model hazırlayıblar. Hesablamalar göstərib ki, Venerada ağır hidrogenin əhəmiyyətli dərəcədə çox olması bu planetdə su ehtiyatları ilə bağlı olub. Həmin okeanın Yerdəki ilə bənzərliyinə gəldikdə isə, onlar ilk növbədə, okeanın necə yox olması və hidrogenin buxar şəklində atmosferə qarışmasına aydınlıq gətirməlidir. Kanadalı professor Riçard Ernst qeyd edib ki, Veneranın səthində olan tesserlər (geoloji strukturlar) Yerin və Marsın üzərindəki qədim çay məcralarına bənzəyir. Onun sözlərinə görə, bütün bu sualların cavabı Veneranın səthində onlarla santimetr dərinlikdə qazıntı apardıqdan sonra verilə bilər
XƏBƏR LENTİ
Ürək-damar xəstəliyi üçün test
“Ufak Tefek Cinayetler”ə yeni transfer - FOTO
Bülənt Ərsoy xəstəxanaya yerləşdirildi
Günün tövsiyəsi: film, musiqi, kitab
Noutbukdakı bu dəliyin nə üçün olduğunu bilirsiniz? - FOTO
Malcolm X-in ibrətli sözləri
Yuxularımızı yönləndirmək mümkündürmü?
Ariana Grande səhnədə yıxıldı-VİDEO
Hücuma keçən düşmən hərbçiləri məhv edildilər
Zukerberqdən xəbərdarlıq: “ABŞ-da seçkidən sonra iğtişaşlar başlaya bilər”
Ən böyük zəlzələnin harada və nə zaman olacağı müəyyənləşdi
Təəssürat
Evlərin qiyməti bahalaşıb
Fırtına quşları gəmini “ələ keçirdi” - VİDEO
Evlilik verilişlərinin tamaşaçılarına şad xəbər
Rənglər haqqında maraqlı faktlar
Bella Kotakdan nağılları xatırladan fotolar
FİFA-dan futbolçuya sərt cəza: Dünya çempionatından qovulsun!
Hər ətri bədənə vurmaq olmaz
Avtobuslarda kart sisteminin tətbiqinə başlandı
İran toyuğu ermənilərin xoşuna gəlmədi
56 yaşlı aktyor ilk dəfə ata olacaq-FOTO
Leyla Əliyeva sahibsiz itlər haqqında...
Hava haqqında - 17.02.2014
Cəbhə xəttində atəşkəs pozulub
Prezident Şəkinin "Marxal"ında
İçkiyə 30 min xərcləyən Conni Depp danışdı
Yaz meyvələri çəkini artıra bilir
Tramp yenidən prezidentliyə namizəd oldu
Azərbaycanın dünya şöhrətli sənətkarı Müslüm Maqomayevin xatirəsi yad olunub
Bakıda 3 min manatlıq maaşla işçi AXTARILIR
Ərdoğan dünyada BİRİNCİ OLDU-FOTO
Azərbaycanda İLK: Yalnız turistlər üçün hər yerdə internet imkanı yaradıldı
2025-ci il üçün bədbin proqnoz verildi
42 yaşlı aktrisadan yeni hamiləlik pozu
Məşhur müğənninin səhnədə üzü yandı-FOTO
27 il komada qaldı - Ayılanda dua oxudu
Bu ərazidə iki gün işıq olmayacaq
Çox düşünmə xəstəliyi
Gediş haqları artır
Yurdu işğaldan azad olunan cəbrayıllının sevinc göz yaşları: “Daha qaçqın deyiləm” - VİDEO
Cennifer də bahalı corablarını reklam etdi - FOTO
Emre Aydın imicini dəyişdi - FOTO
Zümrüd adası- İrlandiya
13 il əvvəl doğulmalı idi - bu il dünyaya göz açdı
Ebru Gündeş görünüşü ilə TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Hava haqqında
Avtobuslarda kondisioner niyə yoxdur?
Günün ulduz falı
Facebook-dan pulsuz internet















- ŞƏRHLƏR