Bakıda ictimai nəqliyyatda gediş haqlarının kartla ödənişi sisteminin tətbiqinə başlanılıb. Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov Lent.Az-a bildirib ki, kartın qiyməti 3 manatdır: “Bunun 2 manatı sığorta depozitidir, 1 manat isə balansa gediş haqqı kimi yüklənilir. İlkin olaraq 10 və 95 saylı marşrutlarda kart sisteminin tətbiqinə start verilib. 450 minə yaxın kart artıq hazırdır. 1 milyona yaxın kart isə sifariş edilib. Kartlar Bakıda fəaliyyət göstərən 80 müasir köşkdə satılır. Kartları eləcə də Bank of Azerbaijan-ın filiallarından əldə etmək olar”. N. Həsənov bildirib ki, proses 2014-cü ilin sonunadək başa çatdırılacaq: “Xüsusi verifikatorlar artıq paytaxtda fəaliyyət göstərən 1000 avtobusda quraşdırılıb.
Sərnişin ön tərəfdən avtobusa daxil olub kartı monitora yaxınlaşdırmalıdır. Bu zaman ekrandan pulun çıxdığı görünür və sərnişin salona daxil ola bilir. Arxa qapıdan isə sərnişinlər avtobusu tərk edir. Fevralın sonuna kimi kart sistemi 36 marşrut xətti üzrə hərəkət edən 250 avtobusda tətbiq olunacaq”.
Mənbə: Lent.Az

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR