Kolumbiyanın Kali şəhərində bir nəfər Ebolaya yoluxmaqda şübhəli bilinətək xəstəxanaya yerləşdirilib. ANS PRESS-in məlumatlna görə, bu barədə ölkənin səhiyyə naziri Arold Suares xəbər verib.“Onun bütün lazım olan analizləri aparılır. Denge, malyariya, sarılıq və Eboladan”- deyə Suares bildirib. Nazir bildirib ki, bu vacibdir, belə ki, pasient bir neçə gün əvvəl Ekvatorial Qvineyadan gəlib.Qeyd edək ki, adı çəkilməyən şəxsin yüksək temperaturu qalxdıqdan sonra o özü könüllü olaraq həkimə müraciət edib. Xatırladaq ki, daha əvvəl ABŞ-da Ebolaya yoluxan tibb bacısı ilə birgə təyyarədə uçan 132 sərnişin axtarıldığı xəbəri verilmişdi.ÜST təxmin edir ki, 22 milyondan çox insanın yardıma ehtiyacı var və hazırkı yayılmanı məhdudlaşdırmaq üçün 1 milyard dollar lazımdır.Bu arada Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, Ebola virusundan ölənlərin sayı 4447-yə çatıb. Virusa qeydə alınmış yoluxma halları isə 9 minə çatmaq üzrədir.Ümumdünya Səhiyyə Təşkilatının direktorunun müavini Brüs Aylvard deyib ki, Ebola xəstəliyinə qeydə alınmış yoluxma hallarının sayı hazırda 8914-ə çatır. Röyters xəbər agentliyi Brüs Aylvarda istinadən bildirib ki, bu rəqəmin bu həftənin sonunadək 9 minə çatacağı gözlənilir. ABŞ səhiyyə rəsmiləri isə digər ölkələri Ebola xəstələrinə qulluq edilməsi üsullarını nəzərdən keçirməyə çağırıb. Ebola bir çox hallarda ölümlə nəticələnən ciddi infenksiya xəstəliyidir. Virusun müxtəlif ştammlarına yoluxma 50 faizdən 90 faizədək hallarda xəstənin ölümü ilə nəticələnir.Ebola virusunun ilk yayılma halı 1976-cı ildə Konqo Demokratik Respublikasının Ebola çayı ətrafında qeydə alınıb.Virus xəstə adamın qan, qusuntu, ishal, bədəndaxili mayelər, dəri cildinin bütövlüyünün pozulması, ağız və burnu ilə təmas vaxtı ötürülür.O həmçinin, sidik və spermada ola bilər.Xəstənin paltarı, çamaşırı və toxunduğu səthlərdəki virus yalnız təmasda olan şəxsin dəri cildinin bütovlüyünün pozulduğu halda ötürülə bilər.
Xəstəlik qrip kimi hava vasitəsilə ötürülmür və yoluxma yalnız virus daşıyıcısı ilə bilavasitə yaxın təmasla baş verir.Xəstəliyin ilk simptomları özünü göstərənə kimi 21 günədək vaxt keçə bilər. Bu müddət ərzində virus yoluxucu deyil. İlk simptomlar qəfil qızdırma, əzələ ağrıları, halsızlıq, baş və boğaz ağrısıdır. Bunun ardınca qusma, ishal, bədəndə səpki, xarici və daxili qanaxma başlaya bilər. Qanaxmaya xəstənin gözü, diş əti, burnu və ishalında rast gəlinir.Bədəndəki susuzlaşma və müxtəlif daxili orqanların funksiyalarının pozulması ölümün əsəs səbəbi ola bilər.Hazırda virusun qarşısını almaq üçün heç bir çarə mövcud deyil.Susuzlaşmanın qarşısını almaq üçün ağır xəstələrə təcili damardaxili maye inyeksiyaları verilməlidir.Onlar başqa xəstələrdən təcrid olunmalı və intensiv baxım altına alınmalıdır.Potensial vaksinlər sınaqdan keçir. Onlar uğurlu olduğu təqdirdə vaksinlər ilk növbədə tibb işçilərinə veriləcək.ZMapp kimi eksperimental dərmanlardan istifadə edilib. Lakin onlar xəstələrin hamısını qurtara bilməyib.Sağ qalan xəstələrin qanının köçürülməsi də potensial müalicə üsulu kimi istifadə olunub.Risk altında kimlərin olduğunu düşünsək, bilməliyik ki, Ebola pasientlərilə yaxın təmasda olanların hamısı risklə altındadır.Xəstələri müalicə edən tibb işçiləri bütün bədəni örtən qoruyucu geyim və gözlükdən istifadə edirlər. Buna rəğmən yüzlərlə adam ölüb.Xəstənin ailə üzvləri də risk kateqoriyasına aid edilir. Qərbi Afrika ölkələrində mərhuma toxunmaq və sarılmaq adəti var və cəsəd dəfn olunmazdan öncə yuyulur.Ölümdən sonra bədəndəki virus hələ də təhlükəli qalır. Hazırda əhalini çevik və təhlükəsiz dəfnlərə səsləyirlər.
Mənbə: ANS PRESS
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Kağız halva - 9
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Aylıq telefon xərcindən necə azad olmaq olar?
“Facebook” sifətləri tanıyan startapı aldı
Azərbaycan ordusu düşmənin zenit qurğusunu dəqiq atəşlə məhv etdi - VİDEO
Dəbli xanımlar üçün ziyafət donları
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən valideynlərə MÜRACİƏT
Azərbaycan müharibə mesajı verdi
Əl verib görüşmək
Naringili peçenye (foto resept)
Ukrayna prezidendi oğluna qadağa qoydu-FOTO
Kişilərin göz qırpmadan dediyi 15 yalan (2)
Boşanma səbəbi məlum oldu-FOTO
Günün ulduz falı
Beren Saat sehirli "Atiye" rolunda
Sağlam və uzun dırnaqlara qovuşmaq üçün 4 yol
Burak Özçivitin bacısı gözəlliyi ilə diqqət çəkdi-FOTO
"Biz gərgin çalışıb yaddaşlarda qalacaq səviyyədə Oyunları təşkil etdik"
İqtisadi inkişaf naziri Göyçayda vətəndaşları qəbul edib
Bədənizi tanımağa kömək edən tibbi test
Vilayət Eyvazovdan Xocalıya YENİ TƏYİNAT
Boksçularımız 14 medalla birinci oldu
Google vəd verdi
Peşə məktəblərinə qəbul üçün əlavə ixtisas seçimi aparılacaq
Demi Rouz cəlbedici bikinidə mərhum anasını andı – FOTO
Günün ulduz falı
Mehriban Əliyeva buğlama bişirdi - FOTOLAR
İran zibildən "qazanacaq"
HAVA necə olacaq?-8 dekabr
Üzümüzə nə yazılıb?
MN: “Ordumuza məxsus PUA-nın vurulması barədə xəbər düşmənin növbəti dezinformasiyasıdır”
İnsanın görmək istəyəcəyi 10 mükəmməl foto
Rusiya Azərbaycana suriyalıların “gəlməsini” araşdırdı
Vanqanın 2020-ci il PROQNOZU
Günün ulduz falı - 30.11.2013
Mehriban Əliyevaya həsr olunmuş miniatür kitabın təqdimatı keçirilib - FOTO
İngilis dili-Ss
Azərbaycanlı məktəblilərin son sevinci
Bakı və Sumqayıt sakinlərinin NƏZƏRİNƏ
Azərbaycanda idman kompleksləri nə vaxt açılacaq? - RƏSMİ
Plastik aksesuar trendi
Distant təhsildə qiymətləndirmə ilə bağlı yeni mexanizm - RƏSMİ AÇIQLAMA
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
XIZIM MƏNİM
Quru dərilər üçün darçın
Peşə məktəblərində bəzi tələbələr 4 il oxuyacaq
Valideyn olmağa psixoloji olaraq hazırsınız?
HAVA necə olacaq?-2 Oktyabr
Koronavirusa qalib gəlmək üçün 5 qayda
HAVA necə olacaq?- 20 APREL
- ŞƏRHLƏR