Gələn həftə Azərbaycanın ali təhsil müəssisələrində yeni tədris ili başlayır.
Qadin.Net xəbər verir ki, report paytaxtda yerləşən əsas ali təhsil müəssisələrinin yataqxanalarının olub-olmaması mövzusunu öyrənib.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) "report"a bildirilib ki, vaxtilə universitetin 7 binadan ibarət yataqxana kompleksi olub. Onlardan 6-sı sökülərək müasir standartlara cavab verən 1000 nəfərlik yeni yataqxana binası inşa olunur. Eyni zamanda, qeyd olunub ki, yerdə qalan bir binada təmir işləri aparılaraq tələbələrin istismarına verilib. 320 nəfərlik bu binada bir otaqda 3 nəfər qala bilər. Yataqxanada əsasən, əcnəbi tələbələr qalır və onlar buna görə ödəniş edirlər. "Yataqxanada qalmaq istəyən azərbaycanlı tələbələr ADNSU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə müraciət edirlər və onların pulsuz olaraq yataqxanada qalması təmin olunur", - ADNSU-dan bildirilib.
Azərbaycan Texniki Universiteti (AzTU) 5 korpuslu yataqxanasından yalnız birini tələbələrin ixtiyarına verib (digər yataqxanalarda məcburi köçkünlər məskunlaşıb). Təxminən 80 nəfərin qala biləcəyi yataqxananın bir otağında 4 tələbə yaşaya bilər. Burada yalnız oğlan tələbələr qalır. Yataqxana ödənişsizdir. Universitet yataqxanaının xərclərini özü ödəyir.
Azərbaycan Tibb Universitetinin (ATU) 6 yataqxanası var: "Onlardan birində məcburi köçkünlər məskunlaşıb. Digərlərinin isə ümumi tələbə tutumu 1256 nəfərdir. Son dörd ildir ATU-nun yataqxanası ödənişlidir. Hazırda ödəniş haqqı aylıq 50 manatdır. Yataqxana təmirdən təzə çıxdığından şəraiti yaxşıdır. Oğlan və qızların qaldıqları binalar ayrıdır. Hər iki cinsdən olan əcnəbi tələbələr isə mərtəbələri ayrı olmaqla eyni yataqxanada qalırlar. Yataqxana üçün qəbul iyulun 10-dan başlayıb. Otaqlar 1 və 4 nəfərlik olmaqla ayrılır. Onu da qeyd edək ki, hazırda 3 saylı qızlar yataqxanası əsaslı təmirə dayandırılıb".
Azərbaycan Dillər Univeristetindən (ADU) "Report"a bildirilib ki, ali təhsil müəssisəsinin oğlan və qızlar üçün ayrıca iki yataqxanası var. Lakin qızlar üçün olan yataqxananın yalnız iki bloku tələbə qızların ixtiyarına verilib və tam təmirlidir. Burada 200 tələbənin qalması üçün bütün imkanlar var. Yataqxanada qalan tələbələr üçün aylıq ödəniş 20 manatdır".
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 5 yataqxanasından dördündə məcburi köçkünlər məskunlaşıb. Yalnız 2 nömrəli tədris binasında fəaliyyət göstərən yataqxanada təxminən 200-ə qədər tələbə yerlə təmin edilə bilər.
Bakı Slavyan Universitetinin (BSU) isə 3 saylı qızlar yataqxanası tələbələrin ixtiyarındadır. Yataqxananın 2-4-cü mərtəbələri tamamilə tələbələrə məxsusdur. Birinci mərtəbədə məcburi köçkünlər məskunlaşıb.
Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri isə yeni tədris ilində yeni inşa olunan kampusun 400 çarpayılıq Tələbə evində qalacaqlar.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Sumqayıt Dövlət Universiteti (SDU), Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) də anoliji vəziyyət yaşanır. Bu təhsil ocaqlarının yataqxanalarında məcburi köçkünlər məskunlaşıb. Bu səbəbdən heç bir tələbəsini yataqxanada yerləşdirə bilmir.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Beren Saat imicini dəyişdi-FOTO
Marsda itmiş kosmik cihaz
Türkiyə İŞİD qərarını verdi
Rubl xeyli bahalaşdı, amma...
Google İŞİD-ə qarşı müharibəyə başladı
Məşhurlar qarın əzələlərini hansı idmana borcludur?
Bekhemdən qəribə istək-FOTO
Tərəvəzli makaron (foto-resept)
Sürətli oxu - 6
İyul ayının qalibləri!
O qədər arıqladı ki, baldırları büzüşdü - FOTO
Məşhur aktrisa 60 kq arıqladı-FOTO
Ulduzların qazancı dodaq uçuqladır-FOTO
Yaşlı kişi timsahla əlbəyaxa oldu
Kişilər nəyə görə qadınlardan hündürdülər?
Uşaqlarda zərərli vərdişlər
Xəzər rayonunda bu yollar bağlandı
Qeyri-adi bacarığı olan uşaq - Azərbaycanda
Ən qorxulu virusu insanın immuniteti gücləndirir
Maraqlı əşyalar
Günün ulduz falı
Qırışlar üçün cirə maskası
Unutduğumuz 10 həqiqət
Hava haqqında - 29.01.2014
Qəhvəyi gözlər üçün məşhurlardan makiyaj sirləri
Ev şəraitində hazırlaya biləcəyiniz 10 maska
Rusiya Azərbaycana “T-90C” tankları satıb qurtardı
Radiasiya Problemləri İnstitutunda yeni elmi nəticələr əldə olundu
Ermənilər Madagizi nə vaxt işğal etmişdi? - FOTO
Türkiyədən dəstək: "Sənin tək qardaşın var"
Sinoptiklərdən qar xəbərdalığı
Mobil telefonlar üçün qorxulu virus yayılıb
Xınalıq sakininin unikal ev muzeyi
Kivi ilə cavanlaşdırıcı və ağardıcı maska
Nokia Lumia 1320 satışa çıxarılır
İçli konfet(foto resept)
Günün ulduz falı
Xəyanət haradan başlayır
Hadise 1 ayda 6 kq arıqladı-FOTO
Leyla Əliyeva tibb müəssisələrində - FOTO
Nazirlikdə işləmək istəyənlər imtahan verdi
Bu gün Günəş tutulacaq - SAAT
Tibbi maskalar, yoxsa qoruyucu ekranlı müdafiə vasitələri? Alimlərin açıqlamaları təəccübləndirdi
Acun İlıcalı sürəti ilə TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Vyetnam rəqibimiz oldu
9 və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbul başlayıb
Daxili İşlər Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ
Lazımsız boşqablarla evinizi bəzəyin
Ermənilərin Xankəndidən qaçmasının görüntüləri yayıldı - VİDEO
3 günə arıqlamaq üçün...














