Ali məktəblərə ixtisas seçimi yekunlaşıb və sənəd qəbulu başlayıb. Ali təhsil müəssisələrinə qəbul olunanlar arasında ailəsi regionlarda yaşayan gənclərin də sayı kifayət qədərdir. Bu da həmin tələbələrin mənzil problemini gündəmə gətirir. Çünki rayonlardan gələnlərin əksəriyyətinin kirayədə qalmağa maddi imkanı olmur. Bəzi ali təhsil müəssisələri isə müxtəlif səbəblərdən öz tələbələrini yataqxana ilə təmin edə bilmirlər.
Qadin.Net xəbər verir ki, report Bakıda fəaliyyət göstərən universitetlərin yataqxanalarının vəziyyəti ilə maraqlanıb.
Azərbaycan Dillər Univeristetindən (ADU) "Report"a bildirilib ki, ali təhsil müəssisəsinin oğlan və qızlar üçün ayrıca iki yataqxanası var: "Oğlanlar üçün yataqxanada qaçqınlar və məcburi köçkünlər məskunlaşıb. Qızlar üçün yataqxananın iki blokunda qaçqınlar və məcburi köçkünlər yaşayır, iki blok isə tələbə qızların ixtiyarına verilib və tam təmirlidir. Burada 200 tələbənin qalması üçün bütün imkanlar var. ADU-da yuxarı kursda təhsil alan tələbələr istənilən vaxt yataqxanada qalmaq üçün müraciət edə bilərlər. Ali təhsil müəssisəsinə yeni qəbul olunan qızlar isə qeydiyyatdan keçdikdən sonra ərizə ilə rəhbərliyə müraciət etməlidirlər. Eyni zamanda yaşayış yerindən və ailə tərkibi haqqında arayış da təqdim edilməlidir. Yataqxanada qalan tələbələr üçün aylıq ödəniş 20 manatdır. Ancaq hər bir tələbənin yataqxanada qalması 75 manata başa gəlir. Bunun 55 manatını universitet öz üzərinə götürüb, 20 manat isə tələbələr tərəfindən ödənilir. Yataqxanadakı mənzillər 2-3 otaqlıdır. Hər otaqda bir nəfərin qalmasına icazə verilir. Rektor Kamal Abdullanın təşəbbüsü və göstərişi ilə hazırda qızlar üçün yataqxanada gözəl bir kitabxana tikilir".
Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) verilən məlumata görə, ali məktəbin 5 yataqxanası var: "Həmin yataqxanaların dördündə məcburi köçkünlər məskunlaşıb. Yalnız 2 nömrəli tədris binasında fəaliyyət göstərən yataqxanada təxminən 200-ə qədər tələbə yerlə təmin edilə bilər".
Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) isə ali təhsil müəssisəsinin 300 nəfərlik yataqxanasının olduğu qeyd edilib. Universitetdən bildirilib ki, yataqxanada bir otaqda 3 nəfər qala bilər: "Seçimi Tələbə Həmkarlar İttifaqı Komitəsi edir və daha çox sosial vəziyyəti aşağı olan tələbələr seçilir. Ancaq ümumilikdə əcnəbi tələbələr qalır. Yataqxanada qalan hər bir tələbə üçün aylıq ödəniş 30 manat təşkil edir. Qızlar və oğlanlar eyni binada qalsalar da, mərtəbələr ayrıdır. Gələn ilin sentyabrından 1000 nəfərlik yeni yataqxana istifadəyə veriləcək. Qiymətlərlə bağlı heç bir dəyişiklik gözlənilmir".
Azərbaycan Tibb Universitetinin (ATU) 6 yataqxanası var: "Onlardan birində məcburi köçkünlər məskunlaşıb. Digərlərinin isə ümumi tələbə tutumu 1300 nəfərdir. Son iki ildir ATU-nun yataqxanası ödənişlidir. Hazırda ödəniş haqqı aylıq 60 manatdır. Yataqxana təmirdən təzə çıxdığından şəraiti yaxşıdır. Oğlan və qızların qaldıqları binalar ayrıdır. Hər iki cinsdən olan əcnəbi tələbələ isə mərtəbələri ayrı olmaqla eyni yataqxanada qalırlar. Yataqxana üçün qəbul iyulun 10-dan başlayıb. Otaqlar 1 və 4 nəfərlik olmaqla ayrılır".
Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri isə yeni tədris ilində yeni inşa olunan kampusun 400 çarpayılıq Tələbə evində qalacaqlar: "Tələbə evinin iki ayrı çıxışı var. Bu da qız və oğlan tələbələr üçün girişin fərqli olacağı deməkdir. Artıq yataqxana üçün müraciət edilib və bütün yerlər tutulub".
Azərbaycan Texniki Universitetin (AzTU) yataqxanası 5 korpusdan ibarətdir: "Hazırda yataqxanaların dördündə məcburi köçkünlər yaşayır. Onlardan yalnız birində təxminən 80 nəfər tələbə qala bilir. Bir otaqda 4 tələbənin qalması üçün şərait var. Burada yalnız oğlan tələbələr qalır. Tədris ilinin başlanğıcından tələbələr ərizə ilə müraciət edə bilər. Yataqxana ödənişsizdir. Universitet öz imkanı hesabına xərcləri ödəyir".
Bakı Slavyan Universitetinin (BSU) isə3 saylı qızlar yataqxanası tələbələrin ixtiyarındadır. Yataqxananın 2-4-cü mərtəbələri tamamilə tələbələrə məxsusdur. Birinci mərtəbədə məcburi köçkünlər məskunlaşıb.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 5 yataqxanası olsa da, hamısında məcburi köçkünlər məskunlaşıb və buna görə də tələbələrə yataqxana xidməti təklif edə bilmir.
Sumqayıt Dövlət Universitetində (SDU) eyni vəziyyətdir.Yəni yataqxanası olsa da, məcburi köçkünlər məskunlaşdığından heç bir tələbə qalmır.
Bakı Dövlət Universitetindən (BDU) bildirilib ki, ali məktəb bu il tələbələrini yataqxana ilə təmin edə bilməyəcək. Belə ki, universitetin yataqxanalarında vaxtilə məcburi köçkünlər məskunlaşmışdı. Lakin bir neçə il əvvəl onlar Müşfiqabad qəsəbəsinə köçürüldükdən sonra yataqxana binaları tamamilə sökülüb: "Planda yeni yataqxananın inşası nəzərdə tutulur və layihə də hazırdır. Kompleks şəhərciyin tikilməsi planlaşdırılan yataqxanalarda 5-6 min tələbə yaşaya biləcək".
Eyni vəziyyət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) də yaşanır, yəni ali təhsil müəssisəsinin yataqxanasında məcburi köçkünlər yerləşdirildiyindən tələbə qəbul edilmir.
XƏBƏR LENTİ
Fırça və süngərin təmizlənməsi
Hitlerin dünyanı silkələyən kitabı nəşr ediləcək
Yaponlar bu dəfə də heyrətləndirdi
Bakıda satılan qəribə "kukla"-VİDEO
Alişan doğulacaq körpəsindən danışdı
Möhtəşəm ziyafət donları
Muzeyin görünməyən tərəfi
Azərbaycan əsilli uşaq "Master Chef Junior"da iştirak edir-FOTO
Edgy tərzi necə olmalıdır?
Xəzər dondu
Bürc olaraq hansı pişik növünə aidsiniz?
Evdə istifadə edə biləcəyiniz 4 praktik məsləhət
Dəbdən düşməyən ayaqqabılar (2)
Sinem Kobala 30 minlik təklif-FOTO
"Jet Sosyete"nin yayımı təxirə salındı-SƏBƏB
23 gün komada qalan əsgər ayılıb - VİDEO
Aspirin maskası və dəriyə faydası
Azərbaycanda virus yayılandan indiyədək 153 baş iribuynuzlu heyvan tələf olub
Qat-qat xəmirdən çiçək(foto resept)
Dərinin sağlamlığını və gözəlliyini qoruyan qidalar
Ordu tarixində ilk: Bir qadın…
Bədənindən kətan kimi istifadə edən qadın
Çağatay Ulusoy koronavirusdan belə qorunur - FOTO
Prezidentdən inanılmaz TƏLİMAT: deputatların telefonları yığışdırıldı
10 milyardlıq xəzinə tapıldı
Nüsret evlənir?-FOTO
Heyvanlar aləmindən
Son DƏQİQƏ: Koronavirusun yayılması Bu Tarixdə Dayanacaq
İştah kəsən 5 qida
Sağlam ayağı kəsən həkim istintaqa ifadə verib
Ebru Gündeşin son FOTOsu diqqət çəkdi
Dadlı piroq (foto resept)
İvana Sert efirə qayıdır
Tom Kruz film çəkilişi üçün kosmosa uçmağı planlaşdırıb
“Bakı Metropoliteni” hərəkət qrafikini dəyişir
Günün ulduz falı
Dünyanın ən zəngin varisləri: onların arasında azərbaycanlı da var
Keşiş: Qarabağı verməliyik
Bakı bir səyyahın dilindən
Maraqlı faktlar
14 kq-lıq yeniyetmə-FOTO
Geyim mağazaları ilə bağlı YENİLİK
Ata oğlunu karantin vaxtı evdə saxlamağın qeyri-adi üsulunu düşündü– FOTO
29-30 iyulda keçirilmiş imtahanların nəticələri açıqlanıb
Onurğa üçün idman hərəkətləri
"Acı hayat"ın aktrisası ərə getdi
Peyğəmbər karikaturaları barədə KİV-ə xəbərdarlıq
Leysan yağacaq
Bu çiçəklər təəccüb doğurur
Messi "Real"a qarşı zədəli halda oynayıb