Oxunun inteqral alqoritmi
Oxu və beyin
Məktəbdə informatika kursundan artıq bildiyiniz kimi alqoritm hansısa hərəkətlərin, yaxud əvvəldən axıradək dəqiq ardıcıllığı göstərilən bir sıra konkret əməliyyatların məcmusudur. Oxunun alqoritmi mətnin əsas hissələrinin qavranılması zamanı əqli hərəkətlərin ardıcıllığını müəyyənləşdirir.
Bu oxu forması ona görə inteqral adlandırılır ki, onun fəaliyyəti tamamilə bütün mətnə yayılır. Əvvəlki söhbətimızdə göstərilmişdi ki, əqli fəaliyyət insan davranışının ən mühüm funksiyalarından biridir. İntellektin bütün müxtəlif təzahürlərinin həyata keçirilməsini, əlbəttə ki, insan beynini təmin edir. Ola bilsin ki, insan bədəninin heç bir orqanı beyin kimi çoxdan tədqiq edilmir, biz isə onun haqqında bela az şey bilirik. İnsanın baş beyni yığcamdır, kiçik kütləyə və heyrətamiz şəkildə cüzi enerji sərfinə malikdir. İnsanın baş beyninin fəal neyronlarının sayını müasir EHM da olan məntiqi elementlərin ümumi sayı (10 minə yaxın) ilə tutuşdursaq, 1 milyon dəfə fərq alarıq. Beyinin 1 sm3-də 10 milyondan çox fəal neyron var. Beləliklə, insan beyni mikrominiatürləşdirmənin nazik qabıqlı strukturlarının təsirli və yığcam metodlarının həqiqi mövcudluğunun əyani nümunəsidir. Lakin beynin üstünlükləri təkcə neyronların çoxtəbəqəli düzümünün həddindən artıq möhkəm arxitekturasından ibarət deyil. Ola bilər ki, beyinin ən heyrətamiz xüsusiyyəti onun əsaslanaraq işlədiyi funksional proqramlardır. Canlı beyin hesablamaların alqoritmləşdirilməsinin və məlumatın paralel assosiativ emalının elə metodlarından istifadə edir ki, onları təsəvvür etmək belə çətindir.
Beyin fəaliyyətinin əksər funksiyaları arasında bizim üçün daha maraqlısı ətraf mühitdən bizim üçün əhəmiyyətli olan məlumatın çıxarılması proqramları sistemidir. Məhz burada orqanizmin əsas xüsusiyyəti-selektiv adaptasiya, daha doğrusu, insanı müasir EHM qarşısında üstünlüklərini daha nəzərəçarpan edən uyğunlaşma qabiliyyəti aşkara çıxır. Maşına məlumatı, onsuz da, insan hazır şəkildə verir. İnsanın beyni tamamilə fərqli şərtlər altına salınıb: o, ətraf mühitdən, məsələn, mətndən, daha doğrusu, quruluşu heç də həmişə məlum olmayan sistemdən ona lazım olan informasiyanı özü sərbəst şəkildə çıxarmağa məcburdur.
Orqanizmin fəaliyyətinin etibarlı vasitəçisi və rasionallıq meyarı onun hərəkətinin və fəaliyyətinin avtomatizm səviyyəsi davranışın stereotip aktlarıdır. Mətni oxuyarkən onlar qapalılıq sistemdə məqsədyönlü hərəkətlər xarakteri daşıyır. Beləliklə, beyin tərəfindən məlumatın emalından əvvəl mühitdən çıxarılması həyata keçirilməlidir. Bu gün bu aparıcı məsələnin beyin tərəfindən həlli yolları haqqında az şey məlumdur. Məhz nə məlumdur?
Müasir neyropsixologiya üç əsas funksional bloku, üç əsas beyin aparatını fərqləndirir ki, onların iştirakı insanın 11 psixi fəaliyyəti, o
cümlədən oxu üçün vacibdir. Birinci bioenergetik tonus bloku beyin qabığının ayıqlığını təmin edir və beyinin dərin, digərlərindən daha əvvəl formalaşmış şöbələrində yerləşir. Birinci bloka baş beyinin gövdəsinin yuxarı şöbələri, yəni retikulyar formasiya daxildir və o, elə ayıqlıq və fəal diqqət dərəcəsini təmin edir ki, onların fəaliyyəti qeyri-mümkündür. Çoxsaylı müşahidələr göstərib ki, şiş, yaxud kəllədaxili mikroqanaxma bu bloka təsir etsə, insanda nə qavrayış, nə nitq, nə də düşüncə pozular, lakin diqqət, ayıqlıq səviyyəsi aşağı düşər, emosional pisliyə doğru dəyişər. Bu blokun xüsusiyyətlərini bilən görkəmli Sovet cərrahı akademik N.N.Burdenko əməliyyatlar zamanı beyinə müvafiq təsir göstərməklə xəstənin yuxulamasına nail olurdu. Lakin əsas funksional blokun mexanizmi nəinki böyük yarımkürələrin qabığını canlandırır, həm də özləri onun təsirini hiss edirlər. Beləliklə, bu blokla baş beyin qabığının ali şöbələri arasında sıx üzvi əlaqə vardır. Beyinin ikinci funksional bloku məlumatın qəbul edilməsini, emal olunmasını və saxlanmasını təmin edir. O, görmə (beyinin arxa hissəsində yerləşir), nitq (alın çıxıntısı), eşitmə (beyinin gicgah bölgəsi) və ümumhəssas bölgələr (beyinin əmgək hissəsi) aparatlarından ibarətdir.
Məhz bu blok oxu ilə bağlı olan proseslərin böyük bir hissəsini icra edir. Beyinin üçüncü funksional bloku proqramlaşdırma davam edən fəaliyyətə nəzarətin tənzimlənməsi blokudur. Bunu deməyə əsas var ki, insanın psixi fəaliyyətinin ali formaları idarə edən idarəetmə məntəqəsi məhz burada yerləşir. Biz oxu prosesini müəyyən proqrama tabe edirik. Oxu, mürəkkəb və qarşılıqlı əlaqədə olan proses kimi, oxunmuşun qavranılması və başa düşülməsindən əmələ gəlir, buna görə oxunun beyin səviyyəsində əsas mexanizmi mətnə uyğun olaraq səs-hərf uyğunluqlarını təyin etmək və dil materialının müəyyən beyin proqramında genişləndirilməsini proqnozlaşdırmaq bacarığıdır. Bu funksiya qabığın alın çuxurlarına qədər olan hissəsinə aiddir.

Onlar zədələnibsə, insanda sonrakı hərəkətlərə dair heç bir fikir yaranmır. Bəs beyinin bu funksional bloku hansı növ proqramları hazırlayır və
həyata keçirir? Professor N.İ.Jinkinin göstərdiyi kimi, beyinin bir semantik, daha doğrusu, məna mexanizmi kimi işi haqqında müasir təsəvvürlər bioloji proqramlaşdırmanın bir neçə növünün mövcudluğunu irəli sürməyə imkan verir. Oxu əqli fəaliyyətin müəyyən proqramlarından, daxil olan məlumatın insan beynində emalı zamanı onun kodlaşdırılmasının müəyyən üsulllarından istifadəyə əsaslanan bir prosesdir.
Biz qarşımıza oxunun təsirliliyini, onun məhsuldarlığını, səmərəliliyini artırmaq məqsədi qoyuruq. Görünür, real həll yolu əqli fəaliyyətin yeni, daha effektiv proqramlarının yaradılması, daxil olan məlumatın kodlaşdırılmasının yeni, rasional üsullarının öyrədilməsidir. Burada iki mərhələni ayırmaq olar: Kəmiyyət və keyfiyyət. Getdikcə artan informasiya axınının emal olunmasının öhdəsindən necə gəlməli? Həqiqətən də, lazımlı, faydalı, ən dəyərli olanı necə tapmalı? Daxil olan məlumatlar axınının içərisindən vacib olanı neçə seçməli? Bu məsələni necə tapmalı? Daxil olan məlumatlar axının içərisindən vacib olanı necə seçməli? Bu məsələni oxunun inteqral alqoritmi həll edir. Məhz oxunun inteqral alqoritmi beyni əlavə məlumatlardan qoruyan özünəməxsus kəmiyyət süzgəci yaradır. Hərçənd o, sözsüz ki, müəyyən dərəcədə mətnin kəmiyyət emalını da təmin edir, lakin yenə də onun əsas təyinatı sonrakı emal üçün verilmiş situasiyada əhəmiyyətə malik olanı seçməkdir.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Yığma komandamız Belarusa qarşı
Suyu ayaqüstə içməyin! - Elmi və dini açıqlaması
Qulağımıza qoyduğumuz BOMBA
Uşaqlarda həkim fobiyası
30 yaşdan sonra dəriyə qulluq tövsiyələri
Qadınların ən təhlükəli sözləri
Bu fotolarda onu tapa bilərsiniz?
Messi əməliyyat olunacaq
Rayonlar təhlükə qarşısında - Çayların səviyyəsi artdı
Ölkələrə görə dəyişən süfrə qaydaları
Qalstuk kişinin xasiyyətindən xəbər verir
ŞOK ARAŞDIRMA: Şərab koronavirusun gedişinə təsir edir
Məktəbli gündəliyində biabırçı səhv
HAVA necə olacaq? 7 İyun
Göbələkli, kartoflu piroq (foto resept)
Hamilələrə olmaz!
Adelin oğlu əlindən alına bilər-SƏBƏB
Mikrodalğalı sobalar məhv edilir - ŞOK SƏBƏB
Şampun yerinə istifadə edə biləcəyiniz vasitələr
Körpənizin dərisini rahatlatmaq üçün bunu edin!
Azərbaycanda məktəblərdə bufetlər necə işləyəcək?
Pitaya meyvəsi
Tarkan gözəllik salonu açır-FOTO
Günəş şüalarının faydaları
Şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı MÜHÜM XƏBƏR
Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu yüksək fəxri ada layiq görülüb
Yaşıl möcüzə-Xlorofil
Dəblə ayaqlaşmaq istəyənlər üçün
Bu günün tarixi (21.08.2014)
Mett Deymonun qızı koronavirusa yoluxdu
Ağdamda atışma başladı
Fahriye Evcenin pəhrizi
Qrip müalicə edilməsə, ölümə səbəb ola bilər
Məşhur brendlər kürkdən imtina etdi - SƏBƏB
Ən dəhşətli xəstəliyin sirri tapıldı
Günün ulduz falı
Avropa İttifaqı 10 ölkəyədək kiçilə bilər
"Taxt oyunları"nın ulduzu hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Məşhur markaların siması indi odur-FOTO
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Qandakı nəzarətçilər
"Şuşa boşaldılıb, Hadrut tərəfdə ağır döyüşlər gedir”
iPhone 6 gələn ay istehsal olunacaq
Uşaq şəhərlərarası avtobusu idarə etdi - VİDEO
Gəlin namizədləri üçün
Bürclərə görə peşə seçimi
Adamyeyən narkotikanın qurbanları
Dahiləri toppuş xanımlar dünyaya gətirirlər
Yumurta ucuzlaşıb
Kəpəkli saçlar üçün maska















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]