Ləman_
Əvvəla xəbərində mənə də yer ayırdığın üçün çox sağ ol, gözəl bacım. Burda ən yadda qalan hadisələri yazacağam. Onu deyim ki, Qadin.Netli xanımlarımızın çoxusu mənə əzizdir, deyərdim elə hamsı![]()
Burda yaxından ilk tanışlığ;mız Louis Vuitton (Sevinc) bacımızla olub, hamının çox sevdiyi insanla.
Mən onun xəbərlərinə şərh yazırdım, mənə ismarıcda təşəkkür etdi, mən də dedim ki, əslində mən də şirniyyatlar bişirirəm, amma yerləşdirə bilmirəm, dedi sənə kömək edərəm. Çox sağ olsun mənə kömək etdi, mən də öz reseptlərimi sizlərlə paylaşdım. Allah ondan sonsuza qədər razı olsun, Amin![]()
Sonra tanışlığım Günel Əsədova xalamla olub, mənim şəxsi səhifəmə qonaq gəlib orda mən öz doğum tarixində 2012-ci il yazmışdım,o da dedi deyəsən sən hələ iməkləyirsən ay bala, buna çoxlu güldüm.
O gündən çox yaxınıq. Onu çox istəyirəm, doğma xalam kimi.
Lovable_Madamla tanışlığım axşam idi, o xəbərlərə baxırdı, şərh yazırdı, mən də o hansı xəbərə şərh yazır ona şərh yazırdım, onu addım-addım izləyirdim. Madam mənə yazdı ki, deyəsən qaçdı-tutdu oynamaq istəyirsən, gəl oynayaq.
Sonra onunla yaxın olduq, bacım qədər xətrini çox istəyirəm![]()
Kristenlə isə şahzadə şirniyyatım dərc olanda tanış olduq, çoxu şirniyyatı bəyənmişdi, kristen yazmışdı ki, bu nə şirniyyatdır ee, çox söz düşdü başqaları ilə onun arasında ki, belə niyə deyirsən? Mən dedim ki, ola bilər də, hamı bəyənməz ki, indi çox sevinirəm, yaxşı ki, bəyənməyib, dost olmuşuq.
Gülenayla tanışlığım - onlinede yazı yazırdı, həkim var idi ona, qızlara məsləhət verirdi, mən də bir yaxınım üçün soruşdum o həkimdən, beləcə onla yaxın olduq. Gülenay çox gözəl qəlbli qızdır, Allah onu xoşbəxt etsin, eləcə də bütün qızlarmızı. Amin.
Serrasla tanışlığma Lale (best off all) vəsilə olub, mənim burda "aminnnnnnnnnnnnnnnnnn" sözünü belə uzatmağım çoxunun xoşuna gəlirdi, ürəkdən deyirdim, elə bilirdim ki, bütün dualar qəbul olacaq. Onları çox istəyirəm.![]()
Madonun_Dostu ilə də Lovable_Madam vasitəsi ilə tanış olmuşuq, bir neçə dəfə incikiliyimiz olub, amma indi hər şey yaxşıdır.
Burda çox qız ilə yaxın idim, amma Gülenayın serialından sonra daha da yaxın olduq.
Sada ilə də şirniyyatlara şərh yazanda tanış olduq, o çox gözəl bir insandır, onu tanıdığıma çox xoşbəxtəm. Allah onu da xoşbəxt etsin. Aminnnnnn.
Yadımda qalan bu qədərdir, hər kəslə tanışlığım yadımda qalmadığına görə sizdən üzr istəyirəm, burdakı xanımlarımızı çox istəyirəm. Allahdan arzum hər biri xoşbəxt olsunlar, nə arzu, muradları varsa çin olsun, Amin.

Aytən
Canım, sənə təşəkkür edirəm yazına məni də dəvət etdiyin üçün. Qadin.Netin sevimli simaları-buna cavab vermek bir o qədər asand olsa da, bir o qədər də çətindir. Qadin.net mənə çoxlu dost və bacı qazandırdı. Burda özümdən böyük olsalar da çox, amma çox sevdiyim iki bacım var: Lovable_MadaM və Zumrud Nurullayeva
Zuma bacımla təsadüfi tanış olduq, o məni kökə adlı bir qızla səhv salmışdı. Sonra başladıq danışmağa, o gün-bu gün danışırıq. Madam bacımı burda hamı çox istəyir, amma hamıdan çox mən istəyirəm
Bu iki xanım mənə əsil böyük bacı olub. Daha sonra bu saytda tanıdığım gözəl, balaca bacılarım var. Burda ilk tanıdığım kiristen (Aliyəm), MikaMilus (Sevincim), SerraS (Rəsmiyəm), dj Elenam, Prensesa Samir (Konül), Ləman_ bacım və balaca-zəlzələ (Sevincim). Balacamı-ikimizində tanıdığımız bir dostumuz tanış edib mənimlə, nə yaxşıda bunu edib
Balacamla qısa bir vaxtda o qədər səmimi olduq ki. O, mənim Balacamdır. Bu siyahını çox uzada bilərəm. Adını yazmadıqım bacılar məndən küsməsin, xahiş edirəm. Nə başınızı ağrıdım, mədən bu qədər.
Mənim sevimli simalarım, həyatımda çoxluq təşkil edir. Yəqin bəxti gətirmişlərdənəm bu barədə (maşAllah). Onların hərəsi haqqında ayrıca yazsam, yazım çox uzun olacaq. İstər real həyatda, istər virtual həyatda fərqi yoxdur, elə insanlar var ki, onlarla ünsiyyət qurmaqdan zövq alıram. Onlar mənə çox əzizdirlər. Hamıya hər zaman qarşısına yaxşı insanların çıxmasını arzu edirəm.
Asi
Canım, xəbərə məni də dəvət etdiyin üçün, çox sağ ol
Aranıza yeni qatılsam da sevdiklərim çoxdur. Ən çox sevdiyim: Yasəmən, Yeşim, Ləman, Fidan, Madam, Sevinc xanım, Lalə, Mika. Ləman bacımla tanışlığımız-bura gələndə ilk qonağım və dostum olanda olub. Madam bacim ilk silsilə xəbərinə dəvət edib, amma tanışlığımız xəbər hazırlamağa kömək edəndə oldu. Böyük səbrlə hər şeyi başa salmağı, məsuliyyəti onu sevdirdi. Sevinc xanımla tanışlığımız, bir işdə mənə dəstək çıxanda oldu. Onun necə gözəl qəlbli biri olduğunu o zaman anladım. Yasəmən, Yeşım, Mika, Fidan və Lalə ilə isə, necə tanış olduğumuz yadımda deyil. Çox ünsiyyətim olmasa da hamınızı çox sevirəm![]()
kristal kelebek(Nezrin)
Gəlib çatdıq mənə. Qadın.Netin hər bir xanımı sevimlidir...Dostluğumda 52 nəfər var. Hamısı çox yaxşı, mehriban, səmimi xanımlardır. Və əlbətdəki, ♥♥♥Dj Elena♥♥♥ bacım da belədir. Ayrı seçkilikdən xosum gəlmir, burada hamımızın xoş vaxtları keçir birgə. Amma ən çox resept paylaşan bacılarım, nə yeyərəm sizin bişirdiklərinizi
Bu qədər, başqa deyiləsi sözüm yoxdur. Qadın.netin xanımlarına esil qadın xöşbəxtliyi arzu edirəm.
SELENA
Elena, əvvəla xəbərində mənə də yer ayırdığın üçün təşəkkür edirəm
Mən sayta birinci dəfə gələndə kristen (Aliyə) məni qarşılamışdı
İlk tanışlığım və ilk söhbətim onunla olub. Daha sonra Aytənlə danışdım, çox şirin qızdır. Ləmanla isə öz xəbərində tanış oldum, əl qabiliyyətini çox bəyənmişdim, demək olar ki, vurulmuşdum
Müəyyən vaxtdan sonra isə Sevinc xanımı (Louis Vuitton) tanıdım. Mənə hər cəhətdən kömək etdi. Hal-hazırda burda yoxdur, amma tezliklə aramıza qayıdacağına inanıram. Allah şəfa versin və kömək olsun Sevinc xanıma. Amin
Lalə (Best of All) ilə də sonradan tanış oldum və çox sevdim. Ən çətin günümdə bir dost kimi dinlədi və dəyərli məsləhətlər verdi. Canım Laləm
Xəyalə Muradı isə yazdığı qiymətli və maraqlı hekayələrinin, əsərlərinin sayəsində tanıdım. Hamısı elə maraqlı idi ki, istər-istəməz müəllifə qarşı içimdə sevgi və rəğbət hissləri yaranırdı. Zaman-zaman onu daha da yaxında tanıdım və necə gözəl ürəyə sahib olduğunu anladım. Lovable_MadaMı isə sayta gəldiyi ilk günlərdən tanıyıram. Zarafatcıl və çooox şən xanımdır
Gülməli və maraqlı şərhlərin müəllifidir. Gözəl Madamım, həmişə belə qal. De, gül, şənlən, zarafatlar et. Üzündən gülüş əskik olmasın. Amin!
Bu saytda hamı çox mehribandır, həmçinin də Almaz S. bacım da. Diqqətli və qayğıkeşdir mənim bacım
ARiEL_ViViAN(SaMiRə) bacımı da çox istəyirəm, çoxdandır onunla danışıram. Rusiyaya getmişdi, hal-hazırda qayıdıb.
Fidaşkayla (Fidan) və H4cət-i Vusl4t, YEGİŞ ilə isə, bu yaxınlarda, bir neçə ay əvvəl tanış olmuşam
Gülşən q. xanımı isə yazılarının sayəsində tanıdım. Hər biri mənim üçün çox dəyərlidir və maraqla oxuyuram. Həyati yazıları çoxdur, oxuduqca çox şey öyrənirəm. Ceylan xanımın yazıları da elədir, insanı düşünməyə vadar edir. Bu isə çox yaxşıdır, belə xəbərlər, yazılar çox olsa yaxşı olar.
Nə isə, çox uzun yazdım deyəsən. Burda hamını çox istəyirəm. Hamı əzizdir mənim üçün. Çünki biz bir ailəyik. Qadın.Net ailəsi.
Narin Yilmaz
Salam, əziz Qadin.Netlilər. Əvvəla canim Elenam, mənə xəbərində yer verdiyin üçün sənə sonsuz təşəkkürlər. Bu sayta ilk gəldiyim gün heç kimi tanımırdım, bir tək Asi bacımla tanış olduq, sonra ilk xəbərimin dərc olunmasında çox böyük rolu oldu. Men saytda təzə idim və heç nə bilmirdim. Çox sağ ol, canım bacım
Asi, səni çox istəyirəm. Allah səni xoşbəxt eləsin, ilk dostum. Sonra dostlarım çoxaldı, canlarım oldu hamsı, hər birini çox sevirəm. Bacılarım mənim
Farida-Asadova,Happiness lady,♥♥♥DJ Elena♥♥♥, Totuwun mamasi, Ruhəngiz, Selvi Ibrahimbekova, hazal kaya, Prenses Yagmur, Aydan Əsgərli, Aydan, DJ Bibixanım, Ramile Memmedova, Merve Caniyeva, Fidan, Narqiz, Zeyneb_Kerem, Hayat yolu və adlarını yaza bilmədiyim bütün dostlarım-hər birinizi ayrı-ayrılıqda çox sevirəm, nə yaxşı ki, sizin kimi dostlarım var
Allah her birinizi xosbəxt eləsin, inşAllah![]()
Ibrahimova Gulya
Bacı, ilk öncə xəbərində mənə söz verdiyin üçün sənə təşəkkür edirəm
Mən Qadın.Net saytından 2013-cü il iyunun 5-də qeydiyyatdan keçmişdim. Düzünü desəm, iyun ayında çox da daxil ola bilmirdim sayta, mənə lazım olan məlumatlara yiyələnib çıxırdım və bu saytda heç dostum yox idi. Daha sonra marağım çox artdı və ilk özüm yazıb qızlarla dostluq qurmaq qərarına gəldim. Bu saytda ən çoooooox sevdiyim qadın siması mənim bacım olan Ayka İsgəndərova, Gülşən 29, Aytən və təbii ki, Ceylan Mumoğludur. Gülşən 29 və Ceylan Mumoğlu ilə, xəbər hazırlayarkən tanış olmuşam. Düzünü desəm, xəbər hazırlamaqda çox çətinlik çəkirdim((( Amma çox sağolsun Gülşən bacım mənə Aytənin kömək edəcəyini dedi və beləliklə Aytənlə dost olduq, demək olar ki, mənim köməyimə çatan mələk... Onu çooox istəyirəm və Aytən dostuma burdan öpücüklər yollayıram
Yəni mənim dostluqlarımın yaxşı qurulmasına səbəb xəbər hazırlamagım olmuşdur.
в™Ў вњ°PrINcESsAв™Ў вњ°Samirвќ¤
İlk öncə təşəkkürlər ♥♥♥DJ Elena♥♥♥, mənə də yer ayırdığın üçün. İlk öncə sayta gələndə Louis Vitton(Sevinc xalayla) tanış olmuşam, onu çox istəyirdim
Burda başqa tanışım yox idi. Daha sonra isə çoxlu dostlar tapdım özümə. Aytənlə söhbət otağının aktiv olduğu vaxtlarda, orda tanış olmuşdum. Ordan söhbət etdikdən sonra şəxsi ismarıcda da əlaqə saxladıq, dostluğumuz getdikcə irəlilədi. Esmiralda bacımla da həmin qaydada tanış olmuşam. ♥Sweet dreams♥. LOVE PINK M...A, Zeynallı bunlar da ən yaxınlarımdır. Amma ən çox istədiyim sirlərimi bölüşdüyüm Aynuşum, (бѓ¦РњРѕСЏ любовьღ (Nişanlı), birdə Şahanəmdir (Superisi). Onları çox istəyirəm, yaxşı ki, tanımışam onları.
♥Dream girl♥
Mən bura 2013-cu ilin martında gəlmişəm. Gəldim, qeydiyyatdan keçdim, sonra gördüm ki, mənə heç kim yazmır
Heç elə bil yoxam, getdim buralardan
Sonra hardasa may ayına yaxın yenə gəldim, 1 gün gəldim, 2 gün gəldim, 3... yadimda deyil dəqiq nəçə idi, amma mən bura gələndə, birinci tanışlığım Asi ləqəbli bacımla olmuşdu. Onunla tanış oldum və təkcə onunla yazışırdım. İyun və iyul aylarında onunla yazışdım. Asidən sonra başladım yavaş-yavaş hamıyla tanış olmağa, inanın ki, o qədər bağlanmışam bura 1 gün bura gəlməyəndə darıxıram bacılarım üçün, sonra dostlarımdan Günel Hüseynova ilə tanış oldum, onunla və bacısıyla da yazışırdım. Amma bilmirdim onun bacısıdır, Ləman deyəndən sonra bildim
Sonra gəlir Aydan Əsgərli, MikaMilus, Ramilə Məmmdova, Dj Elena və s. və ilaxır!
Ardı var
XƏBƏR LENTİ
XƏBƏRDARLIQ: Maqnit qasırğası gözlənilir
Can Yaman Demetlə münasibətinə aydınlıq gətirdi-FOTO
Toyuq ətində Ebola: Azərbaycana böyük təhlükə
Qış geyimləri
Prezident İlham Əliyev Emoməli Rəhmonu yenidən Tacikistanın Prezidenti seçilməsi münasibəti ilə təbrik edib
Azərbaycanda daha 101 nəfər koronavirusdan sağaldı - RƏSMİ
Günahları məhv edən amillər
Diqqətli insanların etmədikləri
Soçi 2014: dünənin çempionları
Uşaqlar üçün smartfon yaradıldı - “PhoneKС–d”
Ebru Şallıya 15 milyonluq hədiyyə
NASA elə bir faktı dünyadan gizlədir ki...-Tədqiqatçıdan Şok açıqlama
Malayziyanın ən gənc milyarderi - FOTO
​Azərbaycan neftinin qiyməti 50 dollara çatdı
Kanadanın baş naziri koronavirusun ikinci dalğasının gəldiyini elan etdi
Kendall geyimi ilə təəccübləndirdi-FOTO
Bu gölə girən daş olur
Kişilər niyə yüngül əxlaqlı qadınlara meyl edir?
Neslihan Atagülün yeni serialı başlayır
Dərini gəncləşdirən 11 qida
Türkiyə Milli Müdafiə Nazirliyi: “Beynəlxalq ictimaiyyət Ermənistana qarşı səsini yüksəltməlidir”
Türkiyəni duyğulandıran məktubun sahibi bəlli oldu - FOTO
İranlıları yuxudan zəlzələ oyatdı
Kəskin istilərlə bağlı xəbərdarlıq edildi
ABŞ və Kuba arasındakı düşmənçiliyə son qoyulur
Günəşdə baş verən partlayışın NƏTİCƏLƏRİ
Avropa Oyunlarına hazırlıq işləri çərçivəsində 700 polis əməkdaşı xarici dil kurslarına cəlb olunub
Düşmənin canlı qüvvəsini və avtomobil texnikasını məhv edən Azərbaycan əsgərini siz də tanıyın - VİDEO
Gökçeni görənlər tanımadı - FOTO
Sıla milyonluq maşını ilə gündəmdədir-FOTO
15 gündür komada olan tankçımızdan XƏBƏR VAR
Yohansonunun 50 minlik robotu hazırlandı-FOTO
Uşaq dünyası
Türkiyə MN: “Azərbaycanın işğaldan azad edilmiş yaşayış məntəqələrinin sayı 78-ə çatıb”
İrəvanla Ankara dost ola bilməz
14 il əvvəl...
Ebru Yaşar Serdar Ortaça dəstək oldu
Nur Yelitaşın son halı təəccübləndirdi-FOTO
Ən cazibədar polis yenidən iş başındadır_FOTO
Fəqərəarası disk yırtıqları
Azərbaycanda gömrük rüsumları artırıla bilər
Azərbaycanda ilk dəfə güclü zəlzələlərin başvermə mümkünlüyü üzrə zonaların xəritələri hazırlanıb
Peskovdan Qarabağda Türkiyə sülhməramlılarının yerləşdirilməsi məsələsi ilə bağlı AÇIQLAMA
Tarkandan xanımı ilə bağlı paylaşım etdi- FOTO
Azərbaycanda mobil telefonlar üçün sinxron tərcümə sistemi hazırlanıb
İşdən ixtisara düşmək istəmirsizsə...
Maraqlı mətbəx əşyaları
Günün ulduz falı
Günün qoroskopu - 31.10.2013
Sızanaqlardan xilas olmaq üçün...















- ŞƏRHLƏR