Pünhan (Pinhan)
Günəbaxan günəşə aşiq olunca gülməkdən ölmüş çiçəklər. ”Günəş göydəki taxtından bir an belə ayrılmaz, qüdrətli və əlçatmazdır. Sən kim, o kim? Əl çək bu sevdadan”, demişlər hamısı bir ağızdan. Günəbaxan səsini çıxarmamış, sevdalı gözlərini dikmiş Günəşə; baxmış, baxmış, baxmış... Uzun müddət heç bir şeyin fərqində olmayan Günəş, nəhayət, bir gün günəbaxanın baxışlarını üzərində hiss etmiş. Əvvəl keçici bir həvəs sanmış, amma zamanla yanıldığını anlamış. Günəbaxan elə inadcılmış ki, günəş taxtını hara aparsa, qoxmadan, bezmədən o tərəfə çevirmiş başını... Bir gün günortadan sonra bu təqibdən artıq bezən Günəş, sapsarı qəzəbiylə qovurmuş günəbaxanı. Günəbaxanın üzərində qapqara duman yaranan kimi insanlar hadisə yerinə gəldi. “Yaşasın” demiş içindəkilərdən biri, “indi nə gözəl çırtlayarıq bu eşqi”.
Həmin gecə televizor qarşısında kədərli bir eşq filminə göz yaşı tökərək çırtlamışlar günəbaxanı.
Məhrəm (Mahrem)
...Çünki eşq iqtidar sevər, bu səbəbdəndir ki, bir başqasına dəlicəsinə aşiq ola bilirik, amma bizə dəlicəsinə aşiq olan birini içdən-içə kiçik hesab edib, kənarlaşdırarıq.
Ata və bic (Baba ve piç)
Narsist insanın eşqi də narsistcə olur. Qadın və ya kişi heç fərq etməz, belə biri aşiq olmağı görsün, bahalı və parıltılı, amma qəlbən sevmədiyi bir oyuncaq tapmış bədxasiyyət və hirsli bir uşağa çevrilər. Alar oyun əşyasını əlinə, qurcalayar və xarab edər. Narsist insanın eşqi şübhəsiz əldən salar.
Məd-Cəzir (Med-Cezir)
Bir-birimizə qadağan olmasaydıq yenə də sevərdinmi sevgimi?
Şəhərin aynaları (Şehrin aynaları)
Sevgililərimizi əlimizdən qaçırmaqdan ölümünə qorxduğumuz üçün onlardan gələcək dəyişməyə inadla müqavimət göstərərik, halbuki, bəlkə də eşqlə bərabər gələn dəyişmə tək qurtarıcımız olacaq bu həyatda.
Əraf (Araf)
Ucaltdığımız bütün eşq hekayələrində maneələri aşan insanlar var. Sevdiyi qadına görə taxtından imtina edən kral, ailələrinin düşmənçiliyinə baxmayaraq bir-birlərini tərk etməyən cütlüklər, fərqli dinlərdən, millətlərdən, təbəqələrdən olduqları halda sevməkdən əl çəkməyənlər, yəni növlərindən ayrılanlar, ayrıla bilənlər.
Məd-Cəzir (Med-Cezir)
Deyirlər ki, eşq də unudulurmuş hər şey kimi, həm də yaşanıb bitdikdən, soyuyub külləndikdən sonra deyil, tam sürətlə davam edərkən də unudula bilirmiş. Nə yaxşı ki, Zöhrə ulduzu varmış göyün üçüncü qatında. Hələ də aşiq olub-olmadığını və əgər aşiqdirlərsə, kimə aşiq olduqlarını xatırlamayanlar, göyün üçüncü qatına çıxıb Zöhrə ulduzunun əlindəki eşq aynasına baxırmışlar. Baxdıqları zaman gördükləri üz, aşiq olduqları adamın üzü olurmuş.
Deyirlər ki, bəziləri zülmət qaranlıq görmüş aynada, belələrinin hafizələrindən şübhə etmələri yersizmiş. Çünki korlanan hafizələri deyil, əslində ürəkləriymiş.
Məhrəm (Mahrem)
Eşqin həyatımızdakı varlığını da, yoxluğunu da yaşayacağımız tək zaman ayrımı indiki andır.
Eşq (Aşk)
Bir insanı sevmək, onun zehnində heç cür dincliyə çatmamış bütün hekayələri rəflərindən çıxarıb tək-tək başdan başlamaq deməkdir.
Bit Palas
Eşq həyatın əsl özü, əsas məqsədidir. Hər kəsi, ondan qaçanları belə, hətta “romantik” kəlməsini bir günahlandırma kimi istifadə edənləri belə sürətlə bürüyər eşq.
Eşq (Aşk)
Ta başından etibarən bir növ “yoldan çıxmaq”-dır eşq. Sonra ... yaxşı sonra nə olur, necə olur ki, belə qəflətən itirir o daşqın ruhunu? O avara, lazım olsa, hər şeyi tərk etməyi gözə alan ehtiraslı, həsr olunmuşdan geriyə necə olur ki, minlərcə mərasimdə həmişə eyni musiqiləri çalmaqdan bezmiş bir toy musiqiçinin gözlərindəki qədər də həyat işığı qalmaz ?
Məd-Cəzir (Med-Cezir)
Eşq şəhərinin bütün gizli keçidlərini, kəsə yollarını, dəhlizlərini əlinin içi kimi bilirdi. Nə olsun ki, bir gün anidən bu şəhərin qapıları üzünə bağlandı.
Məhrəm (Mahrem)
Allahım, uzun zamandır qapına gəlmədim, bilirəm. Açığı məni hələ də dinləyərsənmi, əmin deyiləm. Amma halımı görürsən. Boğuluram, tək-tənhayam, mənə ya həqiqi bir eşq ver. Ver ki, qurtulum bu əzabdan, üzüntüdən, ya da məni elə laqeyd və hissiyyatsız et ki, həyatımda eşqin olmaması məni düşündürməsin.
Eşq (Aşk)
Eşq bir xəyal taciridir. Küncdə-bucaqda qartlaşmış xəyalları çəkib çıxarar, yuyub-təmizlər, bəzəyib-düzəyər və təğtəzə simasıla sahibinə satar. Eşq insanı gözəlləşdirir. Görüntülərlə oynayar qorxmayaraq; yəni simalarla, küskünləri aynalarla barışdırır, yalnızları aynalarla çoxaldır. Eşq bir sehrbazdır. Oyunçudur. Ürək ovlayandır. Oynayar ürəyinlə oyuncaq kimi...
Əraf (Araf)
XXI əsr XIII əsrdən elə də fərqli deyil əslində, hər iki əsrin qeydləri belə düşəcək tarix kitablarına; tayı-bərabəri görülməmiş dini ixtilaflar, mədəni qarşıdurmalar, ön mühakimələr və səhv anlamalar; hər yerə sirayət edən güvənsizlik, qeyri-müəyyənlik, narahatlıq və şiddət; bir də kənardan hiss edilən narahatlıq. Qarışıq zamanlar... Belə anlarda eşq gözəl bir kəlmə deyil, əvvəldən-axıra bir kompasdır.
Bit Palas
Eşqin də bir rəsmi tarixi var. Ona zidd düşən hər detalı silmək, özümüzü haqlı digərini haqsız olduğuna inana bilmək üçün sevdiklərimizin üzlərini silməklə işə başlayarıq. Sonra istəsək, lap əvvəldən çəkərik xətlərini özümüzə sərf etdiyi kimi.
Bənzər xəbərlər...

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR