ШЁ Ro-Xe-Sa Щ‚Щ„ШЁ
Qadin.Netlə bağlı xatirələrim çoxdur, bu saytı da çox sevirəm, doğma saytımdır. 2011-ci ildən bu saytdayam, təki uzun ömürlü olsun saytımız. Bu saytda özümə rəfiqə qazanmışam, tək virtual deyil, relda da görüşmüşük. Burdakı çox xanımlarla virtual əlaqələrimiz var, hər birini də çox sevirəm. Qadin.Netlə bağlı dediyim kimi çoxdur xatırələrim, amma birini yazım bu il başıma gələni, çünki bunu bütün qonşular da bilirdi. Çiyələk almışdım, mürəbbə bişirəcəkdim, çiyələyi şəkərləyib saxladım ki, suyu çıxsın, bir neçə saatdan sonra da qoydum bişməyə. Gəldim oturdum saytda şəkilləri axtarmağa, xəbərlərə baxmağa, o qədər başım qarışıb ki, bir də gördüm qapı necə sürətlə doyüldü, təlaşla açdım qapını, qonşu məni görüb elə sevincək oldu ki, dedim nə olub, deyir mətbəxin yanır, az qalmışdıq ki, yanğınsöndürən çağıraq gəlsin, səni çağırdıq, cavab vermədin, bütün qonşular mənim mətbəximdən çıxan tüstüyə dəli olublar, mən də oturmuşam saytda, xəbərim də yox,
mürəbbə də yaddan çıxıb, mətbəxin də pəncərəsini açıb qapısını örtmüşəm ki, iy evlərə yayılmasın. Mürəbbəm yanmağı bir tərəfə dursun, inanın ki, onu qabdan yuyub aparmaq məni elə bezdirdi ki.
Qonşulara deyəndə ki, saytda oturmuşam, gəlib baxdılar ki, görək nə saytıdır ki, belə başın qarışıb.
İndi bunlar mənə Qadin.Netli bajı deyirlər.
Təklifin üçün təşəkkür, xanım.
Ayka S
Qadin.Neti çox bəyənirəm, ən əsası odur ki, tərbiyəli, əxlaqlı saytdır. Buna görə də tez-tez gəlirəm, burda çox xoş günlərim keçib, çoxlu dostlarım olub, başda Yeganəm,canım bacımdır. Bəyənirəm xəbərləri oxumağı, şərh yazmaq xoşuma gəlir, bir sözlə Qadin.Net evimdir mənim, heç unutmadığım hadisəmsə burda bir qızla sözləşməyimdi, səbəbsiz yerə oldu amma unudulub gedib artıq. Gözəl bacım, xəbərində mənə də yer verdiyin üçün çox təşəkkür edirəm.
Yağmur damlası
Gözəlim məni də xəbərinə dəvət etdiyin üçün minnətdarlığımı bildirirəm sənə.
Bu sayta gəldiyim ilk günü xatırlayıram, utanırdım kimdənsə nəsə soruşum, eləcə xəbərləri oxuyub şərhlərdə qızların səmimiliyinə, mehribançılığına qibtə edirdim. Zaman keçdikcə qızlarla tanış oldum, şərhlərdə mən də sərbəst olaraq fikir bildirdim. Bu saytda mənim üçün daha yaxın, daha əziz ilk vaxtlardan ta bu günə qədər də Fatma xanım, Sevinc, Almaz, Buket olub! Onları yenə də çox sevirəm, hörmət bəsləyirəm. Çox xahiş edirəm heç kim inciməsin, mən də sizlər kimi sayta yeni gələndə bu insanlarla tanış olmuşam, daha yaxından tanıyıb onları öz doğmalarım kimi sevmişəm. İlk xəbərim çıxanda çox-çox sevinmişdim, şərhlərinizi oxuduqca ürəyim dağ boyda olurdu, sonralar artıq əlim öyrəşdi, bu günə kimi xəbər hazırlamaqdan yorulmuram, əksinə zövq alıram.Gülenayın serialı isə heç vaxt yadımdan çıxmayacaq, xəbər vasitəsi ilə ona da təşəkkür edirəm üzümüzdə gülüş yaratdığı üçün. Serialda qız evi oğlan evi davalarımız heç vaxt yaddaşlardan silinməz.
Dostluğumda olan hər kəsə hörmət edirəm, çox sağ olun dəyər verdiyiniz üçün, bütün bunlar qarşılıqlıdır. Allah hamınızdan razı olsun.
Nuriyye
Iş yoldaşım mənə “Qadin. Net” adlı sayt var, yaxşı şirniyyatlar olur, bir baxarsan dedi. Baxdım ki, burda nəinki yaxşı şirniyyatlar, həm də yaxşı xəbərlər, səmimi xanımlar və şərhlər var... Bir sözlə çox bəyəndim bu saytı, istəsəm də ayrıla bilmirəm burdan. Həmin iş yoldaşım mənə “Qadin. Net” xəstəsi deyir. Burda mən öz həmyerlilərimi, uzaqdan da olsa qohumlarımı, mömin bacılarımı və sevdiyim insanları tapdım... Saytı yaradanlara, əziyyət çəkənlərə öz təşəkkürümü bildirirəm. “Qadin. Net” daim var olsun!
alisa1971
Yeganə xanım, ilk öncə yazacağınız xəbərdə mənə də yer ayırdığınız üçün sizə təşəkkür edirəm. Mən başqa saytlarda olmuşam, amma xoşuma gəlməyib, elə bil ki o saytlarda olan qarışıqlıq məni əsəbiləşdirirdi. Burda təzəyəm, mayın 25-i mənim bu saytdan istifadəmin 3 ayı tamam oldu. Burda olmağın hər günü bir xoş xatirədir. Nə qədər olacağam bilmirəm, bircə onu bilirəm ki, Qadin.Net mənim həyatıma bir rəng qatıb. Baxmayaraq ki ancaq iş vaxtı burda ola bilirəm. Gah idarə işimi görürəm, gah da sayta baxıram. Göndərdiyim yazıları da iş vaxtı yazıram. Demək olar ki, vaxtdan istifadə edirəm. Qulağınıza deyəcəm, heç kəs duymasın, işçilərdən gizli yazıram yazılarımı, yoxsa qoymazlar ki, iş vaxtı əlavə işlərlə məşğulsan. İnsan sevdiyi bir işlə gözlə-qaşın arasında da olsa vaxt tapıb məşğul olur. İndidən, nə vaxtsa gələcəkdə bu saytda olmayacağım günlər üçün sanki bir kədər hissi keçirdim. Burda mənim sözün əsl mənasında sevdiyim insanlar çoxdur. Demək olar ki, hamınızı çox sevirəm. Hərəniz mənə görə bir cür maraq doğurursunuz. Sanki mənim həyatımın ən gözəl səhifələrisiniz. Belə desəm məncə yanılmaram - Siz mənim ən gözəl, ən nəfis, ən maraqlı kitablarımsınız, əziz Qadin.Net-lilər.
xalilova munavvar
Əvvəlcədən təşşəkürlər, bacı, mənə bu xəbərdə yer verdiyin üçün, mən bu sayta çoxdan girib cıxıram, amma 1 il olar ki, qeydiyyatdan keçmişəm, demək olar ki, bura mənim evim kimidi, hər gün burdayam, bir gün girməsəm ürəyim sıxılır. Mən burda qeydiyyatdan keçəndə pozulurdu, nəyi isə düz etmirdim, sonra burda Dj Alenam bacı məni qeydiyyatdan keçirdi, o vaxtdan bəri burdayam adımla, burda çoxlu bacılar tapmışam, maraqlı yeməklər, şirniyyatlar, məsləhətlər, bir sözlə ki, Qadin.Net bir dənədir, tayı barabəri yoxdur. Bircə istəyim var, xəbər hazırlamaq, onu da oxudum, başa düşə bilmədim, o da olar inşAllah, mənim də xəbərim çıxar sənin kimi Yeqiş, sənə xəbərində uğurlar.
seadet19
Məni Qadin.Netlə ilk tanışdıran bibim qızı olub, həmişə ondan şirniyyat resepti istəyirdim. Mənə dedi ki, o burda qeydiyyatdan keçib gözəl, maraqlı saytdır, ancaq qadınlar olur, çoxlu yeməklər, şirniyyatlar öyrənərsən. Bibiqızı da mənim adımla qeydiyyatdan keçdi, parolunu verdi mənə. Artıq 9 aydır ki, burdayam və çox şadam, burdakı qızların isti münasibətini doğrusu bu qədər gözləmirdim. Təzəliycən xala oldum, özü də ilk sevincim idi, burda hamıynan paylaşdım və çoxlu təbriklər aldim, sevindirici idi. Maraqlı, dadlı şirniyyatlar, yeməklər öyrəndim. Buranı çox sevirəm. Evdəkilər deyir Səadəti nə vaxt itirsən, Qadin.Netdə taparsan.
aishvarya rai
Artiq 3 ildi Qadin.Netdəyəm. Bura mənə çox əzizdi. Əvvəllər burda nələr olurdu nələr, hər gün bir xəbər üzərində bəlkə mindən cox şərh yazılırdı və başlanırdı şəkillər qoyulmağa. Hər kəs həvəsli idi, düzdü sonra bir az dəyişildi, indi köhnə dostları tapmaq bir az cətin olur, bura amma yenə də hər gün girirəm, bir az ayrı qalmışdım buradan, amma yenə də burdayam. Çox gozəl günlərim olub burda, bir gün girməyəndə elə bilirdim nəsə itirəcəm. Burda çox gözəl dostlar tapdım və indidə bəziləri ilə görüşürəm yaxından, gedib gəlirik bir-birimizə. Qadin.Neti çox sevirəm və dostlarımı da. InşAllah saytımız daimi olsun.
dombish
Qadin.Net saytımızla bağlı xoş xatirələr... Yeni-yeni dostluqlar, yeni-yeni ünsiyyətlər, yeni-yeni biliklər, saytımızın yenilikləri - bunlar hamısı xoş xatirələrdir. Xoş xatirələrimdən biri ilk dəfə Röya və Dj Alenam adlı istifadəcilərimizlə tanışlığım olub (sonra da digər xanımlarımızla). Digər xoş xatirəm ilk xəbərimi yollamağım idi, redaktə edilmişdi, amma dərcə verilmirdi, çox narahat idim. Sonra elə oldu ki, sayta 1 müddət gələ bilmədim, fikirləşirdim ki, görəsən xəbərim necə oldu. Mən artıq gələndə qızlar mənə xəbərimin dərc olunduğunu yazmışdılar. Ad günümdə saysız-hesabsız təbriklər... Baxmayaraq ki, mən xəbər yollamaqda tənbələm, amma qızlarımızın qalibiyyətlərinə həmişə sevinirəm. Son xoş xatirəm isə mən parolumu unutmuşdum və bir müddət sonra yenidən parolumu qaytardım və çox sevindim.
Nazlı
İlk öncə xəbərində mənə də yer ayırdığın üçün çox sag ol. İl yarımdı ki bu saytdayam, çox maraqlıdı, demək olar ki, hər gün gəlirəm bura. Saytda xoş xatirələrim çox olub, birinci elə sənlə tanış olduğum gündür, elə sevinirdim ki yerlimi tapmışam, sonra ilk xəbərimin çıxdığı gün, şərhləri oxuyub sevinirdim ki, xəbərim bəyənilib. Nə yaxşı ki, bu sayt var, burda özümə dostlar tapmışam. Çox sağ ol, Qadin.Net.

XƏBƏR LENTİ
Azərbaycanda koronavirus xəstələrinin görüntüləri yayıldı: Araşdırmalara başlanıldı - VİDEO
Quru lobya şorbası (foto resept)
Nazir bahalıqdan danışdı
Qara nöqtələr üçün təbii maskalar
Bir oğula qurban verilən qız övladlar
Ermənilərə qarşı protokol
Avropalılar Facebook-u məhkəməyə verirlər
Erməni qadının çantasından 12 il əvvəl ölən ərinin sümükləri tapıldı
HAVA necə olacaq?
Azərbaycanda VİP yas mərasimləri
Sümüklərin "xörəyi"
Lavaşdan ətli piroq (foto-resept)
Tərəvəzli plov (foto resept)
Azərbaycanın işğal olunmuş ərazilərində erməni əsgər ölüb
Donna Karan və ya DKNY
Eşq elanı
Artıq yol polisi sürücüləri saxlaya bilməyəcək
ŞOK İDDİA: ABŞ yoxa çıxan təyyarənin yerini bilir
Hər kəs bu uşaqdan danışır - VİDEO
Azərbaycan tarixində ilk: Qadın hakim olacaq
Dənizkənarı hasarlar, villalar SÖKÜLƏCƏK
Şeyma Subaşı sevgilisindən ayrıldı
Klimaks dövründə xəstəliklərdən qorunmaq üçün ...
Kişilərdə gözəl qadın qorxusu
Günün qoroskopu: hadisələr aktiv iştirakınızı tələb edir
Keçmiş pilot gizli 51-ci Zonanın ağılalmaz sirlərini açdı
Laparoskopik Nissen Fundoplikasiya əməliyyat üsulu
Çütlük xəstəxana palatasında evləndi-SƏBƏB/FOTO
Bayramın son günlərinin hava proqnozu
“WhatsApp”a çoxdan gözlənilən xüsusiyyət gəlir
Köhnə televizoru olanların nəzərinə - Video
Kəs və yapışdır-1
Komada olan boksçu ayıldı
Bu ilin ilk quş qripi ölümü qeydə alındı
Nəbahat Çehrə paylaşdığı FOTO ilə diqqət çəkdi
Hande Erçel yeni layihə ilə ekranlara qayıdır
Məşhur aktrisa açıqlaması ilə diqqət çəkdi
Maraqlı faktlar
Darçınlı alma ruleti (foto-resept)
Limondan istifadənin 9 üsulu
Qara nöqtələri aradan qaldıran maska
Hande Erçel 3 milyon avro alacaq
Cennifer Lopez toya hazırlaşır-FOTO
Castin Biber izləyicilərindən kömək istədi-FOTO
Günün qoroskopu: qəfil gəlir ola bilər
800 manat qazanmaq istəyirsiniz?
Türkiyəli nevroloqdan 5G XƏBƏRDARLIĞI - Bu xəstəliklərin sayı artacaq?
Pomidor və nar suyu ilə dərinizi qoruyun
Vanessa Mey Olimpiadada yarışacaq
Dünyanın ən yaxşı 10 yeni il yarmarkası - FOTO

- ŞƏRHLƏR