
Afət
Artıq 2 ildən çoxdur ki, Qadin.Net ailəsinin üzvüyəm. Bu illlərdə saytla bağlı xoş xatirələrim çoxdur. İlk öncə saytdan keçdiyim gün heç zaman yadımdan çıxmayacaq əlamətdar gün oldu mənim üçün. Daha sonra redaktor seçildiyim gün qəlbimdə xoş xatirə kimi qalıb və qalacaq da. Həmin gün ürəyimdə qəribə bir hiss vardı - sevinc və həyəcan tez-tez bir-birini əvəz edirdi. 2012-ci ilin yayında saytla bağlı yaşadığım xoş hisslər unudulmazdır. Qadin.Netlilərin hər il keçirilən görüşünün təşkilinin həmin il mənə həvalə edilmişdi. Xanımlarımızla canlı ünsiyyət qurmaq, onlarla görüşmək qəlbimdə çox xoş izlər qoyub. Daha sonra redaktorumuz Ro-Xe-Sa xanımla görüşüm bu hisslərə daha yenisini əlavə etdi. Ad günümdə, saytdakı ildönümümdə aldığım təbriklər, xoş sözlər, xanımlarla yazışmalarımız - bunların hər biri mənim üçün unudulmaz xatirələrdir.
Louis Vuitton
Qadin.Net saytı mənim həyatımda yaxşılığa doğru çox şey dəyişib deyərdim. Bu saytdan bir il yarımdı qeydiyyatdan keçmişəm, amma mənə o qədər doğmadır ki, elə bilirəm illərdi burdayam. İlk gəldiyim günlər xəbər sayı çox olan istifadəçilərə həsədlə baxırdım. İlk xəbərim çıxanda isə çox sevindim, günün müəllifi belə olmuşdum. Bu saytın ilk öncə rəhbərliyindən çox razıyam, mənə verdikləri dəyər üçün hər birinə minnətdaram. Daha sonra burda qazandığım dostlarım üçün bu sayta sonsuz təşəkkürlərim var. Bəzən çoxları virtual dostluq deyəndə nədənsə qeyri-real bir şeylər düşünürlər, amma mənimçün belə deyil. Burda elə dost dediyim, dərdləşdiyim insanlar var ki, onlar mənimçün çox qiymətlidirlər. Bir neçə adam olub ki, bu saytdan müəyyən səbəblərdən gediblər onlar üçün də üzülmüşəm doğrusu. Neçə vaxtdır heç ziyarətə belə gəlmirlər.
Yəqin uzun sürməz, inşAllah bir gün sevindirərlər məni. Bu saytla bağlı bir arzum var ona qovuşsam, onda deyəcəm ki, mən arzularıma qismən də olsa çatdım.
lovable_madam
Qadın.Neti 3 il bundan əvvəl tapdım, qeydiyyatdan keçəndən müəyyən müddət sonra ilk xəbərimi göndərdim, ilk dəfəsi çətin idi. Amma sonra asan oldu təbii ki. Çox sevinirdim ilk xəbərim çıxanda, elə o vaxtdan başlayaraq hər bir istifadəçinin şərhinə sitat gətirərək cavab yazmağı özümə vərdiş etdim. Bu il ad günümdə Qadın.Netdən aldığım bütün təbriklər, hədiyyələr, videolar saytla bağlı şirin xatirələrimdir. Bu il canım redaktorumuz Ro-Xe-Sa mənim üçün özəl olaraq hazırladığı ad günü video-rolikini hədiyyə edəndə kövrəlmişdim və bu qədər sevildiyimə görə özümü çox şanslı hesab etmişdim. Heç vaxt unutmayacağım xatirəm Redaktor statusuna layiq görüldüyüm gün idi. Nə vaxtsa bu statusda olmasam belə yenə saytda olacam inşAllah, dostlarıma və ümumilikdə Qadın.Net saytına görə. Yaşa, var ol, əziz Qadın.Net və Qadın.Netlilər!
GÜLÇİN
SELENA (Aliyə Aslan)
Əvvəlcə Qadın.Netə gəldiyim ilk günümdən danışmaq istəyirəm, hər şey dünənki kimi yadımdadır. Qeydiyyatdan keçəndən sonra söhbət otağına daxil oldum. İlk danışdığım isə kristen_ (Aliyə) olub. Onun xoş söhbəti mənim diqqətimi cəlb etmişdi. Daha sonra saytda bəzi dəyişikliklər oldu. Zaman-zaman bu sayt mənim üçün doğmalaşdı və onu sevməyə başladım. Hal-hazırda Qadın.Net mənə ailəm kimidir.
Burda hər bayram çox gözəl qeyd edilir. Bir-birindən gözəl xanımlarla söhbət etməkdən zövq alıram. Hamını çox sevirəm və dərin hörmət edirəm. Bir də unutmadan deyim ki, ilk xəbərim dərc olunanda çox sevinmişdim. Afət xanım böyük əziyyət çəkmişdi onun üstündə. Bütün redaktorlara, saytın yaradıcı kollektivinə və sənə dərin təşəkkürümü bildirirəm.
Qadın.Net mənim yeganə sevdiyim saytdır ki, burda hamı mənim üçün doğmadır. Burada sevincli günlərim çox olub, bu sevincli günlərimi saytdakı dostlarımla bölüşmüşəm. Dostlarımın sevinci mənim sevincim, kədəri mənim kədərimdir. Sevincli günüm də elə Qadın.Net-i tapdığım gün olub.
Ləman_
Qadın.Netlə bağlı xoş xatirələrim çoxdur. Nə yaxşı ki, bu saytı tanıdım. Xoş xatirələrimdən biri Günel Əsədovayla bağlı olub. İlk dəfə səhifəmə gələndə doğum tariximi 2012-ci il görüb çox gülmüşdü. Mənə yazmışdı ki, "onda sən hələ bələkdəsən ki". Bu sözə çox gülmüşdük və sonra Günel xalamla çox yaxın olduq. Bir dəfə də axşam şərh yazırdıq, Lovable_madam hara şərh yazırdısa mən də onu izləyib şərh yazırdım, axırda madam yazdı ki, "deyəsən qaçdı-tutdu oynamaq istəyirsən". Nə yaxşı ki, onu izləmişəm, onu tanıdığma çox şad oldum. "Nişan səbətləri" adlı xəbərdə buradakı qızların hamısı ilə xəbərə şərh yazıb çoxlu gülürdük, çox maraqlı idi. Sonuncu da Qadın.Netlilərin serialı yadımda qalan ən xoş xatirə olacaq. Hamınızı çox sevirəm, mənim Qadın.Netli bacılarım...
Fidan Məmmədova
Mən Qadın.Neti o qədər sevib bağlanmışam ki, vallah, heç bilmirəm hansı xoş xatirəni yazım. Mənim üçün burada keçən hər gün xoş xatirədir. Burada keçirdiyim hər gün hansısa bir xoş xatirə ilə bitir desəm, yanılmaram. Hər dərc edilən xəbərim ayrıca bir xoş xatirədir. İlk xoş xatirəm elə bu saytda qeydiyyatdan keçdiyim ilk gündən başlayıb. Təsəvvür edin: qeydiyyatdan keçdiyim elə bir neçə dəqiqə idi ki, "Xəbər əlavə et" bölməsini gördüm. Mən də başladım xəbər əlavə etməyə. Sən demə, xəbər əlavə etmək üçün xüsusi qaydaları bilmək lazım imiş və təbii ki, bu xəbər düzgün alınmadı. Amma bu, doğrudan da xoş bir xatirə kimi yadımda qalıb və burada keçən hər günüm mənə gözəl xatirələr bəxş edir.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Ağ saçlarınız təbii rənginə qovuşdurun
Girovumuz şikayətə hazırlaşır
Fərqli börək resepti (foto resept)
Nebahat Çehredən 26 illik ETİRAF
9 yaşında bilib övladlığa götürdülər, 30 yaşında manyak çıxdı
2020 Grammy Musiqi Mükafatları: Qırmızı Xalça
Ermənistan Əfqanıstanda vurulmuş ABŞ PUA-sını Azərbaycanınkı kimi təqdim edir - RƏSMİ
Cəmi 30 dollarlıq mirası əslində 35 min dollarlıq imiş-FOTO
Müəllimlərin işə qəbulu üzrə növbəti imtahanlar keçirilir
Uşaqlar olan evdə işləmək
"Exit-poll"un nəticələrinə görə, İlham Əliyev seçkilərdə inamlı qələbə qazanıb
Kökəlmək üçün nə etməli?
Bu qadın tarixə düşə bilər
Təhsil Nazirliyi: Uşaqların məktəbə getməmələri ancaq valideynlərin şəxsi məsuliyyəti altında mümkün olacaq
Test ləğvində köhnə nazirdən təzəyə dəstək
İstanbulun taksi sürücüləri vədi belə qoparırlar
Nə üçün ölümdən qorxuruq?
Evlənmək istəyi böyük "problem"ə doğru iri addımdır?
Görkəmli xalq artistimizin ad günüdür
Seda Sayan təhqirlərə cavab verdi
Köhnə köynəyinizi pul xərcləmədən yeniləyin
Şahid Kəlbəcər dəhşətindən danışır
Ajda Pekkanın gənclik sirri məlum oldu-FOTO
Keemun çayı nədir?
Əməkdar artistin səhhəti ağırlaşdı
Balaca qızlar üçün yaz geyimləri
Hələ belə nəhəng yırtıcı tutulmamışdı
Kəs və yapışdır-10
Ajda Pekkanın son görüntüləri dillərə düşdü – VİDEO
Fahriye Evcen telefonlardan imtina etdi-SƏBƏB
Belə rekord olmamışdı
Mövsüm allergiyası ilə koronavirusun simptomları arasındakı fərq açıqlandı
Xaçmazda bir gün qaz olmayacaq
Toylarda yalnız bu şəxslər iştirak edə bilər - Şərtlər açıqlandı
Merkel Nobel mükafatına namizəd göstərildi
Ay Günəşi məhv edəcək
8 qadın nazir təyin olundu
Ən çılğın bayram davam edir
Qızının uşaqlığını şəkillərə və karikaturaya köçürən ata
Sadə kələm salatı (foto resept)
Tovuz yenidən intensiv atəşə tutulur - RƏSMİ
Ən çox qazanan qadın idmançılar - SİYAHI
Azərbaycanda siqaret çəkənlərə bəd xəbər
İlham Əliyev Ciddəyə gedib
Qadınlarda yumurtalıq kistləri
Ənginarın faydaları
Ölkəmizdə oğlan qızdan çoxdur
BAFTA: Britaniya ən yaxşıları seçdi -SİYAHI
Günün ulduz falı
Bakıda kirayə mənzil problemi yaranıb















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]