Məsələyə isə nikaha girmək qərarına gələnlərin yaşadıqları problemlər nöqteyi-nəzərindən yaxınlaşacağıq. Bəzən oğlan ya sevir və sevgisi uğursuz olur, ya da ümumiyyətlə seçəcəyi qadını ailəsinin öhdəsinə buraxır. Bu cür nikahlar gələcəkdə ər və arvadın bir-birini sevməsilə də nəticələnə bilər, əksinə də ola bilər. Ər və arvad arasında daim mübahisə, əl qaldırma, təhqir, uşaqlara görə bu nikaha dözmə, bəzən isə boşanma rast gəlinən hallardır.
Bəzən iki gənc tanış olur, sevgi yaranır və ailə həyatı qurmaq istəyirlər. Evdə məsələ açılır və... şok xəbər. Ya qızın ailəsi deyir ki, biz səni ailə dostumuz Kamranın oğluna vermək istəyirik. Kamranın oğlu Fazil "Porsche" sürür. İri şirkətdə şöbə müdiridir. Ayrı 4-otaqlı evi, Bakı qəsəbələrinin birində 3-mərtəbəli villası var. Ya da oğlanın ailəsi deyir ki, tanımırıq kim olduğunu. Sən hələ uşaqsan. Nə bilirsən, insan tanımaq nədir? Biz sənə qohumumuz Hənifənin qızını almaq istəyirik. Maşallah, gözümüzün qarşısında böyüyüb Gülər. Tərbiyəli, qanacaqlı, qabiliyyətli ev qızıdır.
Bəzən də iki gəncin ailəsi tanış olur. "Həri" alınır və problemlər başlayır. "Mənim yerim yoxdur, nişana cəmi 15 adam gətirin". 16-cı adam gələn kimi qız evinin sifəti dəyişir. Oğlan evində isə: "Neyləyim, 15 nəfər deyiblər, əmisi arvadı getməsə, əmisi inciyəcək", - söhbəti çıxır. 30 nəfərlik stoldur, 50 nəfər adam var. Hamı deyir: "Sən mənim canım, oturun", sonra isə ürəyində: "100 AZN pul verdim, heç oturmadım da", - düşünür. Xınayaxdı, üzəçıxdı, həftəhamamı kimi mərasimlərdə narazılıqlar ortaya çıxır. Gah toy tarixində razılaşmırlar, gah alınanlar qane etmir, gah qayınana hər şeyə qarışır, gah yer üstündə mübahisə düşür, gah biri deyir, mən diqqət görmədim, gah o biri deyir, mən ayaqüstə qaldım və turşumuş sifətlər. Yeni tanış olan iki ailə arasında başlayır inciklik yaranmağa. Bu da öz növbəsində gənclərə təsir edir.
Evlənmək istəyən bir gənc seçim edə bilmir. Bunu ailəsinin öhdəsinə buraxıb.Vüsal Məmmədzadə: "Mən çox qız tanıyıram. Görürəm ki, qızlara etibar etmək olmaz. Əslində, ailə həyatı qurmaq istəyirəm və buna layiq birini tapa bilmirəm. Anam mənə qız tapsın. O məni tanıyır. O bilir ki, mən necə qız istəyirəm".
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov: "Adətən, müəyyən travmatik olay yaşayan gənclər bu kimi fikirlərdə olurlar. Qarşı cinsə etibar etmirlər, yaxud onlara güvənmirlər. Bu, eyni zamanda fərddə özgüvən hissinin aşağı olmasına dəlalət edən faktordur. Məsuliyyət daşımaq istəmir, ona görə də prosesi anasına, bacısına həvalə etməyə çalışır. Bəzən də "Edip kompleksi" yaşayan gənc oğlanlarda bu kimi fikirlər olur. Onlar analarına o dərəcədə bağlı olurlar ki, düşünürlər, analarının onlara tapdığı qız elə anaları kimi olacaq. Bütün hallarda bu cür situasiyalarda yaxşı olardı ki, həmin gənc, fərqi yox, oğlan, yaxud qız, öncə özünü analiz etsin. Prosesin haradan qaynaqlandığını, nə səbəbdən baş verdiyini özü üçün aydınlaşdırsın. Bu, gələcəkdə qurulan ailənin daha möhkəm təməl üzərində formalaşmasına gətirib çıxaracaq".
Nişanlı olan bir xanımımız yığıncaqlar zamanı iki ailə arasında qalmaqdan bezib. Leyla xanım: "Mən nişanlıyam. Bəzi yığıncaqlarda mübahisələr düşür. Evimiz balaca olduğu üçün anam oğlan evindən çox adamın gəlməyini istəmir və oğlan evində inciklik yaranır".
Psixoloq Elnur Rüstəmov: "Münasibətlərin yaranma mərhələsində ilkin münaqişə ailələrin yeni tanış olduğu zaman yaranır. Buna çox zaman ailələrin özləri yox, gənclər şərait yaradırlar. Müəyyən nüansları özlərinə kompleks etməklə, proseslərin sonrakı mərhələsinə müdaxilə etmiş olurlar. Ev kiçik ola bilər, düşünürəm, qarşı tərəf buna anlayış da göstərər. Ancaq bunu dərd edib münasibətləri korlamaq, məncə, sonralar daha böyük münaqişələrin yaranmasına gətirib çıxarar".
Bir gənc isə maliyyə baxımından ondan üstün olan bir ailənin qızını aldığı üçün əziyyət çəkir. Aydın Əhmədov: "Nişanlıyam. Nişanlım üçün bahalı hədiyyələr almağa imkanım yoxdur. Nişanlımın ailəsi isə bunu sözün əsl mənasında tələb edir. Qız bunu mənə bildirməsə də, mübahisələr zamanı vəziyyətin nə yerdə olduğunu başa düşürəm".
Psixoloq Elnur Rüstəmov: "Bu gün, etiraf edək ki, fərdlər ilkin tanışlıq mərhələlərində çox zaman özlərini olduqlarından artıq göstərməyə çalışırlar ki, bu da sonda münasibətlərə mənfi təsir göstərir. Ən azından, qarşı tərəf gözlədiklərini ala bilmədikdə onda narahatlıq yaranmağa başlayır. Buna vaxtında diqqət yetirmək lazımdır".
Ailə həyatı qurmaq hər gəncin həyatında ən önəmli addımlardan biridir. Əziz valideynlər, əslində tamamilə boş olan şeylər üçün övladlarınızı incitməyə dəyməz. Hər şey gəldi-gedərdir. Hədiyyələr də, qonaqlıqlar da, pul da, digər nüanslar da. Əsas odur ki, övladınızın gələcəyini bu gün düşünəsiniz. Gələcəkdə onlara problem olacaq mübahisələrə şərait yaratmayın.
XƏBƏR LENTİ
İstehlaka yararsız məhsullar məhv edildi
Ünvanlı sosial yardım üçün sənədlər sadələşdirildi
Yemək masalarının tərtibi
Noutbuk satışı dünyada azalıb, Hindistanda iki dəfədən çox artıb
Hava haqqında - 15.02.2014
Mustafa Sandalın həyat yoldaşından ayrılmasının SƏBƏBİ BİLİNDİ - FOTO
Davamlı kitab alırsınızsa...
Bakıda yeni yol ötürücüsü istifadəyə verildi
Stiv Cobsun evi ziyarət məkanına çevrilir
İşsizlərə sığorta pulu veriləcək - YENİ QANUN- VİDEO
WhatsApp-la bağlı sirr açıldı
Ədliyyə orqanlarında işləmək istəyirsiniz?
Ceff Bezos yenidən Dünyanın Ən Varlı Adamı Oldu
Azərbaycan ordusunun giziri şəhid oldu
Abituriyentlər keçirilən imtahanlardan narazıdırlar - VİDEO
La Liqa: "Barselona" öz meydanında, "Real" Madrid səfərdə döyüşə çıxır
Smartfonun işini dayandıran yenilənmələr açıqlandı
Məşhur aktrisa jurnalistləri hədələdi-SƏBƏB
AZAL Berlinə birbaşa aviareys açır
Bakıya hava müjdəsi
Ziynət əşyalarına hərisliyi olan şəhzadə
Günün qoroskopu: münasibətlər pozularsa...
Kağızdan saat düzəldilməsi
Erkən yaşlarda qeydə alınan abortlar
İnsanı viruslar qarşısında güclü edən qan qrupu açıqlandı
Koronavirus mutasiyaya uğrayıb: 260 dəfə daha təhlükəli hal alıb - VİDEO
Dama-dama çantada həbsxanadan qaçan şəxs 21 il sonra ələ keçdi
Rusiya bir həftədə 3,7 milyard dollar kasıbladı
İkinci dalğa təşvişi: siqaret çəkmək qadağan edildi
İlaxır çərşənbəyə aid el adətləri
Qadın.Net-lilərin ilk şərhləri (2-ci hissə)
Köhnə paltarlarınızı atmayın!
"Azərbaycan Reyms şəhərinə bu səfər poeziya ilə qonaq gəldi"
Bu günün tarixi (01.09.2014)
Əvəzlənən smart-kart sayğaclarının balansında qalan pullar necə olacaq?
Məşhur filmdəki səhv 33 il sonra ortaya çıxdı - FOTO
İki həftəyə 9 kilo arıqladı
Xoşbəxt olmaq üçün ən asan yol
Xurmalı toplar (foto-resept)
Messiyə inanılmaz təklif
Azərbaycan 4 ölkə ilə Anlaşma Memorandumu imzalayacaq
Günün ulduz falı
Zarafatla da olsa, boşanma sözünü dilinizə gətirməyin!
İrandan Azərbaycana gələn daha iki nəfər xəstəxanaya yerləşdirildi
Şeyma Subaşı yeni FOTOsunu paylaşdı-FOTO
İngilis çayı (foto-resept)
Bu il aşura günündə qan veriləcək ünvanlar açıqlandı- VİDEO
Yod çatışmazlığı hansı fəsadları törədir?
Qaz olmayacaq - SİYAHI
Artıq düşmən cəbhəyə qadınlarını göndərir