Artıq bir ildən bir az çoxdur ki buradayam. Ən sevimli məkanımdır desəm yanılmaram. Həyatda da hara getsəm, nə işlə məşğul olsam daima ağlımın bir ucu burda qalır. İstirahət məkanımdı, həmişə nə isə öyrənirəm, yeni tanışlar tapıram. Burda olduğum müddətdə xatirələrim çox olub. Yadımdadı ilk dəfə xəbər göndərərkən neçə çətinlik çəkmişdim. Dəfələrlə çəhd etdim, usanmadım. Nəhayət xəbərim çıxdı, hamı kimi çox sevindim. Monitorun qarşısında elə həyacanlı idim ki sanki istifadəçilərlə canlı ünsiyyət yaratmışdım. Saytımızın rəhbərliyinə çox təşəkkür edirəm belə gözəl sayt yaratdıqları üçün. Arzu edirəm uzunömürlü olsun, istifadəçilərimizin aktiv olmasını, yeni-yeni xəbərlər göndərməsini arzu edirəm və istəyirəm. Əməyimə qiymət verib dəyərləndirənlərə öz təşəkkürümü bildirirəm.
Lalə Hacət-i Vuslat
Xəbərinizə məni də layiq gördüyünüz üçün təşəkkür edirəm bacım, daim hörmət sahibi olasız inşaAllah! Burda qeydiyyatdan keçdiyim gün bu saytla bağlı ilk xoş günüm oldu. Daha sonra düşüncələrimizin uyğun olduğu iki insanla tanış oldum- çox xoş oldu o günlər. Təəssüf ki indi heç biri burda deyil... İndi deyəcəklərim isə bəlkə çoxuna qəribə gələr, burda bir neçə dəfə ban edilmişəm. Sayta daxil olmağıma qadağa olunan müddətdə isə deyim ki saytla bağlı xoşbəxt günlərim idi. Niyə? Çünki ilk dəfə ban olanda çooox pis olmuşdum(namusuma dil uzadılmışdı və haqqımı qorumaq imkanı verilməmişdi), təkrar ban olanda isə haqsızlığa qarşı (təbii ki, saytın qanunlarına uyğun olaraq onlar haqlı idilər və etməli olduqlarını edirlər, amma mənə görə haqsızlıq idi) daxilən sakit, səbirli olmağım, yəni nəfsimi heç olmasa müəyyən qədər sakit etməyim çox xoş idi, mənim üçün nəfsimin tərbiyəsində bir irəliləyiş idi... Ən çox güldüyüm isə bir dəfə qadağadan əvvəl neçə gün idisə (indi xatırlamıram), yarım saat sonra yenidən səhifəni açmaq istəyəndə artıq bu müddət uzadılmışdı: o qədər gülmüşdüm ki, dedim İlahi, bu qədərmi "yığıblar əlimdən?". Təhlükəli istifadəçiyəm yəqin... İlk gündən olduğu kimi, indi də bölüşdüyüm fikirlər kimlərsə tərəfindən xoş qarşılananda sevincimin həddi-hüdudu olmur! Ona görə yox ki "mənim fikirlərimdir", ona görə ki bu fikirlər Rəbbimizin əmrlərini xatırlatmağa qulluq edir... Yox, əslində "qulluq" sözünü işlətməyə də layiq deyiləm..."Xidmət edir"...
Qış ayları idi. Çox darıxırdım. Yoldaşımın işdən gəlməsini gözləyirdim. O da darıxdığımı bilirdi. Ondan facebook, odnoklassnikdə qeydiyyatdan keçməyimi istəmişdim, amma icazə verməmişdi. Kompüteri yandırdı, məni yanına çağırdı və mənə bu saytdan qeydiyyatdan keçməyimi istədi. Bir sözlə Qadin.Netdə olmağımın səbəbkarı həyat yoldaşımdır. Burda çox gözəl vaxt keçirmişəm, bilmədiklərimi öyrənmişəm, gözəl xanımlarla tanış olmuşam. Qadin.Netdə ən yadda qalan xatirələrimdən burdakı xanımlarımızla Sumqayıt şəhərində göruşməyimiz, xoş bir gün keçirməyimiz olub. Hələ mən söhbət otağında keçirdiyim günləri heç yaddan çıxarda bilmərəm. Orda inanın o qədər söhbətlərimiz maraqlı olurdu ki səhəri gözlərimizlə açmışıq. Hətta heç yadımdan çıxmaz, bir dəfə biri məni necə əsəbləşdirdisə gözümü yumub ağzımı açdım. 5 qızı mən də içində olmaq şərtiylə ban etdilər,bir neçə gün sayta girə bilmədik, buralar üçün çox darıxırdıq. :( Amma sağ olsun Ramil bəy, bizi başa düşub təzədən bura gəldik. Qadın.netlə xatirələrim haqqında çox yaza bilərəm. Bir sözlə, bu sayt mənimçün sözün əsl mənasında ən doğma saytdı. Mən həm bu saytı, həm də burdakı hörmət etdiyim insanları çoooox istəyirəm. Yeganə xanım! Sizə də təşəkkürümü bildirirəm mənə öz xəbərinizdə yer verdiyiniz üçün.
MAYA EL
Qadin.Net mənim ayrılmaz bir hissəmdir, hər gün buranı ziyarət etməsəm elə bilirəm nəsə itirmişəm. İlk gəlişimdə çox sevinirdim, şərhləri oxuyurdum, şərh yazmaq mənə azca qəribə gəlirdi, öz fikirlərimi yazmağa çəkinirdim, sonralar öyrəşdim. Çoxlarıynan yazışmasam da amma hamısı mənə doğmadır. Ən çox tərcümə edib təqdim etdiyim reseptləri xanımlarımız bəyənəndə və onlar da hazırlayanda çox sevinirəm. Bura mənim çox sevdiyim Qadin.Netimdir, hamınızı çox istəyirəm, hər zaman xoş xatirlərlə dolu olsun Qadin.Net.
Qadin.Netlə bağlı ən çox xatirəsi olanlardan biri də mənəm yəqin ki. 3 illik Qadin.Net həyatımda həqiqətən çox gözəl günlərimizin olduğunu deyə bilərəm. Sayta sonradan gələnlər inciməz inşAllah, amma bizim əvvəlki istifadəçilərlə daha gözəl günlərimiz olurdu. Mən sayta gələndən 2 ay sonra redaktor olmuşdum. Onda Selcan xanım xəbərləri tək idarə edirdi. Mən gələndən sonra ikimiz işlədik uzun müddət. Selcan xanım elə bir məsuliyyəti mənə verdiyi üçün çox həyəcanlı idim. Unudulmaz olmuşdu redaktor olduğumu bildiyim gün. Tez-tez müsabiqələr təşkil edirdik saytda. Müsabiqə olan günlər sayt sözün əsl mənasında şənlik yerinə çevrilirdi. Yadımdadı, bir müsabiqədə peçenyelər hazırlamalıydıq. Peçenyelərim üçün şəhərin bir ucuna gedib muncuqlar, zərlər almışdım. O dərəcə ciddi hazırlaşırdıq müsabiqələrimizə. Radiomuz fəaliyyətə başlayanda ilk DJ xanım mən olmuşdum. Hər axşam sayt əhli (rəhbərlik də daxil) söhbət otağına yığışıb istək mahnılar səsləndirirdik, toy edirdik gecə yarısına kimi. İlk görüşümüz də özünəməxsus xatirələrlə doludur təbii ki. Bir sözlə saytın bütün ilklərində iştirak etdiyim üçün xoş xatirələrimin sayı hesabı yoxdur. Fürsətdən istifadə edib bütün saytdan uzaq düşmüş köhnə istifadəçi xanımlarımıza səslənib, onları yenidən saytda görmək istədiyimi bildirim.
Qadin.Netə təsadüfən daxil olmuşam və baxmayaraq ki, mən bu saytda çox az müddətdir ki istifadəçiyəm, ən böyük arzum odur ki, mən də yaqut, zümrüd və s. adlar alım. Qadin.Netdə ən unuda bilmədiyim xoş xatirəm yazımın çıxdığı gün idi. Qızların mənim ilk yazımı oxuyub şərh yazmaqları çox gözəl idi, məncə bundan gözəl xatirəmi olar?! Qadin.Net haqqında onu deyə bilərəm ki, bu saytda bütün qadınlar səmimidir və hər zaman biri-birinə hansı mövzuda olur olsun mənmuniyyətlə kömək edirlər. Mən bu saytda çıxan bütün yazılara şərh yazıram, çünkü burda yazılan yazılar mənim zövqümü oxşayır. Qadin.Netdən çox şey öyrənmişəm, çünkü burda qadına aid olan hər şeydən məlumatlar yazılır və Qadin.Net yeganə saytdır ki yoldaşım buna etiraz etmir.
Pervane
Qadın.netlə bağlı xoş xatirələrim o qədər çoxdur ki yazmaqla qurtarmaz. Bura mənim həm iş yerim, həm istirahət yerim, həm də hərtərəfli ensiklopediyamdır. Bura gəldiyim günü çox gözəl xatırlayıram. Girdim söhbət otağına, orda qızlar kristenin ad gününü qeyd edirdilər, mən də qoşuldum onlara. Çox maraqlı oldu. Başqa bir vaxt toy xonçalarıyla bağlı xəbər çıxmışdı, orda qızlarla yazışırdıq, o qədər güldüm ki axırda yoldaşım hirsləndi... Hər dəfə burda qeyd olunan ad günləri, bayramlar mənimçün çoox maraqlı olur... Aprel ayında Yaqut olmuşam, evdə qaynanamgil məni Yaqut deyə çağırırlar. Nə isə yazdıqca davamı gəlir. Qadin.Netli bacılarımın hər birini çoooox istəyirəm. Yaşasın Qadin.Net.
Əziz xanımlar, mənim Qadin.Net saytına gəlməyim təsadüf olub. Belə ki qoz şirniyyatını necə bişirməyi öyrənmək məqsədilə saytların birində bu barədə axtarış verdim və Qadin.Net saytındakı resept məni cəlb etdi. Daxil oldum və o gün-bu gün bu sayta bağlanmışam. Bir gün girməsəm elə bil vitaminim çatışmır. Yaradıcı kollektivə dərin təşəkkürümü bildirirəm bu saytı ərsəyə gətiriblər. Amma indi düşünürəm ki, doğrudan da həyatda təsadüf yoxdur. Bu sayta gəlişim təsadüfdən deyil, zərurətdən olub. Saytla bağlı xoş xatirəm oxuduğum gülməli şərhlərdir. Qadin.Netlilərin serialını oxuyanda gülməkdən ömrüm 10 il uzanır. Bir də burda mənə ən yaxın olan Utopya adlı istifadəçidir. Onunla çox maraqlı dialoqlarımız olur.
dj alena
1 il 2 aydır ki mən də Qadin.Netliyəm. Qadin.Neti bir salat resepti axtararkən tapmışam. Əvvəllər online sms-də mesaj yazırdım, amma heç kim cavab yazmırdı. :( Yadımdadı, mənə ilk xoş gəldin deyən Bayramova Həcər olub. İndi bilmirəm bu saytdadı ya yox. Çox sevinmişdim həmin gün. Yavaş-yavaş burdakı qızlarla ünsiyyət qurmağa başladım, gördüm ki hamısı çox mehriban, çox cana yaxın insanlardı. Ən çox sevindiyim gün dj olduğum gün idi, o qədər çox sevinirdim ki, əlimi-ayağımı qoymağa yer tapmırdım. Daha sonra ən çox istədiyim şey status almaq idi. Hər ay ayın qalibləri seçiləndə ürəyim sızlayırdı, dalbadal nə qədər xəbər göndərirdimsə 15 bitmirdi ki bitmirdi... Amma axır ki aldım yaqut statusu. Çox sevinirdim çoxxx... Ən yadda qalan günlərimdən biri Qadin.Netlilərin ikinci görüşündə onların hər biriylə telefonda danışıb, səslərini eşitdiyim gün olub. O qədər sevinirdim ki elə bil əsgərliydən zəng edib aylar sonra öz ailəmin səsini eşitmişdim... Ən çox da Zərişi (creativkanı) tanıdığıma sevinmişdim. Burda sevincli anlarım o qədərdi ki yazmaqla qurtarmaz. Bu sayt vasitəsilə mən Gunay Əsədovanı qazanmışam, canım dostum mənim... Bu sayt mənə istər virtual, istərsə də real dostlar qazandırıb. İndiyəcən heç kimdən inciməmişəm. Kimlərsə məndən inciyiblərsə onlardan üzr istəyirəm. Bu xəbərdə mənə yer ayırdığın üçün sənə xüsusi təşəkkür edirəm Yeqiş. Nə yaxşı ki Qadin.Net var! Hamınızı öpürəm...
XƏBƏR LENTİ
Dişlərinizə hansı vərdişlər zərər verir?
Metroda şalvarsız gün
Qadın sürücülər
Duyğu Çağatar Ulusoyun evinə köçdü-FOTO
Koronavirusun yayılmasına qarşı şəhərləri bağlamaqdan daha effektiv yol təklif edilib
İstanbulu dolu vurdu - VİDEO
İstanbulun polis rəisi öpüşlərlə yola salındı
Bayden bir aya 250 min amerikalının öləcəyi barədə proqnoz verdi
Hande Yenerdən gözlənilməz irad
Azərbaycanda xırda təkanlar böyük zəlzələdən xəbər verir?
Nüfuzlu "Əl-Fəcr" qəzetində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında geniş məqalə dərc edilib
Sarı saçlar üçün xüsusi maskalar
Türkiyə Azərbaycanla sərhədi bağladı - SƏBƏB
Kartof zənbilində balıq (foto resept)
Avqustun HAVA buraxılışı
Bakıda 60 min manata "yolka" satılır - VİDEO
Plastik butulkaları təkrar istifadə etməyin! - Bu çox təhlükəlidir!
Bananlı pankek (foto resept)
Azərbaycan vətəndaşları Türkiyədə ev alan əcnəbilər arasında ilk onluqda
Yeni süni mayalanma mərkəzi yaradılacaq
Alimlərdən inqilabi ixtira
"Ögey ana" filminə abidə qoyuldu - VİDEO/FOTO
İranda şok cəza
Prezidentdən mühüm qərar
17 il əvvəlki şəklini görənlər tanımadılar-FOTO
Qeyri-adi etiraz aksiyası
Cennifer Lopesin "əkiz"i tapıldı - FOTO
"Riçard" salatı (foto-resept)
Bakıda ucuzluq olacaq
Mehriban Əliyeva uşaqlar üçün təşkil olunan şənlikdə iştirak edib
Facebook film çəkməyə başlayır
Ən məşhur fil öldürüldü
Geyim kombinasiyaları
Ucuz maska çəkdi, dərisi soyuldu - FOTO
Azərbaycanda nikah müqaviləsinin bağlanması məcburidirmi?
Ata söz verdi, o dünyadan qızının toyuna gəldi – ŞOK FOTO
Azərbaycan tarixindən yüz şəxsiyyət-15
Möcüzəvi minerallar - 1
Arzularını gerçəkləşdirən yaşlılar
Filiz Akının başına 11 tikiş vuruldu-FOTO
Səs gigiyenası üçün bilməli olduqlarınız
Baş pediatr: "Süni uşaq qidaları həkim resepti əsasında alınmalıdır"
2013-cü ilin gəlinlik modelləri
Yasemin Özilhan gözəllik sirrini paylaşdı
Deputatdan hökumətə təkliflər: “Uşaq pulu” bərpa edilsin”
Yumşaq tort keksi (foto resept)
Məntiqi test
"Microsoft" ucuz telefon nümayiş etdirib
ABŞ-da Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi qeyd olunub
Hamiləlik zəhərlənməsi
- ŞƏRHLƏR