Qadin.NET / Qadın.Netlə bağlı ən xoş xatirələrimiz (1)

Qadın.Netlə bağlı ən xoş xatirələrimiz (1)

Afət 

Artıq 2 ildən çoxdur ki, Qadin.Net ailəsinin üzvüyəm. Bu illlərdə saytla bağlı xoş xatirələrim çoxdur. İlk öncə saytdan keçdiyim gün heç zaman yadımdan çıxmayacaq əlamətdar gün oldu mənim üçün. Daha sonra redaktor seçildiyim gün qəlbimdə xoş xatirə kimi qalıb və qalacaq da. Həmin gün ürəyimdə qəribə bir hiss vardı - sevinc və həyəcan tez-tez bir-birini əvəz edirdi. 2012-ci ilin yayında saytla bağlı yaşadığım xoş hisslər unudulmazdır. Qadin.Netlilərin hər il keçirilən görüşünün təşkilinin həmin il mənə həvalə edilmişdi. Xanımlarımızla canlı ünsiyyət qurmaq, onlarla görüşmək qəlbimdə çox xoş izlər qoyub. Daha sonra redaktorumuz Ro-Xe-Sa xanımla görüşüm bu hisslərə daha yenisini əlavə etdi. Ad günümdə, saytdakı ildönümümdə aldığım təbriklər, xoş sözlər, xanımlarla yazışmalarımız - bunların hər biri mənim üçün unudulmaz xatirələrdir. 

Louis Vuitton

Qadin.Net saytı mənim həyatımda yaxşılığa doğru çox şey dəyişib deyərdim. Bu saytdan bir il yarımdı qeydiyyatdan keçmişəm, amma mənə o qədər doğmadır ki, elə bilirəm illərdi burdayam. İlk gəldiyim günlər xəbər sayı çox olan istifadəçilərə həsədlə baxırdım. İlk xəbərim çıxanda isə çox sevindim, günün müəllifi belə olmuşdum. Bu saytın ilk öncə rəhbərliyindən çox razıyam, mənə verdikləri dəyər üçün hər birinə minnətdaram. Daha sonra burda qazandığım dostlarım üçün bu sayta sonsuz təşəkkürlərim var. Bəzən çoxları virtual dostluq deyəndə nədənsə qeyri-real bir şeylər düşünürlər, amma mənimçün belə deyil. Burda elə dost dediyim, dərdləşdiyim insanlar var ki, onlar mənimçün çox qiymətlidirlər. Bir neçə adam olub ki, bu saytdan müəyyən səbəblərdən gediblər onlar üçün də üzülmüşəm doğrusu. Neçə vaxtdır heç ziyarətə belə gəlmirlər.  recourse Yəqin uzun sürməz, inşAllah bir gün sevindirərlər məni. Bu saytla bağlı bir arzum var ona qovuşsam, onda deyəcəm ki, mən arzularıma qismən də olsa çatdım.  smile

 lovable_madam 

Qadın.Neti 3 il bundan əvvəl tapdım, qeydiyyatdan keçəndən müəyyən müddət sonra ilk xəbərimi göndərdim, ilk dəfəsi çətin idi. Amma sonra asan oldu təbii ki. Çox sevinirdim ilk xəbərim çıxanda, elə o vaxtdan başlayaraq hər bir istifadəçinin şərhinə sitat gətirərək cavab yazmağı özümə vərdiş etdim. Bu il ad günümdə Qadın.Netdən aldığım bütün təbriklər, hədiyyələr, videolar saytla bağlı şirin xatirələrimdir. Bu il canım redaktorumuz Ro-Xe-Sa mənim üçün özəl olaraq hazırladığı ad günü video-rolikini hədiyyə edəndə kövrəlmişdim və bu qədər sevildiyimə görə özümü çox şanslı hesab etmişdim. Heç vaxt unutmayacağım xatirəm Redaktor statusuna layiq görüldüyüm gün idi. Nə vaxtsa bu statusda olmasam belə yenə saytda olacam inşAllah, dostlarıma və ümumilikdə Qadın.Net saytına görə. Yaşa, var ol, əziz Qadın.Net və Qadın.Netlilər!love  

Qadın.Netlə bağlı ən xoş xatirələrimiz (1)

 GÜLÇİN  

Qadın.Net saytına hər zaman baxırdım. Maraqlı xəbərləri, reseptləri oxuyub nələrsə öyrənirdim. Təxminən 7 ay qeydiyyatsız daxil oldum, sonra bəzi linkləri görmək və şərh yazmaq üçün qeydiyyat tələb olunurdu. Mən də, nəhayət, oktyabr ayında qeydiyyatdan keçdim və buranın necə maraqlı olduğunu gördüm. Günümün yarısını fasilələrlə demək olar ki, burda keçirirəm. İlk dəfə mənim səhifəmin qonağı Mədinə Çətin adlı istifadəçi olmuşdu. Mənim ilk dostluq göndərdiyim isə ekspert Fatma xanım olmuşdu. O vaxt mən onun hansı statusu olduğunu heç bilmirdim. Söhbət otağına giriş üçün QN topladıqdan sonra ora da mənə maraqlı gəldi. Elə səninlə də orada tanış olduq. Digər istifadəçilərlə də daha yaxından tanış oldum. Məni ən çox güldürən, yadımda qalan Fatma xanımın qoca olmadığını bilməyim oldu. Bir dəfə hansısa şərhdə (səhv etmirəmsə yemək resepti idi) Fatma xanım yazmışdı ki,  "Mən artıq o yaşda deyiləm, əllərim əsir". Mən də həqiqətən onun həddən artıq qoca olduğunu düşündüm. Həm profilindəki şəkli nəvəsi bilmişdim. Xoş xatirələrimdən biri də ilk xəbərim - Aysel Teymurzadə ilə bağlı yazım idi və iki gün günün müəllifi olmuşdum. O qədər sevinirdim ki... Həmin gün mənim üçün xoş gün idi. 
 
Ayka Nəcəf
 
Mən oktyabr ayının 12-dən Qadın.Netin istifadəçisi olmuşam. Təzəlikcə bura gələndə çox şeyi bilmirdim, indi artıq öyrənmişəm. Yeni dostlar qazanmışam, mehriban insanlar əhatəsində olmuşam. Bilmədiklərimi soruşub öyrənmişəm. Sağ olsun Qadin.Net ailəsindən olanlar ki, çətin zamanda məndən köməklərini əsirgəməyiblər. İlk əvvəllər xanımlarin əl işlərini görəndə mən də əl işlərimi xəbər şəklində təqdim etmək istədim ki, xanımların fikirlərini öyrənim. Allah hər birindən razı olsun. Gözəl şərhlərilə məni daha da ruhlandırdılar və mən də Qadın.Net ailəsinə qoşuldum. Bu saytla bağlı ən xoş xatirəm əl işlərimin 3 hissəli xəbər şəklində yerləşdirilməsi idi. Daha bir xatirəm mənə "Yaqut" statusunun verilməsi idi. 7 ay ərzində bu, mənim üçün gözəl nəticə idi. Səninlə tanışlığım, dost olmağım da mənim üçün gözəl xatirədir. Ümid edirəm ki, hələ bu saytla bağlı çox xatirələrim olacaq. Tək mənim yox, bütün istifadəçilərin, xanımların da... 
Qadın.Netlə bağlı ən xoş xatirələrimiz (1)

SELENA (Aliyə Aslan)

Qadın.Net xatirələr məkanıdır desəm, yanılmaram. Səmimi, xoş, gülərüz xanımların əhatəsində keçirdiyim hər gün mənə şirin yuxu kimi gəlir. Sanki biz böyük bir ailənin üzvləriyik. Qadın.Netdə keçirdiyim hər dəqiqəm bir xatirəyə bərabərdir.
Əvvəlcə Qadın.Netə gəldiyim ilk günümdən danışmaq istəyirəm, hər şey dünənki kimi yadımdadır. Qeydiyyatdan keçəndən sonra söhbət otağına daxil oldum. İlk danışdığım isə kristen_ (Aliyə) olub. Onun xoş söhbəti mənim diqqətimi cəlb etmişdi. Daha sonra saytda bəzi dəyişikliklər oldu. Zaman-zaman bu sayt mənim üçün doğmalaşdı və onu sevməyə başladım. Hal-hazırda Qadın.Net mənə ailəm kimidir.
Burda hər bayram çox gözəl qeyd edilir. Bir-birindən gözəl xanımlarla söhbət etməkdən zövq alıram. Hamını çox sevirəm və dərin hörmət edirəm. Bir də unutmadan deyim ki, ilk xəbərim dərc olunanda çox sevinmişdim. Afət xanım böyük əziyyət çəkmişdi onun üstündə. Bütün redaktorlara, saytın yaradıcı kollektivinə və sənə dərin təşəkkürümü bildirirəm.  
 
 kristen_ а®ђ
 
Qadın.Netlə artıq 2 ildir birlikdəyəm.Burada özümə çox rəfiqələr,yeni tanışlıqlar qazanmışam .Xəbərlərdən yeni bilgilər,yeni məlumatlar,yeni məsləhətlər əldə etmişəm. Şadam buna görə....
Qadın.Netlə yaşadığım ən xoş xatirəm... Buna cavab vermək bir az çətin olacaq, çünki istər-istəməz bura virtual aləmdir,yəni yadımda qalacaq dərəcədə yaşadığım xoş xatirələrim əslində çox olub.Məsələn, mənim keçən ilki ad günüm heç yadımdan çıxmaz.Çox, lap çox xoş xatirə kimi qaldı həyatımda.Ailə qurduğum zaman ismarıcıma gələn saysız-hesabsız ismarıclar, səhifəmdəki çoxsaylı şəkillər,xoş sözlər - bunlar unudulacaq kimi deyil. İşdir, buradan nə vaxtsa uzaqlaşsam, heç şübhəm yoxdur ki, Qadın.Netdə unudulmayacaq bir iz qoyaraq gedəcəm) Buna əminəm) Qadın.Net də mənim xatirəmdən heç zaman silinməyəcək xoş və əsəbi xatirələrlə qalacaq (çünki burda əsəbləşdiyim də az olmayıb haa))  Məndən bu qədər.Ən xoş arzularla...... 
Qadın.Netlə bağlı ən xoş xatirələrimiz (1)
 PERVANE ELIYEVA ... 
 
İlk dəfə bu sayta gələndə burda nəyi necə etmək lazım olduğunu bilmirdim. Şərh yazan xanımlardan birinci Serrasın səhifəsinə qonaq gələrək onunla tanış oldum. Yarım saata kimi yazışdıq..Bir neçə gündən sonra Madamla tanış olduq. Onunla da yazışdıq. Özüm haqqında, ailəm haqda yazdım. O gündən burda bacı kimi olduq. Leqendayla da dost olduq. Səninlə də artıq 4 ay olar ki, dostuq burda. Ən çox xoşuma gələnodur ki, burada böyük bir ailə kimiyik. Mən bura gələnə kimi evdə bekarçılıqdan dəli olurdum. Amma sizlərlə dost olandan sonra tamam dəyişdim. Bu saytda Gularəylə, Ruhəngiz xanımla, Fatma xanımla, Ləmanla, Yaqmur Damlası ilə, Madamla, səninlə, Leqendayla və bir çox xanımla dost olmaq, yazışmaq mənim üçün gözəl bir hissdir. Hamınızı ürəyimə yaxın bilirəm. Gözəl xəbərlərinizi oxuyuram, yararlanıram. Sizləri çox sevirəm. Bəlkə bir gün qismət olar, həyatda da yaxın dost ola bilərik. ALLAH bu dostluğumuzu daimi etsin...                                                                
Ruhəngiz
 

Qadın.Net mənim yeganə sevdiyim saytdır ki, burda hamı mənim üçün doğmadır. Burada sevincli günlərim çox olub, bu sevincli günlərimi saytdakı dostlarımla bölüşmüşəm. Dostlarımın sevinci mənim sevincim, kədəri mənim kədərimdir. Sevincli günüm də elə Qadın.Net-i tapdığım gün olub.

Qadın.Netlə bağlı ən xoş xatirələrimiz (1)

Ləman_

Qadın.Netlə bağlı xoş xatirələrim çoxdur. Nə yaxşı ki, bu saytı tanıdım. Xoş xatirələrimdən biri Günel Əsədovayla bağlı olub. İlk dəfə səhifəmə gələndə doğum tariximi 2012-ci il görüb çox gülmüşdü. Mənə yazmışdı ki, "onda sən hələ bələkdəsən ki". Bu sözə çox gülmüşdük və sonra Günel xalamla çox yaxın olduq. Bir dəfə də axşam şərh yazırdıq, Lovable_madam hara şərh yazırdısa mən də onu izləyib şərh yazırdım, axırda madam yazdı ki, "deyəsən qaçdı-tutdu oynamaq istəyirsən". Nə yaxşı ki, onu izləmişəm, onu tanıdığma çox şad oldum. "Nişan səbətləri" adlı xəbərdə buradakı qızların hamısı ilə xəbərə şərh yazıb çoxlu gülürdük, çox maraqlı idi. Sonuncu da Qadın.Netlilərin serialı yadımda qalan ən xoş xatirə olacaq. Hamınızı çox sevirəm, mənim Qadın.Netli bacılarım...   

Fidan Məmmədova 

Mən Qadın.Neti o qədər sevib bağlanmışam ki, vallah, heç bilmirəm hansı xoş xatirəni yazım. Mənim üçün burada keçən hər gün xoş xatirədir. Burada keçirdiyim hər gün hansısa bir xoş xatirə ilə bitir desəm, yanılmaram. Hər dərc edilən xəbərim ayrıca bir xoş xatirədir. İlk xoş xatirəm elə bu saytda qeydiyyatdan keçdiyim ilk gündən başlayıb. Təsəvvür edin: qeydiyyatdan keçdiyim elə bir neçə dəqiqə idi ki,  "Xəbər əlavə et" bölməsini gördüm. Mən də başladım xəbər əlavə etməyə.  Sən demə, xəbər əlavə etmək üçün xüsusi qaydaları bilmək lazım imiş və təbii ki, bu xəbər düzgün alınmadı. Amma bu, doğrudan da xoş bir xatirə kimi yadımda qalıb və burada keçən hər günüm mənə gözəl xatirələr bəxş edir.

3 may 2013
GO BACK