"Yaxın vaxtlarda daha 1000-ə yaxın dərman vasitəsinin qiyməti endiriləcək"
Bunu ANS PRESS-ə açıqlamasında İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəhbəri Şahin Nağıyev deyib.Onun sözlərinə görə, birinci mərhələdə Tarif Şurası tərəfindən 1057 dərman preparatının və 25 təsiredici maddənin qiyməti endirilib və bu, 15 sentyabr tarixindən qüvvəyə minib (kombinə olunmuş dərman vasitələri istisnadır). İlin sonuna qədər isə dövlət qeydiyyatına alınmış və təlabat çox olan 4500 dərman vasitəsinin qiyməti hissə-hissə endiriləcək.Nazirlik rəsmisi qiyməti endirilən dərmanlar barədə apteklərdə mənfi hallarla üzləşən şəxslərə müraciət edəcəyi ünvanları da göstərib."Qiyməti endirilən dərmanların siyahısı artıq bir sıra müvafiq qurumların saytlarında, o cümlədən tariff.gov.az saytında yerləşdirilib. Dərmanların qiymətlərində ucuzlaşmanın olmadığını görən, yaxud hansısa suallar qarşısında qalan şəxslər İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 195-2, yaxud
012-498-15-01 və
012-498-15-04 nömrələri ilə əlaqə saxlayaraq hüquqpozulması halları barədə məlumat verə bilərlər", - deyə Şahin Nağıyev bildirdi.Ucuzlaşan dərmanların siyahısını "Dərman vasitələrinin qiymətlərinin müqayisəsi" adlı resursdan əldə etmək mümkündür. Aptek sahibləri də 1057 adda dərman vasitələrinin qiymətlərini endirdiklərini desələr də, alıcılardan bəziləri bu endirimlərin olduğu ilə razılaşır, bəziləri isə heç bir ucuzlaşma olmadığını iddia edirlər.İqtisadçı ekspert Nicat Hacızadə deyir ki, dərmanların qiymətlərinin ucuzlaşması keyfiyyəti aşağı salacaq."Bazar iqtisadiyyatından istifadə edib sahibkarlar dərman məhsullarının qiymətini süni formada qaldırırdılar. Bu proses ölkə başçısının tənqidinə qədər davam etdi. Dövlət tərəfindən dərman bazarına nəzarət artırılması rəqabəti azaldır ki, bu da bazarda keyfiyyətisiz dərmanların meydana gəlməsinə səbəb olub. Sahibkarlar əvvəllər Avropa və Amerikadan gətirdikləri preparatlara istədikləri qiyməti qoyurdular. İndi dəyəri dövlət müəyən etdiyi üçün qiymət sisteminə uyğun olsun deyə Hindistan və Pakistan kimi dövlətlərdən ucuz və keyfiyyətsiz vasitələr gətiriləcək ki, bazarda rəqabətə tab gətirə bilsinlər", - deyə iqtisadçı N. Hacızadə bildirdi. İqtisadçı deyir ki, Azərbaycan dərman bazarında rəqabət qabiliyyətini azaldan digər bir amil isə istehsalın yox səviyyəsində olmasıdır. "Azərbaycan cəmi 2% preparat istehsal edir. Qalan 98%-i isə xaricdən alır. Ölkəmiz dərman istehsalını artırmalıdır ki, qiymətlər aşağı düşsün. Bunun üçün isə ixtisaslaşmış institutlar yaradılmalı və kadrlar yetişdirilməlidir", - deyə iqtisadçı əlavə edibDünya təcrübəsinə baxsaq, görərik ki, əvvəllər Türkiyədə də dərman qiymətləri çox yüksək idi. Lakin 2000-ci ildə qardaş ölkədə icbari sığortanın tətbiqi, gömrük rüsümlarının və vergilərin azaldılması ilə ölkədə dərmanların qiymətləri aşağı düşdü. Ölkənin preparat istehsalına başlaması isə qiymətləri bir az daha endirdi. Həm də burada digər bir məqam odur ki, belə olan halda Türkiyədəki dərman bazarında rəqabət yarandı və nəticədə də keyfiyyət yuxarı qalxdı. 30 iyul 2015-ci il tarixində prezident İlham Əliyev Nazirlər Kabinetinin "2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları"na həsr edilən iclasda dərmanların qiymətinin baha olmasına görə irad tutmuşdu. Azərbaycan Tarif Şurasının 30 iyulda keçirilmiş iclasında isə ilk mərhələdə həyati vacib və daha çox tələbat olan 25 təsiredici maddə üzrə 250-dən çox dərman vasitəsinin qiyməti ucuzlaşdırılmışdı. Qərara əsasən, həmin dərman vasitələrinə tətbiq edilən ucuzlaşma 2015-ci il 15 sentyabr tarixindən qüvvəyə mindi.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Bu gün I sinfə qəbul imtahanları başlayır
Çempionlar Liqasının 4 bəxtəvər komandası
Tuba Büyüküstün ilk dəfə etiraf etdi
Onlar arıqlamaq istəmirlər
Ərdoğan: "Xocalı soyqırımı 20-ci əsrin ən böyük faciəsidir"
İslandiyaya virtual səyahət
Bakı metrosunun fəaliyyətində dəyişiklik olacaqmı? - AÇIQLAMA
İlk İnternet-məhkəmə açılıb
Koronavirusun daha bir simptomu üzə çıxdı
Dünyanın ən yaşlı kişisi vəfat etdi
İslandiyada bütpərəstliyin ilk məbədi tikildi
Səhiyyə Nazirliyi yeni platforma yaratdı
13 maddəli tənbəllik manifesti
Gün şüalarının qadınlar üçün ZİYANLARI
Azərbaycanda şimşək çaxacaq, yağış yağacaq
Magellan buludları
Maşın bazarında canlanma - QİYMƏTLƏR
Vanessa Mey Olimpiadada yarışacaq
Ağır xəstəliklərin carçısı. Qeyri-ciddiyə almayın!
Rəcəb Tayyib Ərdoğan nazirlərlə səfərə çıxdı
Türkiyə kurortu sökülür
Azərbaycana ən çox turist MDB ölkələrindən gəlir
Qarabağda müharibə yaxınlaşır?
Kişilərin saçı tökülürsə...
Evdə işləyərkən daha məhsuldar olmaq üçün...
TQDK bu gün cavabları elan edəcək
Yer kürəsində mövcud olan bütün ağac növlərinin SAYI bilindi
Balaca boy qadınlar necə geyinməli?
Dietoloqlar yorğun orqanizmi şokoladlarla deyil, yumurta ilə qüvvətləndirməyi məsləhət görürlər
Yaşlanmanı gecikdirən qidalar
Vyetnam Rusiyadan koronavirus vaksini alacaq
DİN-in mətbu orqanı “Polis” qəzeti adı ilə nəşr ediləcək
Bağırsaqlardakı toksin maddələri 72 saata təmizləyir
Azərbaycanını mənzil bazarı donur: hamı çaşqınlıq içində
Qızılgül mürəbbəsi (foto resept)
Şokoladlı tort (foto resept)
Zəhərlənmə
Lexus LF-NX belə olacaq?
Oğrulardan qorunmaq üçün qəribə üsulları olan insanlar
Günün ulduz falı
"ABŞ ATƏT-in Minsk qrupu çərçivəsində Rusiya ilə əməkdaşlığı davam etdirəcək"
2018-ci ilin ƏN ZÖVQSÜZ ULDUZLARI
4 illik evlilik 10 dəqiqəyə bitdi
Azam Ali – Ov
Azərbaycanda tədris prosesi dekabrın 1-dək distant qaydada olacaq - QƏRAR
Heyrətlə baxacağınız 10 gizli EV - FOTO
Bələdiyyələr: onlar kimə lazımdır?
İran koronavirusa görə 54 min məhbusu evə buraxdı
Bu da 10 milyonuncu uşağın FOTOSU
Hamiləlik şansını artırmaq üçün 5 tövsiyə!















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]