Milli.Az bildirir ki, bunu Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev deyib.
Xidmət rəisi sarı qarpızın adi qarpız kimi "Qabaqkimilər" fəsiləsinə aid olduğunu və yabanı qarpızla adi qarpızın çarpazlaşdırılması nəticəsində alındığını diqqətə çatdırıb.
Onun sözlərinə görə, bu məhsul adi qarpızdan rənginə və toxumların mət daxilində az olmasına görə fərqlənir: "Belə qarpızlar əvvəllər Tailandda, İspaniyada becərilirdi və qırmızı qarpızlara nisbətən daha məşhur idi. Rusiyada da belə sortlar yetişdirilir və adi qarpızdan həm şirinliyinə, həm də ekzotik dadına görə fərqlənir. Bəzi hallarda dadı limon və manqo meyvəsinin, bəzi hallarda isə qabaq meyvəsinin dadını verir".
Qarpızın tərkibinin daha xeyirli olduğunu bildirən C.Quliyev əlavə edib: "A vitamini insanlarda görmə qabiliyyətinin artmasına və göz xəstəliklərinin qarşısının alınmasına kömək edir, C vitamini insanlarda viruslara və bir çox xəstəliklərə qarşı immuniteti gücləndirir, kalsium dırnaqların, saçların və sümüklərin möhkəmlənməsinə xidmət edir, dəmir isə qanı az olan və anemiya xəstəliyinə məruz qalan xəstələrin sağalmasına, həzm prosesinin yaxşılaşmasına müsbət təsir göstərir və bağırsaqları artıq mayelərdən və çöküntülərdən təmizləyir".
C.Quliyev meyvənin tərkibində yağ və xolesterinin olmadığını, həmçinin az kalorili məhsullara aid edildiyini diqqətə çatdırıb: "Bu qarpızdan arıqlama məqsədi ilə və atiskleroz zamanı istifadə etmək mümkündür. Mətbəxdə, əsasən, desertlərin və mürəbbələrin hazırlanmasında da geniş istifadə olunur. Qeyd edək ki, bu məhsuldan istifadə bəzi insanların psixologiyasına mənfi təsir göstərə bilər. Buna görə də həmin şəxslərin bu qarpızdan istifadə etməmələri məsləhət görülür".
DFNX rəisi vurğulayıb ki, bu məhsulun yetişdirilməsində də adi qarpızda olduğu kimi, pestisidlərdən və nitratlardan istifadə oluna bilər: "Buna görə də istehlakçılara yoxlanılmış yerlərdən və fitosanitar yoxlamadan keçmiş məhsullardan istifadə etmələrini tövsiyə edirik. Bu məhsul Azərbaycan bazarına yeni daxil olduğu üçün insanlarda qeyri-adi maraq yaradıb. Burada qeyri-adi heç nə yoxdur və uzun illərdir ki, dünya miqyasında məti ağ və yaşıl qarpız sortları da becərilir. Bu məhsulların GMO tərkibli olması haqqında yayılan məlumatların heç bir əsası yoxdur və bu iddialar heç zaman təsdiq olunmayıb".
Milli.Az

XƏBƏR LENTİ
Gökhanın görüntüləri TƏƏCCÜBLƏNDİRDİ
Naz Elmas ekranlara qayıdır - FOTO
İraqda silsilə partlayışlar 17 nəfərin ölümü ilə nəticələndi
Kayli Cenner tənqid olundu-SƏBƏB
Emin və övladları işçini qorxutdular
Rusiya tam böhrana girir
Yoxsulları qurtaran asan dizaynlar
Üzük ölçüsü
Makiyajla müxtəlif obrazlara çevrilir
Ən sürətli internet haradadır?
Məşhur model xeyriyyə tədbirinə qatıldı - FOTO
Müasir insanı kökəldən sudur
Çində robot keşikçi sınaqdan keçirilir-FOTO
Müəllimlər hansı hallarda cəzalandırıla bilərlər
Bergüzar Koreldən ŞOK ADDIM
Uşaqların boyunu uzadan 5 qida
“WhatsApp”da “qara rejim”
Ata Buş ABŞ-ın ən uzunömürlü sabiq prezidenti oldu
Məşhur cütlük BARIŞDI
Rusiya ilə savaş başlasın!
Həqiqət
Azərbaycan dili - IX dərs
Əzilmiş maşınları sənət nümunəsinə çevirənlər
Hava şarı yanaraq yerə düşdü
"Pide" (foto-resept)
Xəstəlik (son)
Artıq çəki koronavirus peyvəndinin təsirini azaldır
İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda "Şahdəniz 2" üzrə yekun investisiya qərarının imzalanması mərasimində iştirak edirlər
Uşaqla oynayan prezident qabırğasını sındırdı
Hansı tip uşaqlar daha xoşbəxtdir?
Qarabağ münaqişəsi Bakıda müzakirə olunacaq
AZAL təyyarələrinə noutbuk, fotoaparat və telefon keçirmək çətinləşdi
Səyyar notariat xidməti ilə bağlı AÇIQLAMA
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev adına İdman-Konsert Kompleksi və Bakı Olimpiya Stadionunda təmir işlərinin gedişi ilə tanış olublar
İlk baxışda qəribə görünən şəkillər
Alimlərdən şirniyyat sevənlərə XƏBƏRDARLIQ
Hava haqqında - 10.12.2013
Britni Spirs 25-ci ətrini təqdim etdi-FOTO
Təsirli tarixi şəkillər
Paşinyan məğlub erməni ordusuna öz xalqı üzərində “qələbə şansı” verir
Avqust ayının qalibləri!
Murat Bozla Aslı Enver Yenə AYRILDI-SƏBƏB
Tarix zibilliyində eşələnib gələcəyini məhv edənlər
Yeni il makiyajı
“Facebook”dan daha bir yenilik
Koronavirusla bağlı son STATİSTİKA
Veteranlara pul veriləcək - Prezident sərəncam imzaladı
"Sara" tortu (foto-resept)
Castin Biber keçəl oldu - FOTO
Dərini gəncləşdirən 11 qida
