İyunun əvvəlindən qarpızdan zəhərlənmə şikayəti ilə xəstəxanalara 4 müraciət daxil olub. Sonuncu hadisə dünən, iyunun 27-də Tovuzda qeydə alınıb - 64 yaşlı rayon sakini Rəşad Alıyev qarpızdan zəhərlənib. Ümumiyyətlə, son illər qarpızdan zəhərlənmə halları artmaqdadır. Əksər hallarda bu cür zəhərlənmələr ölümlə nəticələnir.
Qadin.Net Milli.Az -a istinadən xəbər verir ki, zəhərlənmələri tez yetişmək üçün qarpıza vurulan dərmanlarla əlaqələndirirlər. Baxmayaraq ki, Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Fitosanitar Nəzarəti Xidməti mövsümdə digər məhsullar kimi qarpızı da yoxlayır, məhsulun üzərində kimyəvi və toksikoloji müayinələr aparır. Qəribədir ki, hər dəfə də qarpızda toksiki birləşmələr, nitrat və pestisid qalıqlarının norma həddində olduğu bildirilir.
Bəs qarpızdan zəhərlənmə hansı hallarda baş verir? Hazırda satışda olan qarpızlar yoxlanılıbmı?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hazırda satışda olan qarpızlardan zəhərlənmə ehtimalının yüksək olduğunu iddia edir. Hətta məhsulda dərmanların miqdarı normadan dəfələrlə artıq olduğundan ölüm təhlükəsi də var. "Təşkilatımızın mütəxəssisləri, hər il olduğu kimi, bu il də bazarda monitorinq keçirib. Satışda olan qarpızlarda nitratın miqdarı normadan 300-500 dəfə artıqdır", - E.Hüseynov deyib.
Hüquq müdafiəçisi qarpızın tərkibinin xüsusi cihazla yoxlanıldığını, bu cihaz vasitəsilə dərmanların miqdarının müəyyənləşdirməyin mümkün olduğunu əlavə edib: "Qarpızın tərkibindəki nitratın miqdarı hər kiloqrama görə norma ilə 60 milliqram olmalıdır. Bazarlarda apardığımız monitorinq isə göstərir ki, satışda olan qarpızların tərkibində nitratın miqdarı 200-250 milliqramdan artıqdır. Təbii ki, bu da zəhərlənmə ehtimalını artırır".
Həkim İradə Məmmədova isə deyir ki, təbii yetişdirilmiş qarpızdan da zəhərlənmə mümkündür. "Zəhərlənmə diaqnozu ilə gələnlərin əksəriyyəti qarpız yediyini söyləyir, halbuki zəhərlənmə qarpızdan əvvəl qəbul edilmiş qidadan da ola bilər. Sadəcə olaraq, qarpız zəhərlənmə prosesini sürətləndirir".
Qarpızdan zəhərlənmənin əlamətlərindən danışan həkim deyib ki, bu zaman həzm prosesinin pozulması, qusma, qan təzyiqinin enməsi, soyuq tər basması müşahidə edilir. "Əgər botulizm varsa, bu hal ölümə gətirib çıxara bilər. Buna görə də, zəhərlənmə əlamətləri baş verən kimi həkimə müraciət edilməlidir. Həkimə vaxtında müraciət edilməməsi xəstənin ağırlaşmasına səbəb olur".
Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasına görə, hazırda əksər bölgələrdə qarpız yetişdirilir. Lakin Sabirabad, Saatlı və Abşeronda becərilən "Cəfərxan", "Qalaktika", "Krimson svit" sortları daha məşhurdur.
XƏBƏR LENTİ
Heç kəs bu xəstəlikdən sığortalanmayıb
Evlənərkən nəyə diqqət etməli?
Novruz süfrəsinin bəzəyi plov (foto resept)
"Ağıllı" texnologiyalar insana qarşı
Enerji içkiləri ilə bağlı Yeni Qaydalar - Təsdiqləndi
Nazirlik 3 min pişiyin ölümündə günahlandırılır
Murad və Aslı toy hazırlığına başladılar-FOTO
Atəşkəs yenə pozuldu
Onunla nahar etmək istəyən 4,5 milyon ödəməli oldu
Bakıda xəzri əsəcək
Hazal Kayanın evi yandı
Bu cütlük 22 ildir kanalizasiyada yaşayır
Vasvası adamlar niyə depressiv olurlar?
Mehriban Əliyevadan erməni vandalizmi ilə bağlı beynəlxalq təşkilatlara ÇAĞIRIŞ
Türkiyədə 12 telekanal bağlandı
Fransanın birinci xanımı nəvələrini necə tərbiyə edir?
Turistlər üçün ən təhlükəsiz 20 ÖLKƏ
İbn Sinanın əsəri ƏSRlər sonra
Pomidorlu, göbələkli badımcan zapekankası(foto resept)
Günün qoroskopu: hədəfə çatmaq üçün bütün vasitələrdən istifadə edin
Dəhşətli virus yenə can aldı
National Geographic foto müsabiqəsi-5 (son)
WhatsAppda YENİLİK!
İŞİD Bakının neft yataqlarını vurmaqla hədələdi
Bu tələbələrə pulsuz yemək və geyim veriləcək - QƏRAR
Obyektivlik hissindən məhrum olan müxalifətin acı taleyi
Hollivud ulduzu "Black Friday" üçün FOTO paylaşdı
Ukraynada müharibə dayanacaqmı?
Kapitalizmin cılızlaşdırdığı insan şəxsiyyəti
Elçin yeni serialla efirlərə qayıdır
Lift qəzaları niyə artır?
Hidrosefaliyanın yaranması
Ölkəmizdə Azərbaycan-Türkiyə birgə genişmiqyaslı hərbi təlimləri keçiriləcək
Tatlısəs Hiltonu Bodruma dəvət etdi
Gerçəyi müdafiə edin və fərq yaradın
Düşmənin əks-hücum cəhdi dəf edildi: Ermənilərin meyitləri döyüş meydanında qaldı - RƏSMİ
25 gün ancaq maye qəbul edən qız öldü - FOTO
Sabahın HAVAsı
Çanta modelləri
Tolqa Sarıtaşın yeni serialı bu tarixdə yayımlanacaq - VİDEO
Abituriyentlər keçirilən imtahanlardan narazıdırlar - VİDEO
Quş qripinə görə monitorinqə start verildi
Kevin Petersonun distopiya rəsmləri
2016-ı il may ayı üçün ulduz falı
İncə naxışlı gəlinliklər
Mikayıl Cabbarovdan yeni əmr
Eviniz həmişə işıqlı olsun
MN: Tovuz istiqamətində ermənilərin atdığı mərmilər yaşayış evlərinə düşüb
TƏBİB rəsmisi kimlərə antivirus preparatları verilmədiyindən danışdı
Kolumbiyada qeyri-adi TAPINTI














