Qadin.NET / Avtobuslarda kart sisteminin tətbiqinə başlandı

Avtobuslarda kart sisteminin tətbiqinə başlandı

 

Avtobuslarda kart sisteminin tətbiqinə başlandı

Bakıda ictimai nəqliyyatda gediş haqlarının kartla ödənişi sisteminin tətbiqinə başlanılıb. Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov Lent.Az-a bildirib ki, kartın qiyməti 3 manatdır: “Bunun 2 manatı sığorta depozitidir, 1 manat isə balansa gediş haqqı kimi yüklənilir. İlkin olaraq 10 və 95 saylı marşrutlarda kart sisteminin tətbiqinə start verilib. 450 minə yaxın kart artıq hazırdır. 1 milyona yaxın kart isə sifariş edilib. Kartlar Bakıda fəaliyyət göstərən 80 müasir köşkdə satılır. Kartları eləcə də Bank of Azerbaijan-ın filiallarından əldə etmək olar”. N. Həsənov bildirib ki, proses 2014-cü ilin sonunadək başa çatdırılacaq: “Xüsusi verifikatorlar artıq paytaxtda fəaliyyət göstərən 1000 avtobusda quraşdırılıb.

Sərnişin ön tərəfdən avtobusa daxil olub kartı monitora yaxınlaşdırmalıdır. Bu zaman ekrandan pulun çıxdığı görünür və sərnişin salona daxil ola bilir. Arxa qapıdan isə sərnişinlər avtobusu tərk edir. Fevralın sonuna kimi kart sistemi 36 marşrut xətti üzrə hərəkət edən 250 avtobusda tətbiq olunacaq”.

Mənbə: Lent.Az

13 yanvar 2014
GO BACK