Bu gündən ölkədə "Enerji içkilərinə dair müvəqqəti sanitariya normalari və qaydaları" qüvvəyə minir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən hazırlanan yeni qaydalar bu məhsulların minimum keyfiyyət göstəriciləri və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qablaşdırılması, etiketlənməsi, daşınması və saxlanmasına, həmin məhsulların istehsalında istifadə olunan xammal və materiallara dair məcburi tələbləri əks etdirir.
Qadin.Net bildirir ki, AQTA-dan trend-ə verilən məlumata görə, məqsəd enerji içkilərinin insan həyatı və sağlamlığı üçün təhlükəsizliyinin, istehlakçıların hüquqlarının müdafiəsinin təmin olunmasıdır. Bu qaydalar tərkibində insanın mərkəzi sinir sisteminə stimullaşdırıcı və ya antisedativ təsir göstərən enerji içkilərinə şamil edilir.
Tələblərə əsasən kofein, taurin, qlükoronolakton, inozitol, amin turşuları, B qrupu vitaminlər, quarana, maça kökü, yerba mate, jenşen, dəniz yosunu, şizandra, eleuterokokk, ginkgo biloba kimi bitkilərin ekstraktlarının ən azı 2-i içkinin təkibində varsa, həmin içki enerji içkisi hesab olunur. Tərkibində bu komponentlərdən yalnız kafein istifadə edilərsə, onun miqdarı 15 mq/100 ml-dan artıq olduqda həmin içkilər də enerji içkisi sayılır. Enerji içkilərinin 100 ml-də kofeinin maksimum miqdarı 32 mq, taurin maksimum miqdarı 400 mq, inozitol 20 mq, qlükoronolakton 250 mq, kreatinin maksimum miqdarı isə 1 mq müəyyən edilib. Enerji içkilərinin istehsalında hər hansı növ etil spirtinin istifadəsinə yol verilmir. Sənəddə göstərilir ki, bu içkilərin tərkibində karbohidratların kütlə payı 11%-dən, qablaşdırma vahidində məhsulun həcmində yol verilən mənfi kənaraçıxmalar isə 3%-dən artıq olmamalıdır. Enerji içkiləri 0°C - 18°C temperaturda daşınmalı və saxlanmalıdır.
Enerji içkilərinin etiketlərində mütləq "enerji içkisi", "tərkibində GMO yoxdur", "Alkoqol ilə qarışdırılaraq və ya birlikdə istifadə edilməməlidir", "18 yaşdan aşağı şəxslərə satışı qadağandır", "Yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin pozuntusundan, böyrək çatışmazlığından, hipertonik xəstəliklərdən, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərə, metabolizm problemi olan insanlara istifadəsi tövsiyə olunmur", "Gündəlik olaraq 500 ml-dən çox istifadə olunması tövsiyə edilmir" yazıları qeyd edilməlidir.
Bu gündən ölkə ərazisində enerji içkilərinin istehsalı və idxalı müvafiq norma və qaydalara uyğun olaraq tənzimlənəcək. Tələblərə cavab verməyən məhsulların ölkəyə idxalına və istehsalına qadağa qoyulacaq.
Qeyd edək ki, yeni qaydalar təbii çay, qəhvə, habelə təbii çay və qəhvə ekstraktı əsasında hazırlanan alkoqolsuz içkilərə, eləcə də idmançılar üçün nəzərdə tutulan xüsusi içkilərə şamil olunmur.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində ən sərt tədbirlər həyata keçirəcək.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Mesut Özil nişanlandı - FOTO
Ramazan ayının ikinci gününün duası
Bazar günü 28 699 abituriyent qəbul imtahanı verəcək
Real olmayan gözəllər
Aya gedib, orada qalacağıq-NASA
Şabalıd şorbası (foto resept)
Ərəb rəqsinin texnikası
Almanın bilinməyən faydaları
Özcan Denizdən "Atalar günü"nə özəl QƏRİBƏ paylaşım-FOTO
BÜRCLƏR bizə nə vəd edir?-5 Sentyabr
İngilis dili-Cc (2)
Təhsil Nazirliyi 913 nəfərə yol açdı, yanvarda imtahandır
İnfeksiya yığan "tozsoran"
"Kit-Kat"lı brauni (foto resept)
Bakı Metropoliteni AFFA-nın müraciətini müsbət cavablandırıb
Pəhriz zamanı motivasiya
Günə zəncəfillə başlayın
Əncir yeməklə arıqlayın!
National Geographic foto müsabiqəsi-4
Tito Vilanova "Barselona"ya qayıdacaq
Filipp Kirkorovun 11 minlik paltarı oğurlandı
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Bakının orta ixtisas təhsili müəssisələrində imtahanların vaxtı dəyişdi
Azərbaycanda daha bir ilk
Nəsibə Zeynalovanın 100 yaşı tamam olur
Yapon qadınlarından cavanlaşdırıcı maska
Dünyanın ən kibertəhlükəsiz ölkələri - REYTİNQ
Ordumuz düşmənin səkkiz topunu canlı qüvvəsi ilə birlikdə məhv edib - VİDEO
Ev şəraitində yığa biləcəyiniz saç modelləri (2)
Əlilliyə səbəb olan genetik xəstəliklər
“Bu gün yeni dövr başlayır”
Bu gün 36.613 şagird imtahan verəcək
Necə gözəl gəlin olmalı?
Hindli milyoder işçilərini İstanbula tətilə göndərdi
Bakıda doğulub xarici təmsil edən şöhrətli alimlər
Paşinyanın “sağ əli” məhv edilib
İtalyanlardan "Can Yaman" dondurması
Gülşən Qurbanovanın doğum günüdür
Heidi Klum halloween geyimləri
"Regionlarda erkən nikahların qarşısının alınması istiqamətində çox ciddi iş aparılmalıdır"
Qeybət savabları poza bilər
Fahriye Evcen hər bölümə 100 min tələb edir
Novruz bayramı İçərişəhərdə təntənəli qeyd olunacaq
Heyvanlar haqqında maraqlı məlumatlar
Azərbaycanlı zəvvarların sonuncu qrupu vətənə döndü
Noyabrdan Azərbaycanda ərzaqlar şüalanacaq
Kompüterə müdaxilənin qarşısını necə almaq olar?
Zakir Həsənov: “Düşmən 50 hərbçisini itirib”
Azərbaycan tarixindən yüz şəxsiyyət-88
Murad Bozdan NİŞAN AÇIQLAMSI














