İcbari tibbi sığorta ilə bağlı qaydalar təsdiq edilib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə icbari tibbi sığorta ilə bağlı ümumilikdə dörd qayda təsdiq edilib:
“İcbari tibbi sığorta üzrə dövlət büdcəsinin vəsaiti hesabına sığorta haqqının 2020-ci ildə mərhələli şəkildə ödənilməsi Qaydası”
“Sığortaolunanların ilkin səhiyyə xidməti üzrə dövlət tibb müəssisəsinə təhkimolunma Qaydası”
“Tibbi-iqtisadi ekspertizanın aparılması Qaydası”
“Tibbi xidmətin keyfiyyətinin ekspertizasının aparılması Qaydası”
Birinci qayda cari ildə icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığına uyğun olaraq, ölkə vətəndaşları, respublikada qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının respublikadakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığorta haqqının mərhələli şəkildə ödənilməsini müəyyən edir.
İcbari tibbi sığorta haqqının adambaşına məbləği icbari tibbi sığortanın yanvar-mart aylarında tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 90 manat, aprel-iyun aylarında tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 67,5 manat, iyul-sentyabr aylarında tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 45 manat və oktyabr-dekabr aylarında tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 22,5 manat təşkil edir.
İkinci qaydaya əsasən, vətəndaşın tibb müəssisəsinə təhkimolunması və ailə həkimini (sahə həkimi-terapevti, sahə həkimi-pediatrı) seçməsi onun yaşadığı ərazi üzrə fəaliyyət göstərən tibb müəssisəsinə kağız və ya elektron formada ərizənin təqdim edilməsi ilə həyata keçiriləcək. Vətəndaş tibb müəssisəsinə ərizə ilə yanaşı, şəxsiyyətini təsdiq edən sənədi və yaşadığı ünvan üzrə qeydiyyata dair sənədi də təqdim etməlidir.
Üçüncü qayda tibb müəssisəsində göstərilən tibbi xidmətin həcminə, müddətinə, keyfiyyətinə və şərtlərinə nəzarətin tibbi-iqtisadi ekspertiza vasitəsilə həyata keçirilməsini müəyyən edir. Tibbi-iqtisadi ekspertiza göstərilən tibbi xidmətin müddət və həcminin, o cümlədən tibb müəssisəsi tərəfindən hesablanmış sığorta ödənişi məbləğinin tibbi xidmətlərin göstərilməsi haqqında müqavilənin şərtlərinə, ilkin tibbi sənədlərə və tibb müəssisəsinin hesabat sənədlərinə uyğunluğunun aşkar edilməsi məqsədilə aparılır.
Dördüncü qayda tibb müəssisəsində göstərilən tibbi xidmətin həcminə, müddətinə, keyfiyyətinə və şərtlərinə nəzarətin tibbi xidmətin keyfiyyətinin ekspertizası vasitəsilə həyata keçirilməsini müəyyən edir.
Tibbi xidmətin keyfiyyətinin ekspertizası tibbi xidmətlərin vaxtında göstərilib-göstərilməməsinin, o cümlədən profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarının düzgün seçilib-seçilməməsinin, habelə tibbi xidmətin göstərilməsi zamanı yol verilən pozuntuların aşkar edilməsi məqsədilə aparılır.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Səma heç vaxt görmədiyiniz kimi...
Bəyaz "Bəyaz Şou"dan danışdı-FOTO
Deputatlara avtomobildən istifadə qadağan edildi
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Şəkərli sadə peçenyelər (foto resept)
Arvadını ayının əlindən aldı
"Azərbaycan Hava Yolları" Tehrana reyslərin sayını artırır
Türkiyə 8 nəfəri xilas edən bu qadından danışır - VİDEO
İdmanda edilən 8 səhv!
Pizza qülləsi niyə əyilib?
Dünyada ən populyar brauzer hansıdır?
Bakı sakinlərinə müraciət: Sabah küçəyə çıxmayın
Günün qoroskopu: başladığınız işlərə məsuliyyətlə yanaşın
2 stəkan su üçün ofisianta 10 min dollar verdi - VİDEO
Damar sağlamlığı haqqında bilməli olduqlarınız
Azərbaycanda dərmanların vahid qiymətlə satışına başlanıldı
Ağ unun yerinə istifadə edə biləcəyiniz un növləri
Handenin makiyajsız halı_FOTO
Toyuq və göbələklə doldurulmuş bibər (foto resept)
Seda Sayan gəncliyinin sirrini bölüşdü-FOTO
Qadın öz dəfn mərasimində ayıldı-FOTO
İnternetdə evlənmək niyə daha asandır?
Toy stressindən necə xilas olmalı?
2018-in aksesuar trendləri
Azərbaycandan ABŞ-a etiraz
Birinci xanım ABŞ KİV-də
Poğaça (foto resept)
Atamın məhəbbəti
Qadınların ən çox danışdığı 10 mövzu
Azərbaycanda ilk dəfə olaraq buraxılış işlərinin onlayn müdafiəsinə başlanıldı
“Son zəng” bu tarixdə qeyd olunacaq - Nazirdən əmr
Prezident bu nazirliklərə 2 il vaxt verdi
Ramazan ayının 19-cü gününün duası
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Məkkədə müsəlman muzeyini erməni tikəcək
Harvard professoru uzunömürlülüyün ƏSAS SİRRİNİ açdı
Taner Yıldız: "Azərbaycan qazı ucuzdur"
Ruslar Ukraynaya buraxılmayacaq
Sabah hava necə olacaq?
Uzun ömürlülüyün "açar"ı - Təndir çörəyi
İdmandan sonra nə yeməli?
Dünyanın ən cazibədar qadını seçildi - FOTO
Böyük qalmaqal: İdmançımız 1-ci oldu, Ermənistan himni səsləndirildi
Metropoliten həftəsonu qadağası ilə bağlı açıqlama yaydı
Bakıda xəyalların layihəsi
Kokoslu yaş keks
Siyasətə yumurta da qarışdı
Prezident öz atına mahnı oxudu-VİDEO
Düyülü-göbələkli toyuq kotletləri
Çağatay Ulusoyun niyə kökəldiyi məlum oldu-FOTO














