Oğulun ATAsına, USTADına həsr etdiyi məqaləni qələmə almağın həyəcanını yaşayaraq yazıram bu sətirləri.
Sözün ən səmimi və ən doğru mənasında mənə yazı yazmağı öyrədən bir İNSAN haqqında yazı yazıram. Bu da həyatın unudulmaz, bəlkə də ən çətin bir anı... Bəli, olduqca çətin. Çünki ömrümün uşaq günündə müdriklik mərtəbəsini ziyarət edəcəm onun sayəsində...
Əslində hər şey mənim dünyaya gəlişimlə başladı... gözlərimi açdım, onu tanıdım... gözlərimi bağladım onu gördüm...
O, ondan sonra gördüklərimə, tanıdıqlarıma bənzəmədi... “başqa dünyanın insanıdı yəqin” – deyə düşündüm və özümlə razılaşdım, çünki yanılmamışdım. Duyğu yüklü xatirələrin qalaqlanmağa başladığı bir zamanda dost olduq onunla, ata-oğul timsalında. Mənə sevgini o öyrətdi... nifrəti öyrətmədi. Daha sonra Vətəni sevməyi də öyrətdi mənə, ağlamamağı da. Amma sonralar onu vətəndən də çox sevməyə başladım, məmləkətimin ən gözəl insanı kimi.
Onda mən uşaq idim, o isə cavan. “Xalq qəzeti”nin baş redaktorunun müavini vəzifində çalışırdı. İşləri yaman çox olurdu deyəsən. Daha sonra elə həmin qəzetin nəzdində “Cümə” və “Bazar” əlavələrinə rəhbərlik etməyə başladı və... O evə gələndə mən artıq uşaqlığın yuxu əzabını dadmış olurdum.
Ömürdən illər ötdü. Fikrimcə, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olduğum gün onun günü idi. Çünki oğlu bir vaxtlar onun oxuyub bitirdiyi fakültənin tələbəsi olmuşdu. Ali məktəbə qəbul olduğum o gün məni bərk-bərk qucaqladı, heç nə demədi. O sakitlik ömrümün ən mənalı və ən kədərli, həm də həyatımın istiqamətverici çıxışı olacaqdı.
Özümü tanıdığım andan etibarən ona oxşamağa çalışdım. Pianonu öyrəndim, şeir yazdım, rus ədəbiyyatını oxuyub bitirdim, Jurnalistika fakültəsinə daxil oldum, qəzet nəşr etdim, hərdən saqqal da saxladım. Kimlərsə məni ona bənzədəndə sevindim. Və gün gəldi qəzetimizin gecikən hazırlıq prosesi evə gec gəlməkliklərimə səbəb oldu. İndi mən işdən evə gələndə, o, artıq yorğunluğun istirahət payını dadmış olur. Bu da bir qismət, bir naxışdır.
Hər zaman heyranam onun istənilən məqama uyğun bir atalar sözü, bayatı, şeir, aforizm söyləməsinə. Bu, illərin yuxusuz gecələri anlamına gəlir. Hətda bir ara məhz buna görə aforizmlər kitabını günlərlə vərəqləyib ordan nəsə əzbərləməyə çalışdığım zamanlar da oldu. Bəli, bu, müdrik bir atanın bir tərbiyə üsulu idi...
Aldığı hər nəfəs mənə həyat verir desəm, yanılmaram. Çünki onun varlığıdır məni ayaqda saxlayan. Onun haqqında söylənən fikirlər hər zaman marağıma səbəb olub. Elə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin qocaman müəllimləri o gündən bu günə yüzlərlə tələbə yetişdirsələr də Rauf Ağayevin tələbəlik illərinin demək olar ki, hər anını xatırlamaları məncə uzaq keçmişin isti, sayğılı, duyğu yüklü xatirəsidir. “Hər oğul atasına oxşamaq istəyir” – deyirlər. Amma hər oğula da atasının müəllimləri tərəfindən yetişdirilmək nəsib olmur. Mənə isə bu nəsib oldu. Bəli, mənim ən böyük arzum atamı ötməkdir. Bunu onun özünə də demişəm. Gülümsəyib, razılaşıb.
Mən onun atasının adını daşıyıram. Həyatdan vaxtsız köçmüş babamı yaşadıram sətirlərdə. Bizi daha mehriban, yaxın, dost edən amillərdən biri də məhz budur.
O, həm də gəncliyini Azərbaycan mətbuatının inkişafına həsr etmiş fədakar, yaradıcı, yenilikçi bir jurnalistdir... sözü sözdən seçən söz sərrafıdır. Məmləkət qəzetəciliyində onlarla ilkə imza atmış Rauf Ağayev Azərbaycan jurnalistikası tarixində ilk müstəqil jurnalistlər birliyi olan “Azərbaycan Gənc Publisistlər Cəmiyyəti”nin yaradıcısı və sədri olmuşdur. 1992-ci ildə Cəmiyyətin nəzdində ölkə mətbuatında ilk dəfə müxbirləri və baş redaktoru istedadlı orta məktəb şagirdlərindən ibarət redaksiya təşkil etməklə “Təmas” adlı qəzeti onların ixtiyarına vermişdir. 1993-cü ildə ölkədə ilk dəfə üzvləri tələbə-jurnalistlərdən ibarət olan “Freelancer journalists” (Azad jurnalistlər) qurumunu yaratmışdır. 1994-cü ildə ölkədə ilk dəfə, o vaxtlar pulsuz qəzet adı ilə tanınan və ev, müəssisə, idarələrə ödənişsiz paylanan, üç dildə nəşr olunan “Reklam. Elan. Xəbər” qəzetinin təsisçisi və redaktoru olmuşdur.
O, xarakterində həm də xeyriyyəçilik funksiyalarını daşıyır. Belə ki, təsis etdiyi cəmiyyət adından 1992-93-cü illərdə BDU jurnalistika fakültəsinin fəal tələbələri üçün Milli Qəhrəman, jurnalist Alı Mustafayev adına təqaüd təsis etmiş, Moskvada nəşr olunan “Panorama Azerbaydjana» qəzetinə maddi yardımlar göstərmişdir.
“Vətənə əvəzsiz xidmət dərsi”ni mən yuxarıda sadaladığım uğurları məhz çox sevdiyi vətəni üçün təmənnasız bir şəkildə qazanan o müəllimdən almışam. Jurnalist həmyaşıdlarından daha az gözə dəyməsi xarakterinin təvazökarlıq zirvəsi ilə birbaşa bağlıdır. Bu uğurlu xidmətlərə rəğmən ona hələ də “Əməkdar jurnalist” fəxri adının verilməməsi isə onun günahı deyil!...
Bir dəfə bu “Əməkdar jurnalist” fəxri adı mövzusu ətrafında söhbət edirdik. Dedikləri məni yaman kövrəltdi, düşündürdü və bir az da rahatlatdı: “Qızım magistr təhsili alır, oğlum BDU-nun Jurnalistika fakültəsində oxuyur, təşkilat rəhbəridir, qəzet nəşr edir... özüm də ki, rahatlıqla işimə gedib, evimə qayıda bilirəm... oturub divanda televizoruma rahat baxa bilirəm... bunlar elə əməkdar jurnalistlik deməkdir də”...
İ.Turgenev “Atalar və oğullar” əsərində deyir ki, “Minnətdarlıq – borcdur, vəzifədir”. Bu günə qədər icra etdiyim ən gözəl vəzifəm ona minnətdar olmağımdır. Çünki mən onu sevdiyimə görə özümə minnətdaram... çünki mən özümdən başqa hər kəsi və hər şeyi sevdiyimə görə ona minnətdaram...
Və son olaraq...
O, atadır... hər bir oğula və ataya örnək ola biləcək bir ata – qayğıkeş, isti, alicənab, həmişə haqlı və uğurlu. O, bir müəllimdir... görməyə alışdığımız müəllimlərdən fərqli, dünya görüşlü, bilgili, öyrədə bilmə bacarığına sahib. Mən bu gün güvən hissi ilə əlimə qələm alıb yazı yaza bilirəmsə bunu birinci növbədə Rauf Ağayevə borcluyam. Və eyni zamanda bu gün Azərbaycan jurnalistikasına tövhə verdiyim ilkləri O’nun həyat və yaradıcılığından aldığım dərslərin uğurlu nəticəsi hesab edirəm. Qürurla deyə bilərəm ki, mən və komandam jurnalistikanı A-dan Z-yə qədər ondan öyrəndik. Və özünün də dediyi kimi bir zamanlar jurnalisti qarşılayarkən eşidilən “O” nidasının zamanla “Eh” nidasına çevrildiyi bir zamanda şərəfli bir müəllimin işığına toplaşdıq. Buna əminəm ki, həyat yolunda atdığmız ən doğru və uğurlu addım bu oldu. Çünki məhz bundan sonra özümüzü tanıdıq, uğur qazanmağa başladıq. Həyatın onun ömrünə bəxş etdiyi iki 5 bu 55 illik ömür dilimində çəkdiyi əziyyətlərin və qazandığı uğurların əla qiymətidir. Tale biz tələbələrinin ömrünə 5-ləri yan-yana düzənə qədər ondan öyrənəcəyimiz xüsuslar hələ çox olacaq. Çox yaşa USTAD... ömrümüzə 5-ləri sən düzəsən deyə!
Məmməd Ağayev
“Student TIMES” qəzetinin baş redaktoru
Rauf Ağayevin oğlu
Mənbə: Lent.az
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Azərbaycanın baş pediatrı vəzifəsindən azad olundu
Burada 8,7 milyon işsiz var
Anomal hava daha bir ölkəni cənginə aldı
Teleaparıcı İlham Mirzəyev xəstəxanaya yerləşdirildi
ARDNŞ-in NEZ işçiləri Azərbaycanda yeni emal zavodunun istismarına cəlb ediləcək
Evdə işləyərkən daha məhsuldar olmaq üçün...
Türkiyədən Qarabağdakı Ortaq Mərkəzin fəaliyyəti ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
Bal və darçınla arıqlamaq
Facebook-da daha bir yenilik
Saç düzləşdirən süd maskası
İnsan ölümqabağı nə haqda düşünür?
Sabah daha bir asteroid Yerə yaxınlaşır
Culiya Robert Malibuda dincəlir-FOTO
Volkswagen-dən hibrid Golf GTE
Saç kəpəyinin yaranma səbəbi(1)
İlk mavi gözlülər harda yaşayıb?
Üzüyün qaşı hər kəsi qorxutdu-FOTO
İrem Derici estetik əməliyyatlarından danışdı
"Kakos həzzi" tortu(foto resept)
Yeni Məcnun axtardı, Leylini tapdı, amma...
Dünyada ən çox onun ayaqqabısı var
Elektron siqaretlər yasaqlanacaq
Ata oyuncaqdan ölmüş oğlunun ürək döyüntülərini eşitdi – VİDEO
Keçmiş sevgilisindən Timatinin ayrılıq xəbərinə reaksiya
İlk baxışdan eşq olarmı?
Türkiyə ilə pasport rejiminin ləğv edilməsinin daha bir üstünlüyü - RƏSMİ
Avstriyada hökumət dəyişəcək?
Hindistanda üçüncü cinsin nümayəndələri - FOTOSESSİYA
Yeni okean yaranacaq - Alimlərdən XƏBƏRDARLIQ
Almaniya Parlamentinin deputatı: "Apardığımız müşahidələr seçkilərin demokratik və şəffaf keçdiyini göstərir"
Orduda gülənçi izlərinin axtarışı başladı
Xoşbəxt olmaq üçün Vanqadan 20 tövsiyə
Buraxılış imtahanlarında "2" alan şagirdlərin sayı açıqlandı
"Ustad" dərgisinin 21-ci sayı nəşr olundu-FOTO
Gəlinlik modelləri
Koronavirusa görə dünya əhalisinin 20 %-i karantindədir
Sonsuzluq
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Mavi Dəniz Effekti (Dərs-6)
Əhalinin gəlirləri artdı
Makedoniyalı İsgəndərin xəzinəsi tapıldı
Həftənin ilk iş günü Azərbaycanda hava necə olacaq?
Azərbaycan sərhədlərinin bağlı qalma müddəti uzadıldı - RƏSMİ
BMT soyqırımı demədi
"Ya-Sin" sözünün mənası nədir?
HAVA necə olacaq? 23 İyun
“Fənərbaxça” lider oldu
Abdulla və Mulan: dünyanın ən qəribə dostluğu
Bakıda ərzaq qıtlığı təşvişi
Kralın səhər yeməyi pudinqi (foto resept)















- ŞƏRHLƏR