
“Teleaparıcı İlham Mirzəyev bu gün səhər saatlarında xəstəxanaya yerləşdirilib. Buna görə də məhkəmədə iştirak edə bilmir”.
Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə dünən məlumatı Yasamal rayon Məhkəməsində İlham Mirzəyevin şikayəti əsasında həbs olunan Asif Əliyevin cinayət işi üzrə keçirilən prosesə sədrlik edən hakimAyaz Məmmədov deyib.
Onun sözlərinə görə, teleaparıcı dünən səhər saatlarında xəstəxanaya aparılıb: “Bu gün İlham Mirzəyevin sürücüsü bizə zəng edib. Sən demə, onun sürücüsü də var imiş. Sürücüsü İlham Mirzəyevin xəstəxanaya aparıldığını və hal-hazırda həkim müayinəsindən keçirildiyini bildirib. Buna görə də İlham Mirzəyev məhkəməyə gələ bilməyib”.
Hakim teleaparıcının vəkillərinin hansı səbəbdən məhkəmədə iştirak etmədiyini deməyib. Onun sözlərinə görə, İlham Mirzəyevin iştirakı olmadan məhkəmənin davam etdirilməsi mümkün deyil. Asif Əliyevin vəkili Cavanşir Süleymanov deyib ki, növbəti məhkəmə iclasında da İlham Mirzəyev başqa bir yalan uyduracaq və buna görə də məhkəmə yenə də təxirə salınacaq.
İlham Mirzəyevin məhkəməyə gəlməməsi ilə bağlı fikirlərə hakimin mövqeyi sərt olub: “Bizə İlham Mirzəyev lazım deyil. Onun iştirakı olmadan da məhkəmənin davam etdirilməsi mümkündür. İlham Mirzəyevin vəkilləri prosesdə iştirak etsə, kifayət edər. Onun vəkilləri iştirak etməsə də, prokuror çıxışını edəcək”.
Məhkəmə iclası aprelin 3-nə təyin olunub.
Qeyd edək ki, martın 14-də keçirilən prosesdə çıxış edən Asif Əliyevin vəkiliAbuzər Mütəllimov İlham Mirzəyevin xəstəliyi və xəstəxanalarda xərclədiyi pullarla bağlı bəzi açıqlamalar vermişdi. Vəkil qeyd etmişdi ki, İham Mirzəyevin müalicəsi ilə bağlı məhkəməyə təqdim etdiyi xəstəxana qəbzlərinin Asif Əliyevin cinayət işinə hər hansı bir adiyyatı yoxdur: “Cinayət işinə həmçinin İlham Mirzəyevin “Planeta” firmasından ayrı-ayrı medikamentlərin, o cümlədən kişi və qadınlarda cinsiyyət sisteminin funksional pozğunluqlarına, kişi və qadınlarda klimaksın müalicəsi, seksual zəiflik, qəbizlik, piylənmə, prostatit, ishal, itdirsəyi, ekzema və başqa xəstəliklərdən müalicə olunmaq üçün dərmanların alınması barədə rus dilində sənədlər əlavə edilib. Hesab edirik ki, qeyd olunan bütün xəstəliklərin işə hər hansı bir aidiyyatı yoxdur. İlham Mirzəyevin bu xəstəliklərilə bağlı Asif Əliyevə hər hansı ittiham verilməyib”.
Mənbə:Milli.az
XƏBƏR LENTİ
Azərbaycan ordusunun işğaldan azad etdiyi ərazilərin interaktiv xəritəsi yenilənib - VİDEO
Qaragiləli peçenye (foto resept)
Balıq mövsümü başladı: təzə balığı necə tanımalı?
Avropa ölkələri Qafqaza yalnız neft anbarı kimi baxmamalıdır
Ucuz dükanda sərvət tapdı - FOTO
Arvadının 8 il həbsini tələb edir
Hava xəbərdarlığı edildi
Nəsillərin söyüş nəsihəti
Azərbaycanda banklardan kredit almaq çətinləşəcək
Ermənistanın təxribatları nəticəsində Azərbaycanın itkiləri açıqlandı - RƏSMİ
Artıq avtomobilinizi dünyanın istənilən yerindən idarə edə biləcəksiniz
Sükan arxasındakı it sürət həddini aşdı
İşçi razılığı olmadan başqa işə keçirilə bilər?
Günün ulduz falı
Güləşçimiz FİLA-nın reytinq siyahısında ilk onluqda
21 yaşlı qız hər kəsi şoka saldı!
Ən uzun kanat yolu tikilir
İlham Əliyev: Ermənilərə vaxt lazım olacaq
Dadlı piroq (foto resept)
Qonşuları Sezen Aksudan şikayət edib
Azərbaycan XİN-dən Ermənistanın Türkiyə ilə bağlı ittihamlarına REAKSİYA
Beyonce albom çəkilişində 70 kostyum dəyişdi
Məşhur aktrisa hər kəsi TƏƏCCÜBLƏNDİRDİR-FOTO
Dünya İqtisadi Forumunun daha bir irəliləyiş
28 il sonra anasının məzarını ziyarət etdi - VİDEO
Məşhur müğənni yaddaşını sildirdi-SƏBƏB
Yaz-yay üçün bu eynəklərdən alın
Doğulmamış körpəsini itirən ana
Ac quş sürüsü şəhərə hücum etdi - VİDEO
Dünyanın ən möhtəşəm ölkələri (FOTOlar)
Yer üçün yeni BÖYÜK TƏHLÜKƏ
Günün ulduz falı
“Dalğalan şəfəqlər kimi”: Ağdamın daha bir kəndində Azərbaycan bayrağı ucaldıldı
Qanunsuz olaraq tutma və həbsə alma cinayətinə görə cəzanın minimum həddi qanunvericilikdən çıxarılır
“Uşaq Avroviziya-2018” mahnı müsabiqəsinin qalibi bəlli oldu
Qələbə günü ilə bağlı Stalinin- müəmmalı qərarı
Qızardılmış kartof ruleti(foto resept)
"Fazilet hanım ve kızları"nın aktisası toy tarixini açıqladı
Selena Gomez 5 milyonluq ev aldı-FOTO
Bu qidalar xərçəngin qarşısını alır - SİYAHI
Səhiyyəmizə inanırsız?
Bu baharın dəbli ətəkləri
Üz deyil ki, sənət əsəridir
Ərdoğan: Sübut edə bilməsən, alçaqsan, namərdsən
Nəticələr açıqlandı - İki nəfər 700 bal toplayıb
Can Yamanın Əsgərlik FOTOsu Yayıldı
Maraqlı faktlar
"Wi-Fi"yın sürətini artırmaq üçün bunları edin
İranlılara ümrə ziyarəti yasaqlandı
Elif Şafakdan 5 sözlə eşq















- ŞƏRHLƏR