Tənbəllik (və onun səbəbi)
Gün ərzində bitib tükənməyən yaşadığımız stres və gərginliklər. Bunlar bir müddət sonra bizim hər şeydən daim giley etməmizə səbəb olur. Bədənimizin gün ərzində olan dinamikliyindən axşama əsər əlamət qalmır və müəyyən nöqtədə tam halsızlıq yaranır. Sual yaranır, hansı birimiz gərgin iş günündən sonra gümrahlığımızı bərpa etmək üçün axşam bir fiziki çalışma yerinə yetiririk? Axşamımızı faydalı məşğuliyyətlə keçirmək əvəzinə nə edirik? Televizorun pultunu əlimizə alıb saatlarla o serial sənin, bu film, maqazin proqramlar mənim deyib tənbəlcəsinə axşamımızı (vaxtımızı) öldürürük.
Tənbəlliyimizlə mübarizə
Öz oşlərinizi başqalarına etdirməyin. Çox yorğun ola bilərsiniz, öz geyiminizi ütüləməyə belə halınız (həvəsiniz) olmadığı halda ananıza "paltarımı ütüləyərsənmi" deməyin. Öz işlərinizi özünüz görün ki sevmədiyiniz işi başqalarına etdirmək alışqanlığınız yaranmasın. Unutmayın ki ananızın və ya sizin üçün bu işi görən insanında səbri var. Bir gün onu da "bəsdir daha" deyəcəyi nöqtəyə çatdıra bilərsiniz. Yerində, zamanında görüləcək işləri heç vaxt ertələməyin, ertələdikcə o işi görmək istəyiniz daha da azalacaqdır.
Maraq (hərşeyi bilmək həvəsimizin yaranma səbəbi)
Sevdiyimizə, dostlarımıza verdiyimiz sualların ardı heç vaxt bitmir. Hər zaman onlarla bağlı hər şeyi bilmək və barəmizdə nələr düşündüklərini bilmək istəyirik. Hansımız sevdiyimiz insanın və ya yaxın dostumuzun gündəliyinə, yaxud elektron poçt qutusuna gizli daxil olub mail�lərini oxumamışıq? Bunları etməsəydik bizə doğum günü münasibəti ilə hazırlanan sürprizləri və ya yaxın dostumuzun haqqımızda olan gerçək düşüncəsini necə öyrənə bilərdik?
Hərşeyi bilmək həvəsimizin yaranması ilə mübarizə
Onunla danışarkən ona olan marağınızı hiss etdirməyin. Təbii və hiyləgər davranın. Yaxın dostunuz ya da sevdiyiniz şəxsə sizə yetərincə məlumat verə biləcək, cəsarətləndirici və çaşqın suallar verin. Marağınızı gizlətməyi öyrəndikdən sonra qarşınızdakı sizə bilmək istədiyinizi özü söyləyəcək. Yetər ki siz onun söylədiklərini maraqla dinləyin. Ona önəm verdiyinizi hiss etdirin.
Acgözlüyümüzün səbəbi
Hər zaman daha çox və daha ləziz yeməklər istəyirik. Xüsusilə də söhbət şirniyyatdan gedirsə "yox" deyə bilmirik. Qarşımızda bütün cazibəsi ilə duran və bizə sanki "məni yesən daha enerji dolu və cazibəli olacaqsan" deyən bir dilim şokoladlı tortdan imtina etməyimiz mümkündürmü? İstdədiyimiz qədər tox olaq deyə düşünürük bəzən.
Acgözlüyümüzlə mübarizə
Gecənin yarısında yediyiniz bir parça şokoladın sizi kökəldəcəyini düşünərək ürəyinizi sıxmayın. Çəkinizin artmasına səbəb olan yeməkləri, şirniyyatları özünüzə mükafat kimi təyin edin. Məsələn, "kitabımı oxuyub bitirəndən sonra, və ya layihəmi təhvil verdikdən sonra özümü mükafatlandıracam" deyə düşünün, bir dilim moruqlu tort yeyəcəm deyin. Bununla həm özünüzə stimul yaratmış olarsınız həm də moruqlu tortu yedikdə peşman olmazsınız, çünki onu qazandınız.
Qürurlu olmanın səbəbi
Təbii ki hər birimiz dəyərli və nəticə etibarilə qürurluyuq! Və təbii ki həddi aşmadan bir parça qürurumuzu təmin etmək üçün hər zaman idealıq! Unutmayın, özünüzə qarşı olan sevginiz nə qədər çox olsa xarici aləmə də eyni ölçüdə təqdim edilir. Başqalarını sevməzdən öncə özünüzü sevməlisiniz ki, başqaları da sizi sevsin.
Qürurumuzla mübarizə
Bir parça qürur hər kəs üçün idealdır. Lakin qürurun mübaliğə edildiyi halda sıxıntılar baş qaldırır. Ətrafınızdakı insanları sizdən soyudacaq və ya uzaqlaşmasına səbəb olacaq həddən ziyadə qürurlu davranışdan çəkinin. Özünüzü heç də dünyanın mərkəzi sanmayın. Öz qürurunuzu oxşayaraq ətrafdakılarla axmaq davranmaq əvəzinə dostlarınızın qürurunu oxşayın. Məsələn, dostunuza (rəfiqənizə) yeni qiyafətdə çox gözəl göründüyünü söyləməkdən çəkinməyin. Gələn səfər isə yoldaşınız sizin qürurunuzu oxşayacaq
Dedi-Qodu etməyimizin səbəbi
Dedi-qodu etmək özümüzü çox yaxşı hiss etməmizə səbəb olur. Hər zaman müzakirə ediləcək bir mövzunun olmasını təmin edir. Başqasını çəkişdirmək bizi xöşbəxt edir. Hətta "mən dedi-qodu etməyi sevmirəm" deyən, əslində isə dedi-qodu edib və bundan böyük həzz alan insanlara da rast gəlirik.
Dedi-Qodu edərkən nəyə diqqət yetirməliyik?
Dedi-qodunu kiminlə etdiyinizə diqqət etməlisiniz. Unutmayın ki yerin də qulağı var! Sizə tövsiyyəmiz əsla iki yaxın insanın arasında birinə digəri haqda dedi-qodu etməyin. Bir gün onların hər ikisi düşməninizə çevrilə bilər. Əslində heç dedi-qodu etmesek daha yaxşı olar. Hamıda yaxşı bilirki bu günahdir.
Gərəksiz alış-verişin səbəbi
Ürəyiniz darıxdığı, əhval ruhiyyənizin olmadığı zaman nə edərsiniz? Ümumiyyətlə alış verişə üstünlük verərdiniz deyilmi? "Birini alana ikincisi pulsuz" adlı aksiyalarda hansımız heç geyinməyəcəyimiz ayaqqabı almadıq? Yaxud "50% endirim" kompanoyalarına aldanaraq 50%ni qənaət etdiyimizi düşünərək nələr almamışıq? Yeni qiyafətin alınması biz xanımları daha da xoşbəxt etdiyi müzakirəsiz gerçəkdir. Hətta müalicəyə getməyimizə belə ehtiyac olmur. Fikirlərin dağılması üçün, depressiyadan yaxa qurtarmaq üçün alış veriş etməyiniz yetərlidir.
Gərəksiz alış-veriş etməmək üçün
Alış veriş etmək üçün çıxarkən sadəcə endirim kompaniyasında olan malları almayın. Sizə lazım olub olmadığını, işinize yarayıb yaramadığını düşünüb sonra qərar verin. Düşünün "50% endirim" var deyə heç bir dəfə belə geyinməyəcəyiniz köynəyi almağa gərək varmı? Bizcə yox!
Qısqanclığımızın səbəbi
Qısqanclıq hissi hər bir insanın təbiətində var. Az və ya çox. Məsələn, sevgiliniz həm yaraşıqlı, həm seksual həm də əyləncəli olduğu halda onu qısqanmamaq mümkündürmü? Təbii ki xeyr! Onu boğmayacaq şəkildə yüngül qısqanclığa bəli lakin onun sizə nifrət etməsinə səbəb olacaq davranışlara da xeyr!
Qısqanclığımızla mübarizə
İlk öncə qısqanc olduğunuzu qəbul edin. Bu duyğularla yaşayarkən, qisqanclığınızı rədd etmənizlə heç bir şey əldə etməyəcəksiniz. Hər zaman stres və daxildən ağrılar keçirmək əvəzinə sevgilinizlə açıq və səmimi danışmağınızın daha faydalı olmasını düşünəm.
XƏBƏR LENTİ
Düzgün qidalanma haqqında 8 qayda
Xudaya yar olan şəhidimiz - VİDEO
Səudiyyə Ərəbistanında anasına əl qaldıran oğlun dişini çıxardacaqlar
Məşhur şəhərə Putinin adı veriləcək?
İmtahanla bağlı yenilik
Hamiləlik etirafı
Nazirlikdən "Son zəng" açıqlaması
Baş qəhrəmanlarından biri haqqında məyusedici QƏRAR
Beren Saatın arıqlığı hər kəsi heyrətləndirir-FOTO
Göldə əjdaha iddiası: "Boz rəngdə idi, suyun üzünə çıxdı..."
Bunlar qadın sağlamlığını korlayır!
Azərbaycanın şimalı şaxtalı iflic vəziyyətində
Pijama modelləri
Saçlarınıza zərər verməyin
Qeyri-adi vərdiş-Solaxaylıq
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 143 yeni yoluxma
Sərnişinin görünüşü hər kəsi güldürdü - FOTO
Cüneyt Arkın məşhur serialda
Azərbaycanda əhalinin sayı 1 milyon 916 min 500 nəfər artıb
Gülməli heyvanlar (son)
Bu da kəndlərimizin yeni adları
Bu ilin dəbi: Şortikli kostyumlar
Bakı Metropoliteni yeni iş rejiminə keçəcək
Çinli turistləri sirkdən qovub birbaşa karantinə göndərdilər
Günün ulduz falı
Çaylı keks
Azərbaycan etiraz məktubu göndərdi
Rusiya cəbhədə baş verənlərə münasibət bildirdi
Cəbhədə atışma oldu
Qadın.Netlə birlikdə hamiləlik (28-ci həftə)
Deputat: "İdmançılarımızda dopinq aşkarlanması təzyiq vasitəsi ola bilər"
HAVA necə olacaq?
Əhvalı yaxşılaşdıran idmanlar
Ronaldonun sevgilisi DİQQƏT ÇƏKDİ-FOTO
Reanimasiyada olan xəstələrin sayı azaldı
"Qalatasaray" öz meydanında coşdu, Droqba sıradan çıxdı
Düşündürücü sözlər
Günün qoroskopu: intriqaya aldanmayın
Dəbli görünmək üçün 5 tövsiyə
Culiya Roberts kimi yaşlanmağa qalib gəlin
Bakıda 53 min avroluq yarış, giriş pulsuzdur
Yaralı barmağa "dolama"
Sevgilisi olmayanlara şad xəbər-"Facebook"dan möhtəşəm Yenilik!
Məşhur aktyorların arasını vurdular-SƏBƏB
Milli komandamızın baş məşqçisi əcnəbi oldu
Arif Quliyev orduya yazıldı
Sağ qalmaq üçün bunları etmək şərtdir
Körpələr musiqini necə anlayır?
Xaş-xaşlı tort (foto resept)
Xoşladığımız yeməklər və xasiyyətimiz
- ŞƏRHLƏR