
AzərTAc xəbər verir ki, aprelin 3-də “Bakı-2015” Avropa Oyunlarının Əlaqələndirmə Komitəsinin üçüncü toplantısı keçirilmişdir.
Avropa Oyunlarını yüksək səviyyədə keçirmək üçün yaradılan Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva toplantıda iştirak etmişdir.
“Bakı-2015 Avropa Oyunlarının Əlaqələndirmə Komitəsinin növbəti toplantısından əvvəl Avropa Oyunları üzrə Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ilə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin görüşü olmuşdur. Görüşdə ikitərəfli əməkdaşlıq, Bakıda keçiriləcək Avropa Oyunlarına hazırlıq və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.
Daha sonra Əlaqələndirmə Komitəsinin üçüncü toplantısında çıxış edən Mehriban Əliyeva əvvəlcə Patrik Hikkini yenidən Avropa Olimpiya Komitəsinin prezidenti seçilməsi münasibətilə təbrik etmiş, bunun beynəlxalq idman ictimaiyyəti tərəfindən onun fəaliyyətinə verilən yüksək qiymət olduğunu demişdir. “Bizim Avropa Olimpiya Komitəsi ilə qarşılıqlı işbirliyimiz möhkəm təməl üzərində qurulub”, - deyən Mehriban Əliyeva ölkəmizin dəfələrlə beynəlxalq yarışlara ev sahibliyi etdiyini bildirmiş, bu oyunların keçirilməsində də Avropa Olimpiya Komitəsinin tövsiyələrinin mühüm əhəmiyyət daşıdığını vurğulamışdır.
Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva demişdir:
- Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil edilməsi bizim əsas və ümumi məqsədimizdir. Azərbaycan bu oyunları Yay Olimpiya Oyunlarının səviyyəsində keçirmək əzmindədir. Ölkəmizdə mövcud olan və yaradılan idman infrastrukturu yarışların yüksək səviyyədə keçirilməsinə imkan verəcəkdir. Su İdmanı Növləri Sarayının, Milli Gimnastika Arenasının, Bakı Atıcılıq Mərkəzinin, Bakı Olimpiya Stadionunun və digər obyektlərin inşaat işlərinin, eyni zamanda, mövcud idman obyektlərinin əsaslı yenidənqurma işlərinin bugünkü tempi və səviyyəsi hazırlıq işlərinin vaxtında bitəcəyindən xəbər verir. Milli Gimnastika Arenası, demək olar ki, artıq hazırdır. Biz bu ilin iyununda orada bədii gimnastika üzrə Avropa çempionatının keçirilməsini nəzərdə tuturuq. Bütün idman obyektləri, orada quraşdırılan qurğular sınaqdan keçirildikdən və istismara tam hazır olduğu müəyyənləşdirildikdən sonra istifadəyə veriləcəkdir.
Dövlətimiz bu oyunların hazırlanmasına olduqca diqqət edir. Xalqımız, xüsusilə də paytaxt sakinləri və Azərbaycanın idman ictimaiyyəti bu oyunlara hazırlıq işlərini həvəslə izləyir. İnanıram ki, məhz bu dəstək bizə faydalı olacaqdır. Biz əlimizdən gələni edəcəyik ki, 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları bu sahədə yeni standart olsun.
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi altında oyunlara hazırlıqla bağlı həyata keçirilən işləri yüksək qiymətləndirmişdir. Əlaqələndirmə Komitəsinin ötən ilin oktyabrında keçirilən ikinci iclasından sonra bir çox işlərin görüldüyünü deyən Patrik Hikki tarixi əhəmiyyəti ilə diqqət çəkən bu oyunların 2016-cı ildə Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakterli olduğunu da diqqətə çatdırmışdır. Maliyyə və texniki məsələlərlə bağlı işlərin də yüksək səviyyədə həyata keçirildiyini deyən Avropa Olimpiya Komitəsinin prezidenti təşviqat məsələlərinin əhəmiyyətini vurğulamışdır.
Əlaqələndirmə Komitəsinin sədri, Yunanıstan Olimpiya Komitəsinin prezidentiSpiros Kapralos qısa müddətdə oyunlara hazırlıqla bağlı bir çox uğurların əldə edildiyini bildirmiş və bu münasibətlə təbriklərini çatdırmışdır.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Avropa Oyunlarından əvvəl Bakıda bir neçə beynəlxalq yarışların keçiriləcəyini və bunun sınaq baxımından əhəmiyyətli olduğunu demişdir. Nazir idman infrastrukturunun yaradılması və digər məsələlərlə bağlı işlərin uğurla həll olunduğunu qeyd etmişdir.
Bakı Avropa Oyunlarının Əməliyyatlar Komitəsinin baş icraçı direktoru Cim Şerr Azərbaycan hökumətinə verdiyi dəstəyə görə təşəkkür etmiş, indiyə qədər görülən işlərin ilk Avropa Oyunlarının dünya səviyyəsində keçirilməsinə imkan verdiyini bildirmişdir.
Bu oyunlarda Rio Olimpiadasına 8 idman növü üzrə lisenziyaların veriləcəyini deyən Cim Şerrin həmin fikrini idman üzrə direktor Piyer Okalaqan da təsdiqləmişdir. O bildirmişdir ki, məhz bu amil Bakı Avropa Oyunlarının əhəmiyyətini daha da artırır. Ötən dövrdə idmanın bir sıra növləri üzrə təhlillərin aparıldığını, yarışların cədvəlinə müəyyən dəyişikliklərin olunduğunu deyən Piyer Okalaqan bu işlərdə yerli mütəxəssislərin əməyindən də istifadə edildiyini demişdir.
İdman xidmətləri və əməliyyatlar üzrə direktor Ceyms Makleod isə diqqəti atletlər üçün təlim imkanlarının yaradılmasına, arenaların idman avadanlığı ilə təchiz olunmasına yönəltmişdir.
Əlaqələndirmə Komitəsinin üçüncü toplantısında Avropa Oyunları ilə bağlı təşviqat materiallarına dair məsələ də diqqət mərkəzində olmuşdur.
Sonda xatirə şəkli çəkdirilmişdir.
Milli.Az
XƏBƏR LENTİ
İlk iş gününün hava proqnozu
Qara donun tarixi haqqında
Qat-qat salat (foto resept)
Milyarderlərin hesabını ələ keçirib 200 min qazandılar
İdmançıların qidalanması
Xocalı soyqırımının iştirakçısı olan erməni terrorçu məhv edildi -FOTO
Ərdoğan Azərbaycandan danışdı-video
Çində koronavirusla bağlı 117 səhifəlik gizli sənədlər üzə çıxdı
Doğuşdan sonra depressiya
Gizem Karaca izləyicilərindən Kömək istədi-SƏBƏB
Bədənin ayrılıq zamanı verdiyi 5 reaksiya
Hadise jurnalistə qəzəbləndi-SƏBƏB
Bədən və beyin arasındakı əlaqəyə söykənən 5 üsul
Böyük Vətən müharibəsinin 93 yaşlı veteranı təltif olundu
Hansı yolu seçərdiniz?
Nostradamusun 2015-ci il üçün 9 proqnozu
Günün ulduz falı
Vaksin hazırlanana qədər koronavirusa qalib gəlməyin yolu açıqlandı
İlham Əliyev Ermənistanın müstəqilliyinə belə qiymət verdi
7 yaşlı azərbaycanlı "Brüs Li" - Bacarığı ilə görənləri heyrətləndirir
Maqnit qasırğası olacaq-XƏBƏRDARLIQ
İlin sonunadək 380 milyon olacaqlar
“Çukur”un Vartolusundan xanımına sürpriz - FOTO
Rəngarəng çantalar
Məşhur aktrisa 11 milyonluq otelini satır
Anasının xəstəxanalıq olmasının səbəbkarı o deyilmiş - əsl səbəb bilindi - FOTO
Məşhur cütlüyün Ayrılıq Səbəbi Məlum Oldu
Pensiyaçılara şad xəbər
Ərik bəhməzinin hazırlanması və faydaları
XXI əsrdə bizi qul edən nədir?
Zehni inkişaf etdirən qidalar
Uşağınızı elə tərbiyə edin ki...
Bu gün qar yağacaq
Qorxunc gülüşün dərmanı: ananız istəsə də...
Saç ağarmasına qarşı ən təsirli maska
Qadın.Netlilərlə bir az gülək-3
Ermənistanda cəbhədə itkin düşənlərdən pul qazanmağın yolunu tapdılar
Zerrin Özer bir daha məhkəməyə müraciət etdi
8 yaşlı qız 3 min illik alət tapdı-FOTO
Yağış, qar, külək - Sabahın havası
Mokasen ayaqqabılar
Hər kəsi şoka salan addım atdı-FOTO
Roberto Karlosun 100 yaşlı nənəsi koronavirusa qalib gəldi
130 dollarlıq smartfon göstərildi
Lady Gaga Olimpiya Stadionunda!
Sami Yusifdən azərbaycanlılara böyük jest
Yaşıl çay içmek çox faydalıdır.
Azərbaycan Xalq Cümhuriyyəti, yoxsa Demokratik Respublikası?
Ceki Çan gənclik səhvlərini etiraf etdi
Şahzadənin nişanlısı indi də burnu ilə GÜNDƏMƏ GƏLDİ вЂ“ FOTO















- ŞƏRHLƏR