Çimərliklər, sanki, insanlarımızın düşmənidir. Köklər, bədən ölçüləri normanı aşanlar üçün bu məkan az qala cəhənnəmə çevrilib. Ona görə də bir çox insanlar, xüsusən qadınlar üçün ilin bu dönəmi arıqlamaq üçün ideal vaxt sayılır. Yaydır, istidir, tərləmə hesabına da arıqlamaq olar deməyin...
Televiziyalarda sayı gün-gündən artan reklamları, apteklərə girən kimi az qala piştaxtalardan yerə axan dərmanları görəndə başa düşürsən ki, arıqlamaq “sezon”u yetişib. Qışda yığılan piydən, yağlardan bircə ayın içində qurtulmaq istəyən zərif cinsin nümayəndələri üçün Azərbaycan işbazları nə təklif edir? 90 60 90 formuluna qovuşmaq üçün tələyə düşməmək üçün nələr etmək lazımdır?
Azərbaycana keçməzdən əvvəl... Maraqlı bir məlumat. Sən demə, 2 ilə 130 kiloqram arıqlamaq mümkün imiş. Özü də qorxu nəticəsində. Həkimlər boyu 162, çəkisi təxminən 200 kiloqram olan qadını müayinə edərək onun ömrünün sonuna maksimum 2 il qaldığını bəyan edib, yaşamaq üçün onun təcili arıqlamalı olduğunu bildirib. Bundan qorxuya düşən qadın sağlam qidalanmaya keçib, eyni zamanda hər gün hovuzda üzüb. nəticədə 2 ildə 130 kiloqram arıqlayan amerikalı “2011-ci ilin arıqlaması” tituluna sahib çıxıb.
Bir qorxunu bir dəfə yaşamaq olar. Növbətiləri isə artıq lətifəyə bənzəyir. Odur ki, reallığa qayıdaq. Öncə ondan başlayaq ki, qadınların (eləcə də arıqlamaq istəyən kişilərin) düşdüyü ən böyük tələ hansısa məşhur müğənninin reseptinə uymaqdır. Uzun illər türkiyəli qadınlar hər uşaqdan sonra kökələn, aldığı kiloları geri vermək üçün dietoloq qapısını yağır edən Sibel Can formulu əsasında arıqlamağa cəhd göstərdi. Halbuki, dünyanın ən məşhur dietoloqları da səhər-axşam bar-bar bağırırlar ki, əslində hər orqanizm spesifik olduğu üçün onun üçün tətbiq olunacaq dieta formulu da spesifik olmalıdır. Yəni həkim nəzarətindən keçmədən, qan, təzyiq, şəkər analizləri vermədən hansı pəhrizin insana uyğun gəldiyini bilmək olmaz. Bundan başqa, eyni vaxtda həm ac qalıb, həm aktiv idmanla məşğul olanlarda az-çox nəticə görünür. Yəni sərt alman dietası ilə 5-6 kilodan qurtulan elə eyni sürətlə də o kiloları geri alır.
Xatırladaq ki, bu sayaq həblərin tərkibində mərkəzi sinir sisteminə, baş beyinə təsir edən maddələr var və onlar birbaşa maddələr mübadiləsini pozur. Bəzi hallarda bunlar pasienti depressiv vəziyyətə də gətirib çıxarır. Məhz həmin səbəbdən bir çox inkişaf etmiş ölkələrdə onların istifadəsi isə ümumiyyətlə qadağan edilib.
“Kitayski” arıqlama... nə vəd edir?
Araşdırmamız zamanı bəzi gözəllik salonlarında bir-iki seansla arıqlama təminatı verdiklərinin şahidi olduq. Maraqlıdır ki, əslində bu arıqlama vədi bədənin konkret nahiyələrində piylərin götürülməsi yolu ilə edilir. Əksər gözəllik salonlarında LPC deyilən müxtəlif cür aparatlar var. Bu aparatlar dərinin üstündən sürtülür, amma dəri altından birbaşa piylərə yox, onun üstünə nüfuz edir. Həkimlər hesab edir ki, bu üsulla arıqlama da əslində çox ziyanlıdır. Çünki dəri üstündən aparatla təsir edəndə dərialtında olan 3 komponent - fibrinogen, kollagen, elasten sıxlaşır. Bunun hesabına incəlmə gedir. Halbuki piy dərialtı təbəqədə qalır, getmir. Və bu preslənmə qısa müddət sonra öz sözünü deyir: bir-birinə bitişmiş 3 komponent-fibrinogen, kollagen, elasten aralanmağa başlayır. Bədən yenidən köhnə şişmiş formaya qayıdır. Kilonun getməsi, arıqlama üçün piyin özünə təsir etmək lazımdır.
Xatırladaq ki, əksər gözəllik salonlarında və fitness klublarda daha çox bu arıqlama metoduna üstünlük verilir. Nəticədə isə qadınlar qısa müddət aldadıcı arıqlıq hissi ilə yaşayır. Ardınca... xoş gəldin, yeni kilolar.
Araşdırma zamanı bir qədər bahalı və az sayda olan fitness klublarda iynəbatırma, yəni akupunktura ilə arıqlama metodunun da tətbiq olunduğunu öyrəndik. Bu mərkəzlər daha çox Türkiyədə kurs keçmiş və ya türkiyəli mütəxəssisin rəhbərliyi ilə fəaliyyət göstərən klublardır. Onlarla maraqlandıqda isə məlum olur ki, bu arıqlama metodu Çin təbabətinə, akupunkturaya, iynəbatırmaya əsaslanır. Arıqlama proqramında blasterli qulaq iynələrindən və qızıl suyuna salınmış gümüş iynələrdən istifadə olunur. Bu iynələrlə bədənin müxtəlif nöqtələrindən iştah mərkəzlərinə, doyma mərkəzlərinə təsir edilir. 5 gündən bir keçirilən seanslarda xüsusi qulaq iynələri qulağa yapışdırılır. Pasient evinə, işinə-gücünə gedə bilər. 3 aylıq proqramda vaxtın uzanması xəstədə metobolik proseslərin bərpa olunmasından asılıdır. Çəkisi 100 kilodan çox olanlar 4-5 ay seansa gələ bilər.
220 manata 8 kilonu “kəsmək” olar
Daha bir üsul isə, təbii ki, estetik cərrahiyyədir. Artıq Azərbaycanda qadınların daha intensiv olaraq bu xidmətə müraciət etmələri də statistikadan bəllidir. Qadınlar daha tez və əziyyətsiz üsul kimi, əməliyyat vasitəsilə piylərdən, artıq çəkidən qurtulmanı tərcih etməyə başlayıblar. Estetik cərrahiyyənin bu növü isə işin masştabından asılı olaraq, fərqli tariflərlə təqdim olunur. Amma həkimlər hesab edir ki, estetik cərrahiyyə də insanın özünü aldatması deməkdir. Neyçün ki, əməliyyatla alınan kilolar da tezliklə geri qayıdır. Müraciət etdiyimiz sağlamlıq mərkəzlərindən birində isə bizə arıqlama proqramında idman tətbiq olunmadığı söylənildi. Belə ki, mərkəz nümayəndəsi iddia etdi ki, arıqlamaq istəyənlər idmanla bədənin piylərini sərtləşdirirlər. Nəticədə əzələ kütləsi artır. Əzələlər böyüdükcə piylər əzələ kütləsinin arasına keçir. Sərtləşmiş piylərinsə bədəndən çıxması çətinləşir: “Biz xəstəni idmandan tamamilə azad edirik. Yalnız gəzməyi, yeriməyi ciddi tövsiyə edirik”.
Sözügedən mərkəzdə xəstələrə xüsusi qidalanma proqramı da verilir. Bundan başqa, elə həmin mərkəzin dieta mütəxəssisləri xəstələrə bol miqdarda qaynanmış su içməyi tövsiyə edirlər. Formula belədir: bədənimizin su ilə yuyulması kimi içimizin də yuyulması su ilə olmalıdır. Su xolesterolu, şlakları təmizləyir. Gündə 2 litr su içmək lazımdır. Pasientin ərimiş, dağılmış yağları, piyləri sidiklə və bağırsaqlarla bədəndən xaric olunur.
Bəs bu arıqlama vasitələrinin məbləği nə qədərdir? Araşdırma zamanı məlum oldu ki, estetik cərrahiyyə (liposaksiya) əksər klinikalarda təxminən eyni qiymətdir. Cəmi bir bölgənin liposaksiyası 350 manatdan başlayır.
Akupunktu ilə arıqlamanın hər seansı isə 30-35 manat arasında dəyişir. 200-220 manata 8 kilodan qurtulmaq mümkündür. LPC aparatla arıqlama vəd edən sağlamlıq mərkəzlərində də hər seans üçün 15-20 manat tələb olunur. Bu işi professional həkimlərin etdiyi deyilsə də, bəzən naşılar iş görür.
Seans qiymətləri 30-70 manat arasında...
Hansı mərkəzin nə kimi nəticə əldə etməsi isə düzü qaranlıq qalan məqamlardan idi. Çünki müraciət etdiklərimizdə pasient görə bilmədik. Mərkəz rəhbərləri isə bunu pasiyentlərin pərakəndə qrafiki, habelə məxfilik istəyi ilə əlaqələndirdilər. Bu arada qeyd edək ki, bu sayaq mərkəzlərdə seans məbləği də tamamilə fərqlidir. Bu, tətbiq olunan proqramın tərkibindən birbaşa asılıdır. Amma seans qiymətləri 30-70 manat civarında dəyişirdi.
Bu arada arıqlamadan danışıb, bir-iki önəmli məlumatı da paylaşmasaq olmaz. Amerikada 3 min qadın arasında aparılan araşdırma göstərib ki, arıqlamaq üçün ən uyğun yaş 28-dir. Araşdırma 28 yaşını keçən qadınlarda arıqlamağın daha çətin olduğunu göstərib. Çünki 28 yaşda bədən hələ də özünü yeniləyə bilir və maddələr mübadiləsi zəifləməyib.
Britaniyalı mütəxəssis, professor Kris Haukey hesab edir ki, heç bir pəhrizin faydası yoxdur. Professor pəhriz saxlamaqdansa, yeməklərə diqqət etməyi, sağlamlıq üçün faydalı qidalar qəbul etməyi məsləhət görür. Onun fikrincə, hər bir insan yeməyinin miqdarına diqqət etməlidir. Lids Universitetinin professoru Andrey Hill ise insanların sürətli və asan arıqlamaq üçün yollar axtardığını, bu yolların az olduğunu deyib. O, insanların çəkisinin artdıqca çəki verməsinin daha da çətinləşdiyini vurğulayıb.
XƏBƏR LENTİ
Şokoladdan don hazırlandı
Gəlinlik ayaqqabıları
Müsabiqənin ən yaxşı fotoları
Milyarderin sevgilisi FOTOsunu paylaşdı
Günün ulduz falı
Bu tarixdə yadplanetlilərlə əlaqə yaradılacaq
ABŞ-dan Rusiyaya xəbərdarlıq: “Dərhal dayandırın!”
İpoteka ilə mənzil almaq daha da ASANLAŞDI
“Klon”un sirri açıqlandı: JADİ GƏNCLİYİN necə QORUNMASINDAN danışdı!
Həyatı məhv edən qaydalar
Sabah 40 dərəcə isti olacaq
İnteryerdə incəlik
"Dilqəm və Şahbazın azad edilməsi üçün hələ də ciddi addım atılmayıb"
Çindən ət məhsulları və heyvanların gətirilməsinə qadağa qoyuldu
İspaniya müsəlmanları nəzarətə götürür
Müəllimlərin işə qəbulu üzrə imtahanlar davam edir
Kəsmikli, xurmalı toplar (foto resept)
Uzun ziyafət donları (2)
Mehmet Əli Ərbil Son Halı ilə Qorxutdu-FOTO
"Oy, Musik, siz dazsınız?!" - keçəlləşməyə səbəb nədir?
Hava haqqında - 10.10.2013
Bu gün Fikrət Əmirovun doğum günüdür
Leyla Əliyeva beynəlxalq forumda
Yer səthinin relyefi
Bu müəllimlər də imtahana çəkiləcək
Möcüzəvi saçlı bacılar
İşğaldan azad edilən Cəbrayılın Məzrə kəndindən görüntülər - VİDEO
Ermənilər Azərbaycan ərazilərində yanğın törədiblər
Twitter-də yeni funksiya: canlı yayım
Avropa Şurası Platformasının fransalı jurnalistin ermənilər tərəfindən təhqir olunması ilə bağlı MƏRUZƏSİ
Bilərziklər
Uşağın cinsiyyətini öyrənmək istəyən cütlük ŞOK YAŞADI
Körpənizin otaq dizaynında diqqətli olun
Ledi Qaqa yeni ili onunla keçirdi-FOTO
Birinci sinfə qəbulla bağlı məktəb seçimi başlayır
Prezidentdən nazirliklə bağlı fərman
Sen Qallen rahibinin əsərindən 3-cü hissə (son)
Koronavirusa yoluxanların sayı 198 mini keçdi
Qidanı necə həzm edirik?
Burak 80 qadınla yeməyə getdi - FOTO
Nə üçün qadınlar qışqırır, kişilər isə susur?
Azərbaycanda karantində olanların sayı açıqlandı - RƏSMİ
Nə etməli?
Şəhid dostunu göz yaşları ilə xatırlayan qazi - VİDEO
Türkiyə Suriyaya 11 yük maşın humanitar yardımla göndərir
Daha bir velosipedçimiz Rio-2016-ya lisenziya qazandı
Prokurorluqdan Zəngilanda üzərinə bayrağımız sancılan bina ilə bağlı məlumat
Feil - 2
Ağ siçan ilinin Bürclər Üzrə PROQNOZU
BÜRCLƏR bizə nə vəd edir? -2 APREL
- ŞƏRHLƏR