Qurani-Kərim və hədislərdən belə nəticəyə gəlmək olur ki, Sirat körpüsü adi körpülər kimi deyildir. Bu körpü - cəhənnəm üzərində qurulmuş və müxtəlif keçidlərə malik olan bir körpüdür ki, hər bir insan - istər mömin olsun, istərsə də kafir - ondan keçmək məcburiyyətindədir. Məgər Allahın xüsusi bəndələrindən başqa.
Bu keçidlər hansılardır?
1. Vilayət keçidi. Bu keçiddə insanları saxlayıb, İmam Əli (ə) və övladlarının vilayəti barəsində sorğu-sual edərlər. Hər kim dünyada olan zaman öz İmamını (ə) tanıyarsa və buyurduqlarına əməl edərsə, bu keçiddən keçər. Əgər İmamını (ə) tanımazsa, o zaman cəhənnəmə düşər.
2. Mirsad keçidi. Allah Təala buyurur: "Həqiqətən də, sənin Rəbbin (onlara) nəzarət edir". ("Fəcr" 14).
İmam Sadiq (ə) buyurur: "Mirsad - Sirat körpüsü üzərində olan keçiddir ki, heç bir zalım bəndə oradan keçə bilməz".
Bu keçiddə Allah Təbarəkə və Təala hər bir zalımdan məzlumun haqqını alar.
3. Rəhm keçidi. Həzrət Peyğəmbər (s) buyurur: "Qiyamət günü cəhənnəmi gətirəndən sonra üzərinə Sirat körpüsünü qoyarlar. Sirat körpüsü üç körpüdən ibarətdir:
Körpünün biri - əmanət və sileyi-rəhmdir.
İkincisi - namaz; üçüncüsü - aləmlərin Pərvərdigarının ədalətidir.
İnsanlara Siratdan keçməyi vəzifləndirərlər. Əmanət və sileyi-rəhm körpüsündə onu saxlayarlar və əgər qohumluq əlaqəsini kəsibdirsə və ya insanların malına xəyanət edibdirsə - bu keçiddən keçə bilməyəcəkdir.
Əgər bu körpüdən nicat tapsa, onu namaz körpüsündə saxlayarlar.
Əgər bu körpüdən də nicat tapsa, İlahi ədalət keçidində bəndələrin haqqı barəsində sorğu-sual olunması üçün saxlayarlar.
Əgər bu keçiddən də sağlam keçsə, nicat tapar".
4. Əmanət keçidi. Qurani-Kərimdə buyurulur: "Həqiqətən, Allah sizə əmanətləri (vacibi əməlləri Allaha və camaatın haqlarını onlara) öz sahiblərinə qaytarmağınızı əmr edir. İnsanlar arasında (mübahisə və dava-dalaş barəsində və ya şəxslər və hadisələr haqqında) hökm çıxaranda, ədalətlə hökm çıxarın. Doğrudan da Allah sizə gözəl bir öyüdlə nəsihət edir. Həqiqətən, Allah həmişə eşidən və görəndir". ("Nisa" 58).
5. Namaz keçidi. İmam Sadiq (ə) buyurur: "Qiyamət günü insandan ilk soruşulan şey - namazdır". Hər kim namaz keçidindən keçərsə, nicat tapar və behiştə yollanar.
Allah Təala bizlərə bu keçidlərdən keçmək tövfiqini nəsib etsin!
Milli.Az

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR