"Son zamanlar Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən bank fəaliyyətini tənzimləyən hüquqi-normativ bazaya edilən dəyişikliklərlə bağlı bəzi kütləvi informasiya vasitələrində qeyri-dəqiq şərhlər dərc edilir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Mərkəzi Bankı bildirir ki, daha çevik tənzimləmə rejiminin tətbiqi məqsədilə Mərkəzi Bankın bir sıra normativ xarakterli aktlarına dəyişikliklər edilib. "Bank kapitalının və onun adekvatlığının hesablanması” və "Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması" Qaydalarına edilmiş dəyişikliklər bankların topladığı əhəmiyyətli maliyyə ehtiyatlarını daha səmərəli və çevik istifadə etməsinə imkan verəcək".
Bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib. AMB-nin yaydığı bəyanatda deyilir ki, Mərkəzi Bank tərəfindən "Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması” Qaydaları yeni redaksiyada qəbul edilib. Qaydaların tələblərinə görə mübadilə şöbəsində bir müştəriyə 500 ABŞ dollarına ekvivalent məbləğdən artıq mübadilə əməliyyatı şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılmalıdır. Bu tələb əvvəllər də mövcud idi və yeni tələb yalnız limitin 5000 ABŞ dollarından 500 ABŞ dollarınadək endirilməsi ilə əlaqədardır. Bu tələblə aparılan valyuta əməliyyatlarının həcmi məhdudlaşdırılmır.
Bundan əlavə bildiririk ki, banklar tərəfindən bütün kreditorlar, o cümlədən əhali qarşısında öhdəlikləri müqavilə şərtlərinə uyğun olaraq və hər hansı məhdudiyyət olmadan icra olunur. Mərkəzi Bank situasiyaya uyğun olaraq prudensial tənzimləmə çərçivəyə, eləcə də normativ xarakterli aktlara dəyişikliklər etməyə davam edəcək. Bütün dəyişikliklər barədə ictimaiyyət ətraflı məlumatlandırılacaq.
Bununla yanaşı, bank sektorunda maliyyə sabitliyinin gücləndirilməsi, o cümlədən əhalinin əmanətlərinin sığortalanması sisteminin təkmilləşdirilməsi məqsədilə daha geniş və kompleks tədbirlər üzərində iş aparılır. Qəbul ediləcək qərarlar barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.
Mərkəzi Bank eyni zamanda manatın ABŞ dollarına qarşı məzənnəsinin növbəti dəfədevalvasiyası ilə bağlı yayılmış şayiələrlə əlaqədar bildirir ki, bu şayiələrin heç bir əsası yoxdur.
Belə ki, manatın məzənnəsi bəyan olunmuş yeni məzənnə siyasəti rejiminə uyğun olaraq valyuta bazarında tələb və təklif əsasında formalaşır. Mərkəzi Bank valyuta bazarında hərraclar vasitəsilə valyuta satışı ilə iştirak edir.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Azərbaycanın sabiq naziri Bakıya qayıtdı
Zərif və zövqlü ziyafət geyimləri (3)
Evliliyin ən çətin və xoşbəxt illəri
Boyunuz qısadırsa, geyiminizdə nələrə diqqət etməlisiniz?
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 161 yeni yoluxma
Eksklüziv Hyundai Veloster
4-cü dəfə xərçəng olan gənc bloger öldü-FOTO
Xalq artisti dünyasını dəyişdi
Uğurlu insanın 25 əlaməti
Noyabrdan Azərbaycanda ərzaqlar şüalanacaq
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Yığmamızın kapitanı karyerasını başa vurdu
İrandakı duz qasırğası Azərbaycan üçün də problemlər yarada bilər
Xəzərdən atılan raket xəstəxananı dağıtdı
Nyu-Yorku siçanlar basdı
Məşhurlardan hörük modelləri
Girovlarımızdan məktub var
Təhsil müəssisələrində bunların istifadəsi dayandırılır
Doğulduğunuz aya görə necə qadınsınız?
Bu ölkə gözəl qadın "fabriki"dir
"Çudo-peçka"lar bağlanır
Rus Dili dərs-23
56 yaşlı Culianna - FOTO
Ananaslı və köklü keks (foto resept)
Dünyanın aparıcı plastik cərrahiyyə mütəxəssiləri Bakıya toplaşır
Uşağım məktəbə hazırdırmı?
Lətifələr kitabımdan
"Bakcell"lə "Nar" birləşir?
DİN əhaliyə çağırış etdi - VİDEO
Gəncədə genişzolaqlı internetin inkişafı layihəsi çərçivəsində işlər sürətlə davam edir
Dünyanın ən böyük məzarlığı-FOTO
Nejat İşlər yeni serialda - VİDEO
Saçlara xüsusi qulluq
"FaceApp" iddialara cavab verdi
Microsoft-da maaşlar azalır
Hande Erçel və Murat Dalkılıçın ayrılıq səbəbi bəlli oldu
Xarici ölkələrə səfər etmək üçün turpaket alanlar - Diqqətli olun!
Məşhur professor saç tökülməsinin səbəblərini açıqladı
"Zalim İstanbul"serialı cərimələndi-SƏBƏB
Ekran qarşısında çox vaxt keçirən uşaqlar üçün idman
Rəsmi Tehrandan Türkiyə xəbərdarlığı
Ermənistan ordusu bir neçə istiqamətdən mövqelərimizi atəşə tutub
Kabayeva mandatdan imtina etdi
Azərbaycan tarixindən yüz şəxsiyyət-13
Şişləmə tort (foto resept)
Öz-özünə danışmaq dəlilik əlamətidirmi?
İlon Mask bir həftəyə sərvətini 13.5 milyard dollar artırdı
Bakı telefonlarında internet olacaq
Əkizlərlə necə davranmalı?
Şəkidə işləyən bərbər əsgərlərin saç-saqqalını qırxmaq üçün cəbhəyə getdi -VİDEO















- ŞƏRHLƏR