Azərbaycanda kredit ittifaqına bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılıq (lisenziya) verilməsi haqqında yeni qaydalar tətbiq edilib. Həmin qaydalara əsasən, icazə əvvəlki kimi qeyri-müəyyən müddətə veriləcək.
ANS PRESS-in məlumatına əsasən, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 10 dekabr 2014-cü il tarixli qərarı ilə təsdiq etdiyi qaydalar Hüquqi Aktlarının Dövlət Reyestrinin saytında dərc olunub.
Qaydalara əsasən, lisenziyalaşdırma şərtləri genişləndirilib. Lisenziya almaq üçün kredit ittifaqında daxili auditor, eləcə də İdarə Heyətinin üzvləri ali təhsilə və ən azı bir il iş təcrübəsinə, yaxud tam orta və ya orta ixtisas təhsilə və ən azı üç il iş təcrübəsinə, maliyyə hesabatlarının hazırlanmasına məsul İdarə Heyətinin üzvü isə ali təhsilə və mühasibatlıq sahəsində ən azı bir il iş təcrübəsinə, yaxud tam orta və ya orta ixtisas təhsilə və mühasibatlıq sahəsində ən azı üç il iş təcrübəsinə malik olmalıdırlar.
Lisenziyada aşağıdakılar göstərilir: lisenziyanın qeydiyyat nömrəsi və verilmə tarixi, lisenziya verən orqanın adı və hüquqi ünvanı, lisenziya verilən kredit ittifaqının adı və hüquqi ünvanı, lisenziyanın qeyri-müəyyən müddətə verilməsi barədə qeyd, həyata keçirilməsinə lisenziya verilən fəaliyyət növü. Lisenziya Mərkəzi Bankın səlahiyyətli vəzifəli şəxsi tərəfindən imzalanır və möhürlə təsdiq edilir.
Sənəddə, həmçinin lisenziyanın dayandırılması və ləğv edilməsi qaydaları göstərilib. Azərbaycan Mərkəzi Bankı lisenziyanın fəaliyyətini kredit ittifaqının müraciəti ilə və kredit ittifaqı müflis elan edildikdə dayandırır.
AMB lisenziyanı aşağıdakı hallarda ləğv edir: kredit ittifaqının müraciəti ilə, lisenziya alınması üçün təqdim olunmuş məlumatların yanlış olduğu aşkar edildikdə, kredit ittifaqı lisenziyanı aldığı gündən başlayaraq bir il müddətində bank fəaliyyətini həyata keçirmədikdə, yaxud bank fəaliyyətini bir il müddətinə dayandırıldığı müəyyən edildikdə, kredit ittifaqı tərəfindən hesabatlar iki hesabat tarixinə Mərkəzi Banka təqdim olunmadıqda və ya illik kənar audit keçirilmədikdə, kredit ittifaqının təqvim ili ərzində təqdim etdiyi hesabatlarda azı iki dəfə təhrif olunmuş məlumatların daxil edilməsi müəyyənləşdirildikdə, kredit ittifaqının üzvlərinin sayı azaldığı halda 3 ay ərzində onların sayı 11-ə çatdırılmadıqda, kredit ittifaqının nizamnamə kapitalının məbləği Mərkəzi Bank tərəfindən müəyyən edilmiş minimum məbləğdən az olduqda, kredit ittifaqı “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanunu və Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilmiş prudensial normativ və tələbləri (nizamnamə kapitalının minimum məbləğinə dair tələb istisna olmaqla) və ya “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri ilə bağlı fəaliyyətində yol verdiyi pozuntuların aradan qaldırılması barədə Mərkəzi Bankın göstərişlərinə əməl etmədikdə, məhkəmənin müvafiq qərarı olduqda, kredit ittifaqı ləğv edildikdə.
Kredit ittifaqı lisenziyanın alınması üçün təqdim edilmiş məlumat və sənədlərdə edilən dəyişikliklər barədə 5 iş günü müddətində müvafiq sənədləri əlavə etməklə Mərkəzi Banka yazılı məlumat göndərməlidir.
Qərar 2014-cü il dekabrın 31-dən qüvvəyə minib.
Mənbə: ANS PRESS
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Dolça bürcü qadını
2017-ci ilin ən gözəl təbiət şəkilləri
Buraxılış imtahanında neçə məzun iştirak edəcək?
Uşaqlarda korluq yaradan səbəblər
Hollivud ulduzu yaşadığı dəhşətdən danışdı-İLK DƏFƏ
Xüsusi buraxılış rejimi qaydalarını pozanlar cəzalandırılacaq - RƏSMİ
Bərdə “Toçka-U” kompleksindən atəşə tutulub - RƏSMİ
Çilçıraq bəzəyi (özün düzəlt)
ÜST fövqəladə vəziyyət rejimini daha 3 ay uzatdı
Sadəcə İlham və Fərizə
Yeni il hədiyyələri ilə bağlı - XƏBƏRDARLIQ
"Sərhədçi"lər çimərlik futbolunda birinci oldular
Tuşdan istifadə qaydaları
Azərbaycanda üç beynəlxalq səhiyyə sərgisi keçiriləcək
Hansı vitamin nəyə faydalıdır?
İyunda ardıcıl 5 gün iş olmayacaq
Mömin qadın
Mərc gələrək xırda puldan oyun oynamaq olarmı?
iPhone 6 bir ay tez gələcək
Uşaqların meyvə və tərəvəz yeməsi niyə vacibdir?
Xanımlara özəl büsthalterlər
Ənginarın faydaları
Azərbaycan şahmatçısı dünya kubokunun qalibi oldu
HAVA necə olacaq?-6 dekabr
Azərbaycanda banklar bir illiyə gəlir vergisindən azad edildi
Həcci dərk edən və etməyənlərə
Uşaqların mənfi davranışlarını necə yox etməli?
“Apple” geyim istehsalı ilə məşğul olacaq
Dayəni necə seçməli?
Azərbaycanın məşhur həkimi vəfat etdi
Miqreni sağaldan bildirçin yumurtası
Azərbaycanda gözdən əlillər üçün saat hazırlanıb
İpək kimi saçlar üçün mayonez maskası
Pilotsuz poçt maşınları yola çıxdı
1-cilərin qəbulunda yaş məhdudiyyəti aradan qaldırılır
Çanaqqala döyüşünü dünya anır
iPhone 8 haqqında məlumatlar sızdırılıb
BÜRCLƏR bizə nə vəd edir? -10 İyun
Uşağınızın yaddaşını göz qabağında oğurlayırlar...
Xəstə ziyarətləri qadağan edildi
Bayramlar gəlir: neçə gün evdəyik?
Erməniləri qorxudacaq təlim başlayır
Koronavirusun gec sağalmasına təsir edən amil
“YouTube”da messencer funksiyası test edilir
Təsirli tarixi şəkillər
Azərbaycan qadınları Orduya yazılır
Dubayda dünyanın ən bahalı qəhvəsi təqdim olunacaq
Mətbəx mebelləri
Prezident İlham Əliyev və Birinci xanım Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimində iştirak ediblər - FOTO
Tək ərzaqlı banan dondurması (foto-resept)















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]