
5 vacib əməldən biri olan Həcc mərasimi yekunlaşdı. Dünyanın bir çox ölkələrindən olduğu kimi Azərbaycandan da imkanı olan zəvvarlar bu əməli yerinə yetirmək üçün müqəddəs Kəbəyə ziyarətə getdilər və artıq qayıtmaq üzrədirlər. Bu ildən hacılarımızın sayı da artdı. Təkrar gedənlərdən əlavə ilk dəfə bu ziyarəti yerinə yetirənlər hacı tituluna yiyələndi?! Sual-nidanı elə-belə yazmadım. Görəsən həqiqətən də bu adı qazana biliblərmi, yaxud qazanıblarsa, hörmətini saxlaya biləcəklərmi?Cəmiyyətdə tez-tez “filan hacı dükanında araq satır”, “hacı filankəs heç namaz qılmır”, “adını hacı qoyub min hoqadan çıxır” kimi sözlər olub və bundan sonra da olacaqdır. Molla Nəsrəddinin lətifəsi olmasın, bu camaatın ağzı düzələn deyil. Eşşəyə minsən də ayıbdı, düşsən də. Mətləbdən uzaqlaşmadan keçək elə mətləbin özünə.Bir-iki olmuş hadisə yazmaq istəyirəm ki, mənzərə aydın olsun. Həcdən qayıdandan sonra onun hörmətini saxlayan və həqiqi hacı adına layiq olan insanlar çoxdur. Onların haqqına girmək istəmədiyim üçün elə birinci onlardan yazmaq istərdim.Qonşuluğumuzda bir nəfər dindar şəxs var. İbadəti, əxlaqı yerindədir. İki dəfə boynuna həcc gəldi. Birinci dəfə yaşlı atasını göndərdi. İkinci dəfə isə özü getdi. Qayıdandan sonra maraqlı bir söhbət danışdı. Məlum oldu ki, 45 nəfərlik qrupdan iki nəfər istisna olmaqla heç kim hacı ola bilməyib. Daha doğrusu, həcc əməllərini düzgün yerinə yetirməyib. Məsələ burasındadır ki, gecə Ərafatda çadırda qalmaq əvəzinə rahat oteldə yatmağı üstün tutan “hacılar” sübh namazına kimi Ərafata qayıtmayıblar. Dəstə rəhbəri də “eybi yox, qurban kəsrsiz kəffarə olar” deyərək hacıları bu əmələ sövq etməyib. Deməli, 43 nəfərin həcci batil oldu. Yəni çəkdiyi əziyyətlər boşa getdi.Ötən il hava limanında hacıları qarşıladığımız zaman qəribə bir hal ilə rastlaşdım. Yoldaşlıq etdiyim bir nəfər cavan oğlan öz atasını həccə göndərmişdi və biz də onu qarşılamağa getmişdirk. Oğlan təyyarədən düşən atasının qarşısına sevincə çıxdı. Biz də onunla birgə. Elə “Allah qəbul eləsin, ata” deməyə macal tapmamış kişi əsəbi halda “sən məni hara göndərmisən. Camaat atasını Antaliyaya istirahətə göndərir, bu da məni cəhənnəmə göndərib” deyərək getdi. Oğlan da bizim yanımızda pərt oldu.İslamın “hacı filankəs”lə ölçülməsinin əleyhinə olsam da, cəmiyyətimizdə bu hələ tam qavranılmayıb. Odur ki, həccə gedib bu adı qazananlar gərək diqqətli olsunlar. Bəzən isə insanlar həcci yalnız Kəbə evini ziyarət etmək, şeytana daş atmaq, Qurban kəsmək və s. kimi əməllərdən ibarət olduğunu düşünür və həccin əsl mahiyyətini dərk etmir. Həccin kiçik Qiyamət olduğunu, bu səhnəni Allah insanlara hər il göstərdiyini və nəticə çıxarmağımız lazım olduğunu təəssüf ki, dərk etmirlər.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Kann festivalı başlandı - FOTO
Kişilərin qadınlardan eşitmək istəmədikləri...
Avtomobilinə zərər dəyməsinə icazə vermədi, qızının ölümünə səbəb oldu
Erməni güləşçi: "Azərbaycanlılara təşəkkür edirəm "
Koronavirusla bağlı son STATİSTİKA
Cazibədar sinə üçün məsləhətlər
Meqan və Harrini kral ailəsindən kimsə danışdırmır-SƏBƏB
Qadın.Net-lilərin 2012-ci il görüşlərinin davamı
Beren Saat yenidən ekranlarda!
Günün qoroskopu - 05.11.2013
Messi daha bir rekorda imza atdı
Ermənilər cəbhədə gərginlik yaratmaqda davam edirlər
İlham Əliyevdən yeni təyinat
Selena Qomez filmə çəkilir - FOTO
Türklər Məkkəyə metro çəkəcək
"Bəyaz gecələr" salatı (foto resept)
Koronavirusa görə “onlayn evlilik dövrü” başlayıb - FOTO/VİDEO
Cinsi əlaqədə 10 qızıl qayda
Silahlı Qüvvələrin Yardım Fonduna yığılan vəsaitin həcmi açıqlandı
İnternet problemi nə vaxt həll olunacaq?
Maykl Ceksonun həyatı film olur
Müharibə mütləq olacaq
ŞOK! Azərbaycan Ağır Atletika Federasiyası 500 min dollar cərimələndi
NATO-dan vurulmuş vertolyotla bağlı
Körpəni ana südündən necə ayırmalı?
Aclıq çəkmədən 60 kq arıqladı-FOTO
Cüneyt Arkın məşhur serialda
Piyada zolağında kim daha üstündür?
Fəqərəarası disk yırtıqları
Yeni avtobuslar gəlir
Rasim Balayevdən xəbər var
Fərqli yeni il ağacları
Toplumun fikrini dəyişəcək gücə malik məşhurlar bəlli oldu-FOTO
İlham Əliyev jurnalistlərlə bağlı qanunu təsdiq etdi
Ölümcül virusu müalicə edən həkim öldü - SƏBƏB
Twitter artıq bunu da edəcək
Zəngilan şəhərinin kosmosdan çəkilmiş görüntüsü yayıldı - FOTO
Nazirlikdən YENİLİK - 50 yaşdan yuxarı şəxslərə təqaüd veriləcək
Günün qoroskopu: gərginləşməyə davam edəcək
Alimlərdən şirniyyat sevənlərə XƏBƏRDARLIQ
Türkiyə klubunu məğlub etdik
QMİ Məşhəd və Kərbəla ziyarətləri ilə bağlı dəyişikliklər edib
Kimin bığ və saqqalı daha yaxşıdır?
Millimiz dünya çempionatında mübarizəyə başlayır
Neymar üçün mundial bitdi
Dağlıq Qarabağ münaqişəsi - 2: Alov qalxacaq
“Survivor” tarixinin ən böyük mükafatı-VİDEO
"Chanel"dən yeni kolleksiya - FOTO
Barak Obamadan qəribə açıqlama
Şuşada Qarabağı əhatə edən möhtəşəm YENİLİK















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]