
Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov "Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları"nı təsdiqləyib.Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, "Təhsil haqqında" qanun qəbul edildikdən sonra onun tətbiqi ilə bağlı bir sıra normativ hüquqi aktlar qəbul edilib, "Ümumtəhsil məktəblərinin Nümunəvi Nizamnaməsi" təsdiq olunub. Bununla belə, uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi, xarici ölkələrdə təhsil almış uşaqların Azərbaycan Respublikasının məktəblərində təhsilə cəlbi, habelə ailəsi ilə birlikdə ölkədən kənara gedən şagirdlərin təhsil aldıqları məktəblərdən xaric edilməsi üzrə münasibətləri tənzimləyən Təhsil Nazirliyinin 14 dekabr 2010-cu il tarixli, 1637 nömrəli əmri ilə təsdiq edilmiş "Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar"dakı bəzi qeyri-müəyyənliklər göstərilən məsələləri tam və obyektiv əhatə etmir. Qeyd olunanlarla əlaqədar uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi sahəsində daha təkmil qaydaların tətbiq olunmasını təmin etmək məqsədi ilə "Şagirdlərin ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi" ilə bağlı yeni qaydalar təsdiqlənib Bu qaydalara əsasən, məktəblərə şagirdlərin qəbulu I və X siniflər üzrə aparılır. Şagirdlərin I sinfə qəbulu məktəb direktorunun əmri ilə təşkil olunmuş komissiya tərəfindən həyata keçirilir. Məktəbin I sinfinə hər il sentyabrın 15-dək (15-i daxil olmaqla) 6 (altı) yaşı tamam olan, əqli və fizioloji cəhətdən normal inkişaf etmiş uşaqlar qəbul edilir. Məktəbin I sinfinə, ilk növbədə, məktəbin xidmət ərazisində yaşayan uşaqlar qəbul edilirlər. Məktəbin I sinfinə, ilk növbədə, məktəbin xidmət ərazisində yaşayan uşaqlar qəbul edilirlər. Sentyabr ayından sonra I sinfə Təhsil Nazirliyinin icazəsi olmadan şagird qəbulu aparılmır. Məktəbə hazırlıq mərhələsini keçmiş uşaqların sayı imkan verdiyi halda, onlar ayrı sinifdə (siniflərdə) komplektləşdirilirlər. I sinfə qəbul olunmuş, lakin uzun surən xəstəlik və digər üzrlü səbəblərdən dərslərə gəlmədiyi üçün biliyi qiymətləndirilməmiş şagird təkrar I sinfə qəbul olunur. Bu və ya digər səbəbdən müəyyən olunmuş müddətdə I sinfə qəbul edilməyən 8 və daha artıq yaş həddinə çatmış uşaqların təhsilə cəlb olunması məsələsinə fərdi qaydada Təhsil Nazirliyində baxılır. Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Təhsil Nazirliyinin qəbul etdiyi müvafiq qaydalara uyğun aparılır. Ümumi orta təhsil səviyyəsini bitirdikdən sonra ilk peşə və ya orta ixtisas təhsili müəssisəsinə sənəd verib daxil ola bilməyən şagirdlərin X sinfə qəbulu yalnız sentyabr ayı ərzində aparılır. Məcburi köçkün olmayan şagirdlərin məcburi köçkün məktəblərinə qəbuluna yalnız həmin ərazidə yerli məktəb olmadığı halda, Təhsil Nazirliyinin icazəsi ilə yol verilir.Ölkə daxilində I - IX sinif şagirdlərinin bir məktəbdən digərinə yerdəyişməsi üçün övladını digər məktəbə dəyişmək istəyən valideyn (digər qanuni nümayəndə) həmin məktəbin direktoruna yerdəyişmənin səbəbi göstərilməklə ərizə ilə müraciət edir. . Vaxtilə məcburi köçkün məktəblərinə qəbul edilmiş məcburi köçkün olmayan şagirdlər yalnız yerli məktəblərə keçirilə bilər.Yerli məktəblərdə təhsil alan məcburi köçkün şagirdlərin məcburi köçkün məktəblərinə yerdəyişməsinə icazə verilir.
Yerli təhsili idarəetmə orqanlarının rəhbərləri digər rayon və şəhərlərdən ərazilərindəki məktəblərə keçirilmiş X - XI sinif şagirdlərinin dərsə davamiyyətinə görə həmin məktəblərin direktorları ilə birlikdə şəxsən məsuliyyət daşıyırlar. Ümumi orta təhsil icbari hesab edildiyindən bu təhsil səviyyəsindən ilk peşə və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmuş şagirdlərin ümumtəhsil məktəblərinin tam orta təhsil səviyyəsinə yerdəyişməsinə icazə verilmir.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Azyaşlı uşaq Türkiyənin prezidenti olacaq
İtaliya sahillərində 311 miqrant ölüb
Ramazanın səkkizinci gününün duası
"Pide" (foto-resept)
28 ildən sonra Şuşada yenidən azan oxundu - VİDEO
Maya maskası və faydaları
2013-cü ilin ən dəbli makiyajı
Beyonsu lağa qoydular - SƏBƏB
Azərbaycanda koksaki virusu yayılıb? - RƏSMİ AÇIQLAMA
Gülüş yaddaşı gücləndirir
Azərbaycanda əvvəlki illərin məzunları üçün ilk qəbul imtahanı
Qadın rəssamların gözüylə qadın problemləri
Hərbçilərimiz Əfqanıstana yola salındı
Naxışlı ayaqqabılar
Yeni iPhone santyabrın 10-da göstəriləcək
Son 5 ildə ilk dəfə
Bakıda hərəkətdə olan yük maşını alov aldı - VİDEO
"Milan" dəyişir
Cütlüklərin sualtı şəkilləri
"Yer kürə deyil" dedi, raketə minib uçdu - FOTO
Cakondamı, Səbinəmi?
Məşhur müğənni və oğlu koronavirusa yoluxdu - FOTO
Castin Biber məhkəməyə müraciət etdi-SƏBƏB
3500 il yaşı olan kral məzarları aşkar edilib - FOTO
Koronaviruslu gəlin qoruyucu kostyumla evləndi
Dünyada yeganə yüngül amfibia tank sınaqlara başlayıb
Həyatının son anlarında tibb işçilərinin onu necə incitdiyini çəkdi
ABŞ prezidentində koronavirus simptomları yoxa çıxdı
Qar yağacaq
Qız otaqları üçün dekorasiya nümunələri
Damla şokoladlı şirniyyat (foto resept)
Başımıza endirilən toxmaq
Gənc qadının internetdən verdiyi sifariş hamını təəccübləndirdi - FOTO
Dövlət Fondu mənzilləri alıb kirayəyə verəcək
Yüz minlərlə erməniyə Rusiyadan qadağa
Azərbaycanda geni dəyişdirilmiş bitki və bitki materiallarının istifadəsi qadağan edilir
Skype işləməyəcək
Sərnişin təyyarələrində yeni qadağa
Ronaldunun tibbi testləri həkimləri heyrətləndirdi
Evdə pendir hazırlayaq (foto-resept)
Ermənilərə sillə kimi sözlər
Dəbdə olan ətirlər
Azərbaycanda daha bir qurumun əməkdaşları koronavirusa yoluxdu - ÖZƏL
HAVA necə olacaq?-29 dekabr
Orbakayte qızına ad günü etdi - fotolar
Hikmət Hacıyev: “Azərbaycanın Rusiyadakı səfirinin bu məsələ ilə bağlı verdiyi şərh yersizdir”
Orucun 6 sirri
Özünüzü tanıyın!
Günün ulduz falı
Azərbaycanın qarlı libasından ürəkaçan görüntülər















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]