Yeni il üçün hazırlanan hədiyyə qutularının üzərində qeyd olunan istehsal tarixi qutunun içərisinə yerləşdirilən qida məhsullarına aid deyil.
Qadin.Net bildirir ki, bu barədə Milli.Az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.
Qeyd olunub ki, Yeni illə əlaqədar satışa çıxarılan hədiyyəlik qutularla bağlı həm istehsalçıların, həm də istehlakçıların diqqət etməli olduğu məqamlar var: "İstehlakçılar ilk növbədə bilməlidir ki, Yeni il üçün hazırlanan hədiyyə qutularının üzərində qeyd olunan istehsal tarixi qutunun içərisinə yerləşdirilən qida məhsullarına aid deyil. Ona görə də vətəndaşların hədiyyə alarkən qida məhsulunun çeşidindən asılı olaraq onun istehsal tarixi, adı, əmtəə nişanı, istehsalçı müəssisənin adı, ünvanı, xalis çəkisi, qida dəyərliliyi və s. kimi məlumatlara diqqət yetirməsi tövsiyə olunur".
AQTA-dan əlavə edilib ki, indiyədək Yeni il hədiyyələri ilə bağlı Agentliyə hər hansı şikayət və ya müraciət daxil olmayıb: "Əgər vətəndaşlarda hədiyyə qutularında istifadə olunan qida məhsullarının tərkibi, istifadə müddəti, saxlanma şəraiti və s. ilə bağlı şübhələr yaransa, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin 1003 Çağrı Mərkəzinə məlumat vermələri xahiş olunur".
"Hazırda ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir. Məhsullardan götürülən nümunələr Agentliyin müvafiq laboratoriyalarında müayinələrdən keçirilir. Eyni zamanda, Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması istiqamətində mütəmadi olaraq monitorinqlər həyata keçirir. Bakı şəhəri də daxil olmaqla, Respublikanın bütün regionlarında konkret faktlara əsaslanan müraciətlər daxil olduğu təqdirdə, Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır" - deyə, sorğunun cavabında qeyd olunub.

XƏBƏR LENTİ
Dəri problemləri üçün kartof suyu
Putinin müsəlmanlara təbriki
Yeni sanksiyalar: hədəf Rusiya
Google-dan yeni xidmət
İngiltərənin ən yaxşı futbolçu ilə məşqçisi seçildi
Azərbaycanlı hərbçilər Kəlbəcərdə
Uşaqlıq boynu xərçəngindən xəbərimiz varmı?
Xoşbəxt ailə niyə boşanır?
Binəli Yıldırımdan Zəfər paradı ilə bağlı paylaşım
2017-ci ilin yeni sevimlisi: Ağ rəngli donlar
Hava haqqında
Pəhləvanlarımız 10 medal qazandılar
Bədən ölkəsinin sultanı: Ürək
Ermənilər ruslara qarşı kütləvi etiraz aksiyalarına start verdi
1-2 yaş arası uşaqla oynana bilən oyunlar
Fərqli görünmək istəyən xanımlar üçün
Astronomlardan xəbərdarlıq: Planetimizi qara dəlik uda bilər
Qadın.Net-in xaricdəki xanımları (VI hissə)
İlham Əliyev BMT Baş Assambleyasının COVID-19-la bağlı xüsusi sessiyasında çıxış etdi - VİDEO
637 bal toplayan qız: “İnternatda oxumuşam…” – VİDEO
Ermənilər gizirimizi vurdu
Azərbaycanda qızıl ehtiyatları 2 dəfədən çox artıb
Facebook istifadəçilərinə xoş xəbər
Bu gün qısa iş günü 11-i isə qeyri-iş günüdür!
Turistlər üçün yeni növ məlumat köşkləri yaradılacaq
Gəncədə futzal üzrə birincilik keçirilir
Əlfəcinlərim-1
Bakıya yağış yağacaq
Rəssamlıqdan bezən rəssam
Marsda həyat izləri 40 il əvvəl tapılıb
Körpənizin otaq dizaynında diqqətli olun
Təmiz zeytun yağını necə tanıyaq?
Alimlər iPhone-la məlumat toplayacaqlar
Yay üçün donlar
Zaman və sevgi...
"Çukur"un aktyoru Bakıya gəlir
BÜRCLƏR bizə nə vəd edir? - 13 fevral
Tez arıqladan meyvələr
"Youtube"dan möhtəşəm yenilik
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Uşağı mətbəxdən uzaq tutun
Kök xanımların nifrət etdiyi 22 cümlə
Qat-qat perojki (foto resept)
Sürücülər, bu qərar işinizi çətinə salacaq
Nəfəs kəsən toydan şəkillər
ASAN növbədə gözləyənlərə sms göndərəcək
Günün ulduz falı
HAVA necə olacaq?
Snayder 2 milyon bağışladı-FOTO
Qarderobdakı təhlükələr
