
18-20 aprel 2014-cü il tarixində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində “Startup Weekend Baku” tədbiri keçiriləcək (sözügedən tədbir bu günə kimi dünyanın 200-dən çox şəhərində keçirilmişdir).
Bu tədbir çərçivəsində sahibkarlar, ideya müəllifləri və marketoloqlar, eləcə də dizayner və proqramçılar komanda şəklində toplanaraq münsiflər heyətinə öz yeni layihələrini təqdim edəcəklər.
Milli.Az xəbər verir ki, tədbirin təşkili Azərbaycan Beynəlxalq “Telekommunikasiya və İnformasiya texnologiyaları” (“Bakutel”) sərgi və konfransı tərəfindən dəstəklənir.
İKT sahəsinin nəinki Azərbaycanda, eləcə də bütün regionda ən iri tədbiri olan bu sərgi və konfrans çərçivəsində öz ixtira, proqram və xidmətlərini təqdim etmələri üçün gənc mütəxəssislərə lazımı şəraitin yaradılması isə məhz “Bakutel” sərgisinin qoyduğu ənənədir.
Artıq bir neçə ildir ki, “Bakutel” sərgisində “startap”çılara böyük diqqət ayrılır, belə ki, öz layihə və ideyalarını mütəxəssis və investorlardan ibarət geniş auditoriyaya nümayiş etdirə bilmələri üçün “startap”çılara həm Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, həm də sərgi təşkilatçılarının təşəbbüsü ilə xüsusi stendlər ayrılır.
Bu imkandan isə məhz “Startup Weekend Baku” tədbirinin qalibi faydalana biləcək, belə ki, mükafat qismində qalibə 2-5 dekabr tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək “Bakutel 2014” sərgisində ayrıca stendlə iştirak etmək üçün sertifikat təqdim olunacaqdır.
Mənbə:Milli.Az

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO
