Azərbaycanın Misirdəki səfiri Tural Rzayevin Ərəb Dövlətləri Liqasının baş katibi Nəbil Əl-Ərəbi ilə görüşündə qarşılıqlı əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.
Milli.Az bildirir ki, səfirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanın Misirdəki səfirinin, həmçinin Ərəb Dövlətləri Liqasının yanında müşahidəçi təyin olunduğunu bildirən T.Rzayev Azərbaycan ilə bu qurum arasında əməkdaşlıq əlaqələrinin yaxşı səviyyədə olduğunu qeyd edib. O, Azərbaycan tərəfindən təqdim olunan və 2014-cü ildə Ər-Riyad şəhərində imzalanan Ərəb Dövlətləri Liqası, Orta Asiya və Azərbaycan İqtisadi Əməkdaşlıq Forumunun yaradılması təşəbbüsünə verdiyi dəstəyə görə baş katibə təşəkkürünü bildirib.
Baş katib Ərəb Dövlətləri Liqası və Azərbaycan arasında münasibətlərin hazırkı səviyyəsinin məmnunluq doğurduğunu, qurumun Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini vurğulayıb. O, hələ 1996-1997-cü illərdə Misirin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyü dövründə Şuraya sədrlik etdiyi vaxtlarda ulu öndər Heydər Əliyevin Təhlükəsizlik Şurasına üzv ölkələrin nümayəndələri ilə iclasını təşkil etdiyini və həmin görüşün Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb etdiyini söyləyib. Baş katib Azərbaycanın mövqeyini bundan sonra da dəstəkləməyə hazır olduğunu vurğulayıb.
Səfir T.Rzayev baş katib N.Əl-Ərəbinin göstərdiyi dəstəyə və diqqətə görə təşəkkürünü bildirib, Prezident İlham Əliyevin salamlarını ona çatdırıb. Diplomat Tacikistanın paytaxtı Düşənbədə keçirilməsi nəzərdə tutulan Ərəb Dövlətləri Liqası, Orta Asiya və Azərbaycan İqtisadi Əməkdaşlıq Forumunun gündəliyinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəndə BMT Təhlükəsizlik Şurasının qətnamələri və İslam Əməkdaşlıq Təşkilatının məlum qərarları əsasında bəzi əlavələrin olunmasını təklif edib.
Baş katib onun da salamlarının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib. O, sözügedən təklifə Ərəb Dövlətləri Liqası çərçivəsində baxılacağını və lazımi dəstək veriləcəyini qeyd edib. Həmçinin bildirib ki, Ərəb Dövlətləri Liqası, Orta Asiya və Azərbaycan İqtisadi Əməkdaşlıq Forumunun bu ilin sonunda Düşənbədə keçirilməsi nəzərdə tutulsa da, Tacikistan tərəfinin xahişi nəzərə alınaraq tədbir gələn ilə keçirilib.
Görüşdə Ərəb Dövlətləri Liqasının siyasi əlaqələr şöbəsinin müdiri Muhyiddin İbrahim və səfirliyin üçüncü katibi E.Rəhimov da iştirak ediblər.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Sevgi alimin ağlını aldı
Aslı Murad haqqında danışdı
Tarkan qızı üçün mahnı yazdı-FOTO
Dərs ili qısaldıla bilərmi?
Azərbaycan əhalisinin son sayı açıqlandı
Neslihandan Fahriyenin artıq çəkilərinə dair AÇIQLAMA
Menstruasiya haqqında bilməli olduqlarınız
Azərbaycan Ordusu mülki əhalini heç vaxt hədəf almır - RƏSMİ
Beyonsdan kababçı Nüsrətə şok təklif
Google-un lobbiçiləri zəifləyəcək
Hər kəs təyyarə sürə biləcək
Gülməli anlar
Yataq üstü rəflər
Millət vəkili oğluna 1500 nəfərlik toy etdi - FOTO/VİDEO
Türkiyəli ulduz "Ay qız"ı oxudu - VİDEO
Portağallı kokostar qurabiyəsi (foto-resept)
Hadisənin son FOTOsu narazılıq yaratdı
Pensiyalarla bağlı YENİ MƏLUMAT
Merlin Monronun öldüyü ev rekord qiymətə satıldı
İstirahət gününün havası
Günün ulduz falı
Feil - 1
Skype-da gözlənilən yenilik gerçəkləşdi
Azərbaycanda evdə təhsil alanlara müjdə
Yay geyimləri
Bakı kəndlərində sel köçü
Albalı keksi (foto resept)
Putindən dünyanı ayağa qaldıran həmlə
Koronavirusu ən çox yayan mahnı məlum oldu
Danışa bilməsə də, milyonlar onu seçdi-FOTO
Müəllimlər üçün İKT-dən istifadə təlimləri keçirilir
Hava necə olacaq?
Əl işləri
Hicablı xanımlar üçün ziyafət geyimləri
Britni Spirs pəhrizi
Xəyanətin ölçüsünü orada axtarın
Bir günə 20 min artdı - Əcnəbilərin “Qarabağ” marağı...
Dolu bədənli xanımlar üçün
Şahzadələrin cazibədarlıq sirləri
Övlad sahibi olmaq istəyənlər
Berkay tənqid olundu - FOTO
"Uşaqlar və qadınlar zorla bu xoşagəlməz vərdişlərə məcbur edilirlər"
Vanqanın Qarabağla bağlı PROQNOZU
Nəvələri Heydər Əliyevin məzarında
Ay tutulması baş verəcək - Dəqiq vaxt açıqlandı
HAVA necə olacaq?
Hava haqqında
İstirahət günlərində Bakıda bu yol bağlı olacaq
Ramil Səfərov ata oldu
Bergüzar Korel çətin hamiləliyindən danışdı – FOTO