Bir çoxlarımız üçün payız - solğun, darıxdırıcı və sanki kədəri xatırladan mövsüm kimi anılır. İnsanlar artıq bitmiş yayın hüznünü yaşayır, yağışlı havadan şikayətçi olur, hər hansı bir baş tutacaq tədbir və mərasimlərdə iştirak etməkdən imtina edir və belə demək olar ki, ümumiyyətlə həyata olan marağı itir. Xüsusilə də bu proses həssas varlıq olan xanımlara daha çox təsir edir. Lakin bir neçə məsləhətin köməyilə belə darıxdırıcı hesab etdiyiniz payızı sizin gözünüzdə daha da rəngarəng edə bilər.
Aktivlik və yuxunu tam almaq hissi.
Bu iki köməkçi hiss sizin orqnizminizə bütün baş verə biləcək çətinliklərlə baş etməyə kömək edəcək. Axı bütün növ fiziki aktivlik bədəndə endorfinlərin sayının artmasına səbəb olur. Aktivliyinizi təmin etmək üçün velosiped sürə, piyada gəzə, stadionda qaça bilərsiniz.Ya da ki, hər hansı bir gimnastik hərəkətləri yerinə yetirmək də aktivliyinizi sürətləndirə bilər. Bütün bunlardan əlavə, yuxunuz da normasında olmalıdır. Çünki, belə olmadığı təqdirdə yuxu az olarsa, beyində serontonin adlı maddə azalır. Bu maddə də endorfinlərin yaranmasında iştirak edir.
İsti abu – hava və dostlar.
Evinizdəki əşyaların yerini dəyişin və onlara sizə doğma olacaq nə isə bir şeylər qatmağa çalışın. Bu eviniz üçün hər hansı yeni və rəngli bir şəkil, yaxud da mebel ola bilər. Bütün bu yeniliyi isə hər hansı bir gözəl qoxu və ətirlərlə tamamlaya bilərsiniz. Yenicə abu – havasını dəyişdiyiniz evi ən yaxın tanışlarınız, dostlarınız və sevdiyiniz insanlarla rəngləndirin. Onları sizə qonaq dəvət edin və maraqlı ünsiyyətlər, müzakirələr quraraq gününüzü xoş edin. Sevdiyiniz insanları qonaq dəvət edərkən günlük proqramınıza yaxşı dəmlənmiş çay, dadlı və isti şirniyyatlar və zövqlə seçilmiş filmi əlavə etməyi də unutmayın.
Minnətdarlıq hissi və həyata baxış tərzi.
Bəzən həyatımıza yeni rəng çaları əlavə etmək və onu daha maraqlı etmək üçün sadəcə həyata fərqli tərəfdən baxa bilməyimiz kifayətdir. Əgər sizə elə gəlirsə ki, sizin həyatınızda çətinliklər və uğursuzluqlar çoxdur, o zaman sizinlə baş verən başqa uğur və xoş xatirələri yada salın. Bu sizin özünüzü daha yaxşı hiss etməyinizə kömək edəcək. Özünüzü daha yaxşı hiss etmənizi təmin edəcək digər şey isə, minnətdarlıq və təşəkkür edə bilmə bacarığınızın olmasıdır. Alimlərin də araşdırmasına görə, əgər insan onunla baş verilən hər hansı bir şey üçün minnətdarlıq və təşəkkür edə bilirsə ( vacib deyil ki, bunu sözlə möhkəmdən etsin, sadəcə çalışın ki, bu hiss sizdə var olsun ) o zaman gün ərzində onun öz əhval – ruhiyyəsi də gözəl olur.
Ətrafımızda bu qədər gözəllik varkən qəm çəkmək sadəcə boş vaxt sərfiyyatıdır. Gözlərinizi daha geniş açmağa çalışın, bu zaman siz həyatın əslində necə gözəl olduğunu anlayıb ondan daha səmərəli istifadə etmək üçün tələsəcəksiniz !

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO
