10 mart-Milli Teatr Günü
1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası tamaşaya qoyuldu.Bu şərəfli işdə Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov mühüm rol oynamışdılar.Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyuldu.
12 mart-Daxili Qoşunlar Günü
Azərbaycan öz dövlət müstəqilliyini elan etdikdən sonra ölkəmizdə Daxili Qoşunların yaradılması zərurəti meydana çıxdı.Bir tərəfdən Ermənistan ordusunun Qarabağa və sərhəd bölgələrimizə təcavüzünün getdikcə geniş miqyas alması, digər tərəfdən ölkə daxilində Azərbaycanın müstəqilliyinə qənim kəsilmiş digər qüvvələrin fəallaşması bunu tələb edirdi.Ona görə də 1992-ci il mart ayının 12-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissələrinin yaradılmasına başlandı.
Azərbaycan Respublikasının Prezidenti H.Əliyevin 1995-ci il 9 mart tarixli fərmanı ilə martın 12-si Daxili Qoşunlar Günü elan edilmişdir.
20-21mart-Novruz bayramı
Çox qədim zamanlardan başlayaraq dünya xalqlarının bir çoxu yazın gəlməsini, təbiətin oyanmasını, əkin işlərinin başlanmasını bahar bayramı kimi qeyd etmişlər.Bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi qarşılamışlar.Novruz bayramı martın 21-də keçirilir.Bu isə yaz gecə-gündüz bərabərliyinə təsadüf edir.
28 mart-Təhlükəsizlik Orqanları İşçiləri Günü
1918-ci ildə yaradılmış ADR-da milli təhlükəsizliyi təmin etmək başlıca vəzifələrdən biri idi.Ölkədəki daxili və xarici kəskinliyi nəzərə alaraq 1919-cu il martın 28-də müdafiə naziri Səməd bəy Mehmandarovun 157 saylı əmrinə əsasən kəşfiyyat və əks-kəşfiyyat xidməti təşkil olundu.Bu təşkilatın vəzifəsi terrorizmə, casusluğa, təxribatlara qarşı mübarizə aparmaq idi.Əksinqilabla Mübarizə Təşkilatının (ƏMt) ilk rəisi vəzifəsinə Azərbaycan parlamentinin üzvü Məmmədbağır Şeyxzamanov təyin olundu.
Azərbaycan Respublikasının Prezidenti H.Əliyevin 1997-ci il mart tarixli fərmanı ilə 28 mart-Milli Təhlükəsizlik Orqanları İşçiləri Günü elan olunmuşdur.Milli Təhlükəsizlik Orqanları üçün xüsusi təhsil almış peşəkarların hazırlanması məqsədilə 1998-ci ilin dekabrında Milli Təhlükəsizlik Nazirliyinin Akademiyası təsis edilmişdir.
Beynəlxalq bayramlar və tarixi günlər
8 mart-Beynəlxalq Qadınlar Günü
1857-ci il martın 8-də Nyu-York toxucuları şəhərin küçələrində yürüş edərək, aşağı əmək haqqı və pis şəraitinə qarşı çıxış etdilər.1908-ci ildə isə onların nəvələri həmin gün uşaq əməyinin qadağan edilməsi, fabriklərdə iş şəraitinin yaxşılaşdırılması, qadınlara seçki hüququnun verilməsi tələblərini irəli sürdülər.Növbəti ildə Amerika Sosialist Partiyası fevralın sonuncu bazar gününü Milli Qadın Günü elan etdi.1910-cu ildə qadınların Kopenhagendə keçirilmiş beynəlxalq konfransında Klara Setkinin təşəbbüsü ilə Nyu-York hadisələrini yad etmək məqsədilə 8 martın beynəlxalq qadınlar günü kimi qeyd edilməsi qərara alındı.O vaxtdan etibarən dünyanın bir çox ölkələrində 8 mart Beynəlxalq Qadınlar Günü kimi bayram edilir.
Bu bayram ilk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada qeyd olunmuşdur.
15 mart-Ümumdünya İstehlakçılar Günü
İnsanlar istənilən mal alarkən və ya pullu xidmət növlərindən istifadə edərkən istehlakçı qismində çıxış edirər.İstehlakçı aldığı əşyanın, məhsulun, ona göstərilən xidmətin keyfiyyətli olmasında maraqlıdır.Bu, istehlakçının keyfiyyət hüququdur.Biz əmin olmalııyıq ki, aldığımız məhsullar ekoloji və gigiyenik cəhətdən sağlamlığımız üçün heç bir təhlükə törətmir.Yaxud hər hansı bir elektrik cihazı mənzildə yanğına səbəb olmayacaqdır.Bu, istehlakçının təhlükəsizlik hüququdur.Hər birimizin istehlakçı kimi hüquqlarımızın pozulduğu hallar azmı olub?Ümumdünya İstehlakçılar İttifaqı dünyada istehlakçıların hüquqlarını qorumaqla məşğuldur.Hər bir ölkədə olduğu kimi Azərbaycanda da “İstahlakçıların hüquqlarının qorunması haqqında Qanun” qəbul olunmuşdur.
Ümumdünya İstehlakçılar Gününün elan edilməsi ABŞ prezidenti Con Kennedinin 1961-ci il martın 15-də Konqresdə etdiyi çıxışla bağlıdır.
21 mart-İrqi ayrı-seçkiliyin (Diskriminasiyanın) ləğv edlməsi uğrunda Beynəlxalq Mübarizə Günü-1966-cı il oktyabrın 26-da BMT Baş Məclisinin XXI sessiyası İrqi Diskrminasiyanın Ləğvi Uğrunda Beynəlxalq Mübarizə Gününün təsis edlməsi haqqında qərar qəbul etd.BMT Baş Məclisi bununla ictmaiyyəti irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi uğrunda səyləri birləşdirməyə çağırdı.1979-cu ildə Baş Məclis rasizmə ( “rasa”-irq deməkdir.Rasistlər (İrqçilər) iddia edrlər ki, tam dəyərli” və “natamam dəyərli” irqlər vardır.) və irqi diskriminasiyaya qarşı mübarizə onilliyi elan etdi.Baş Məclis bütün dövlətlərə müraciət edərək hər il martın 21-dən başlayaraq rasizmə və diskriminasiyaya qarşı mübaizə aparan xalqlarla həmrəylik həftəsi keçirməyə çağırdı.Diskrminasiyaya ən çox məruz qalan Cənubi Afrika Respublikasında 21 mart insan Hüquqları Günü kimi qeyd olunur.
27 mart-Beynəlxalq Teatr Günü
Teatrın vətəni qədim Yunanıstandır.Bu söz də yunan sözü olub “tamaşa yeri” deməkdir.Yunanıstanda qədim zamanlarda şərabçılıq allahı Dionisin şərəfinə təntənəli bayramlar keçirilirdi.Qədim yunanlar teatrı çox sevir, onu “böyüklər üçün məktəb” adlandırırdılar.
Teatr sonralar Romada, Şərq ölkələrndə-Çində, Hindisanda, Yaponiyada geniş yayıldı.1948-ci ildə teatr ictimaiyyəti rəsmi olaraq YUNESKO-nun himayəsi altında Beynəlxalq Teatr İnstitutunda birləşdi.
XƏBƏR LENTİ
Özge Ulusoydan ayrılıq xəbəri
Dekolte lenti ilə gözəlliyi azad yaşayın
Cəbrayıl-Füzuli istiqamətində şəhid olan gizirimiz
Bakını toz bürüyəcək
Letolojika
Bölgə yazarları həyəcan təbili çalırlar
Bu gün Salatın Əsgərovanın doğum günüdür
Azərbaycanda zəlzələ olub
Gəlinlər üçün ayaqqabı modelləri
8 nəvəli nənə dördəm əkizlərə hamilədir - FOTO
“Eurovision 2019”da şounu Azərbaycan bağlayacaq
iPhone sahiblərinə xoş xəbər
"Dünyanın ən gözəl ombası" yarışına o da qatıldı-FOTO
Zəriflərimizin zəif cəhəti...
850 minə yaxta aldı - FOTO
Yay/Yaz aylarının 4 ayaqqabı trendi
Xalq artisti könüllü orduya yazıldı - FOTO
Rəsmi Bakı Ermənistanın cavabını verdi
Gif avatarlar
DİM yeni növ imtahanlar keçirməyə hazırlaşır - RƏSMİ
Ginekoloqa getmək üçün 7 səbəb
Vaxtımız: xəyallar, yoxsa məqsədlər?
Alimlər duman vasitəsilə elastik displey yaradıblar
45 yaş sonrası üçün dəbli geyimlər
Demetin evini yardılar
Nazim ilə Piraye
Emin Ağalarov italyan müğənni ilə duet oxudu - VİDEO
İrəvana ikinci zərbə
Dünyanın ən kiçik “Rubik Kubu” nümayiş olunub
Ombudsman aparatından Allahverdi Bağırovun məzarının ermənilər tərəfindən sökülməsi videosuna reaksiya
Günün ulduz falı
Ən sevdiyim paltarlar və ya paltar növləri
Ətli göbələk ( foto-resept)
Kraliça sarımsaq və soğanı da qadağan etdi-FOTO
"Qanlı Ay" tutulması nə vaxtdır?
Hindli futbolçunun yaşını eşidən şoka düşür
Portağallı-limonlu tort (foto-resept)
Azərbaycanda qar yağıb
Lauranın maraqlı makiyaj nümunələri
Günəşin dəri üzərindəki təsiri
Analoq televiziya yayımının dayandırılma tarixi açıqlandı
Uşağınızı ayrılığa öyrəşdirin
Qan içən qadın
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Azərbaycan tarixindən yüz şəxsiyyət-54
Şokoladla gözəlliyə doğru
Günün qoroskopu: əlverişli tanışlıq olacaq
2000 adam işıqsız qaldı - Səbəb pişik
Hər yaşa uyğun saç modelləri
Karantin rejimi yumşaldılacaq - Baş nazirdən ŞAD XƏBƏR
- ŞƏRHLƏR