Dövlət İmtahan Mərkəzi tərəfindən 22 aprel 2018-ci il tarixində inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcəkdir.
Qadin.Net Milli.Az-a istinadən bildirir ki, imtahan kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaqdır. İmtahanda iştirak etmək etmək üçün qeydiyyat 12 aprel 18:00-dək davam edəcəkdir.
Qeyd edək ki, 10 aprel saat 9:00-dək olan məlumata əsasən, imtahanda iştirak etmək üçün BA vəzifə qrupu üzrə 201, BB vəzifə qrupu üzrə 793 nəfər olmaqla, ümumilikdə 994 nəfər qeydiyyatdan keçmişdir.
İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında "Şəxsi kabinet"lərini yaratmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə buradan tanış ola bilərsiniz. "Şəxsi kabinet"də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.azsaytında verilmişdir) istifadə etmək olar. "Şəxsi kabinet" yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında "Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat" xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılımır.
Qeydiyyat zamanı ali təhsil haqqında məlumatlar "Tələbə-məzun" dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır və namizəd haqqında məlumatlar sistemdə olmadıqda onun qeydiyyatı aparılmır. Bu halda Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmuş namizəd ona aid məlumatların "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış namizədlər və sistemdə ali təhsil haqqında məlumatı olmayan digər namizədlər DİM-ə (Bakı şəhəri, Yasamal rayounu, Mikayıl Müşfiq küçəsi 1M və ya DİM-in regional bölmələrinə) müraciət etməlidirlər. Məlumatları "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilmiş namizədlər qeydiyyatdan keçə bilərlər.
XƏBƏR LENTİ
"Amazon"da ən çox satılan kitab
Türk idmançılar Bakıda
Şokolad haqqında bilmədiyiniz faktlar
Bulvarda bunu qadağan etdilər
BÜRCLƏR bizə nə vəd edir?-31 Yanvar
Qərar qəbul etməyin asan yolu
Səhiyyə Nazirliyi əhalini Çin restoranlarına getməkdən çəkinməyə çağırıb
Günün qoroskopu:Hisslərinizə uymayın!
94 kiloqram arıqlayıb heyran etdi - FOTO
Eşli bu dəfə də TƏƏCCÜBLƏNDİRDİ-FOTO
2012-nin köynək modelləri
Köhnə geyimləri təzələyək
Beynəlxalq təşkilata üzv olduq
Dahilərdən gözəl sözlər - 8
Çində dünyanın ilk sürətli asma dəmir yolu körpüsü açılır
Rusiyada koronavirus testindən ilk olaraq kimlərin keçəcəyi açıqlandı
Yayın trendi; həsir çantalar
Ulduzların qəribəlikləri
Darçınlı alma piroqu (foto resept)
ABŞ-ın tanınmış aktyoru vəfat edib
Gül Ərdoğana xəbərdarlıq etdi
Bu kənddə hər şey donub
Neslihan və Kadir Doğulunun İsveçrə tətili Diqqət Çəkdi
Sılanın və Ahmetin davasının SƏBƏBİ açıqlandı-FOTO
Gözlənilən Azərbaycan bəyanatı
Yuxusuzluq da stresə səbəb olur
Dünya Rəssamlıq Akademiyasının Bakı ofisi Beynəlxalq sərgiyə hazırlaşır
Dünyanın ən uzun qadını
Mobil rabitə bazarında "Bermud üçbucağı"
İnteryerdə fərqli üslublar - 2
Yaxşı insan kimdir?
Hadise tətilə çıxır
Keçmişdə bu gün
Anadangəlmə qüsurlu qız MODEL oldu - FOTO
Ölümü hələ də müəmmalı qalan xalq artistimiz
Yeni instagram trendi: makiyaj yoxsa təbii gözəllik
Sabun və ya antiseptik - Koronavirusu nə daha yaxşı öldürür?
Kendal atası ilə -FOTO
Avroviziya – 2018: İştirakçı ölkələr məlum oldu
Bakı Nəqliyyat Agentliyi yeni tədris ili ilə bağlı MÜRACİƏT YAYDI
Peçenyeli şokolad tortu (foto-resept)
Fizika üzrə Nobel mükafatı laureatı AMEA Fizika İnstitutunda olub
Körpələr üçün sağlam qidalanma vacibdir
"Kurtlar Vadisi Pusu"da diqqətçəkən Ayasofya detalı - Şok görüntülər
Bu fotolara diqqətlə baxın
Azad Söz (5-ci hissə)
Azərbaycanda karantin elan olundu - RƏSMİ
Mətbəx mebelləri
Başqalarının təsiri
Düşmənin döyüş texnikaları məhv edildi - VİDEO