Atmosfer
Biz sizinlə yüz kilometrlərlə dərinlikdə bir hava okeanının dibində yaşayırıq. Bu okeanın sərhəddi yoxdur. O, bütün yer kürəsini əhatə edir. Onun dibi Yerin səthi, düzənliklər, dağlar, səhralar və dənizlərdir.
Alimlər bu mavi okeanı - Yerin hava örtüyünü - atmosfer adlandırmışlar. Atmosfer havasının 78 faizini azot, 21 faizini oksigen, 1 faizini isə digər qazlar təshkil edir. Atmosfer heç vaxt sakit olmur. Günəşin istisindən qızmış hava yüngülləşir və tədricən yer səthindən hündürə qalxır, onun yerini isə soyuq hava tutur. Yer səthi üzərində havanın hərəkəti külək adlanır. Atmosferdə sabit hava axınları da mövcuddur. Məsələn, passat küləkləri həmişə bir istiqamətdə - ekvator boyu əsir.
İnsan üçün atmosferin ən aşağı təbəqəsi - troposfer daha zəruridir. Onun hündürlüyü yerdən 8-18 kilometrdir. Troposfer havası Yer üzərində yaşayışı təmin edir.
Atmosferin ikinci təbəqəsi olan stratosferin yuxarı sərhədi 50-55 km hündürlüyə çatır. Burada hava seyrəlir, səmanın rəngi isə tünd-bənövşəyi, az qala lap qara olur.
Stratosferdən sonra mezosfer gəlir. Onun hündürlüyü 80 kilometrə qədərdir. Atmosferin bu təbəqəsində bəzən parlaq gümüşü buludlar əmələ gəlir.
Son illər 10-15 kilometr yüksəklikdə ozonosfer təbəqəsi aşkar edilib. Atmosferdə ozon olmasaydı, onda Yer üzərində yaşayış olmazdı. Ozon yeganə qazdır ki, günəşin ultrabənövşəyi şüalarını 20 km hündürlükdə tutub saxlayır. Buna görə də ozonosferi Yeri kosmik amillərdən qoruyan tac, zireh, örtük adlandırırlar.
Daha yuxarıda termosfer, yaxud ionosfer təbəqəsi yerləşir. Bu təbəqənin yuxarı sərhədi 80-100 kilometrdən yüksəkdir. İonosferdə hava çox seyrəkdir. Burada qütb parıltısı da əmələ gələ bilir.
Atmosferin ən üst təbəqəsi ekzosferdir. Bu, atmosferin 800-1000 kilometrdən yuxarı təbəqəsidir. Burada demək olar ki, hava heç yoxdur. Alimlər belə hesab edirlər ki, bu təbəqədə istilik 2000 dərəcəyə çatır.
Atmosfersiz Yer üzərində həyat mövcud ola bilməz. Buna görə də atmosfer havasının təmizliyini qorumaq çox vacibdir. Atmosferin mühafizəsi ümumxalq işidir, bununla hamı məşgul olmalıdır.
Atom
Bizim eradan 300 il əvvəl Qədim Yunanıstanda filosof alimlər belə düşünürdülər: hər bir əşyanı xırda hissələrə bölmək olar. Bəs cisimləri hansı həddə qədər xırdalamaq mümkündür? Yəni lap sonsuzluğa qədər? Yəqin ki, elə bir kiçik zərrəciklər var ki, onları heç bir qüvvə ilə bölmək mümkün deyil. Qədim yunanlar belə zərrəcikləri "atom", yəni "bölünməz" adlandırmağı təklif etdilər.
Atomun tərkib hissələri olan elektronları, protonları və neytronları elementar zərrəciklər, yəni ən sadə zərrəciklər adlandırırlar. Fiziklər müəyyən etmişlər ki, bu zərrəciklərin quruluşu çox da sadə deyil. Deməli, belə çıxır ki, cisimləri sonsuzluga qədər parçalamaq mümkündür. Bəlkə də bu belədir. Bir şeyi qəti demək olar: insanda təbiətin sirlərini öyrənmək həvəsinin doğrudan da həddi yoxdur !

Afrika
Hər tərəf göz işlədikcə uzanan səhra. Gah toz kimi narın sarı qumlar, gah da küləkdən aşınmış boz daşlar və qayalar. Göydən elə bil od ələnir. Nə bir damcı su var, nə də bir yaşıl kol. Bura Afrikadır.
...Burada isə tropik meşələrdən sanki çəpər çəkilmişdir. Bu yerlərdən yalnəz balta ilə yol açıb, keçmək olar. Ağaclar, kollar, lianalar, qalın, şırəli yarpaqlar, al-əlvan ətirli güllər, çiçəyə oxşayan quşlar, iri gözəl kəpənəklər. Cırcıramaların çoxminlik xorunun səsi elə bil havada donub qalıb, hər tərəfdə vəhşi heyvanların nəriltisi və meymunların cığ-vığı eşidilir. Bütün il boyu sıx yaşıllıqdır, bir budaqda çiçək də var, meyvə də. Bura da Afrikadır.
Ot bitmiş düzənlikdə qırmızı-qonur qayalar, uzaqda kiçik meşələr görünür. Yaxınlaşanda məlum olur ki, bu, meşə deyil, hər biri geniş bir sahəyə çoxlu qol-budaq atmış alçaq boylu baobab ağaclarıdır. Məşhur Afrika savannaları belədir.
Afrikanın çox hissəsi tropik en dairəsində yerləşir. O, şimaldan cənuba 8000 kilometr məsafədə uzanır. Qərbdən şərqə isə məsafə bir qədər azdır. Afrika hər tərəfdən okeanlar (Atlantik, Hind) və dənizlərlə (Araliq və Qırmızı dəniz) əhatə olunub. Onun ərazisində çox böyük çaylar - Nil, Niger, Konqo, Zambezi, Limpopo və Oranj çayları axır. Afrikada böyük göllər də çoxdur (Çad, Viktoriya, Nyasa, Tanqanika).
Afrika torpağı çox zəngindir. Böyük səhrada və Əlcəzairdə neft ehtiyatları tapılıb. Qitənin cənubu isə qızıl və almazla zəngindir.
Axundov Mirzə Fətəli Məhəmməd Tağı oğlu
(1812-1878)
M.F. Axundov Şəkidə anadan olmuşdur. 1814-cü ildə atası və anası Nanə xanımla Təbriz yaxınlığındakı Xamnə qəsəbəsinə getmiş, 13 yaşınadək orada yaşadıqdan sonra anası ilə Şəkiyə qayıtmış, anasının əmisi Axund Hacı Ələsgərdən ərəb və fars dillərini öyrənmişdir. Fətəlinin ruhani olmasını istəyən əmisi onu 1832-ci ildə Gəncəyə aparmışdı. Fətəli burada məntiq və dinə aid elmləri, habelə məşhur sair M.Ş. Vazehdən hüsnxət öyrənmişdi. M.Ş. Vazeh gənc Fətəlinin zəka və istedadını görüb, "sən də riyakar və şarlatan olmaq istəyirsən?" - deyə onu ruhani olmaq fikrindən daşındırmışdı. 21 yaşında ikən Şəkidə açılmış rus məktəbinə daxil olan Fətəli bir il burda oxuduqdan sonra Tiflisə gedib, Qafqaz canişini dəftərxanasında Şərq dilləri tərcüməçisi vəzifəsinə qəbul edilmiş, ömrünün sonunadək bu vəzifidə çalışmışdır.
Mirzə Fətəli yaradıcılığa "Səbuhi" təxəllüsü ilə yazdığı şeirlərlə başlamışdır. Onun mənzum əsərləri içərisində "Puşkinin ölümünə Şərq poeması" xüsusi yer tutur. O, 1850-55-ci illərdə yazdığı altı komediya ilə Azərbaycan, eləcə də Yaxın və Orta Şərq realist dramaturgiyasının əsasını qoymuşdur.

Aşıq
Azərbaycanda el şairi, el müğənnisi aşıq adlanır. Aşıq sözü müxtəlif dövrlərdə müxtəlif mənalarda işlənmişdir. Məsələn, "Dədə Qorqud" dastanında bu söz oyun aşığı, düymə və dəbilqə mənasında da işlənmişdir.
Uşaqlar, bu günkü ədəbi dilimizdə də aşıq sözünün bir neçə mənası var. Lakin indi biz aşıq dedikdə el içərisindən çıxmış söz qoşub, saz çalan, oxuyan, çoxlu dastan, nağıl və s. bilən sənətkarı nəzərdə tuturuq. Alimlərimiz yazırlar ki, müasir aşıqlarımızın ən qədim babaları "varsaq" adlanmışlar. Sonralar "varsağ"ı "dədə" , "ozan" sözləri əvəz etmişdir.
Keçmişdə xalq arasında "el atası" adlandırılan aşıqlar zəhmətkeş kütlələrin arzu və istəklərini, zülmə və yadelli işğalçılara qarşı mübarizəsini, məhəbbət duyğularını tərənnüm etmişlər. Qurbani, Aşıq Abbas Tufarqanlı, Sarı Aşıq, Xəstə Qasım, Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Hüseyn Bozalqanlı, Aşıq Şəmşirin, adlarını bilmədiyimiz və onlarca digər saz-söz sənətkarlarının ən yaxşı əsərləri Azərbaycan aşıq ədəbiyyatının qızıl fonduna daxildir.
Aşıq Ələsgər
(1821-1926)
Azərbaycan ədəbiyyatının ən görkəmli və tanınmış nümayəndələrindən biri də Aşıq Ələsgərdir. Aşıq Ələsgər Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Atası Alməmməd Kəlbəcər meşələrindən odun qırmaq, kürək, şana düzəldib satmaqla ailəsini dolandırarmış. Alməmməd kişi saz çala bilməsə də, şeir, nəğmə qoşarmış.
Aşıq Ələsgər məktəb görməmişdir. Lakin təbiətən istedadlı olan Ələsgər kiçik yaşlarından əlinə saz almış, 15 yaşında saz çalmağı, söz deməyi bacarmış və gənclik illərində məşhur Aşıq Alıya şagirdlik etmişdir. Aşıq Ələsgər 80 il el məclislərində saz çalıb söz qoşmuşdur.
Xalqa, vətənə məhəbbət Aşıq Ələsgər serinin ruhudur. Şair insanları xoşbəxt, mərd görmək istəyirdi. Aşıq Ələsgərin vətənə, dağlara, alaçıqlı yaylaqlara, qıjhaqıjla axan çaylara həsr edilmiş seirləri canlı həyat lövhələridir. Dağlar Aşıq Ələsgərin gözündə igidlik, mərdlik timsalıdır. Təsadüfi deyildir ki, dağlara həsr etdiyi şeirləri onun yaradıcılığında xüsusi yer tutur.
XƏBƏR LENTİ
Şotlandiyada ev qiymətinə ada satılır - Fotolar
Tramp seçkilərdə qalib gəldiyini açıqladı
"Barselona"nın ulduzu qalır
Plastik qablar sağlamlığınıza zərərlidir
Həcmli saçlara qulluq
Dərman ləkəsini necə çıxaraq?
5G gəlir
DİM sosial şəbəkə istifadəçilərinə müraciət edib
Ebola-nın sonu çatır
Fransız rejissor islamı qəbul etdi
Bakıda yağışı yığacaqlar?
20 düşmən əsgəri məhv edildi
İdxaldan asılı olan məhsulların adı
TQDK yekun statistikanı açıqladı
Yollarda hansı sürətə görə cəzalandırırlar?
17 illik rəfiqələr bacı olduqlarını öyrəndilər-FOTO
Beren Saatın “Netflix”dəki serialı
Tanınmış aktyoru 30 ilə qədər həbs cəzası gözləyir
Azərbaycanda bank şəhid hərbçilərin borclarını sildi - RƏSMİ
Azərbaycanlı şagird dünya çempionu oldu
Günün ulduz falı
Nadir Qafarzadə: "Hüseyn ölüb, cəhənnəmə, qara gora ölüb, böyük iş olub?"
Rəfiqələrinizlə izləyə biləcəyiniz filmlər
Bədəni canlandırıb zehni açan düzgün nəfəs texnikası haqqında eşitmədikləriniz
Fransanın birinci xanımı nəvələrini necə tərbiyə edir?
Ölkədə əhalinin peyvəndlənməsinə başlanılacaq
Yeni peykimiz 2017-ci ildə orbitə buraxılacaq
Günün ulduz falı
Bakının taksi parkı genişləndiriləcək
Çoxuşaqlı ana 22-ci hamiləliyi barədə danışdı – VİDEO
Sonu çətin başa düşülən filmlər
Gün var əsrə bərabər: ötənləri yada salaq
Gözəlliyinə doymadığım Dubay (2-ci hissə)
Aslı Murata “yox” dedi - SƏBƏB
Məşhur aktyor 4 -cü dəfə boşanır
Festivala çılpaq gələn aktrisa cəzalanacaq-FOTO
Ləğv edilmiş 4 bankın əmanətçiləri üçün 100 milyon manat ayrılacaq
Özbaşına tikintiyə mülkiyyət hüququ verilə bilər
Nazirdən müəllimlərin sertifikasiyası ilə bağlı AÇIQLAMA
Pomidor maskası
Avtomobil alarkən diqqətli olun: Etibarnaməniz ləğv oluna bilər
Ata olan şəxslərə 14 günlük məzuniyyət veriləcək
Düşmən ordu xeyli itki verdi
Avropa İrəvanı cəzalandırır
Gizli dünyaya açılan qapı-İddia
HAVA necə olacaq?-2 Oktyabr
Məşhur aktrisa tənqid olundu-FOTO
Sifilis nədir?
Megan Markl hərbi paradda hər kəsdən seçildi-FOTO
Murad Bozdan NİŞAN AÇIQLAMSI















- ŞƏRHLƏR