Atmosfer
Biz sizinlə yüz kilometrlərlə dərinlikdə bir hava okeanının dibində yaşayırıq. Bu okeanın sərhəddi yoxdur. O, bütün yer kürəsini əhatə edir. Onun dibi Yerin səthi, düzənliklər, dağlar, səhralar və dənizlərdir.
Alimlər bu mavi okeanı - Yerin hava örtüyünü - atmosfer adlandırmışlar. Atmosfer havasının 78 faizini azot, 21 faizini oksigen, 1 faizini isə digər qazlar təshkil edir. Atmosfer heç vaxt sakit olmur. Günəşin istisindən qızmış hava yüngülləşir və tədricən yer səthindən hündürə qalxır, onun yerini isə soyuq hava tutur. Yer səthi üzərində havanın hərəkəti külək adlanır. Atmosferdə sabit hava axınları da mövcuddur. Məsələn, passat küləkləri həmişə bir istiqamətdə - ekvator boyu əsir.
İnsan üçün atmosferin ən aşağı təbəqəsi - troposfer daha zəruridir. Onun hündürlüyü yerdən 8-18 kilometrdir. Troposfer havası Yer üzərində yaşayışı təmin edir.
Atmosferin ikinci təbəqəsi olan stratosferin yuxarı sərhədi 50-55 km hündürlüyə çatır. Burada hava seyrəlir, səmanın rəngi isə tünd-bənövşəyi, az qala lap qara olur.
Stratosferdən sonra mezosfer gəlir. Onun hündürlüyü 80 kilometrə qədərdir. Atmosferin bu təbəqəsində bəzən parlaq gümüşü buludlar əmələ gəlir.
Son illər 10-15 kilometr yüksəklikdə ozonosfer təbəqəsi aşkar edilib. Atmosferdə ozon olmasaydı, onda Yer üzərində yaşayış olmazdı. Ozon yeganə qazdır ki, günəşin ultrabənövşəyi şüalarını 20 km hündürlükdə tutub saxlayır. Buna görə də ozonosferi Yeri kosmik amillərdən qoruyan tac, zireh, örtük adlandırırlar.
Daha yuxarıda termosfer, yaxud ionosfer təbəqəsi yerləşir. Bu təbəqənin yuxarı sərhədi 80-100 kilometrdən yüksəkdir. İonosferdə hava çox seyrəkdir. Burada qütb parıltısı da əmələ gələ bilir.
Atmosferin ən üst təbəqəsi ekzosferdir. Bu, atmosferin 800-1000 kilometrdən yuxarı təbəqəsidir. Burada demək olar ki, hava heç yoxdur. Alimlər belə hesab edirlər ki, bu təbəqədə istilik 2000 dərəcəyə çatır.
Atmosfersiz Yer üzərində həyat mövcud ola bilməz. Buna görə də atmosfer havasının təmizliyini qorumaq çox vacibdir. Atmosferin mühafizəsi ümumxalq işidir, bununla hamı məşgul olmalıdır.
Atom
Bizim eradan 300 il əvvəl Qədim Yunanıstanda filosof alimlər belə düşünürdülər: hər bir əşyanı xırda hissələrə bölmək olar. Bəs cisimləri hansı həddə qədər xırdalamaq mümkündür? Yəni lap sonsuzluğa qədər? Yəqin ki, elə bir kiçik zərrəciklər var ki, onları heç bir qüvvə ilə bölmək mümkün deyil. Qədim yunanlar belə zərrəcikləri "atom", yəni "bölünməz" adlandırmağı təklif etdilər.
Atomun tərkib hissələri olan elektronları, protonları və neytronları elementar zərrəciklər, yəni ən sadə zərrəciklər adlandırırlar. Fiziklər müəyyən etmişlər ki, bu zərrəciklərin quruluşu çox da sadə deyil. Deməli, belə çıxır ki, cisimləri sonsuzluga qədər parçalamaq mümkündür. Bəlkə də bu belədir. Bir şeyi qəti demək olar: insanda təbiətin sirlərini öyrənmək həvəsinin doğrudan da həddi yoxdur !
Afrika
Hər tərəf göz işlədikcə uzanan səhra. Gah toz kimi narın sarı qumlar, gah da küləkdən aşınmış boz daşlar və qayalar. Göydən elə bil od ələnir. Nə bir damcı su var, nə də bir yaşıl kol. Bura Afrikadır.
...Burada isə tropik meşələrdən sanki çəpər çəkilmişdir. Bu yerlərdən yalnəz balta ilə yol açıb, keçmək olar. Ağaclar, kollar, lianalar, qalın, şırəli yarpaqlar, al-əlvan ətirli güllər, çiçəyə oxşayan quşlar, iri gözəl kəpənəklər. Cırcıramaların çoxminlik xorunun səsi elə bil havada donub qalıb, hər tərəfdə vəhşi heyvanların nəriltisi və meymunların cığ-vığı eşidilir. Bütün il boyu sıx yaşıllıqdır, bir budaqda çiçək də var, meyvə də. Bura da Afrikadır.
Ot bitmiş düzənlikdə qırmızı-qonur qayalar, uzaqda kiçik meşələr görünür. Yaxınlaşanda məlum olur ki, bu, meşə deyil, hər biri geniş bir sahəyə çoxlu qol-budaq atmış alçaq boylu baobab ağaclarıdır. Məşhur Afrika savannaları belədir.
Afrikanın çox hissəsi tropik en dairəsində yerləşir. O, şimaldan cənuba 8000 kilometr məsafədə uzanır. Qərbdən şərqə isə məsafə bir qədər azdır. Afrika hər tərəfdən okeanlar (Atlantik, Hind) və dənizlərlə (Araliq və Qırmızı dəniz) əhatə olunub. Onun ərazisində çox böyük çaylar - Nil, Niger, Konqo, Zambezi, Limpopo və Oranj çayları axır. Afrikada böyük göllər də çoxdur (Çad, Viktoriya, Nyasa, Tanqanika).
Afrika torpağı çox zəngindir. Böyük səhrada və Əlcəzairdə neft ehtiyatları tapılıb. Qitənin cənubu isə qızıl və almazla zəngindir.
Axundov Mirzə Fətəli Məhəmməd Tağı oğlu
(1812-1878)
M.F. Axundov Şəkidə anadan olmuşdur. 1814-cü ildə atası və anası Nanə xanımla Təbriz yaxınlığındakı Xamnə qəsəbəsinə getmiş, 13 yaşınadək orada yaşadıqdan sonra anası ilə Şəkiyə qayıtmış, anasının əmisi Axund Hacı Ələsgərdən ərəb və fars dillərini öyrənmişdir. Fətəlinin ruhani olmasını istəyən əmisi onu 1832-ci ildə Gəncəyə aparmışdı. Fətəli burada məntiq və dinə aid elmləri, habelə məşhur sair M.Ş. Vazehdən hüsnxət öyrənmişdi. M.Ş. Vazeh gənc Fətəlinin zəka və istedadını görüb, "sən də riyakar və şarlatan olmaq istəyirsən?" - deyə onu ruhani olmaq fikrindən daşındırmışdı. 21 yaşında ikən Şəkidə açılmış rus məktəbinə daxil olan Fətəli bir il burda oxuduqdan sonra Tiflisə gedib, Qafqaz canişini dəftərxanasında Şərq dilləri tərcüməçisi vəzifəsinə qəbul edilmiş, ömrünün sonunadək bu vəzifidə çalışmışdır.
Mirzə Fətəli yaradıcılığa "Səbuhi" təxəllüsü ilə yazdığı şeirlərlə başlamışdır. Onun mənzum əsərləri içərisində "Puşkinin ölümünə Şərq poeması" xüsusi yer tutur. O, 1850-55-ci illərdə yazdığı altı komediya ilə Azərbaycan, eləcə də Yaxın və Orta Şərq realist dramaturgiyasının əsasını qoymuşdur.
Aşıq
Azərbaycanda el şairi, el müğənnisi aşıq adlanır. Aşıq sözü müxtəlif dövrlərdə müxtəlif mənalarda işlənmişdir. Məsələn, "Dədə Qorqud" dastanında bu söz oyun aşığı, düymə və dəbilqə mənasında da işlənmişdir.
Uşaqlar, bu günkü ədəbi dilimizdə də aşıq sözünün bir neçə mənası var. Lakin indi biz aşıq dedikdə el içərisindən çıxmış söz qoşub, saz çalan, oxuyan, çoxlu dastan, nağıl və s. bilən sənətkarı nəzərdə tuturuq. Alimlərimiz yazırlar ki, müasir aşıqlarımızın ən qədim babaları "varsaq" adlanmışlar. Sonralar "varsağ"ı "dədə" , "ozan" sözləri əvəz etmişdir.
Keçmişdə xalq arasında "el atası" adlandırılan aşıqlar zəhmətkeş kütlələrin arzu və istəklərini, zülmə və yadelli işğalçılara qarşı mübarizəsini, məhəbbət duyğularını tərənnüm etmişlər. Qurbani, Aşıq Abbas Tufarqanlı, Sarı Aşıq, Xəstə Qasım, Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Hüseyn Bozalqanlı, Aşıq Şəmşirin, adlarını bilmədiyimiz və onlarca digər saz-söz sənətkarlarının ən yaxşı əsərləri Azərbaycan aşıq ədəbiyyatının qızıl fonduna daxildir.
Aşıq Ələsgər
(1821-1926)
Azərbaycan ədəbiyyatının ən görkəmli və tanınmış nümayəndələrindən biri də Aşıq Ələsgərdir. Aşıq Ələsgər Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Atası Alməmməd Kəlbəcər meşələrindən odun qırmaq, kürək, şana düzəldib satmaqla ailəsini dolandırarmış. Alməmməd kişi saz çala bilməsə də, şeir, nəğmə qoşarmış.
Aşıq Ələsgər məktəb görməmişdir. Lakin təbiətən istedadlı olan Ələsgər kiçik yaşlarından əlinə saz almış, 15 yaşında saz çalmağı, söz deməyi bacarmış və gənclik illərində məşhur Aşıq Alıya şagirdlik etmişdir. Aşıq Ələsgər 80 il el məclislərində saz çalıb söz qoşmuşdur.
Xalqa, vətənə məhəbbət Aşıq Ələsgər serinin ruhudur. Şair insanları xoşbəxt, mərd görmək istəyirdi. Aşıq Ələsgərin vətənə, dağlara, alaçıqlı yaylaqlara, qıjhaqıjla axan çaylara həsr edilmiş seirləri canlı həyat lövhələridir. Dağlar Aşıq Ələsgərin gözündə igidlik, mərdlik timsalıdır. Təsadüfi deyildir ki, dağlara həsr etdiyi şeirləri onun yaradıcılığında xüsusi yer tutur.
XƏBƏR LENTİ
Kıvanç Tatlıtuğ xəstəxanaya yerləşdirildi
Heydər Əliyev Fondu Fransada Nizami Gəncəviyə həsr olunan növbəti sərgi və konsert təşkil edib
Həyatla ölüm arasında...
Londonda maraqlı oyuncaq dükanı
Nənə 20-ci uşağını DÜNYAYA GƏTİRDİ
Hava haqqında - 19.08.2013
Fərqin fərqinə varın
ÜST: “Koronavirusun müalicəsində parasetamoldan istifadə edin”
"Baku" jurnalının sayəsində bir-birimizə daha yaxın oluruq"
Ağac və göbələkdən saat düzəltdilər-FOTO
İlan dərisindən bikini geyindi-FOTO
Rusiyada koronavirusa qarşı kütləvi peyvəndləmənin tarixi açıqlandı
Ayaqları daha uzun göstərmək üçün hiylələr
"Fənər"də 5 il oynayan "Everton"a od qoydu
Dubayda "Şöhrət xiyabanı" olacaq!
Günün ulduz falı
İlin ən cəlbedici kişisi seçildi-FOTO
Baş Polis İdarəsi əhaliyə müraciət etdi
Teledərslərin sabahkı cədvəli açıqlandı - FOTO
İlham Əliyev Dövlət Gerbinin təsviri ilə bağlı qanun imzaladı
Louis Vuitton kimdir?
Xanımlar üçün xüsusi qidalanma
Avropa geri çəkildi
Qocalığın dərmanı
Xrombuklar ucuzlaşır
Azərbaycanla bağlı bəyanat
Südlü kakaolu piroq (foto resept)
Atdığı iki qutu ziblə görə 100min funt cərimə olunub-FOTO
Azərbaycanda köhnə maşınlar sıradan çıxarılacaq
Təhsil Nazirliyindən “Bayraq yürüşü”
Bananın ziyanı və xeyri
Abituriyentlərin Bakı Ali Neft Məktəbinə marağı rekord həddə çatıb
Bakının bir hissəsi susuz qalacaq
Quba-İspik-Xınalıq yolunun üzərinə düşən qaya parçasını partladacaqlar
Gorusdan Azərbaycan əraziləri yenidən raket atəşinə tutuldu - RƏSMİ
Dünyanın ən qeyri-adi karnavalı başladı - FOTO
Hande və Murad bir-birini sildi
Armudlu şirniyyat (foto-resept)
Göydən meteor yağacaq
Yeni reytinq sistemi
Günün qoroskopu: dərhal uğura nail olmasanız da
Türkiyədə Koroğlunun nəhəng heykəli qoyuldu -VİDEO
Metroda gediş haqqı qaldırılır?
İrmik halvası (foto resept)
Azərbaycanda komendant saatı tətbiq edilə bilər? - VİDEO
Gəlin makiyajından əvvəl və sonra
Dünyanın ən varlı gəncləri-SİYAHI
Məşhur reper həbs olundu-SƏBƏB
Manna piroqu (foto resept)
Məşhur repçi şəhər tikir-FOTO
- ŞƏRHLƏR