Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.
İsmayıl bəy Qutqaşınlı
(1808-1861)
İsmayıl bəy Qutqaşınlı 1808-ci ildə Şəki xanlığının Qutqaşın sultanlığında zadəgan ailəsində anadan olmuşdur. Onun atası Nəsrullah Sultan Şəki xanının vassalı, sonuncu Qutqaşın sultanı idi. Bu təlatümlü dövrdə-1813-cü ildə Gülüstan müqaviləsi ilə Şimali Azərbaycan Rusiya imperiyasının tərkibinə qatılmışdır.
Şimali Azərbaycan Rusiyanın tərkibinə qatılandan sonra azərbaycanlılar imperiyanın vətəndaşları hesab olunmağa başladılar. Zadəgan nəsillərinin bir çox nümayəndələri Rusiya ordusu sıralarına yazılır və məmnuniyyətlə qəbul edilirdilər: imperiya azərbaycanlıların döyüşkən xalq olduqlarını bilirdi. Sonralar Azərbaycanda güclü üsyanlar və geniş xalq hərəkatı ilə üzləşən çarizm 1867-ci ildə azərbaycanlıları hərbi xidmətə götürməyi qadağan etməli oldu. Bununla belə, zadəgan ailələrinin nümayəndələri hərbi məktəblərə daxil olmaq hüququnu saxlamışdılar. Belə ki, bir çox azərbaycanlı Rusiya ordusunda general rütbəsinədək yüksəlmişdir.
Onların sırasında Ehsan xan Kəlbalı xan oğlu Naxçıvanski (1770-1843), Cəfərqulu ağa Mirzə Məhəmməd xan oğlu Bakıxanov (1795-1867), İsrafil bəy Mustafa bəy oğlu Yadigarov (1815-1885), Kəlbalı xan Ehsan xan oğlu Naxçıvanski (1824-1883), Fərəc bəy Ağarza bəy oğlu Ağayev (1811-1891), Abdulla ağa Mirzə Məhəmməd xan oğlu Bakıxanov (1824-1878), İsmayıl xan Ehsan xan oğlu Naxçıvanski (1819-1909), Həsən bəy Ağalarov (1815-?), Ağası bəy Avşarov (1833-?), Mir İbrahim xan Talışinski (1828-1896), Həsən ağa Cəfərqulu ağa oğlu Bakıxanov (1833-1898), Əsədulla bəy Mustafa bəy oğlu Yadigarov (1844-1901), Hüseyn xan Kəlbalı xan oğlu Naxçıvanski (1863-1919), Əsədulla xan Əbülfətli xan oğlu Əbülfətzadə (?-1918), Həsən bəy İsrafil bəy oğlu Yadigarov (1854-1934), şahzadə Rzaqulu Bəhmən Mirzə oğlu Qacar (1837-1894), Səməd bəy Sadıq bəy oğlu Mehmandarov (1855-1931), İbrahim ağa Paşa ağa oğlu Vəkilov (1853-1934), Əliağa Hacı İsmayıl ağa oğlu Şıxlinski (1865-1943), şahzadə Əbdülsəməd Bəhmən Mirzə oğlu Qacar (1851-?), Mirkazım xan Mirəli xan oğlu Talışxanov (1855-1938), Firudun bəy Cəlal oğlu Vəzirov (1850-1925), Balakişi bəy Əli bəy oğlu Ərəblinski (1828-1902), Nemətulla bəy Hacı Qasım bəy oğlu Heydərov (1827-1901), Əsəd bəy Ağaəli bəy oğlu Talışxanov (1857-1919), Davud bəy Sadıq bəy oğlu Yadigarov (?-1920), Cavad bəy Məmməd ağa oğlu Şıxlinski (1874-1959), Xəlil bəy Mirəli xan oğlu Talışxanov (1859 -1920), şahzadə Şəfi xan Cəlaləddin oğlu Qacar (1853-1909), Daniyal bəy Əhməd xan oğlu İlisulu (1800-1870), Mirzə Hacı bəy Əlibəy oğlu Novruzov (1832-?), Məmmədsadıq bəy İsmayıl oğlu Ağabəyzadə (1865-1944), Əmir Çoban oğlu Usmiyev (1836-?), Yusif Ziya Talıbzadə (1877-1922), Əhməd xan Süleymanov (1862-?), İbrahim bəy Allahverdi bəy oğlu Aslanbəyov (1822-1900) və başqaları qeyd edilməlidir (siyahı Ş.Nəzirlinin materialları əsasında tərtib edilib).
İlkin müsəlman təhsili aldıqdan sonra İsmayıl bəy atasının vasitəçiliyi ilə 1822-ci ildə Rusiya ordusunun qrenadyor alayına sıravi qismində yazılmışdır. Qısa müddət ərzində o, rus dilini öyrənmiş və hərb işinə yiyələnmişdir. Odur ki, İsmayıl bəy artıq 1824-cü ildə o dövrdə ilkin zabit rütbəsi olan praporşik rütbəsinə layiq görülmüşdür.
İsmayıl bəy 1828-1829-cu illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Osmanlı müharibələrində iştirak etmiş, podporuçik rütbəsinə yüksəlmiş və ilk hərbi ordenini qazanmışdır. Şəxsi işindəki qeydlər göstərir ki, o, Yelizavetpol, Cavanbulaq, Sərdarabad, İrəvan döyüşlərində, rus qoşunlarının Təbriz və Xoya yürüşündə iştirak etmişdir. Osmanlılara qarşı döyüşlərdə o, Ərzurum cəbhəsində olmuşdur.
İsmayıl bəy 1830-cu ildə Kuban çayı sahillərinə göndərilmiş və Qara dənizin şərq sahillərinin Rusiyaya birləşdirilməsində iştirak etmişdir. 1831-ci ildə Pavlov qvardiya alayına təyinat alan İsmayıl bəy artıq Dağıstan və Çeçenistanda gedən döyüşlərdə vuruşmuşdur.
1832-ci ildə o, Polşaya, Varşava hərbi dairəsinə göndərilir. İşgüzarlığı, bilik və bacarığı, nizam-intizamlılığı ona verilən xasiyyətnamələrdə dəfələrlə qeyd edilir.
İsmayıl bəy Qutqaşınlının məhz 1835-ci ildə Varşavada fransız dilində nəşr etdirdiyi "Rəşid bəy və Səadət xanım" hekayəsi Azərbaycan realist nəsrinin ilk nümunələrindəndir. Məhəbbət azadlığı mövzusunda qələmə alınmış bu hekayə Azərbaycan xalq dastanları və klassik Şərq poemalarının təsiri altında yazılmışdır. Bundan başqa hekayədə zadəgan mühiti ilə yanaşı xalq məişəti, adət-ənənələri, doğma vətən təbiətinin gözəllikləri də təsvir olunmuşdur.
1836-cı ildə İsmayıl bəy yenidən Qafqaza təyinat alır. Burada ona yerli Azərbaycan əhalisindən könüllü süvari hərbi hissələr toplamaq tapşırılır. Şəki atlı milis dəstəsinin komandiri kimi o, Azərbaycanın şimal sərhədlərinin təhlükəsizliyini təmin edir.
1839-cu ildə İsmayıl bəy Qutqaşınlıya podpolkovnik, 1843-cü ildə süvari hissələr üzrə polkovnik, 1850-ci ildə süvari hissələr general-
mayoru rütbəsi verilmişdir.
İsmayıl bəyin xalq arasında böyük nüfuz sahibi olduğunu nəzərə alan rəhbərlik bir çox komissiyalara onu üzv təyin edir, kənd təsərrüfatı və sənətkarlığın inkişafı ilə bağlı məsələlərin həllini ona tapşırırdı. Belə ki, 1843-cü ildə ipək becərilməsi və ipəkçilik emalatxanalarında yeni üsullar tətbiq edilən zaman o, sadə əhalinin maraqlarını nəzərə almağa çalışır, bütün islahatların tədricən və izahlı işlərlə bərabər aparılmasını təklif edirdi.
1846-cı ildə "bəy komissiyası"-nın tərkibinə qatılan İsmayıl bəy "Ali müsəlman silkinin hüquq və imtiyazları"-nı tərtib edənlər sırasına salınır. Ümumiyyətlə, bu sahədə gördüyü işlər nəticəsində İsmayıl bəy Qutqaşınlı Rusiya kənd təsərrüfatı və coğrafiya cəmiyyətləri Qafqaz şöbələrinin üzvü seçilmişdir.
Azərbaycan mədəniyyəti tarixində İsmayıl bəyin ictimai-maarifçi işləri böyük iz qoymuşdur. Sistemli və əhatəli təhsil almamasına baxmayaraq mütaliə hesabına İsmayıl bəy Azərbaycanın on bilikli insanlarından hesab olunurdu. Müsəlman məktəblərinin açılışını arzulayan, bu istiqamətdə əməli iş aparan İsmayıl bəy ilk belə məktəblər açılanda hədsiz dərəcədə sevinmişdi. Lakin belə məktəblər əhalinin verdiyi pul hesabına dolanmalı idi və bu, müəyyən problemlər yaradırdı. İsmayıl bəy Şamaxıda yaranan bu cür məktəblərdən birinin təmin edilməsini və maliyyə xərclərini öz boynuna götürmüşdü. Onun nümunəsi ilə başqa imkanlı Azərbaycan ziyalıları da Şamaxıda öz hesablarına müsəlman məktəbləri açmışdılar (kapitan Şirəli bəy, poruçik Mehdi bəy Hacı Əhməd Sultan oğlu, Mahmud bəy Əhməd oğlu). Sonralar bu nümunə bütün Azərbaycanda yayıldı.
1848-ci ildə Tiflisdə müsəlman məktəbi açılanda görkəmli rus mütəfəkkir və şərqşünası N.Xanıkov Qafqaz canişininə göndərdiyi məktubda İsmayıl bəy Qutqaşınlını məktəbin hamısı təyin etməyi təklif etmiş və bildirmişdi ki, belə olan təqdirdə məktəb sürətlə inkişaf edəcək.
1852-ci ildə İsmayıl bəy çox çətinliklə də olsa, Məkkə ziyarətinə getməkçün imperatordan icazə alır. O vaxta qədər ona müsbət münasibət bəsləyən rus məmurlarının bir çoxu o, həcc ziyarətindən qayıdandan sonra ona qarşı münasibətini dəyişir. Bununla belə İsmayıl bəy öz xeyriyyəçilik tədbirlərini davam etdirir, ona kəsilmiş təqaüdün böyük hissəsini əhalinin maarifləndirilməsinə sərf edir.
Məkkə ziyarəti zamanı gördüklərini İsmayıl bəy xüsusi qeydlər şəklində toplamışdır.
Əsərdə ümumi məlumatlardan başqa Gəncə və keçmiş Borçalı mahalının, həmçinin, Ərəbistanın şəhər və kəndlərinin təbiəti, əhalisi, təsərrüfatı haqqında geniş və ətraflı məlumat verilir. Müəllifin dərin müşahidə qabiliyyətini, tarixi, coğrafi və etnoqrafik biliklərini əks etdirən "Səfərnamə" adlı bu əsər XIX əsr Azərbaycan ədəbi dilinin nümunəsi kimi də maraqlıdır. "Səfərnamə" ilk dəfə 1967-ci ildə işıq üzü görmüşdür.
İsmayıl bəy Qutqaşınlı A.Bakıxanov, M.F.Axundzadə, Mirzə Şəfi Vazeh kimi Azərbaycan ziyalıları ilə, həmçinin, bir çox Rusiya və Polşa mütəfəkkirləri ilə dostluq etmişdir. 1849-cu ildə görkəmli Azərbaycan şairi Qasım bəy Zakir qaçaqlarla əlaqədə suçlandırılaraq həbs ediləndə İsmayıl bəy öz taleyini fikirləşmədən dəfələrlə məhkəmələrə, Qafqaz canişinliyinə müraciət etmiş və cəzanın yumşaldılmasına nail olmuşdu: Zakir Qarabağdan Bakıya sürgün edilmişdir.
İsmayıl bəy Qutqaşınlı 1861-ci ildə Şamaxıda vəfat etmiş, Qutqaşın qəbiristanlığında dəfn olunmuşdur.
XƏBƏR LENTİ
Bakıya qar yağır!
Daha bir ölkə Qarabağla bağlı qərəzli qətnamə qəbul etdi - XİN-dən SƏRT REAKSİYA
6 uşaq anası ölkə gözəli oldu
Xəbərdarlıq: güclü külək, dolu
Xankəndində güclü partlayışlar və pulemyot səsləri
Şakira xəstəxanaya yerləşdirildi-FOTO
"Hercai"nin məşhur aktyoru əsgərlikdən qayıtdı
Market, yoxsa toyxana?
Günün qoroskopu: sizi şirnikdirməyə çalışacaqlar
Azərbaycanda xroniki böyrək çatışmazlığından ölüm halları dəfələrlə azalıb
Kosmosdan Azərbaycanla bağlı paylaşım
Ronaldo yenidən istirahət edir-FOTO
Azərbaycanda avtomobil krediti probleminə yeni həll tapıldı
Avropa çempionatı bu ölkədə keçiriləcək
Nikolas Keyc ilk dəfə bunu edəcək
Putinin gənclik Sirri Açıldı-FOTO
Mərkəzi Bankdan manat AÇIQLAMASI
Viktoriya zövqlü modelyer seçilib
Derya Şensoy və Sarp Leventoğlu ayrıldı
1 ay ərzində hər gün 10 banka kola içsəniz nə baş verəcək?
Payızda əkib, qışda satırlar - Qarpız 3, yemiş isə 4 manata təklif edilir
Məşhur aktyor ata oldu
Meqan Markl atasından danışdı-FOTO
Evdə boş yerləri dəyərləndirin
Ramazanda 5 möcüzəvi qida
Dövlətə xəyanətə görə cəza 20 ilə qaldırılır
Müəllimlər gününüzü TƏBRİK EDİRİK!
Azərbaycanda TV yayımında dəyişiklik
Professor təhlükəli olan qidaları AÇIQLADI
Yataq otağı trendləri
Ağıl (20 yaş) dişləri ilə necə başa çıxmalı?
Siqareti tərgitməkdə yardımçınız olacaq
Lolita açıqlaması ilə gündəm oldu
Bir-birindən dəbli donlar
Azərbaycanda bu adlar qadağan edildi - SİYAHI
Soyuq havalarda dəri qulluğu
Günün ulduz falı
Cennifer Lopez 3 milyonluq Toy edəcək
İş stressini azaldan qidalar
2 min 600 illik möhür aşkar edilib
Uşaqların istedadını üzə çıxarmaq üçün...
Dünyanı gözləyən təhlükə
HAVA necə olacaq?- 13 MAY
Ayın görüntüsü sosial şəbəkədə gündəm oldu - VİDEO
Ramzan Kadırovun oğlu türk serialına çəkilir
Yıldız Tilbe sevənlərini təəccübləndirdi-FOTO
Ancelina Coli ilə Bred Pitt haqqında gizli fakt üzə çıxdı
Bu günün hava proqnozu
Tanıdığımız obrazlar fərqli qələmdən
Kommunal ödənişlərlə bağlı ŞAD XƏBƏR - Nazir açıqladı
- ŞƏRHLƏR