Almaniyanın "Bild" onlayn dərgisində Berlinin Noyköln rayonunda polis komissarı olan azərbaycanlı miqrant Lana haqqında məqalə dərc olunub.
"15 yaşında almanca danışa bilmirdi, indi isə polis komissarıdır", - deyə məqalədə bildirilir.
Qadin.Net Milli.Az -a istinadən xəbər verir ki, məqalədə Lana miqrantların alman cəmiyyətinə uğurlu inteqrasiyasının ən yaxşı nümunəsi kimi göstərilir.
"15 yaşım olanda anamla Berlinə köçmüşəm, almanca bir kəlmə bilmirdim, salamlaşa da bilmirdim", - deyə Lana Bz-berlin.de saytına verdiyi müsahibədə bildirib. Hazırda qadının alman dilində səlis və ləhcəsiz danışdığı qeyd olunur.
Lana qeyd edir ki, məktəbdə oxuduğu illərdə sinif yoldaşları onu məsxərəyə qoyub:
"Bütün gün ağlayırdım, ancaq ailəsini dolandırmaq üçün Bakıda işləyən və bura yalnız altı il sonra köçmüş atamı heç vaxt unutmurdum".
Orta məktəbdə tədrislə bağlı təəssüratını bölüşən Lana həmin dönəmin əsl "mübarizə" olduğunu deyib:
"Mənim heç vaxt dostlara ayırmağa vaxtım olmasa da, nə istədiyimi qəti şəkildə bilirdim. Dünyada nələrisə yaxşılığa doğru dəyişmək üçün polis olmağı arzulayırdım", - deyə Lana bildirib.
Arzularının ardınca düşən Lana Berlin İqtisadiyyat və Hüquq Universitetinə daxil olub, polis xidməti fakültəsində oxuyub, diplom işinin mövzusu "Berlin polisində olan miqrantlar: motivasiya və əngəllər" olub.
Bz-berlin.de qeyd edir ki, Lana miqrantların cəmiyyətə uğurlu inteqrasiyasının ən baris nümunəsidir.
Hazırda Lana polis komissarıdır və artıq iki ildir ki, Berlinin Noyköln rayonunda təhlükəsizliyə nəzarət edir. Rus, türk, ingilis və fransız dillərini bilməsi ona fəaliyyətində çox faydalı olur.
İş yerinə gəlincə, Lana özünü ciddi apardığını görə heç kimin onu məsxərəyə qoymadığını və ya rişxənd etmədiyini bildirib.
"Mən gülümsəmirəm", - deyə Lana xətrinə dəyən istənilən şəxsə cavab verməyə qadir olduğunu bildirib.
"Azərbaycanda mənim yaşımda olan bütün xanımlar artıq çoxdan ərə gedib və uşaqları var. Mən isə subayam, evlənmək istəyib-istəmədiyimi dəqiq bilmirəm. Həyat indiki zamandır və bu gün mən xoşbəxtəm".

XƏBƏR LENTİ
Ekspertdən Ermənistanla bağlı bədbin proqnoz
Binəli Yıldırım TƏCİLİ toplantı çağırdı
Hansı yaxşıdır - eynəklər yoxsa, kontakt linzalar?
Bağışlaya bilirsinizmi?
Azərbaycanda tibbi kadr çatışmazlığı var?
2018-2019 Payız/Qış saç trendləri
Buraxılış imtahanında maksimum nəticə göstərən abituriyentlə VİDEOMÜSAHİBƏ
İmmunitet sistemini gücləndirmək üçün 3 qayda
Halit Ergenç aparıcılıq edəcək
Tuşun tarixi
Daxili dialoqun inanılmaz gücü
Quru süddən hazırlanmış məhsullar süd məhsulu kimi satılmasın - TƏKLİF
"WhatsApp"da yeniliklər
Sızanaqları yox edən GÜCLÜ VASİTƏ
İlk öpüşdən 75 il sonra ailə qurdular
Bu da 2016-cı ilin Olimpiya məşəli
Qış gəldi, amma istilik yox
69 yaşlı Riçard Gir ata oldu
Magistraturaya qəbul olmaq istəyənlərin nəzərinə
Neft daha da ucuzlaşacaq
Sabunçu rayonunda “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb
Özünüzü dələduz "FHN işçilərindən" qoruyun
Azərbaycanda valideynlərin övladları üzərində nəzarəti gücləndirilir
Xurmalı keks (foto-resept)
Şəki Xan sarayında Çinar aşdı - 19 yaralı/VİDEO
Türkiyəli ulduz "Ay qız"ı oxudu - VİDEO
Ev almaq istəyənlər üçün fürsət
İnsan ölümqabağı nə haqda düşünür?
Əlil və şəhid ailələrinə yeni yaşayış binaları veriləcək
Dərman ləkəsini necə çıxaraq?
Mən şəkil çəkirəm- 3
Maska taxılmamasına görə cərimələr qüvvəyə mindi - MƏBLƏĞ
Yayın qorxulu dəbi: gəlin arıqlayaq!
"Tısbağa" tortu və "Zebra" piroqu
Gözəl olmaq üçün həddi aşan gəlinlər
Ağlasığmaz gerçəklər
Pravoslavlar Pasxa bayramını qeyd edir
Yaşlı qadın 27 linzanı gözündə unutdu
Liliya Hudyakovadan kolleksiya(2)
Milyarderlərin küçəsini satın aldılar: "Bu, inanılmaz məsələdir, əsl şokdur!" - FOTO
Bədii gimnastika üzrə "Zabrat Kuboku" açıq birinciliyi
Qara dəliklər
Cey Lo əkizlərini belə təbrik etdi - FOTO
"Ustad" dərgisinin 16-cı sayı işıq üzü gördü!
Pelin və Anıl ekizlərinə hesab açdılar-FOTO
Tarixin ən cazibədar qadını açıqlandı
Vaxtı keçmiş məhsullar yenidən satışa çıxarıldı - FOTO
Romantik yataq otağı modelləri
Sabah 26920 nəfər biliyini sınayacaq
Qarışqa qovan üsullar

- ŞƏRHLƏR