Milli.Az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə bildirib.Millət vəkili qeyd edib ki, dövlət başçısının cəbhə bölgəsinə gedərək hərbi vəziyyətlə yerindəcə tanış olması, düşmən həmlələri nəticəsində evlərini itirmiş və problemlərin içində olan insanlarla görüşüb onları dinləməsi onun böyüklüyündən, insanpərvərliyindən, lider kimi üzərinə düşən məsuliyyəti yüksək səviyyədə yerinə yetirməsindən xəbər verir:
"Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrini ardıcıl atəşə tutduğu bir vaxtda dövlət başçısının cəbhə bölgəsində, təmas xəttinin cəmi 200 metrliyində yerləşən kəndlərdə, azğın düşmənin çox yaxın məsafədə olması və Allah eləməsin, istənilən təxribatın mümkün ola bilməsi şəraitində evləri dağılmış insanlarla, habelə səngərdə dayanan hərbçilərlə görüşü onun Ali Baş Komandan kimi cəsarətinin və şücaətinin göstəricisidir. Bunu ancaq tarixi şəxsiyyət edə bilərdi. Bunu, yalnız öz dövlətinə, xalqına yüksək məhəbbəti olan, məsuliyyətini duyan bir insan edə bilərdi. Eyni zamanda, o, bunu tək yox, ailəsi ilə birlikdə edir. Hesab edirəm ki, prezident İlham Əliyev bununla növbəti dəfə tarixi bir nümunə göstərdi. Məhz bu xüsusiyyətlərinə görə xalq onu sevir, siyasətini dəstəkləyir, atdığı addımların uğur gətirəcəyinə inanır. Prezidentin atdığı belə addımlarla, göstərdiyi belə nümunələrlə biz həmişə qalib gələcəyik". A.Mirzəzadənin sözlərinə görə, prezident İlham Əliyevin cəbhəyanı kəndlərdə sakinlərlə və hərbi hissələrdəki hərbçilərlə görüşü onlara böyük ruh yüksəkliyi verib:
"Yaşından asılı olmayaraq, hər bir insan cənab prezidentin onların yanında olduğunun fərqinə vardı. Nəinki cəbhə bölgəsində yaşayanlar, hətta bütün Azərbaycan cəmiyyəti, o cümlədən Azərbaycandan kənarda yaşayan, lakin ürəyi Azərbaycanla döyünən hər kəs dövlət başçısının bu hərəkətindən böyük qürur hissi duydu. Əlbəttə ki, bu, insanlarda dövlətinə və prezidentinə inamı və sevgini artırdı. Bu gün prezidentini sevmək Azərbaycanı sevmək deməkdir, prezidentin qayğısını görmək dövlətinin öz vətəndaşına yüksək qayğısını görmək deməkdir".Qeyd edək ki, mayın 1-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarında olublar.
Azərbaycan prezidenti hərbi hissədə əsgər və zabitlərin xidmət şəraiti, onların təminatı ilə tanış olub və şəxsi heyətlə görüşüb. Eyni zamanda, prezident və xanımı cəbhəyanı kəndlərdə sakinlərlə görüşüblər, Ermənistan ordusunun vəhşilikləri nəticəsində yaranmış vəziyyətlə tanış olub, eləcə də Bərdə şəhərindəki Müalicə-Diaqnostika Mərkəzində yaralı sakinlərə baş çəkiblər.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Emrah yenə suallardan qaçdı
Yeni il gecəsi üçün makiyaj
Qozlu xarço şorbası
Müəllimlərin attestasiyası ləğv olunur
Təzyiq salan dərmanların qorxulu sirri açıldı
Qozlu tort (foto resept)
Qadın qol saatları
Yay üçün donlar
Game of Thrones obrazlarının saç düzümləri
Qonşudan gələn təhlükə
Dövlət Xidmətindən quş əti açıqlaması
DİQQƏT: Bu gecədən qadağalar ləğv ediləcək
Körpə ilə tətilə çıxmaq
Kiyev separatçılarla razılığa gəldi
Yeni ildə işıqsız qalmayacağıq
Cəbrayıl və Füzulisiz 27 il...
Azərbaycan dünyanın hərbiləşmiş ölkələri sırasında
İnsanlar yadplanetliyə ÇEVİRİLƏCƏK: orqanlar tamamilə dəyişəcək
Qaraciyər haqqında çox maraqlı 14 FAKT
Tünzalə Ağayeva formada qalmağının sirrini açıqladı
Azərbaycanın ən nəhəng köpüsü gələn il istifadəyə veriləcək
Dünyada 479 milyon qadın oxuma-yazma bilmir
Azərbaycanlı bəstəkar vəfat edib
Türkiyə prezidentinin köməkçisi: “Hərbçilərimiz ən qısa zamanda Azərbaycandakı vəzifələrini icra edəcəklər”
Məktəblərdə qış tətili bu tarixdə başlayacaq
Laçın rayonunun yeni giriş tablosu
İphone sevənlərə
Eser Yenenler evlənir -FOTO
Hava haqqında
Banklardakı pulumuz artdı
Əhval-ruhiyyəniz pis olduqda bunu oxuyun!
Aktrisanı yuxuya verib 200 minini oğurladılar
Masaj texnikaları (II hissə)
İşğaldan azad olunan Qubadlı şəhəri - VİDEO
İspanaqlı keks ( foto resept)
Tələbələrin köçürülməsi üzrə sənəd qəbulu başa çatdı
Günün ulduz falı - 03.09.2013
Bakı nəqliyyatında onlarla insanın taleyi uşağa tapşırıldı
27 il Şuşasız...
Rusiyanın qələbəsi: sanksiyalar ləğv olunur
Meqan və Harri hər kəsi belə Təbrik etdi-FOTO
Pikassonun oğurlanmış əsəri tapıldı
Keçmişimizi və bu günümüzü gələcəyə çatdıran ən yaxşı bələdçilər
Rusiyalı aktyor dələduzların qurbanı oldu-FOTO
Təbii meyvə şirələri şəfa mənbəyidir
Oğlan üçün bezlər sonsuzluq yaradır?
Cinsi zəka nədir?
Mıhlama-Türk mətbəxi (foto resept)
Qarabağda PKK/YPG terrorçuları məhv edilir
3 günə 3 kiloqram arıqladan şaftalı pəhriz
- ŞƏRHLƏR