Düzdür, o Hüqonun qanuni həyat yoldaşı ola bilmədi, yazıçı artıq evli idi və boşanmaq istəmirdi. 50 il müddətində Drue Hüqonun kölgəsində qaldı-onunla yatağını bölüşdü və saysız sevgi macəralarını müşahidə elədi.Onların tanışlıqları ərəfəsində 31 yaşlı Viktor Hüqo artıq bir çox uğurlara imza atmışdı. Əsilzadə ailədən çıxmış yazıçı özünün ən məşhur əsəri “Paris Notrdam Kilsəsi”ni çap etmişdi, xalqın sevgisini qazanmışdı, ailəli idi və beş övlad atası idi. Culyetta Druenin həyatı isə bu qədər uğurlu alınmamışdı. İki yaşında hər iki valideynini itirmiş, 19 yaşında məşhur heykəltəraş Jan Jak Pradyenin sevgilisi olmuş (Pradye onu heykəllərində təsvir etmişdi) və ondan hamilə qalmışdı. 26 yaşında isə sadə xalq içindən çıxmış bu qadın məşhur kurtizankaya çevrilmişdi.Yoldaşı ilə əlaqələri pozan Culyetta özünü və yeni doğulmuş qızını dolandırmaq məcburiyyətində idi. Qadın teatra işə düzəlir. Tamaşaçılar isə istedaddan çox gənc aktrisanın gözəlliyinə fikir verirdilər, məvacibi olduqca az idi. Onun varlı pərəstişkarları peyda olmuşdu. Onlar aktrisaya bahalı hədiyyələr bağışlayır, maddi yardım göstərirdilər. Yüksək cəmiyyətə düşməyi bacaran Culyetta onun bütün üstünlüklərindən yararlanırdı: yüksək cəmiyyətin ziyafətlərində iştirak edir, ləl-cəvahirat taxır, bahalı paltarlar alırdı. Hüqo ilə tanışlıqdan sonra gənc qadının həyatı tamamilə dəyişdi.Bəziləri yazıçı və aktrisanın maskaradda tanış olduqlarını iddia etsələr də, ən çox yayılan versiya daha romantikdir. Hüqo bir dəfə teatrda “Lukresiya Borciya” pyesinin oxunuşunda iştirak edirmiş. İkinci dərəcəli rollardan birini Drue ifa edirdi. Cəmiyyət onu o qədər də istedadlı hesab etmədiklərinə görə ona ancaq epizodik rollar verilirdi. Bu dəfə Drueyə “Lukresiya Borciya”ya baş qəhrəmanı oynamağı təklif edəndə o dəqiqə razılaşır.Nəticədə bu “kiçik” rol onun üçün həlledici olur. Aktrisanı tovuz quşu lələkləri və mirvarilərlə bəzənmiş tacda və parlaq paltarda görən Hüqo ona vurulur. Dost-tanışları məşhur yazıçının bu yüngüləxlaqlı qadına bənd olmağına mane olmağa çalışsalar da Hüqo onları dinləmir.Aktrisa ilə münasibətə başlayan yazıçı onun qarşısında şərt qoyur: Teatrda işini dayandırmalı və özünün pərəstişkarları hətta onun üçün Parisin ən bahalı yerində mənzil alan rus knyazı ilə belə əlaqələri kəsməlidir. Yüksək cəmiyyət tədbirlərinə də təşrif buyurmağı tərgitdi. Onun gəlirlərini indi yalnız Hüqonun verdiyi pullar təşkil edirdi. Yazıçı isə bir o qədər də səxavətli deyildi.Cəmiyyətdə Hüqonun yeni sevgilisi barədə şayiələr yayılmağa başladı. Yazıçının sevgilisi qeybət mövzusu olmaqdan çəkinir, buna görə də guşənişin həyata başlayır. Əvvəllər dəbdəbəli həyatı sevən Drue artıq bahalı geyim-keçim də almır. Əvvəla ona görə yeni paltarlar üçün pulu yetmirdi, ikincisi isə Hüqonu əmin etmişdi ki, heç bir paltar onsuz da gözəl olan qadının gözəlliyini artıra bilməz.Buna baxmayaraq Culyetta həyatından razı idi. Sevgilisi tez-tez onun yanına gəlir, gecəni onunla keçirir, ancaq boşanmaq istəmirdi. Bu vaxt ərzində yazıçının ailə həyatında çatlar yaranmışdı, arvadı başqa kişiyə meyl salmışdı.Bir müddət sonra Hüqo ilə Drue arasında dava baş verir. Davanın səbəbi maliyyə məsələsi idi. Sən demə keçmiş aktrisa başqa-başqa adamlara o dövr üçün böyük məbləğ olan 20 min frank borclu imiş. Kreditorları isə Drueni narahat edirdilər. Borclu qadın öz qiymətli əşyalarını lombarda qoysa da borcunun öhdəsindən gələ bilmir. Belə davaların birində özündən çıxan Viktor Hüqo “əlvida” bağıraraq sevgilisini tərk edir. Bağışlanması üçün qayıdanda isə mənzili boş görür. Culyetta heç bir ünvan saxlamadan Parisi tərk edir.Bir neçə gün sonra yazıçı öyrənir ki, qadın Normandiyaya qohumlarının yanına gedib və onun dalınca gedir. Yazıçı və eks-aktrisa arasındakı roman Culyetta ölənə qədər – düz 50 il davam edir. Düzdür, artıq sevgilisi öz təravətini itirəndə Hüqo başqa qadınlarla meyl etməyə başlayır, hətta bəzən onları Druenin evinə gətirir. O, isə səbirlə bunlara dözür, çünki yazıçı deyirdi ki, ancaq onu sevir. Cütlük tez-tez bir-birlərinə məktub yazırdı. Culyetta bu məktublarda Hüqonu böyük şair və öz Tanrısı adlandırırdı.Drue qırxı haqlayanda yazıçı gənc zadəgan qızla əlaqə qurur. Ancaq bu roman uğursuzluqla nəticələnir. Qızın qısqanc əri xəyanətkar arvadını güddürür və sevgililəri pis vəziyyətdə aşkarlayır. Hüqonu həbsdən nəcib mənşəyi və per titulu xilas edir. Xəyanətkar qadını isə həbs edirlər.Hüqo Culyettaya şeirlər həsr edir. Tanışlıqlarının sonuncu ildönümündə Hüqo ona arxasına “Əlli illik sevgi ən gözəl izdivacdır ” yazılmış şəklini hədiyyə edir. Bundan üç ay sonra Drue vəfat edir. Onun qayğısı olmadan Hüqo cəmi iki il qala bilir, baxmayaraq ki, bu müddətdə də sevgisiz qalmır. Özünün qız nəvəsinə böyük yazıçı qeyri-adi vəsiyyətnamə yazır: “Sevgi axtar... Sevinc bəxş elə və özün buna can at, nə qədər ki, sevə bilirsən sev.”

Viktor Hüqo həyatı boyu sevgililərini əlcək kimi dəyişdi, lakin bircə qadını Culyetta Drueni həqiqi qadını adlandırdı .
Aynur Alimuradbeyli
XƏBƏR LENTİ
Bakıya gələn turistlərə sürpriz - FOTO
Yılmaz Mörgüldən gözlənilməz reaksiya
46 santimetrlik siçan tapılıb - FOTO
Ermənistan əsirlərin azad edilməsi və meyitlərin qaytarılması ilə bağlı Azərbaycanın təklifinə cavab verməyib
Yapon qadınlarının arıq olmasının sirri
İlham Əliyev: Kim güclüdür, o da haqlıdır
Yoluxma sayı 400-dən aşağı düşdü, 517 nəfər sağaldı - RƏSMİ
Azərbaycanlı milyarder Xəzərə 350 milyard ayırır
Saçlarınızı sarı rəngə boyamadan əvvəl bunları oxuyun
BÜRCLƏR bizə nə vəd edir? - 30 mart
Kasıblar milyonçu olacaqlar
Əsgərlərimiz topla ermənilərin kazarmasını vurublar, itkiləri var
AFFA cəzaları açıqladı
Hava haqqında
Azərbaycanda Əfv Sərəncamının icrasına başlanılıb
Yaşıl meyvəli dondurma salatı (foto resept)
İlham Əliyev: DTİHB bütün qaydaları pozub
Çağla Şikel şərhi sərt cavabladı-FOTO
Letolojika
Günün ulduz falı
Dünyanı heyrətləndirən uşaq indi..
Seriala baxıb evdən qaçan qadınlar
Dana ciyəri kababı (foto-resept)
286 dəfə Evlənən Şəxs (FOTO)
Xəzərdə zəlzələ olub
Tarkan qızının üzünü ilk dəfə göstərdi - FOTO
Azərbaycan "Formula 1"ə 150 milyon ödəməyəcək
Günün ulduz falı
Azərbaycan yanvardan yeni yanacaq standartının tətbiqinə başlayır
Xətkeşlə təzyiqi necə ölçmək olar?
Şəxsi həyatınızı verdiyiniz qərarlarla dəyişdirə bilərsiniz!
Sindi Kroufordun qızı diqqət çəkdi-FOTO
Məktəblərdə tətil günləri açıqlandı
"Jara" festivalına o da gəlir-VİDEO
Şuşanın dağları düşmənlə dolu
BÜRCLƏR bizə nə vəd edir? - 20 mart
Sevərkən insanla nə baş verir?
Uşaqları onlardan qoruyun
Bu kişinin beyninin 50 faizi yoxdur
Türkiyədə 12 telekanal bağlandı
76. Venesiya Film Festivalı: Qırmızı Xalça
Dadlı evlər
Narı necə təmizləmək lazımdır?
Uşaq geyimləri
3 gündə 10 milyon iPhone 6 satıldı
Ev telefonları ilə bağlı YENİLİK
Sehr təki əsərlər
Samsung və LG barışır
Burak Osman Qazi rolunu canlandıracaq-FOTO
Pulları ilə toy etmək yerinə Afrikaya gedən cütlük















- ŞƏRHLƏR